Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə32/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   28   29   30   31   32   33   34   35   ...   74

103 
 
inanmayan  məzhəbsizlər  bilə,  həqiqətin  var 
olduğuna inanmışlar. Onlar sadəcə Tanrıya yeni ad 
taxırlar ki, bu da yeni bir ad deyildir. Onun minlərcə 
adı  var.  Həqiqət  ona  veriləcək  ən  böyük,  ən  yaxşı 
addır.  Tanrı  ilə  keçərli olan  nə  varsa,  bütün  əxlaqi 
dəyərlərin  əsasını  oluşduran  həqiqətin  təsəvvürü 
üçün  də  keçərlidir.  Ancaq  bir  az  daha  aşağı 
düzeydə.  Çünkü  Tanrıya  aidlik  həqiqəti  də  içinə 
almaqdadır.  Bu  qonunu  görməzlikdən  gələnlər  öz 
aramalarında  bir  çox  çətinliklərə  və  müsibətlərə 
qatlaşmış  olurlar.  Bir  inanca  görə  davranarkən, 
ortaya  çıxan  sorunları  inancsızlığın  sorunları  ilə 
özdeşləşdirmək  yanlışdır.  Himalay  zirvələrinə 
yüksəlmək  istəyən  bir  heyətin  yolun  çətinlikləri 
haqqında  öncədən  təsəvvürləri  olmalıdır.  Bu 
çətinliklərə  görə  davranmalıdır.  Yolda mövcud 
olan  çətinliklər  heyətin  hərəkətini  mümkünsüz 
etməz. Tam tərsinə, zirvəyə çatmanın həyəcanını 
artırmış  olur.  Tanrını  aramanın  və  ona 
qovuşmanın  həyəcanı  Himalay  dağlarının 
zirvəsinə  yüksəliş  həyəcanından  minlərcə  kəz 
üstündür
,  çətindir  və  çəkicidir.  Böylə  bir  tinsəl 
səfərə  həvəsimiz  yox  isə,  bu,  inancımızın 
zəifliyindən  dolayıdır.  Genəldə  gözlərimizlə 
gördüklərimiz  gerçəklik  kimi  görünür  və 
gördüklərimizə 
inanırıq. 
Əşyanın 
zahiri 
görünümünün  aldadıcı  olduğunu  bilməmizə  qarşın, 
genəldə  zahiriliyin  aldadıcılığını  qəbul  edib  ona 
uyuruq. 
Ancaq bu zahiriliyin dəyərsiz aldadıcılığını 
olduğu  kimi  görsək,  öz  savaşımızda  uğurumuzun 
yarısını  qazanmış  oluruq.  Böylə  bir  yanaşma 
Tanrını  və  ya  həqiqəti  aramanın  yöntəmini  təşkil 
edər.  Biz özümüzü  bu  aldadıcı  zövqlərin 
əsarətindən qurtarmadıqca, hətta Tanrını və həqiqəti 


104 
 
aramağa  vaxt  tapa  bilməyəcəyik.  Böylə  böyük  və 
önəmli  aramanı  aldadıcı  zahiri  şeylərə  fəda  etmək 
doğrudurmu? 

 
Tanrı  ilə  ilgili  bir  çox  tanımlar  var.  Çünkü  tanrı 
sonsuz  biçimlərdə  cilvələnər.  Bu  tanımlar  məni 
şaşırdır.  Hətta  bəzən  şaşqınlıqdan  az  qalıram 
bayılım.  Ancaq  mən  Tanrını,  yalnızca  həqiqət 
olaraq  qəbul  edirəm.  Mən  Onu  hələ  tapmasam da, 
sürəkli  arayıram.  Ona  varmaq  üçün  ən  əziz  nəyim 
varsa, fəda etməyə hazıram. Hətta canımın bu yolda 
fəda edilməsi istənilirsə, umarım buna da hazırlığım 
olur. Ancaq bu müt
ləq həqiqəti bulmadığım sürəcə, 
nisbi həqiqətə anladığım şəkli ilə vəfalı olmalıyam.  

 
Öz gəlişmə yollarımda Tanrı olaraq bildiyim mütləq 
doğruluqla  çox  keçici  qısa  görüşlərim  olmuşdur. 
Gün  keçdikcə  bu  görüş  məndə  daha  da 
möhkəmlənir  ki,  yalnız  O,  gerçəkdir  və  Onun 
dışında heç bir gerçəklik yoxdur. Bu inancın məndə 
necə  gəlişdiyini  bilmək  istəyən  varsa,  mənim 
sınaqlarıma  qatılmalıdırlar.  Başarsalar,  mənim 
inancıma da şərik olmalıdırlar. Ayrıca, bu inanc gün 
keçdikcə məndə daha da möhkəmlənir. Mənim üçün 
mümkün olan, hətta bir çocuq üçün də mümkün ola 
bilir. 
Bu  sözümün  isbatı  üçün  möhkəm  dəlillərim 
var. 
Həqiqəti arama aracları çətin olduqları qədər də 
asandır.  Təkəbbürlü  birisi  üçün  bəlkə  də  qeyri-
mümkün  görünə  bilər.  Ancaq  məsum  bir  çocuq 
üçün  bu,  çox  asandır.  Həqiqət  arxasınca  yürüyən 
insan,  hətta  bir  toz  zərrəsindən  də  sadə  və 
alçaqkönüllü olmalıdır.  

 
Həqiqətin görüşünə tam olaraq vara bilsəydik, artıq 
onu  aramağa  gərək  qalmazdı.  Birbaşa  Tanrıya 
qovuşardıq. Çünkü həqiqət tanrıdır. Ancaq yaradılış 


105 
 
etibarı  ilə  həqiqəti  arayanlar  olduğumuzdan  dolayı 
öz qeyri-
kamil  olmağımıza  qarşın,  aramalarımıza 
davam  edərik.  Özümüz qeyri-kamil  isək, 
təsəvvürümüzdə  olan  məzhəb  də  qeyri-kamil 
olacaq. 
Biz  məzhəbi  var  olduğu  kimi  tam  olaraq 
anlamırıq.  Necə  ki,  Tanrını  da  olduğu  kimi 
anlamırıq.  Məzhəb  bizim  təsəvvürümüzdə  olduğu 
kimi qeyri-
kamil  isə,  demək  ki,  məzhəb  də  şəxsin 
gəlişməsinə  uyumlu  şəkildə  gəlişib  dəyişə  bilər. 
İnsanlar  tərəfindən  oluşdurulan  bütün  məzhəblər 
qüsurlu  isə,  onların  hansının  üstün  olduğunu 
qiyaslamaq  doğru  olmaz.  Bütün  məzhəblər 
həqiqətin görünümündən bir parçadır. Ancaq bütün 
məzhəblər qüsurlu və əksikdirlər. Başqa məzhəblərə 
olan sayqımız onların qüsurlarını görməmizə əngəl 
olmamalıdır.  Ayrıca,  biz  öz  məzhəbimizin  də 
əksikliklərini  görməliyik.  Bu  əksikliklərdən  dolayı 
da  öz  məzhəbimizdən  uzaqlaşmamalıyıq.  Bu 
qüsurlara  qalib  gəlməliyik.  Bütün  məzhəblərə  bir 
gözlə  bərabərcə  baxarsaq,  heç  şübhəsiz  ki,  başqa 
məzhəblərdə  olan  yaxşı  nə  varsa,  alıb  öz 
məzhəbimizlə iç-içə edəcəyik.  
Ağacın bir tək gövdəsi və bir çox budaqları olduğu 
kimi,  həqiqi  məzhəb  də  bir  təkdir. Bu  bir  tək olan 
məzhəb  bəşər  fərdləri  tərəfindən  özümsəndiyində 
müxtəlifləşir.  Doğru  məzhəbin  sınırları  dilə  və 
bəyana  sığmaz.  Bütöv  olmayan  insanlar  bu  tək 
məzhəbi  bütöv  olmayan  dilləri  ilə  bəyan  edirlər. 
Onların  qullandığı  sözləri  digər  bütöv  olmayan 
şəxslər  açıqlamağa  çalışırlar.  Böylə  bir  durumda 
hansı  açıqlamanı  dürüst  və  mötəbər  saymaq  olar? 
Hər  kəs  öz  baxışınca  bir  şeylər  söyləməyə  çalışır. 
H
ər kəsin də haqlı ola bilər. Bu üzdən başqalarının 
inancına  da  xoşgörü  ilə  baxmaq  gərəkir. 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə