Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə37/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   33   34   35   36   37   38   39   40   ...   74

121 
 

 
Dənizdən  bir  damlacıq,  bilincində  olmasa  da, 
dənizin  özəlliklərini  bəlli  ölçüdə  daşımaqdadır. 
Ancaq  bu  damlacıq  dənizdən  ayrıldığında 
buxarlanıb  yox  olmağa  məhkumdur.  Bu  üzdən 
“həyat coşqun bir dənizdir” deyimi yanlış bir deyim 
deyildir.  

 
Mən özümə güvəndiyimdən dolayı iyimsər (nikbin) 
bir adamam. 
Mənim  bu  söylədiyim  bir  az 
təkəbbürlü görünə bilər, ancaq öylə deyildir. Çünkü 
böyük bir a
lçaqkönüllülüklə  Tanrının  tükənməz 
gücünə  inanıram.  Həqiqətə  inanıram.  Bu  üzdən  də 
ölkəmin və bəşərin gələcəyi ilə ilgili çox iyimsərəm.  

 
Mənim  məzhəbim  daşlaşmış  və  sınırlı  məzhəb 
deyildir. 
Çünkü mənim inancımda Tanrının ən aşağı 
yaradılışına  da  yer  var.  Ancaq  mənim  inancım  hər 
tür  güstaxlığa,  irqi  üstünlüyə,  rənglər  ayrımına 
qapalıdır.  Çünkü  mənim  inancımda  bütün  insanlar 
qardaşdır.  

 
Yer  üzündə,  yalnızca  bir  tək  məzhəbin  hakim 
olacağına inanmıram və olmasını da istəmirəm. Bu 
üzdən  də  bütün  məzhəblərin  ortaq  yönlərini 
bulmağa çalışıram. Düşünürəm ki, bütün məzhəblər 
bir—
birinə qarşı dözümlü davranmalıdırlar. Heç bir 
din digərindən üstün deyildir.  

 
Ruhi  ərmişliyə  (kamala)  ulaşmaq  üçün  sözdə, 
düşüncədə  və  davranışda  doğruluğa  əməl 
e
dilməlidir. Böylə ərmiş şəxsiyətlərdən yoxsun olan 
uluslar çox yoxsuldurlar.  

 
Tanrının gözündə suçlu və suçsuz eynidir. Hər biri 
bir tür yarqılanacaq. Hər biri üçün irəliləmək və ya 
geriləmək  fürsəti  tanınmışdır.  Hər  ikisi  Onun 
yaratdığıdır.  Özünü  suçlulardan  daha  üstün  bilən 
ərdəmli (fəzilətli)  bir  kişi  öz  ərdəmini  itirər,  Tanrı 


122 
 
yanında sayqınlığı yox olar. Böylə davranış ərdəmli 
adamı suçlu adamın da düzeyindən aşağı düşürər.  

 
Biz  genəldə  tinsəl  (ruhani)  bilgilərlə  tinsəl 
qazanımları  bir—birinə  qarışdırırırq.  Tinsəl 
qazanımlar qutsal hörütləri (mətnləri) oxumaqla və 
fəlsəfi  bilgilərlə  ilgili  deyildir.  Burada söz qonusu 
olan könül eyitimidir. 
Tinsəl  qazanımlar  üçün 
gərəkən  ilk  şey  bilgidən  ziyada  qorxmazlıqdır. 
Q
orxaq adam əxlaqlı birisi ola bilməz.  

 
Şəxs  çox  böyük  bir  həvəslə  Tanrı  yaratıqlarının 
(məxluqlarının)  hamısının  güvənliyini  istəməlidir. 
Böylə bir gücə sahib olmaq üçün sürəkli dua edər. 
Böylə  bir  adamın  şəxsi  mutluluğu  toplumsal 
mutluluqla özdeşləşər (eyniləşər). Yalnız özünün və 
çevrəsinin mutluluğunu istəyən adam məncil biridir  
o, hətta özünə də yararlı ola bilməz.  

 
Mən  Tanrının  mütləq  birliyinə  inandığımdan 
bəşəriyətin də birliyinə inanıram. Ayrı bədənlərimiz 
olsa da, 
ruhlarımız  birdir.  Günəş  ışını 
parçalandığında  bir  neçə  rəng  oluşdurar.  Ancaq 
bütün  bu  rəngli  ışınların  qaynağı  birdir.  Bu  üzdən 
də  ən  ərdəmli  insanlarla  olan  bağlarımı 
görməzlikdən  gələ  bilmədiyim  kimi,  ən  kötü ruhlu 
adamlarla 
da özümü ayrı tuta bilmərəm.  

 
Mən  diktator  olsaydım,  məzhəblə  siyasəti  ayırd 
edərdim.  Mən  məzhəbimə  güvənirəm,  ona  and 
içirəm və onun üçün ölməyə hazıram. Ancaq bütün 
bunlar  mənim  özəl  sahəmdir.  Dövlət  buna 
qarışmamalıdır.  Dövlətin  görəvi  ümumi  rifahı 
bərqərar  etmək,  sağlıq  sorunlarını  gedərmək,  dış 
ilişkiləri yoluna qoymaq və iqtisadi güvənliyi təmin 
etməkdən ibarətdir. Dövlət məzhəb işlərinə qarışsa, 


123 
 
durum  sağlıqlı  olmaz.  Məzhəb  məsələsi  hər  kəsin 
özəl sahəsidir. Dövləti ilgiləndirməz.  

 
Mən 
anlamsızlıq 
və 
həqiqətsizliklərlə 
çevrələnmişəm.  Bütün  çalışmalarıma  baxmayaraq, 
həqiqətin harda olduğunu bilmirəm. Ancaq Tanrıya 
və həqiqətə yaxınlaşdığımı sanıram. Bu uğur bir çox 
əski dostlarımdan vaz keçərək, onlardan aralanaraq 
mümkün ol
sa  da,  buna  təəssüflənmirəm.  Müxtəlif 
qarmaşıq  sorunlarla  ilgili  sadə  bir  şəkildə  danışıb 
yaza bilirəmsə, aşırı müxalifətlərə qarşın, hər kəslə 
qonuşa  bilirəmsə,  özümlə  bağladığım  onbir  əhdə 
əməl  edə  bilirəmsə,  bütün  bunlar  Tanrıya 
yanaşmağımın  göstərgəsidir.  Altmış  illik  sürəkli 
çalışmalarım  sonucunda  ən  az  özüm  üçün 
bəlirlədiyim həqiqəti dərk etdiyimi düşünürəm.  

 
Şəxs  öz  görəvini  yapmalı  və  sonucunu  Tanrıya 
bura
xmalıdır.  İnsanın  öz  yazqısına  hakim  olduğu 
sanılır.  Bu,  çox  sınırlı  biçimdə  doğrudur.  Bütün 
amacları  və  planları  bilmiş  olan  o  böyük  güc  izn 
verdiyi  ölçüdə  insan  öz  yazqısına  hakim  ola  bilər. 
Çünkü gerçək planın izləyicisi olan o böyük gücdür. 
Mən bu gücü Tanrı olaraq tanımıram. Onu həqiqət 
olaraq tanımlayıram. Bütün həqiqət bu böyük gücün 
bağrında təcəssüm olur. Bu da həqiqətin özüdür.  

 
Suçsuzları 
və 
suçluları 
Tanrı 
adına 
cəzalandırmaqdan daha böyük bir suç tanımıram. 

 
Mən  bir  tərəfdən  öz  aşağılanmamı  düşünüb,  digər 
tərəfdən  də  məndən  olan  bəkləntiləri  göz  önümdə 
bulundurduğumda  bir  an  gicəlmiş  kimi  oluram. 
Daha  sonra  anlayıram  ki,  bu  bəkləntilər  təzadlı 
özəlliklərdən oluşan “mən”dən deyildir. Bu bəklənti 
həqiqət və qeyri—aqressivliyin tərkibi olan mənim 
va
rlığımdandır.  Doğrudur,  mən  bu  iki  sahədə  tam 


124 
 
ərmiş  biri  deyiləm.  Ancaq  başardığım  qədəriylə 
onları içimdə gəlişdirməyə çalışmışam.  

 
Vətənim  yolunda  fəda  edə  bilməyəcəyim  heç  bir 
şeyim yoxdur. Yalnız iki şey var ki, onları vətənimə 
fəda etmərəm. O da həqiqət və “ahimsa”dır
*
. Bu iki 
varlığı  bütün  dünyaya  da  fəda  etmərəm.  Çünkü 
mənə görə həqiqət Tanrıdır və ona qovuşmanın da 
tək yolu “ahimsa”dır. Mən Tanrı və ya həqiqəti fəda 
edərək  Hindistana  xidmət  etmək  düşüncəsində 
deyiləm.  Çünkü  həqiqəti  danmış  olan  kimsə, 
vətənini də asanca dana bilər.  
 
 
 
Araclar və amaclar 
 

 
mənim  həyat  fəlsəfəmdə  araclar  və  amaclar  bir—
birinə dönüşən şeylərdir.  

 
Deyirlər  “araclar  hər  halda  aracdır.”  Mən  deyirəm 
“araclar  hər  halda  hər  şeydir.”  “Sizin  araclarınız 
necə  olsa,  amacınız  da  öylə  olacaq.”  Aracları 
amaclardan  ayıran  bir  divar  yoxdur.  Aracları 
kontrolumuz  altında  tutmaq  üçün  Tanrı  bizə 
gərəkən  imkanı  sınırlı  biçimdə  vermişdir.  Ancaq 
hədəfləri  kontrol  etmək  üçün  imkan  yoxdur. 
Hədəflərin  gerçəkləşimi  ona  doğru  yürüdüyümüz 
araclarla  mümkün olur. 
Bu,  istisna  qəbul  etməyən 
bir önərmədir.  

 
Ahimsa  və  həqiqət  ayrıla  bilməyəcək  qədər  bir—
birinə  bağlıdırlar.  Bunlar  bir  sikkənin  iki  tərəfi 
kimidir. 
Ancaq yenə də ahimsanın arac və həqiqətin 
                                                 
*
 
Ahimsa, yəni aqressivsizlik, mülayimlik və tolerans. 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə