Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə30/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   26   27   28   29   30   31   32   33   ...   74

96 
 
inanıram. Bizim üçün gərəkli olan kamal arxasınca 
yorulmadan  yürüməkdir.  Ancaq bu ruhani hala 
vardıqdan sonra onu anlatmaq mümkün olmaz. Bu 
üzdən  də  düşünürəm  ki,  hətta  Hind  məzhəbinin 
qutsal kitab
ı  olan  vedlar,  Tövrat,  İncil  və  Quran 
da  Tanrının  kamil  sözləri  deyillər.  Ayrıca,  min  tür 
şəhvətlərə  meylli  olan  biz  insan  evladı  Tanrının 
kamil  olmayan  sözlərini  də  tam  olaraq  anlaya 
bilmərik.  

 
Heç  bir  zaman,  yalnız  “vedalar”ın  göysəl  və 
Tanrısal  kitab  olduğuna  inanmamışam.  Tövratın, 
İncilin  və  Quranın  da  Tanrı  qaynaqlı  olduqlarına 
inanıram.  Mənim  qutsal  Hind  kitablarına  inanışım 
onların hər bir kəlməsinin, hər bir cümləsinin Tanrı 
qaynaqlı olmasına inanmamı gərəkdirməz. Nə qədər 
alimanə  olsa  da,  əxlaqi  məntiq  və  əxlaqi  hisslərlə 
uyumlu olmayan heç bi
r açıqlamanı qəbul etmərəm.  

 
Məbədlər,  kilsələr,  camilər...  Tanrının  evi 
olduqlarından  dolayı  ayrıcalıq  göstərməzlər.  Bütün 
bunları  bəşər  inancları  bu  şəkildə  yaratmışdır. 
Müxtəlif 
məzhəblərin 
memarlıq 
sənətində 
görüntülənməsidir.  Bu  əsərlər  gözə  görünməyən 
Tanrıya varmaq üçün insanın yaradıclıq duyqularına 
verilən cavabdır.  

 
Dualar  mənim  həyatımı  xilas  etmişdir.  Bu  dualar 
olmasaydı,  dəli  olardım.  Özəl  və  genəl  həyatımda 
məni ümidsiz edən çox acı təcrübələrim olmuşdur. 
Bu  acı  və  ağrılı  ümidsizliklərə  qalib  gəlişimin 
səbəbi  dualarım  oldu.  Duaları  həyatımın  “həqiqəti 
kimi”  saymıram.  Onları  ruhi  ehtiyacımdan  dolayı 
edirdim. Çünkü bəzən özümü elə bir durumda hiss 
edirdim  ki,  dua  etmədən  mutlu  ola  bilmirdim. 
Zaman  keçdikcə  Tanrıya  olan  inancım  da 


97 
 
möhkəmlənirdi. Duaya  da  ehtiyac  gündən—günə 
artırdı.  Dualarsız  həyat  mənim  üçün  soyuq  və  boş 
bir  şey  olurdu.  Güney  Afrikada  olduğumda 
xristianların  dua  törənlərinə  qatılırdım.  Ancaq  bu 
dua  törənləri  mənim  içimi  rahat  etmirdi.  İçdən 
onlarla  birlikdə  ola  bilmirdim.  Onlar  Tanrının 
qarşısında  nalə  edib  ağlayırdılar. Mən  bunu  edə 
bilmirdim.  Bu  durum  məni  duadan  və  Tanrıdan 
uzaqlaşdırdı.  Bir  sürə  həyatımda  heç  bir  əksiklik 
hiss etmədim. Ancaq bir zaman gəldi hiss etdim ki, 
bədənin  yeməyə  ehtiyacı  olduğu  kimi  ruhun  da 
duaya ehtiy
acı  var.  Əslində  ruhun  dualara  ehtiyacı 
olduğu  qədər  bədənin  yeməyə  ehtiyacı  yoxdur. 
Çünkü  bir  çox  hallarda  sağlığımızı  qorumaq  üçün 
ac  qalmağı  təcrübə  etməli,  yemək  yeməkdən 
qaçınmalıyıq.  Ancaq  dua  qonusunda  böylə 
qaçınmalara  yer  yoxdur.  Duada  aşırıcı  olmaq 
mümkün deyildir. Budda
,  İsa  və  Məhəmməd  kimi 
dünyanın  üç  böyük  öyrətməni  danılmaz  təcrübələr 
miras  buraxmışlar.  Onlar  dualarla  könüllərini 
aydınlığa  qovuşdurmuşlar.  Duasız  bu  işin 
gerçəkləşməsi mümkün olmaya bilərdi. Milyonlarca 
hindu, xristian və müsəlman üçün həyatın tək ümid 
qaynağı  dualardı.  Bəlkə  siz  bu  milyonlarca  insanı 
yalançı  adlandıra  bilərsiniz.  Ancaq  həqiqətin 
tərəfdarı  olan  mənim  üçün  bu  “yalan”nın  özəl  bir 
cazibəsi var. Bu dualar mənim üçün boğularkən, əl 
at
ılan gerçək qurtuluş ipi olmuşdur. Onlarsız yaşaya 
bilməzdim.  Siyasi  həyatımda  rastlandığım  bütün 
cərəyanlara  və  ümidsizliklərə  baxmayaraq,  iç 
güvənliyimi 
əsla 
pozmadım. 
Mənim 
iç 
güvənliyimin həsrətini çəkən bir çox adama həyatım 
boyunca rast gəldim. Məndəki bu iç güvən duaların 
hesabına  oluşmuşdu.  Mən  elm  adamı  deyiləm, 


98 
 
ancaq  böyük  bir  alçaqkönüllülüklə  dua  əhli 
olduğumu  iddia  edə  bilərəm.  Duanın  və  ibadətin 
zahiri mənim üçün önəmsizdir. Bu qonuda hər kəsin 
özünə  görə  bir  yöntəmi  var.  Ancaq  bəzi  somut 
qurallar  bəllidir.  Dünyanın  böyük  öyrətmənlərinin 
bəlirlədiyi  yöntəmlərdən  yararlanmaq  məncə,  daha 
yaxşı olar. Mən öz şəxsi təcrübələrimdən danışıram. 
İnsanlar  sürəkli  dualarla  gündəlik  həyatlarına  yeni 
şeylər artıra bilərlər.  

 
İnsanın ən ulu ərəyi (hədəfi) Tanrını anlamaqdır. Bu 
üzdən  də  hər  kəsin  siyasi,  toplumsal,  mədəni  və 
məzhəbi  fəaliyətləri  bu  ərəyə  xidmət  etməlidir.  Bu 
şəkildə  bütün  bəşərə  xidmət  etmək  insanın  şəxsi 
görəvinin önəmli bir parçası olur. Tanrını bulmanın 
tək  yolu  Onu  yaratdıqlarında  aramaqdır.  Bu da, 
yalnız  öz  ölkəndə  xalqına  xidmət  etməklə 
mümkündür. 
Mən  bütündən  bir  zərrəyəm. 
Tanrının  varlığını  bəşər  toplumunun  dışında 
təsəvvür  edə  bilmirəm.  Yurddaşlarım  ən  yaxın 
qonşularımdır.  Vətəndaşlarım  o  qədər  yoxsul  və 
çətin  durumdadırlar  ki,  bütün  həyatımı  onlara  həsr 
etməliyəm.  Himalay  dağlarında  bir  mağarada 
tərki— dünyalıq yolu ilə Tanrını tapacaq olsaydım, 
bunu  kəsinliklə  edərdim, ancaq Tanrını  bulmanın 
yolunu  özüməməxsus  şəkildə  Hindistanın  qurtuluş 
savaşına qatılmaqda gördüm..  

 
Məzhəbi  sadəcə  içkini  yasaqlayan  bir  yasaqlayıcı 
kimi  görmək  gerçəkdən  böyük  faciədir.  Bundan 
daha böyük aymazlıq (cəhalət) olmaz. Kimin hansı 
oğuşda  (ailədə)  doğulması  və  oğuş  özəlliklərinə 
uyması  ona  üstünlük  gətirməz.  Yalnız  insanın  etik 
özəllikləri  ona  kimlik  qazandırar.  Tanrı  kimsənin 
köksünə 
üstünlük 
möhürü 
yapışdıraraq 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə