Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə26/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   22   23   24   25   26   27   28   29   ...   74

82 
 
qeyri-
aqressivliyin  məğlub  edildiyini  və  yanlış 
olduğunu  dilə  gətirmək  deyildir.  Daha  öncə  də 
söylədiyim  kimi  otuz  il  içində  uyqulanan  qeyri-
aqressivlik  çox  başarısızlıq  və  zəifliklərlə  iç-içə 
olmuşdur.  Bu  cavabın  nə  qədər  yaxşı  və  ya  kötü 
olması qonusunda başqaları qərar verməlidir.  
Ayrıca,  böylə  qeyri-aqressivliyin uyqun olmayan 
ortamlarda  təsirli  olmayacağını  qəbul  etməliyəm. 
Hindistanın  qeyri-aqressivliklə  iqtidarın  birliyi 
qonusunda  təcrübəsi  yoxdur.  Sanıram  bu  sözü 
təkrarlamaq zorundayam ki, iqtidarla birləşən qeyri-
aqressivlik  dünyanın  ən  mötəbər  silahı  və  təsirli 
gücü 
sayılır. Həqiqət gizli qalmayaraq sürəkli özünü 
göstərmə  fəaliyətində  olmalıdır.  Mən  də  bütün 
gücümlə  həqiqəti  göstərməyə  çalışıram.  Ancaq 
bütün  gücüm  də  çarəsiz  qalarsa,  nə  edə  bilərəm? 
Mənə deyirlər ki, bu durumda öz şirin xəyallarından 
vaz keçmək daha doğru olmazmı? Nədən milləti öz 
bəlirsiz xəyallarımın arxasınca sürükləməliymişəm? 
Bütün  bunların  hamısı  məndən  sorulan  haqlı 
sorulardı.  Ancaq  bunlara  mənim  cavabım  çox 
sadədir.  Mən  kimsədən  mənim  arxamca  gəlməsini 
istəmirəm.  Hər  kəs  öz  içindən  yüksələn  səsi 
dinləməlidir.  Kimsə  bu  səsi  duymaq  istəmirsə, 
ağlına  daha  uyqun  gələn  işin  arxasınca  gedə  bilər. 
Qoyun  kimi  başqasının  arxasınca  getmək  doğru 
deyildir. 
Başqalarını  yamsılamaq  əsla  doğru 
deyildir.  
Məndən  sorulan  bir  başqa  sual  da  bu  şəkildədir: 
Hindistan
ın  yanlış  yola  getdiyini  düşünürsünüzsə, 
nədən yanlış adamlarla əməkdaşlıq edirsiniz? Sizin 
yolunuz 
doğruysa, 
arxadaşların 
bu 
yola 
gəlməlidirlər.  Nədən  təkbaşına  öz  hərəkətinizi 
başlatmırsınız?  


83 
 
Bu sualı çox doğru və yerində olaraq görürəm. Ona 
cavab vermək üçün yayınmaq da istəmirəm. Yalnız 
bunu  söyləmək  istəyirəm  ki,  mənim  inancım  çox 
möhkəm  bir  şəkildə  öz  yerindədir.  Mənim 
yöntəmim  əməldə  yanlış  ola  bilər.  Böylə  çətin 
durumlarda hər kəs öz keçmiş təcrübələrindən yola 
çıxaraq  bir  işlər  görmək  istər.  Burada  kimsənin 
makina  kimi  davranmaması  söz  qonusudur.  Bu 
üzdən də məni nəsihət edən hər kəsə mənimlə ilgili 
səbirli  olmalarını  söyləməliyəm.  Onlardan  mənim 
bu  görüşümə  qatılmalarını  istərdim  ki,  dərd  içində 
boğulan dünyamıza qeyri-aqressivlikdən başqa çarə 
yoxdur. 
Həqiqəti  isbat  etmək  üçün  milyonlarca 
mənim  kimi  insan  məğlubiyətlə  qarşılaşa  bilər. 
Ancaq bu, onların şəxsi məğlubiyəti olacaq. Heç bir 
zaman  həqiqət  qanununun  əbədi  məğlubiyəti 
anlamında ola bilməz.  

 
Mənim  istəyimə  qarşın,  Hindistan  iki  yerə 
parçal
anmışdır.
*
 
Bu  durum  məni  çox  üzmüşdür. 
Özəlliklə bu bölünmənin ortaya çıxardığı cərəyanlar 
çox üzücüdür. 
Mən  əhd  etmişəm  ki,  ya  bu  faciəni 
ortadan  qaldıracağam  ya  da  bu  yolda  öləcəyəm. 
Mən  bütün  bəşər  toplumlarını  öz  vətəndaşlarım 
kimi  sevirəm.  Çünkü  Tanrı  hər  insanın  qəlbində 
vardır.  Bəşər  toplumlarına  xidmət  etmək  üçün  ən 
üstün kamala ərməyi arzu edirəm. Doğrudur bizim 
əməl  etdiyimiz  qeyri-aqressivlik  zəiflərin  qeyri-
aqressivliyi idi. Daha doğrusu ona qeyri-aqressivlik 
demək  olmazdı.  Ancaq  mənim  vətəndaşlarıma 
hədiyə  etmək  istədiyim  bu  deyildi.  Mən  qeyri-
aqressivlik  silahını  yurddaşlarıma  zəif,  silahsız  və 
ordusuz  olduqları  üçün  verməmişdim.  Tarixi 
                                                 
*
 Söz qonusu 1947-
ci ildə Pakistanın Hindistanda ayrılmasıdır.  


84 
 
araşdırmalarım  göstərmişdir  ki,  bütün  dönəmlərdə 
hansı  nəcib  amaclara  xidmət  etməsindən  asılı 
olmayaraq  şiddət,  nifrət  və  aqressivlik  fəlakət 
törətmiş  və  barışı  təhlükəyə  soxmuşdur.  Mənim 
qeyri-
aqressivliyi  xalqıma  təklif  etməyimin  səbəbi 
bu idi. 
Xoşbəxtlikdən  Hindistanın  dünyaya  suna 
biləcəyi  əski  bir  miras  varsa,  o  da 
müqəddəslərimizin  bizə  əmanət  buraxdıqları  bu 
mədəniyətdir.  Mən  inanıram  ki,  atom  bombasının 
kəşfi ilə təhlükəyə girmiş olan dünyanı Hindistanın 
bu  mədəniyəti  qurtaracaqdır.  Həqiqət  və 
məhəbbətin  silahı  yenilməzdir.  Ancaq buna inanan 
bizlərdə yanlışlıqlar olur. Bu yanlışlıqlar bizi bir tür 
intihar 
sayılan  qarşıdurmalara  məcbur  edir.  Bu 
üzdən  də  mən  özümü  daha  yaxşı  və  daha  çox 
sınamaq istəyirəm.  

 
Həyatım boyunca ağır və sərt sınaqlar keçirmişəm. 
Ancaq indi bəlkə də ən çətini ilə qarşı-qarşıyayam. 
Mən  bu  sınaqları  sevirəm.  Bu  sınaqlar  nə  qədər 
sərtləşirsə, bir o qədər Tanrıya yaxınlaşmış oluram. 
Tanrının  sonsuz  lütfü  sayəsində  inancım  daha  da 
möhkəmlənir.  Bu  sınaqlar  davam  etdiyi  müddətcə 
həyatımın daha da anlamlı keçəcəyinə inanıram.  

 
Etiraf  etməliyəm  ki,  mən  qüsursuz  bir  kişi 
olsaydım,  qonşularımın  bədbəxtliklərini  indi 
anladığım  kimi  anlaya  bilməzdim.  Kamil insan 
olsaydım  onların  əksikliklərini  və  qüsurlarını  dilə 
gətirərdim.  Onlara  bəzi  önərilərdə  bulunardım. 
Onları  mənim  mütləq  həqiqətlərimi  qəbul  etməyə 
zorlardım.  Ancaq bu qüsurlu  olmağımın 
üstün
lükləri  var.  Sanki  hər  şeyi  boz  bir  şişənin 
arxasından  görməkdəyəm.  Ağrılı  bir  hərəkətlə 
inanclarım yolunda hərəkət edirəm və hər zaman da 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə