Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə36/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   32   33   34   35   36   37   38   39   ...   74

118 
 
rəhmsiz  və  qəddarca  davranaraq,  Tanrının  onunla 
olduğunu iddia edə bilməz.  

 
Bizim  istəklərimiz  iki  bölümə  ayrıla  bilər:  məncil 
və  qeyri—məncil.  Bütün  məncil  istəklərimiz 
qeyri—
əxlaqi  ikən,  özümüzü  gəlişdirmə  və 
başqalarına  yararlı  olma  kimi  təmayüllərimiz 
əxlaqidir.  Ən  yüksək  əxlaqi  ölçü  budur  ki,  hər 
zaman insanlığa xidmət etməyə hazır olmalıyıq.  

 
Ruhani  olduqlarını  iddia  etdiyim  davranışlarım 
əməldə  yararlı  olmursa,  mənim  üçün  böyük 
yenilg
ədir.  Məncə  ən  ruhani  davranışlar,  ancaq 
əməldə yararlı olanlardır.  

 
Quts
al kitablar ağlın və həqiqətin tərsinə ola bilməz. 
Onlar ağlı dərinləşdirmək, ağlın önündəki önləmləri 
ortadan  qaldırmaq  və  həqiqəti  aydınlatmaq  üçün 
gəlmişlər.  

 
Qutsal  kitablar  bağışlanmanı  ön  görsələr  də, 
yanlışlıqları görməzlikdən gəlmək olmaz.  

 
Əyrilik  haqqında  nə  qədər  təbliğat  edilsə  də, 
həqiqətin yerini ala bilməz. Həqiqəti kimsə görməsə 
də, heç bir zaman əyrilik kimi görünməz.  

 
Nəyinsə  daha  əski  və  qədim  olduğundan  dolayı 
yaxşı  olacağına  inanmıram.  Tanrının  verdiyi  ağıl 
nemətini  əski  gələnəklərə  fəda  etmək  istəmirəm. 
Hər hansı bir gələnək nə qədər əskilərə dayansa da, 
əxlaqla  uyum  içində  deyilsə,  yer  üzündən 
silinməlidir. Xalqın bir qismini nəcis görmək bəlkə 
çox  əski  bir  gələnəkdir.  Çocuqların  evləndirilməsi 
də  çox  əski  bir  gələnəkdir.  Bu  kimi  bir  çox 
gələnəklərin  kökü  çox  əskilərə  dayanır.  Əlimdən 
gələrsə, bütün bu gələnkləri tarixdən silərəm.  

 
Büt
lərin  məndə  heç  bir  duyqu  oyandırmamasına 
qarşın,  bütləri  sitayiş  etməyə,  bütpərəstliyə  pis 


119 
 
baxmıram. Çünkü bütpərəstıiyin də insan doğasının 
özəlliyi  olduğunu  düşünürəm.  Biz insan olaraq 
zahiri şeylərə və simgələrə də ehtiyacımız vardır.  

 
Dua  vaxtı  bütlərdən  və  təsvirlərdən  yararlanmağı 
yasaqlamıram. Ancaq Tanrıya heç bir arac olmadan 
tapınmanı  tərcih  edirəm,  bəlkə  mənim  bu  tərcihim 
doğru deyildir. Bir şey bəzən bir adam üçün uyqun 
görünürkən,  eyni  şey  bir  başqası  üçün  uyqunsuz 
görünə bilər. Bu iki adamın hansının haqlı olduğunu 
söyləmək  çətin  işdir.  Onların  durumlarını 
qiyaslamaq olmaz.  

 
Mən böylə bir inanışa varmışam ki, sözlər də bəşər 
evladı  kimi,  anlam  və  içərik  açısından  aşama—
aşama  gəlişmişlər.  Örnəyin  çox  dərin  mənası  olan 

Tanrı” qavramı hər kəs üçün eyni anlam daşımaz. 
Bu  qavram  bireysəl  denəmələrimizə  və  içsəl 
gəlişmələrimuizə görə dəyişib yeni anlam daşıyar.  

 
Mən  həyatda  nə  bir  çəlişki  görürəm,  nə  də  dəlilik. 
Doğrudur, insan öz başının arxasını görə bilmədiyi 
kimi,  öz  qüsurlarını  da  görə  bilməz.  Ancaq  ağıl 
iddiaçıları 
məzhəb 
böyüklərini 
dəliliklə 
suçladıqlarından  dolayı,  mən  öz  haqqımda  böylə 
düşünürəm  ki,  böyük  olasılığa  görə  mən  dəli 
deyiləm. Sadəcə mən gerçək məzhəbi bir adamam. 
Ancaq  gerçəklik,  yalnız  ölümümdən  sonra  bəlli 
olacaq. Bunlardan han
sına  aid  olduğumu  ölümüm 
isbatlayacaqdır.  

 
Bir  başqasının  yanlışlıqlarını  gördüyümdə, 
düşünürəm ki, mənim də buna bənzər yanlışlıqlarım 
olmalıdır.  Şəhvət  düşkünü  birini  gördüyümdə,  öz 
keçmişimi  xatırlayıram  və  “mən  də  böylə  idim” 
deyirəm.  Bu  şəkildə  bütün  dünya  insanları  ilə  bir 
türlü bağlar, bağlantılar qurmuş oluram. Düşünürəm 


120 
 
ki,  dünyada  ən  aşağı  olaraq  görünən  bir  insan  da 
mutlu olmadıqca, mən mutlu ola bilmərəm.  

 
Kiminsə  haqqını  olduğu  qədər  verməzsəm,  Tanrı 
qarşısında  cavab  verməliyəm.  Ancaq  əminəm  ki, 
haqvermə  qonusunda  nə  qədər  əliaçıq  olsam,  tanrı 
bir o qədər məni öz mərhəmətinə tuş edəcək.  

 
Sürkli  iş  ortamında  yaşamaq  sevinc  deməkdir. 
Yarın  mənə  nələr  gətiriləcəyini  bilmədiyimdən 
dolayı,  özümü  azad  bir  quş  kimi  hiss  edirəm.  Öz 
istəklərimə  qarşı  şərəfli  savaş  düşüncəsi  məni 
sağlıqlı saxlamaqdadır.  

 
Özümün 
də  mənsub  olduğum  bəşər  cinsinin  bütöv 
olmadığının  bilincindəyəm.  Bu  üzdən  də  kimsənin 
davranışından  əsla  incimirəm.  Harda  kötülük  və 
yanlışlıq  görərsəm,  onu  kötülük  etkəninə  (amilinə) 
zərər  vermədən  onarmalıyam  (təmir  etməliyəm) 
deyə  düşünürəm.  Çünkü  məncə  kötünü  deyil, 
kötülüyü ortadan qaldırmağa çabalamalıyıq. Çünkü 
öz  xətalarım  üzündən  incinmək  istəmədiyim  kimi, 
başqası da incinmək istəməz.  

 
Mən  çox  iyimsər  (nikbin)  adamam.  Ancaq bu, 
özümü  doğru  bildiyimdən  dolayı  deyildir.  Bəlkə 
doğruluğun  uğur  qazanacağına  olan  inancımdan 
dolayıdır. 
Bizim 
əsinlənməyimiz 
(ilhamlanmağımız), ancaq doğruluğun  uğur 
qazanacağına  olan  inancımızdan  qaynaqlana  bilər. 
Hər  bireyin  (fərdin)  yetənəklərinin  (istedadlarının) 
bir  sınırı  var.  Ancaq  kimsə  yetənəklərindən  dolayı 
təkəbbürlü  olarsa,  tanrı  onun  təkəbbürünü  qıracaq 
gücə sahibdir. Bu qonuda öz haqqımda bunları deyə 
bil
ərəm: 
xoşbəxtlikdən 
mənə 

qədər 
alçaqkönüllülük  verilmiş  ki,  çocuqlar  və  südəmər 
körpələr də mənə yardımçı ola bilərlər.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə