Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə35/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   31   32   33   34   35   36   37   38   ...   74

114 
 
inancımdan  qaynaqlanmaqdadır.  Tanrı  adında 
dayanağım olmasaydı, insanlara nifrət edərdim.  

 
Mən  “Qutsal  adam  paltarında  siyasətçi”  deyiləm. 
Həqiqətə  uymaq  ussallığın  (ağıllılığın)  zirvəsi 
olduğundan,  bəzən  davranışlarım  yüksək  siyasi 
ustalıq  kimi  görüntülənir.  Həqiqət  və  “ahimsa” 
dışında  heç  bir  siyasət  izləməmişəm.  Hətta 
vətənimin  qurtuluşu  adına  da  həqiqət  və 
“ahimsa”dan v
az  keçmək  istəmirəm.  Ayrıca, 
həqiqət  və  “ahimsa”dan  vaz  kəçərək  vətənimin 
qurtuluşuna da inanmıram.  

 
Düşünrəm  ki,  həqiqət  ülküsünü  “ahimsa”dan  daha 
yaxşı  anlayıram.  Təcrübələrim  göstərmişdir  ki, 
həqiqətdən vaz keçsəm, “ahimsa” bilməcəsini çözə 
bilməyəcəyəm.  Bəlkə  yolu  düzcə  getmə  cəsarətim 
yoxdur. 
Bunların  hər  ikisi  öz  dərinliklərində 
eşanlam 
daşımaqdadır. 
Şübhə 
inancın 
köksüzlüyündən  və  ya  olmayışından  qaynaqlanar. 
G
ecə-  gündüz  “Tanrım,  mənim  inancımı  möhkəm 
qıl”  deyə  dua  edirəm.  Aşağılanmalarda, 
uğursuzluqlarda və fırtınalı yaşamımda özgüvənimi, 
sarsılmazlığımı  qoruyuram.  Bu  da  tanrıya  olan 
sarsılmaz 
inancımdan 
dolayıdır. 
Tanrını 
milyonlarca  surətlə  tanımlaya  bilərik.  Ancaq  mən 
“həqiqət tanrıdır” düşüncəsini qəbul etmişəm.  

 
Daxili  bir  yönləndiricimin  ya  da  yanılqısız 
ilhamlarımın  olduğunu  heç  bir  zaman  iddia 
etməmişəm.  Təcrübələrimə  dayanaraq  söyləyə 
bilərəm  ki,  bəşərin  özünü  yanlıqısız  sanması 
yanlışdır.  İlham,  bəlkə  insanı  təzadlardan  azad 
etmək  üçün  ola  bilər.  Çünkü  insan  hər  dəqiqə 
təzadlarla  qarşı-qarşıyadır.  Bu  nədənlə  də 
yanılqısızlığı iddia etmək çox təhlükəlidir.  


115 
 
Ancaq bu, 
içimizdə bir tür ilham və yönləndiricinin 
olmaması  anlamına  gəlməz.  Dünyanın  ağıllı 
ins
anlarının  təcrübələrinə  baxmaq  lazımdır. 
Gələcəkdə  bu  təcrübələrdən  yararlanmaq  olacaq. 
Ayrıca,  təməl  həqiqətlər  müxtəlif  türdə  deyillər, 
yalnız bir tək həqiqət var. Bu bir tək olan həqiqət də 
ahimsa
”, yəni qeyri aqressiv davranmaqdır. Bəşər 
fərdləri  sınırlı  olanaqları  ilə  sonsuz  olan  məhəbbət 
və həqiqət ərmişliyinə çata bilməz. Ancaq bu yolda 
yönləndirilişimiz ölçüsündə irəliləmək mümkündür. 
Doğal olaraq həqiqətə əməl etməkdə yanılqılara yol 
verəcəyik. Ara-sıra bu yanılqılarımız çox böyük də 
ola  bilər.  Ancaq  insan  özünə  hakim  olan  bir 
varlıqdır.  Öz  nəfsinə  hakim  olan  insan  yanıldığı 
ölçüdə  öz  yanılqılarını  düzəltmə  olanaqlarına  da 
sahibdir.  

 
Mən dəyərsiz bir şəxs kimi görünə bilərəm. Ancaq 
doğruluq  mənim  aracımla,  məndə  yuvalanaraq  dil 
açıb danışdığında yenilməz və dəyərli oluram.  

 
Həyatım boyunca dəyərsiz və ərəksiz (hədəfsiz) bir 
söz  söyləməmişəm.  Mənim  təbiətim  hər  şeyin 
qəlbinə  diqqət  edəcək  yapıdadır.  Bu yolda tam 
olaraq  uğurlu  olmamışamsa  da,  doğruluğun 
(həqiqətin) özünü eşitdirəcəyini bilirəm. Bu, mənim 
təcrübələrimdə çox kərə ortaya çıxmışdır.  

 
Doğruluq  arayan  kiçik biri olsam da yolumda çox 
iradəliyəm.  Özümü  ararkən,  mənimlə  yoldaşlıq 
edən yandaşlarıma güvənirəm. Bu, onların aracılığı 
ilə  yanılıqılarımı  görməyimə  səbəb  olur.  Eyni 
biçimdə  onlar  da  mənim  aracılığımla  yanılqılarını 
görmüş  olurlar.  Öz  sezgilərimdə  və  yarqılarımda 
çox  kərə  yanıldığımı  etiraf  etməliyəm.  Hər  sahədə 
vardığım  yollara  tənqidi  baxdığımdan  bənzər 


116 
 
zərərlərlə  qarşılaşmamışam.  Tam  tərsinə,  qeyri-
aqressivliyin  təməl  həqiqəti  daha  da  açıqca 
görüntülənmişdir.  Ölkəm  mənim  bu  tutumumdan 
heç bir zaman zərər görməmişdir.  

 
Mən  gözəlliyi  doğruluqda  (həqiqətdə)  görmüş,  ya 
da  doğruluq  aracı  ilə  özümsəmişəm.  Yalnızca 
düşüncədə olan doğruluq deyil, həqiqətlə iç-içə olan 
çöhrələr, səslər təsvirlər çox gözəl olurlar. Genəldə 
insanlar  həqiqətin  gözəlliyini  görə  bilməzlər.  Adi 
bir  şəxs  həqiqətdən  qaçar  və  onun  gözəlliyi 
qarşısında  kor  olar.  İnsanlar  həqiqətin  gözəlliyini 
görməyi  başardıqlarında  gerçək  sənət  o  zaman 
başlayacaq.  

 
Gerçək  bir  sənət  adamının  görüşündə  zahiri 
gözəlliyin  ötəsində  ruhi  gözəlliyi  də  yansıdan  üz 
gözəl  sayılır.  Həqiqətdən  ayrı  heç  bir  gözəllik 
mövcud deyildir. 
Bəzən  həqiqət,  zahiri  gözəl 
olmaya
n  biçimdə  görünə  bilər.  Bilindiyi kimi 
Sokrat 
öz  zamanında  ən  dürüst  və  doğrunu 
söyləyən şəxs olmasına qarşın, çox çirkin görünüşlü 
sifəti var imiş. Mənə görə Sokrat dünyanın ən gözəl 
insanı  imiş,  çünkü  bütün  gücü  ilə  həqiqəti 
aramışdır.  Zahirən  çirkin  görünməsi  heç  də 
Fidyas
ın  onun  həqiqətinin  gözəlliyinə  övgü 
söyləməsini  önləməmişdi.  Fidyas  bir  sənətçi  kimi 
gözəl  üzləri  görməyə  alışsa  da,  bu  həqiqətin  də 
gözəlliyini görə bilmişdi.  

 
Öz  fani  varlığımızda  əsir  kimi  bulunduğumuz 
müddətcə,  bütöv  həqiqətigörmə  olanaqsızdır.  Biz 
onu yalnız öz təsəvvürümüzdə ölçə bilərik. Fani və 
davamsız  olan  bədənimizlə  əbədi  həqiqətlə 
qarşılaşmamız  qeyri—mümkündür.  Bu  üzdən  də 


117 
 
son  çözgə  (çarə)  şəxsin  imana  və  inanca 
tapınmasında ortaya çıxar.  

 
Tanrının  mənə  bağışlarda  bulunduğu  iddiasında 
olmamışam. Peyqəmbərlik iddiam da yoxdur. Mən, 
yalnızca  həqiqəti  arayıb  bulmağa  çalışan  kiçik  və 
sadə  bir  insanam.  Düşünürəm  ki,  Tanrı  ilə 
qarşılaşmaq  üçün  heç  bir  fədakarlıqdan  vaz 
keçilməməlidir. Toplumsal, siyasal və insansevərlik 
olaraq  adlandırılan  mənim  bütün  eyləmlərim 
(fəaliyətlərim)  bu  amaca  xidmət  etmişdir.  Tanrını, 
ya
lnızca ən böyük əsərlərində deyil, ən kiçik olaraq 
yaratdıqlarında  da  görmək mümkündür. Mən  bu 
kiçik  və  düşkün  yaradılışlar  aracı  ilə  Tanrını 
anlamağa  çalışıram.  Onlara  xidmət  etmədən  bu 
aşamaya çata bilmərəm. Aşağı siniflərə xidmətetmə 
həvəsim  burdan  qaynaqlanır.  Siyasətə  qatılmadan 
bu  xidmətləri  edə  bilməyəcəyimdən,  siyasətə 
qatılmaq zorunda qaldım. Bu üzdən də mən ağa və 
ərbab deyil, xidmət etməyə həvəsli olan bir şəxsəm. 
V
ətənim Hindistana xidmət yoluyla bütün insanlığa 
xidmət etməyə çalışıram.  

 
Həqiqət  və  dürüstlüyün  ötəsində  heç  bir  məzhəb 
yoxdur.  

 
Gerçək  məzhəblə  gerçək  əxlaq  ayrılmaz  biçimdə 
bir-
birinə  möhkəm  bağlarla  bağlanmışlar.  Əxlaq 
üçün məzhəb tarlada toxumu suvaran su kimidir.  

 
Ağılla örtüşməyən, əxlaqla çəlişən (ziddiyətdə olan) 
hər tür məzhəbi rədd edirəm. Əxlaqa zidd olmadığı 
ölçüdə  ağıl  dışı  məzhəbi  duyqular  qarşısında  dözə 
bilərəm.  

 
Əxlaq ölçülərini itirdiyimizdə, artıq əxlaqlı biri ola 
bilmərik.  Əxlaqı  ayaqlar  altına  alan  məzhəb  ola 
bilməz. Örnəyin həqiqətdən çox uzaq olan bir şəxs 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə