Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə29/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   25   26   27   28   29   30   31   32   ...   74

92 
 
dünyasında  da  fəaliyət  göstərmək  istəmişəm. 
Məzhəbin  siyasətdən  ayrı  olduğunu  savunanların 
yanıldıqlarını böyük bir əminliklə söyləyə bilərəm.  

 
Öz  nəfsimizi  təmizləmədən  özümüzü  bütün 
canlılarla  eşit  tutmamız  mümkün  deyildir.  Bu iç 
təmizlənmə  olmadan  “ahimsa”  anlamsız  röyadan 
başqa  bir  şey  olmayacaqdır.  Arınmış  bir  iç 
dünyadan yoxsun olan adam heç bir zaman T
anrını 
anlaya  bilməz.  Nəfsin  arınmışlığı  həyatın  bütün 
sahələrinə yansımalıdır. Nəfsin arınmışlığı yolxucu 
olduğundan  istər-istəməz  mühiti  də  etkiləyəcək  və 
mühit də təmizlənəcəkdir.  

 
Nəfsi arındırma çox çətin və enişli-yoxuşlu yoldur. 
Arınmışlığın  zirvəsinə  çatmaq  üçün  insan 
düşüncədədavranışda və sözdə hər tür şəhvətdən 
azad  olmalıdır.  Məhəbbət—  nifrət  kimi  təzadların 
ötəsinə  yüksəlməlidir.  Ancaq  bütün  çalışmalarıma 
baxmayaraq mən bu üç arınmışlıq zirvəsinə çatmış 
deyiləm. Bu üzdən dünyanı öymək mənə təsir etmir 
və genəldə məni incitmiş olur. Mənə görə, incə və 
üsyankar  şəhvət  duyqularına  qalib  gəlmək  silahla 
bütün dünyaya qalib g
əlməkdən daha çətindir.  

 
Mən  öz  mücadiləmdə  düşüncədə,  davranışda  və 
sözd
ə  arınmışlığın  zirvəsinə  çatmağa  can  atan  zəif 
bir varlığam. Mütləq həqiqət olaraq düşündüyüm bu 
amaclara  çatmaqda  sürəkli  yenilgəyə  uğrayıram. 
Arınmışlığın  zirvəsinə  doğru  bu  devinim  (hərəkət) 
çox çətin və əzablı imiş. Ancaq bu çətinlik içimdə 
mutluluq doğurur. Yüksəldiyim hər addımda özümü 
çox  güclü  hiss  edirəm.  Bir  sonrakı  addımım  üçün 
içimdə böyük güc hiss edirəm.  

 
Mən  xalqa  və  bəşəriyətə  xidmət  edərək  tanrını 
görmək istəyirəm. Çünkü tanrının nə göylərdə nə də 


93 
 
yerin  altında  olduğuna  inanıram.  Tanrının  insanın 
içi
ndə olduğuna inanıram.  

 
Bizim  hər  bir  davranışımızda  məzhəbin  etkisi 
olmalıdır.  Burada  söz  qonusu  olan  məzhəb  bir 
firqənin  ya  da  xas  bir  dini  təlimlərin  əmrləri 
deyildir.  Sö
z  qonusu  varlığa  hakim  olan  əxlaqi  bir 
düzənə inanmaqdır. Bu məzhəb gözlə görünmədiyi 
üçün  həqiqətsizlik  sayıla  bilməz.  Bu  məzhəb 
şamançılıq, islam, xristinalıq, yəhudilik və induizm 
kimi bütün dinləri içərməkdədir. Onların heç birini 
danmaz. 
Onların  hamısını  bir-biri  ilə  uyumlu 
duruma gətirər. Onların anlamlarını gerçəkləşdirər.  

 
Məzhəblər  bir  tək  nöqtəyə  doğru  hərəkət  edən 
müxtəlif  yollardır.  Biz  hamımız  bir  nöqtəyə  doğru 
hərəkət etdiyimizdə yolların fərqli olmasının önəmi 
olmaz. 
Əslində məzhəblərin sayı dünyada var olan 
insanların sayı qədərdir.  

 
Kimsə  öz  məzhəbinin  həqiqətinə  varmış  olursa, 
digər  məzhəblərin  də  həqiqətlərini  anlamışdır 
deməkdir.  

 
Müxtəlif  məzhəblər  durduqca,  hər  kəsin  fərqli 
rəmzlərə  ehtiyacı  ola  bilər.  Bu  rəmzlər  bütə 
dönüşüb  və  özünü  digər  məzhəblərdən  üstün 
bilərsə, o zaman onun heç bir dəyəri olmaz.  

 
Çoxlu  araşdırma  və  sınaqlardan  sonra  bu  sonuca 
varmışam: 
1.
 
Bütün məzhəblər haqlıdırlar.  
2.
 
Hər məzhəbin əksiklikləri var. 
3.
 
Bütün  məzhəblər  öz  məzhəbim  olan  Hind 
məzhəbi  kimi  mənim  üçün  əziz  və  dəyərlidir. 
Bütün  insanların  mənim  üçün  vətəndaşlarım 
qədər əziz olduqları kimi. Bütün məzhəblərə öz 
məzhəbim  kimi  sayqılı  davranıram.  Kimsə 


94 
 
mənim  bir  məzhəbi  başqa  məzhəbə  görə  üstün 
bildiyimi  sanmasın.  Bir  gün  bir  məzhəbdən 
başqa bir məzhəbə keçə bilərəm.  

 
Tanrı  bütün  məzhəbləri  özü  yaratmışdır.  Çünkü 
bütün  məzhəblərdə  Tanrıya  doğru-dürüst inanan 
insanlar var. 
Başqa  bir  məzhəbin  mənim 
məzhəbimdən  daha  aşağı  olduğuna  nə  gizlində  nə 
də  aşkarda  inanmışam.  Kiminsə  öz  məzhəbini 
buraxıb mənim məzhəbimə gəlməsini heç bir zaman 
ağlımdan  keçirməmişəm.  Yalnızca  hər  kəsin  öz 
məzhəbində arınmışlığın zirvəsinə çatması üçün dua 
etmişəm. Tanrının evində müxtəlif bölmələr var. Bu 
bölmələrin hamısı qutsaldır.  

 
Kimsə  düşünməməlidir  ki,  başqa  bir  məzhəb 
haqqında araşdırma aparmaq insanı öz məzhəbindən 
caydıra  bilər.  Hind  fəlsəfi  sisteminə  görə  bütün 
məzhəblər  bir  olan  həqiqətin  müxtəlif  ünsürləridir. 
Bu üzdən Hind fəlsəfəsi bütün məzhəblərə sayqı ilə 
yanaşar.  Şübhəsiz  ki,  bu  əməl  ilk  öncə  öz 
məzhəbinə  sayqıdan  qaynaqlana  bilər.  Başqa 
məzhəbləri  öyrənməyə  çalışmaq  bu  sayqını 
azaltmamalıdır.  Tam  tərsinə  bu  sayqını  daha  da 
gücləndirməlidir.  

 
Sözlər  deyil,  həyat  şəklimiz  bizim  gerçək 
kimliyimizi  göstərməldir.  Tanrı,  yalnızca  1900  il 
öncə Hz. İsa örnəyində öz xaçını daşımamışdır. Bu 
gündə  onu  daşımaqdadır.  Hər  gün  ölüb  yenidən 
dirilir. 
Dünya və bəşəriyət üçün xaç olayını sadəcə 
2000  il  öncəyə  dayandırmaq  çox  yanlış  bir 
tutumdur. 
Bu  üzdən  də  tarixin  tanrılarını  moizə 
etməyin. Onu bu gün də sizin içinizdə sizin aranızda 
yaşayan kimi göstərin.  


95 
 

 
Öz məzhəblərini təbliğ edib başqalarını bu məzhəbə 
dəvət  edənlərin  fəaliyətlərinə  dəyər  vermərəm. 
Məzhəb  və  inanc  söz  deyil,  əməldir.  O  zaman  hər 
kəsin əməli onun məzhəbinin təbliğatçısı olur.  

 
Tanrı  bilgisi  kitablarla  əldə  edilməz.  Bu  bilgini 
i
nsan  özündə  aramalıdır.  Ən  yaxşı  şəkildə  kitablar 
sadəcə yardımçı ola bilərlər. Bir çox hallarda da bu 
kitablar həqiqətə əngəl olurlar.  

 
Mən  dünyanın  bütün  böyük  dinlərində  olan  əsas 
həqiqəti  qəbul  edirəm.  Onların  hamısının  Tanrı 
tərəfindən göndərildiyinə inanıram. Bu məzhəblər o 
iqlimlərdə yaşayan millətlər üçün lazım olduğundan 
Tanrı  qatından  göndərilmiş.  Biz  məzhəblərin 
kitablarını onlara inananlar kimi oxuyacaq olursaq, 
bütün  məzhəblərin  əsasda  eyni  olduqlarını  görərik. 
Bütün  məzhəblərin  bir-birini tamamladıqlarını 
anlarıq.  

 
Tanrıya  inanmaq  bütün  məzhəblərin  təməl  daşıdır. 
Gələcəkdə  yer  üzündə  yalnızca  bir  tək  məzhəbin 
olacağını  ön  görmək  mümkün deyildir. Nəzəri 
açıdan  Tanrı  bir  olduğu  üçün  bir  məzhəbin  də 
olması  gərəkir.  Ancaq  gerçəklikdə  iki  adamı  bilə, 
təsəvvür  etmək  olmaz  ki,  tanrı  ilə  ilgili  eyni 
təsəvvürlərə  sahib  olsunlar.  Bu  üzdən  də  iqlimlər 
arası  fərqliliklərə  cavab  vermək  üçün  məzhəblər 
arası ayrışımların sürəcəyi doğal görünür.  

 
Bütün  dünya  məzhəblərinin  aşağı—yuxarı  haqlı 
oldu
qlarına  inanıram.  “Aşağı—yuxarı”  deyirəm. 
Ç
ünkü  bəşər  fərdləri  kamil  deyillər  və  bəşərlə 
ilişkidə  olan  heç  bir  şey  də  kamil  olmayacaqdır. 
“Kamal” Tanrıya özgü olan bir sifətdir. Bu sifət də 
şərhə  və  bəyana  sığmazdır.  Hər  bir  bəşər  fərdinin, 
hətta  Tanrı  düzeyində  kamala  ərə  biləcəyinə 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə