Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə27/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   23   24   25   26   27   28   29   30   ...   74

85 
 
müvəffəq olmuram. Dünyada nə qədər əksikliklərin 
və  bədbəxtliklərin  olduğunu  yaxşı  bilirəm.  Ancaq 
bu  bədbəxtliklər  olmaya  da  bilərdi.  Böylə  bir 
durumda  əzab  çəkən  milyonlarca  hindistanlının 
ağrı-acılarını  onların  özü  kimi  hiss  etməsəydim, 
insanlıqdan çox uzaq olardım.  

 
Kimsə  mənim  sözümü  qəbul  etməyə  bilər.  Mənim 
söylədiklərimin  tam  tərsinə  davrana  bilər.  Çox 
inandığım etibarlı batılı dostlarım məndən uzaqlaşa 
bilərlər.  Olsun,  önəmli  deyil.  Bütün  dünyaya 
söyləmək istəyirəm ki, mən hər zaman içimdəki səsi 
dinləyərək davranacağam. Bu səsin çağrılarına görə 
yaşayacağam. Kimsə bu iç səsimi vicdan adlandıra 
bilər. Kimsə bunu mənim təlqinlərim olaraq anlaya 
bilər, ancaq mən içimdəki səsi dinləməyə bilmərəm. 
Davranışlarımı  içimdəki  səsə  görə  düzənləyirəm. 
İçimdə  bir  şey  var  ki,  kədərimi  hayqırtı  şəklində 
söyləməmi  istəyir.  Mən  onu  yaxşıca  tanımışam. 
Məni heç bir zaman aldatmayan o iç səs indi mənə 
deyir ki: “bütün dünya qarşısında dirənməlisən. Bu 
dirənişdə tam olaraq yalnız qalsan da, dirənməlisən. 
Dünya sənə qanlı gözləri ilə baxsa da, sən dünyanın 
gözlərinin  içinə  cəsarətlə  baxmalısan.  Qorxma! 
Qəlbində yerləşmiş olan o kiçik şeyə inan ki, deyir: 
Dostu,  qadını,  evladı  və  hər  şeyi  burax!  Ancaq 
uğrunda  yaşadığın  və  uğrunda  öləcəyin  inancına 
vəfalı qal!” 

 
Əyriliklərin,  bədbəxtliklərin  qarşısında  özümü  bir 
tamaşaçı  kimi  gördüyümdə  ruhum  məni  rahat 
buraxmır.  Ancaq  mənim  kimi  zəif,  fani  olan biri 
bütün əyrilikləri və kötülükləri islah edə bilməz. Bu 
mənim  sorumluluqlardan  qaçmağıma  olanaq 
oluşdurmamalıdır.  Ruhum  məni  bir  yönə,  cismim 


86 
 
isə,  bir  başqa  yönə  çəkir.  Bu  iki  gücün  çəkişməsi 
ortamından  qurtuluş  mümkündür.  Yalnız  bu 
qurtuluş çox ağrılıdır. Qurtuluşa doğru irəliləyiş çox 
yavaşca  gerçəkləşir.  Əməllərimdən  imtina  edərək 
bu  qurtuluşa  çata  bilməyəcəyimi  bilirəm.  Bunu da 
bilirəm  ki,  sürəkli  mənəvi  əməllərlə  və  qərəzsiz 
yöntəmlərlə  bu  qurtuluş  mümkün  ola  bilər.  Bu iç 
mücadilə  bu  şəkildə  qurtuluşa  doğru  irəliləyə  bilər 
ki, 
cismi  istəklər  tədricən  və  sürəklilik  içində  tam 
olaraq ortadan qaldırılsın. Yalnız bu biçimdə ruh öz 
bütöv olan azadlığına qovuşa bilər.  

 
Bütün  məzhəblərin  öyrətmənlərinin  söylədikləri 
həqiqətin məsajına inanıram. Sürəkli dua edirəm ki, 
məni  ittiham  edənlərə,  bədxahlarıma  qarşı  içimdə 
inciklik  oluşmasın.  Bir  qatilin  gülləsi  ilə  ölsəm  də 
dodaqlarım da tanrının adı ilə həyatı tərk edəcəyəm. 
Ölərkən  son  nəfəsimdə  qatilimə  qarşı  ağzımdan 
kötü  söz  çıxarsa,  kötü  adamların  cərgəsində 
gör
ülməyə razıyam.  

 
Güclülərin, 
qəhrəmanların 
özəlliyi 
olaraq 
danışdığım  qeyri-aqressivliyin  məndə  də  olub 
olmamasını,  ancaq  ölümüm  göstərəcəkdir.  Kimsə 
məni  öldürsə,  mən  ölərkən,  könül  məbədimdə 
Tanrını  anaraq  qatilimə  bağışlanması  üçün  dua 
edərsəm,  o  zaman  mənim  də  qəhrəmanlar  kimi 
ahimsa
ya  uyduğum,  qeyri-aqressivliyi  qəbul 
etdiyim isbata yetəcəkdir.  

 
Zəifcə  ölmək  istəmirəm.  Ölərkən  gözləm 
(müşahidə)  yetənəyimi  itirmək  istəmirəm.  Güclü 
ölmək istəyirəm. əldən-ayaqdan düşmüş bir şəkildə 
ölmək  istəmirəm.  Bir  qatil  məni  güllə  ilə  öldürə 
bilər.  Böylə  bir  ölümə  “xoş  gəldin!”  deyərəm. 
Ancaq  hər  şeydən  öncə  arzum  budur  ki,  ölərkən, 


87 
 
son  nəfəsimdə  də  öz  tarixi  görəvimə  xidmət  etmiş 
olum.  

 
Şəhid  olmağı  arzu  etmirəm.  Ancaq  həqiqəti 
savun
arkən,  qutsal  görəv  adlandırdığm  yolumda 
şəhid olsam, bu şəhidliyə özümü layiq bilirəm.  

 
Keçmişlərdə  məni  öldürmək  üçün  bir  neçə  kərə 
saldırsalar  da,  tanrı  məni  qorumuşdur.  Bu  saldırını 
gerçəkləşdirənlər öz etdiklərindən peşman olmuşlar. 
Ancaq  kimsə  məni  güllə  ilə  öldürsə,  öldürdükdən 
sonra  da  düşünsə  ki,  yalançı  və  alçaq  bir  adamı 
öldürmüşdür,  bu  durumda  onun  öldürdüyü  Qandi 
deyil.  O,  öz  nəzərində  yalançı  və  qorxaq  gördüyü 
birini öldürmüşdür.  

 
Uzun  sürən  bir  xəstəlikdən  ya  da  bəsit  bir  yara 
üzündən  ölsəm,  xalq  sizə  sinirlənsə  də,  sizin 
görəviniz  budur  ki,  dünyaya  duyurasınız  “Qandi 
iddia  etdiyi  qədər  Tanrı  adamı  deyilmiş.”  Böylə 
etsəniz,  ruhum  rahat  olar,  sizlərdən  də  razı  qalar. 
Ayrıca, bilmiş olun bir neçə gün öncə birinin məni 
bomba ilə öldürmək istədiyi kimi, kimsə məni güllə 
i
lə vursa, mən çəkinmədən bu ölümü qəbul edər və 
son  nəfəsimdə  tanrını  anarsam,  bütün  iddialarımda 
doğru sayıla bilərəm.
*
 

 
Kimsə  ölümümdən  sonra  cənazəmi  təmtəraqla 
yandırmaq istərsə, ölü danışa bilərsə, ona söylərəm 
ki, bunlara ehtiyac yoxdur. Məni öldüyüm yerdəcə 
yandırın.  

 
Ölümümdən  sonra  heç  kimsə  mənim  varisim  və 
təmsilçim  ola  bilməz.  Ancaq  sizlərin  hər  tək-
təkinizdə  məndən  bəzi  zərrələr  diri  qalacaq. 
Zərrələrim  çoxlarında  yaşayacaq.  Kimsə  amacı 
                                                 
*
 
Qandi bu cümləni 29 yanvar 1948-ci ildə teror edilişindən təqribən 20 saat 
öncə demişdir.  


88 
 
özündən  üstün  sayar  və  özünü  xalqın  içində 
dəyərsiz  olaraq  görərsə,  mənim  boş  yerim  bəlli 
ölçüdə dolmuş olacaqdır.  

 
Bir daha yenidən həyata dönmək istəmirəm. Ancaq 
dünyaya  yenidən  dönüşüm  qaçınılmaz  olursa, 
nəcislər  sinifindən  olmaq  istərdim.  Onların 
ağrılarını,  acılarını  anlamaq  üçün  bu  sinifin  içində 
yenidən dünyaya gəlmək istərdim. Özümü və onları 
bu bədbəxtlikdən qurtarmaq amacı ilə yeni həyatımı 
mücadiləyə həsr etmək istərdim.  
 
 
 
Məzhəb və həqiqət 
 

 
Məzhəbdən  danışdığımda  amacım  rəsmi  və  ya 
yayqın  məzhəb  olmamışdır.  Bütün  məzhəblərin 
əsasını  və  ruhunu  təşkil  edən  məzhəbi  nəzərdə 
tuturam. 
Bizi yaradanımızla üz-üzə gətirən məzhəb. 

 
Düşüncəmi  açıqca  açıqlamaq  istəyirəm.  Başqa 
məzhəblərlə  qiyasda  daha  çox  ilgimi  çəkmiş  olan 
Hind  məzhəbi  söz  qonusu  deyildir  sadəcə.  Hind 
məzhəbindən  də  daha  üstün  olan  məzhəbi  nəzərdə 
tuturam. 
İnsanın  təbiətini  yumşaldan  və  içəridən 
sıxca  həqiqətlə  bağlayan  məzhəb.  İçəridə  sürəkli 
insanın arınmasına səbəb olan məzhəb. Bu, insanın 
doğasında  yerləşmiş  olan  və  ruhu  sürəkli  hərəkətə 
gətirən  əbədi  bir  ünsürdü.  Bu  ünsür  insanın  özünü  
tanımasına  və  Tanrı  ilə  sevincli  ilişkiyə  girməsinə 
yardımçı olur.  

 
Mən  Tanrını  görməmiş  və  Onu  tanımamışam. 
Bütün  dünya  insanlarının  inandığı  kimi  mən  də 
inanmaqdayam. 
İnancım sarsılmaz olduğundan onu 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə