Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə38/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   34   35   36   37   38   39   40   41   ...   74

125 
 
amac  olduğunu  söyləmək  mümkündür.  Aracların 
arac özəlliyi daşıya bilməsi üçün sürəkli əldə olması 
gərəkir. Bu nədənlə də “ahimsa” əldə olan ən ideal 
aracdır.  
Aracları  uyqun  biçimdə  seçərsək,  gec—tez 
amacımıza  çatarıq.  Biz  bu  qonunu  qəbul  etdikdən 
sonra  artıq  son  qələbə  sorunu  olmayacaqdır.  Bu 
durumda ortay
a  nə  kimi  sorunların  çıxmasına  və 
zahirən  geriləmlərin  görünməsinə  baxmayaraq, 
həqiqəti  aramaqdan  vaz  keçməyəcəyik.  Tanrının 
özü olan h
əqiqət.  

 
Kəsə  yollarla  və  aqressiv  üsullarla  uğur  əldə 
e
diləcəyinə  inanmıram.  Aqressiv  yöntəmlərə  əl 
atanlarla  həmdərd  olsaq  və  onların  yüksək 
hədəflərini  alqışlasaq  da,  hər  halda  mən  aqressiv 
üsullara 
qarşı  barışmaz  pozisionumda  qalacağam. 
Anlaşıldığı  kimi  aqressiv  yöntəmin  tərəfdarları  ilə 
mənim  aramda  heç  bir  ortaq  tərəfimiz  yoxdur. 
Qeyri—
aqressiv yöntəmlərə olan sarsılmaz inancım 
məni  anarşistlərdən  və  aqressiv  üsullara 
inananlardan  uzaqlaşdırmır.  Tam  tərsinə,  məni 
onlara  tərəf  cəlb  edir.  Ancaq  bu  yoldaşlıqda  əsas 
amacım  onları  bu  sərtliklərindən  vaz  keçirmək 
olmuşdur. Çünkü təcrübə mənə göstərmişdir ki, heç 
bir zaman aqressiv 
olan, 
dürüst olmayan 
davranışlardan  yaxşı  sonuc  çıxarmaq  olmaz.  Bu 
inanc  aldadıcı  görünsə  də,  onun  çox  çəkici  bir 
aldadıcı olduğunu qəbulı etməliyik.  

 
Araclar  və  amaclar  arasında  heç  bir  bağlantının 
olmamasına  inanmaq  böyük  yanlışlıqdır.  Bu 
yanlışlıq üzündən, hətta məzhəbi adamlar da böyük 
cinayətlərə bulaşırlar. Bu, tikan əkərək qızılgül əldə 
etmək  bəkləntisi  məntiqinə  bənzəməkdədir.  Mən 


126 
 
yalnız  bir  gəmi  qullanaraq  dənizdə  səfərə  çıxa 
bilərəm. Bu səfər üçün atarabası qullanırsam, özüm 
də araba ilə bir yerdə dənizə batarıq. Böylə yaxşı bir 
deyim 
var: “Tanrı, onu arayana bənzəməkdədir.” Bu 
deyim zamanla təhrif edilmiş və bu təhrifə görə də 
insanlar yollarını azmışlar. Aracı toxuma və amacı 
alağa  bənzətmək  mümkündür.  Toxum  və  alaq 
arasında bağlar olduğu kimi, arac və amac arasında 
da  qırılmaz  bağlar  var.  Doğal  olaraq  şeytana 
pərəstiş  edərsəm,  sonuc  Tanrıya  pərəstişdən  fərqli 
olacaq. 
Bu  nədənlə  kimsə  “Mən  Tanrıya  tapınmaq 
istəyirəm.  Şeytan  aracılığı  ilə  də  olsa,  nə  önəmi 
var?”  deyirsə,  bu,  onun  dəlicə  aymazlığından 
(cəhalətindən)  qaynaqlanır.  Biz  əkdiklərimizi 
biç
ərik yalnız.  

 
Sosializm gözəl bir sözdür. Mənim bildiyimə görə, 
sosializmdə  bütün  insanlar  eşitdir.  Kimsə  aşağı  və 
kimsə  yuxarı  deyildir.  İnsanın  bədənində  də  baş 
daha yüksəkdə olduğundan özəl bir pozisiona sahib 
deyil. 
Daban  da  sürəkli  yerlə  təmasda  olduğundan 
daha  aşağı  pozisionda  deyildir.  İnsan  bədəninin 
üzvləri  bərabər  olduğu  kimi,  toplum  üzvləri  də 
eşitdirlər.  Budur  sosializmin  anlamı.  Sosializmdə 
şahzadə—kəndli,  zəngin—yoxsul,  işverən—işçi 
eyn
i  düzeydədirlər.  Məzhəb  açısından  sosializmdə 
ikilik yoxdur. 
Hər  şey  “bir”likdə  dəyərləndirilir. 
Dünya miqyasında toplumlara baxdığımda ikilikdən 
başqa  bir  şey  görmürəm.  “Bir”lik,  sadəcə 
olmadığından  dolayı  hiss  olunur.  Mənim 
təsəvvürümə görə çoxluqlar arasında birlik bərqərar 
etmək mümkündür. Bu düzeydə ərmişliyə ulaşmaq 
üçün olaylara fəlsəfi açıdan baxmaq gərəkmir. Hər 
kəs  sosializmi  qəbul  etmirsə,  heç  bir  iş  görmək 


127 
 
olmaz 
düşüncəsi 
yanlışdır. 
Həyatımızı 
dəyişdirmədən  sadəcə  nitq  söyləyib  təşkilatlar 
qurar
aq oturub fürsət gözlərsək, bununla sosializmə 
varmaq olmaz. 
Sosializm  inanc  və  imanla  başlar. 
İnanclı  bir  insan  ortaya  çıxdığında  onun  önünə  bir 
sıfır  qoyuruq  və  on  rəqəmi  ortaya  çıxır.  Bundan 
sonra ona əklənən hər sıfır onu ona çarpacaq və on 
kərə  artıracaq.  Ancaq  başladıcı  sıfır  olsa,  daha 
doğrusu  kimsə  işi  inancla  başlamazsa,  sıfırların 
əklənməsi  heç  bir  nəticə  verməyəcək.  Sosializm 
səfa  və  təmizliklə  səciyələnir.  Bu  üzdən  də  onun 
gerçəkləşməsi  üçün  billur  təmizliyində  araclar 
lazımdır.  İnqilab  edib  hakimlərin  başını  kəsərək 
sosializmi  gerçəkləşdirmək  olmaz.  Bu aqressiv 
yöntəmlə  işçi—işverən  arasında  eşitlik  sağlamaq 
olmaz. 
Həqiqətsizlik  yoluyla  həqiqətə  varmaq 
olmaz. 
Yalnız  həqiqətlə  özdeş  olan  yöntəmlə 
həqiqətə varmaq olar. Qeyri—aqressivlik və həqiqət 
ikiz deyillər, bir-birinə yapışıqdırlar. Çünkü qeyri—
aqressivlik həqiqəti içinə alır. Bu üzdən də bunların 
bir  sikkənin  iki  üzü  olduqları  söylənməkdədir.  Bir 
sikkəni hansı tərəfindən oxusanız, fərqli sözlərə rast 
gəlsəniz  də,  onun  dəyəri  eynidir.  Əyrilik  kimsənin 
düşüncəsinə və ya cisminə yol taparsa, həqiqətsizlik 
və  aqressivlik  də  o  bədəndə  yuvalanmış  olur.  Bu 
üzdən  də,  yalnız  həqiqət  arayan  sosialistlər  hər  tür 
nifrət,  kin  və  aqressivlikdən  uzaq  olaraq 
Hindistanda  və  dünyada  sosialist  bir  toplum  qura 
bi
ləcəklər.  

 
Nəfsi  təmizləmənin  ruhi  silahı  zahirən  görünməz 
olsa  da,  sosial  mühiti  təmizləmək  və  xarici  əsarət 
z
əncirlərini qırmaq üçün ən güclü silahdır. Bu silah 
ço
x  mülayim  və  görünməzcə  əməl  edər.  Sərt  və 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə