Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə25/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   21   22   23   24   25   26   27   28   ...   74

78 
 
da  bəzən  bu  şəkildə  şikayətdə  bulunurlar.  Ancaq 
eyni  zamanda  məni  bağışladıqlarını  da  söyləyirlər. 
Böyük  oğlum  gerçəkdən  də  mənim  öz  üzərimdə 
gerçəkləşdirdiyim  testlərin  fədası  olmuşdur.  Bu 
üzdən  də  mənim  xətalarımı  bağışlasa  da  unuda 
bilmir. 
Düşünürəm  ki,  mən  özüm  oğlumun  yanlış 
yola  düşməsinin  səbəbkarıyam.  Bu  üzdən  bu  çətin 
durum  qarşısında  səbr  etməkdən  başqa  çarəm 
yoxdur. 
Digər tərəfdən bu da doğru olmaz ki, mən 
yalnız  özümü  onun  yanlış  yola  düşməsində  suçlu 
görüm. 
Çünkü sürəkli Tanrıdan istəmişəm ki, onun 
yanlış  yolda  olduğunu  görüb,  ona  mərhəmət 
göstərsin. Eləcə də Tanrıdan istəmişəm ki, oğlumla 
ilgili yanlışlıqlarım varsa, günahlarımı bağışlasın və 
bunun  cəzasını  oğluma  yükləməsin.  Mənim 
möhkəm  inancım  böylədir  ki,  insan  hər  zaman 
kamala doğru hərəkətdədir. Ümid edirəm ki, oğlum 
da  bir  gün  bu  aymazlıq  (cəhalət)  yuxusundan 
oyanar. 
Oğlum  da  mənim  qeyri-aqressiv 
denəmələrimin  ürünlərindən  biridir.  Mənim  üçün 
önəmli  deyil  ki,  bu  yolda  müvəffəq  olacağam, 
yoxsa yox. Öz 
vəzifəmdə  tənbəllik  etməmək, 
yürüdüyüm  yolda  iradəli  olmaq  mənim  üçün 
önəmlidir.  

 
Bir  arxadaşım  qəzetin  bir  köşəsini  kəsib  mənə 
göndərmişdi.  Burada  mənimlə  bağlı  bir  xəbər 
yazılmışdı.  Xəbərdə  yazılmışdı  ki,  bir  kənddə 
mənim  büstümü  düzəldib  bir  məbədə  ona  sitayiş 
edirlər. Mən bu əməli bütpərəstliyin ən kötü biçimi 
kimi anlayıram. Bu məbədi yapdıran adam parasını 
boşuna  və  yanlış  iş  üçün  xərcləmiş.  O  məbədə 
gedən kəndlilər də hamısı yollarını azmışlar. Ayrıca 
bu  davranışları  ilə  məni  də  aşağılamışlar.  Çünkü 


79 
 
mənim  bütün  həyatım  o  məbəddə  bir  karikatur  və 
məsxərə kimi sərgilənmişdir. Mənim ibadətlə bağlı 
ortaya qoyduğum anlayışların hamısı görməzlikdən 
gəlinmişdir.  Mənim  ortaya  qoyduğum  cəhrəyə 
sitayiş o deməkdir ki, onu bağımsız həyatın örnəyi 
və  “Səvarac”a  (bağımsızlığa)  ulaşmaq  üçün 
qullanalım.  Bahaqvad  Qitanı  tuti  kimi  əzbərləmək 
ona  sitayiş  etmək  deyildir.  Gerçək  sitayiş  bu 
müqəddəs kitabın təlimləri əsasında yaşamaqdır. Bir 
fərdin  də  olumlu  davranışları  özümsənərək,  sitayiş 
edilə  bilər.  Yəni  onun  kimi  davranıb,  onun  kimi 
yaşamaq. Hind məzhəbi rəsimlərin sitayişinə endiyi 
zaman  bütpərəstliyə  dönüşüb  aşağılanaraq  öz 
içəriyindən  ayrıldı.  Ölümündən  öncə  kimsəyə 
yaxşıdır demək doğru deyildir. Ölümündən sonra da 
o  zaman  yaxşı  demək  olar  ki,  ondakı  olumlu 
özəlliklər yoxluğunda parlar olsun.  
İnsanların  qəlbindəkiləri,  yalnız  Tanrı  yaxşı  bilir. 
Ona  görə  də  ən  güvənilir  olan  budur  ki,  heç  bir 
insan  istər  diri  olsun,  istərsə  ölü  heç  bir  zaman 
sitayiş  edilməsin.  Yalnız  “həqiqət”  adlanan  Tanrı 
kamalı  sitayiş  edilməlidir.  O zaman böylə  bir soru 
ortaya  çıxmaqdadır:  İnsanların  rəsmlərini  saxlayıb 
onlara  hörmətlə  yanaşmaq  bir  tür  bütpərəstlik 
deyilmi?  Mən  bu  haqda  görüşlərimi  bir  çox 
yazılarımda bildirmişəm.  
Mən  rəsim  saxlamağı  mümkün  saymışam.  Çünkü 
bir  rəsimin  heç  bir  xətası  və  zərəri  ola  bilməz. 
Ancaq  mənim  bu  rəsim  saxlamağı  mümkün 
saymağım bir tür bütpərəstliyə meydan açarsa, çox 
yanlış və ziyanlı sonuclar doğra bilər.  
O  məbədin  sahibi  mənim  heykəlimi  məbədindən 
götürsə,  məni  çox  sevindirmiş  olar.  Məbədin 
bulunduğu yeri toxumacılıq mərkəzinə dönüşdürsə, 


80 
 
çox  yaxşı  olar.  Çünkü bu yolla yoxsul adamlar 
toxumacılıq yolu ilə bir işlə uğraşıb para qazanmış 
olurlar. 
Böylə  bir  iş  görürsə,  bu,  “Qita”nın 
dediklərinə  gerçəkdən  uymaq  və  mənə  də  böyük 
sayqı göstərmək anlamında olacaq.  

 
Mənim  zəif  tərəflərim  və  qüsurlarım  istedadım  və 
olumlu  güclərim  kimi  Tanrının  hədiyəsidir.  Mən 
olumlu  və  olumsuz  olan  hər  iki  özəlliklərimi 
Tanrının mərhəməti kimi anlayıram. Nədən qüsurlu 
bir  yaradılış  olan  məni Tanrı  böylə  böyük  sınaqlar 
üçün seçməlidir? Düşünürəm ki, O, bu işi özəlliklə 
etmişdir. O, mənim aracılığımla milyonlarca dilsiz, 
aymaz  (cahil)  və  bədbəxt  insanlara yardım  etmək 
istəmişdir.  Daha  üstün  bir  insanı  bu  toplumun 
hidayəti üçün seçmiş olsaydı, bəlkə də ümidsizliyə 
səbəb olardı. Ancaq bu xalq  onların özü kimi zəif 
olan  bir  fərdin  “ahimsa”ya  doğru  hərəkət  etdiyini 
gördüyündə  özlərinə  güvənməyə,  öz  iradələrinə 
inanmağa  başladı.  Bəlkə  də  kamil  və  qüsursuz  bir 
insan  bizi  hidayət  etmək  üçün  göndərilsəydi,  onu 
qəbul  etməz,  ona  saldırardıq.  Bir  mağarada  onu 
həbs edərdik. Bəlkə məndən sonra daha mükəmməl 
biri gələr və onun söylədiklərini anlaya bilərsiniz.  

 
Atom  bombasının  Hiroşimanı  məhv  etdiyini 
duyduğum  zaman  əsla  şaşırmadım.  Öz-özümə 
dedim:  Əgər  dünya  qeyri-aqressivlik,  “ahimsa” 
ilkəsini  qəbul  etməzsə,  bir  türlü  intihara 
yönələcəkdir. 

 
Dünyada  baş  verən  bir  sürü  sevimsiz  olayları 
yarqılamaq fikrində deyiləm. Mən özüm mərhəmətə 
ehtiyacı  olan  qüsurlu  bir  yaradılış  olduğumdan 
dünyanın  qüsurlarına  da  dözürəm.  Sadəcə  bu 
qüsurlardan ilk öncə özümü arındıraraq, daha sonra 


81 
 
dünyanın  sevimsiz  olaylarından  uzaqlaşmaq 
istəyirəm.  

 
Heç bir pis davranışda bulunmağı başarmadığımda, 
aqressivliyin  və  təkəbbürün  düşüncəmi  və 
duyqularımı  tərk  etdiyi  zaman  mənim  qəlbimdəki 
qeyri-
aqressivlik  dünya  insanlarının  ürəklərinə 
təkan verəcək.  

 
Şəxs tam olaraq Tanrının varlığında yox olursa, hər 
tür  yaxşılıq  və  kötülüyü,  hər  tür  yenilgə  və  uğuru 
Tanrıdan  bildiyindən  onlara  önəm  verməməlidir. 
Düşünürəm  ki,  mən  hələ  elə  bir  mərtəbəyə 
çatmamışam. Demək ki, bütün çalışmalarım yetərli 
olmamışdır.  

 
Həyatda elə bir mərhələ gəlir ki, şəxs öz fikirlərini 
duyurmağa  ehtiyac  hiss  etmir.  Böylə  olduğunda 
zahiri  davranışlarla  fikirləri  ortaya  qoymağa  da 
ehtiyac qalmır. Bu aşamada düşüncə güc qaynağına 
dönüşərək öz-özünə əməl edir. Bu durumda demək 
olar  ki,  əməl  etməmək  də  öz-özünə  əməl  sayılır. 
Mənim bütün çalışmalarım bu yöndədir.  

 
Dünyanın  dörddə  bir  insanları  tərəfindən  məndən 
sorulan bir soruya cavab vermək istərdim. Məndən 
sorurlar: 
Xalqınız  və  siyasi  partiyalarınız  arasında 
bu  qədər  aqressivlik  varkən,  siyasi  amaclarınıza 
doğru  necə  uğurla  hərəkət  edə  bilirsiniz? 
Britaniyanın hökumətinə son vermək üçün otuz illik 
qeyri-
aqressiv  mücadilənizin  sonucu  budurmu? 
Sizin qeyri-
aqressiv məsajlarınızın dünyaya hələ də 
bir önəmi varmı? Mən bütün qəzetçilərin sorularına 
və  duyqularına  özət  şəkildə  cavab  verməyə 
çalışacağam.  
Bu suallara çox özət olaraq cavab verəcək olursam, 
iflasa uğradığımı etiraf etməliyəm. Ancaq bu etiraf 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə