Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur


himsa  kimi görsün. Əmrtiser



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə21/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   17   18   19   20   21   22   23   24   ...   74

66 
 
danılması  və  himsa  kimi görsün. Əmrtiser
*
 
şəhrində  insanları  işkəncə  etmək  üçün  onları 
çirkabın  içində  yatırıb  qurd  kimi  yerdə  qarınları 
üstündə  sürünmələrini  istəyirlər.  Bunları  öldürmək 
işkəncə etməkdən daha yaxşı bir davranış deyilmi? 
Çünkü  bu  əzablardan  və  aşağılanmalardan 
qurtulmuş  olurlar.  Ölüm  bunlar  üçün  doğru  seçim 
deyildir iddiasında bulunan adama heç bir şübhəyə 
qapılmadan  deyərəm  ki,  sən  ahimsa  haqqında  ən 
ilkəl  bilgiyə  də  sahib  deyilsən.  İnsanın  həyatənda 
bəzən elə durumlar ortaya çıxır ki, onun vicdanı bu 
durumla qarşılaşmaq üçün canını fəda etməyi tələb 
edir. 
Bu gerçəyi anlamamaq “ahimsa” üsullarından 
xəbərsiz  olmaq  deməkdir.  Örnəyin  doğruluğun 
yandaşı  olan  bir  insan  yalanlara  bulaşmaqdansa, 
Tanrının  ona  ölüm  göndərməsini  dualarla  istəyə 
bilər.  Bu  şəkildə  də  ahimsanın  gerçək  izləyicisi 
olan  bir  adam  düşməninin  qarşısında  diz  çöküb 
ondan  istəyə  bilər  ki,  onu  öldürsün, ancaq 
aşağılamasın,  onu  heysiyəti  ilə  uyqun  gəlməyən 
işlərə zorlamasın. Necə ki, şair deyir: “Tanrı yolu 
cəsur  qəhrəmanlar  üçündür,  qorxaqlar üçün 
deyildir.” 
Ahimsa
nın 
doğası 
haqqında 
bilgisizliyimiz  və  dəyərlərlə  ilgili  anlaşılmazlıqlar 
bizlərin  yanlış  yola  sapmamıza  səbəb  olur.  Bu 
üzdən  də  öldürməməyi  “ahimsa”  ilə  eyni  anlamda 
anlayırıq. Ölkədə yayqın olan bir çox himsa içərikli 
xəbərləri  və  davranışları  bilgisizliyimiz  üzündən 
ahimsa olaraq görürük.   
                                                 
*
 
Əmrtiser Hindistanın Pəncab vilayətində sinqlərin yaşadığı şəhərdi. 
Hindistan milli azadlıq hərəkətində bu şəhərdə önəmli olaylar oldu. İngilis 
zabitlər xalqı incitmək üçün onları çirkabın içində süründürürdülər.  


67 
 

 
Məncə,  doğruluq  və  dürüstlük  üzərimdə  yük kimi 
hiss etdiyim “mahatma” söz
ündən  daha  ağırdır. 
Mən  öz  zəifliklərimi  bildiyimdən  bu  günə  qədər 
“mahatma”  ləqəbinin  zərərlərindən  özümü  qoruya 
bilmişəm.  Nə  yazıq  ki,  cismi  həyata  olan 
təmayülüm  istər-istəməz  sürəkli  “himsa”ya  səbəb 
olmaqdadır.  Bu  üzdən  də  gün  keçdikcə  maddi 
bədənimə  etinasız  oluram.  Örnəyin  tənəffüs 
etdiyimdə  havadakı  canlı  mikroblardan  içimə  alıb 
onların  həyatlarını  yox  etdiyimi  bilirəm,  ancaq 
nəfəs  almağımı  önləmirəm.  Bitkiləri  yemək  də  o 
şəkildə  himsadır.  Ancaq  onları  yeməyə  bilmərəm. 
Eləcə də həşərə öldürücü dərmanlar qullandığımda 
bəlli  ölçüdə  himsa  davranmış  oluram.  Ancaq bu 
dərmanları  da  istifadə  edirəm.  “Əşram”a  gələn 
ilanları  yaxalayıb  zərərsizləşdirmədiyimizdə  onları 
öldürürük. 
Hətta 
öküzləri 
“əşram”dan 
uzaqlaşdırmaq  üçün  sopa  qullanmağı  da  sərbəst 
etmişəm. Anlaşıldığı kimi, birbaşa və ya dolayısıyla 
tutunduğumuz himsa sonsuzdur. İndi meymunlarla 
qarşılaşmaq 
sorunu 
ilə 
qarşı-qarşıyayıq. 
Meymunlarla  bağlı  kəsin  bir  qərara  gəlib  onları 
öldürmək istəmirəm. Meymunları öldürmə qərarına 
gələ  biləcəyimə  əmin  deyiləm.  Ancaq  məhsullara 
çox zərər verəcəkləri təqdirdə böylə bir qərara gəlib 
gəlməyəcəyimdən  əmin  deyiləm.  Mənim  bu 
etiraflarımdan  dolayı  dostlarımın  mənə  güvənləri 
itərsə, çox üzgün olaram. Ancaq “ahimsa”ya əməl 
etməkdə  əksikliklərimi  və  zəifliklərimi  heç  bir  şey 
gizlin saxlaya bilməz. Öz haqqımda iddia edəcəyim 
tək  bir  şey  var.  O  da  budur  ki,  ahimsaya  əməl 
etmək  üçün  bütün  gücümlə  sürəkli  çalışır  və 
nəfsimlə qarşı-qarşıya oluram. Düşüncədə, sözdə və 


68 
 
davranışda  ahimsaya  əməl  etməyə  çalışıram.  Bu 
yolda  başarılar  da  əldə  edirəm.  Ancaq bütün bu 
çalışmalarıma  baxmayaraq  bu  yolun  çox  uzun 
olduğuna inanıram.  

 
Mən  çox  yoxsul  biriyəm.  Dünyadakı  varlığım 
bunlardan ibarətdir: altı cəhrə (ip əyirmə aracı), bir 
neçə kasa, keçi sütünü saxlamaq üçün bir qutu, altı 
parça qumaş və bir əldəsmalı. Bir də heç bir dəyəri 
olmayan dünyadakı şöhrətim.
*
 

 
Özümü  siyasətin  ortasında  bulduğumda  öz-
özümdən  sordum ki,  əxlaq  dışı  əməllərə  necə 
bulaşmamaq  olar?  Yalanlar  və  yanlışlıqlarla 
qazanılan “uğur”un təxribatından necə uzaq qalmaq 
olar? 
Bu  kəsin  sonuca  vardım  ki,  içində  yaşayıb, 
dərdləri ilə tanış olduğum bu millətə yararlı olmam 
üçün bütün mal 
varlığım  olaraq nə  varsa
hamısından  imtina  etməliyəm.  Bu  düşüncə  məndə 
ortaya  çıxdığında  dərhal  hər  şeydən  imtina 
etmədim.  Etiraf  etməliyəm  ki,  ilk  başda  illər  boyu 
zəhmət  çəkib  qazandıqlarımdan  imtina  etmək  çox 
çətin  idi.  İndi  o  günləri  xatırlarkən,  bu  imtinanın 
mənim üçün nə qədər ağrılı olduğunu göz önümdə 
bulundururam. 
Ancaq zaman keçdikcə görürdüm ki, 
dürüst  bir  siyasi  mücadiləyə  qatıla  bilməm  üçün 
daha  çox  şeylərdən  imtina  etməliyəm.  Bir zaman 
gəldi  ki,  bütün  mal  varlıqlarımdan  imtina  etmək 
mənə  sevinc  və  mutluluq  gətirdi.  O  gündən  sonra 
hər  şeyimi  bir-birinin  ardı  ilə  özümdən 
uzaqlaşdırdım. 
Bu 
an 
öz 
üzərimdə 
gerçəkləşdirdiyim  bu  testləri  bir  xatirə  kimi 
yazarkən,  düşünürəm  ki,  maddi  zənginliklərimdən 
imtina  etməklə  üzərimdən  böyük  və  ağır  yükləri 
                                                 
*
 
Qandi bu sözləri 11 sentyabr 1931-ci ildə gömrük məmuruna demişdi.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə