Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə24/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   20   21   22   23   24   25   26   27   ...   74

75 
 

 
Mənim  bu  dünyada  heç  bir  gizlin  sirrim  yoxdur. 
Özəl həyatımda zəif tərəflərim olmuşdur. Aşırı cinsi 
təmayüllərim varsa, bunu etiraf edəcək cəsarətim də 
var. 
Hətta  çox  sevdiyim  öz  qadınımla  bilə, cinsi 
ilişkiyə  girməkdən  bezdikdən  sonra  bu  haqda 
yaxşıca  düşünüb  və  cinsi  ilişkilərdən  imtina  etmə 
qonusunda bəzi denəmələr yapdım. 1906-cı ildə öz-
özümlə brahmaçarya
******
 
əhdi bağladım. Bu əhdi 
vətənimə  daha  da  yaxşı  xidmət  etmək  amacı  ilə 
bağladım.  O  gündən  sonra  mənim  geniş  və  dərin 
həyat  tərzim  başladı...  Mən  özümlə  brahmaçarya 
əhdi  bağladığım  andan  etibarən  bizim  azadlığımız 
da başladı. Qadınım tam azad oldu. Başının üstündə 
heç  bir 
kişinin, heç bir ağanın iradəsi yox idi artıq. 
Mən  də  azad  oldum.  Qadınımın  mənim  seksual 
ehtiyaclarımı  təmin  etmə  vasitəçiliyindən  azad 
oldum. 
Heç bir qadını həyatım boyunca öz qadınım 
qədər sevməmişəm. Heç bir qadın öz qadınım qədər 
mənə  cazibəli  görünməmişdir.  Mən  öz  qadınıma 
çox  dürüst  və  vəfalı  bir  ər  olmuşam.  Anamla 
bağladığım  əhdə  də  ömrüm  boyu  vəfalı  qaldım. 
Anama  söz  vermişdim  ki,  həyatım  boyunca  öz 
qadınımdan  başqa  kimsəyə  meyllənməyəcəyəm. 
Ancaq 
brahmaçarya 
qadınla  bağlı  bütün 
görüşlərimi  dəyişdi.  O  gündən  bəri  qadın  mənim 
gözümdə bəşərin anasıdır... Mənim brahmaçaryam 
bu  haqda  mövcud  olan  məzhəbi  inancla  ilişkidə 
deyildir. 
Zərurət  ortaya  çıxdı  və  mən  vətənimə 
bütün varlığımla xidmət etmək amacı ilə özüm üçün 
bir  yasa  oluşdurdum.  Ancaq  brahmaçaryaya 
uymaq  üçün  qadınla  hər  tür  ilişkilərin 
                                                 
******
 
Brahmaçarya insanın öz nəfsinə hər yönlü hakim olması və qadınla da, 
ancaq evlad doğurmaq üçün cinsi ilişkiyə girməsidir. 


76 
 
kəsilməsindən  yana  deyildim.  Qadınla  hər  tür 
təmassın  yasaqlanmasının  doğru  olmadığına 
inanıram.  Bu  üzdən  sosial  xidmətlərdə  qadınlarla 
əməkdaşlıq  etməkdən  əsla  çəkinməmişəm.  İngilis, 
afrikalı və hindli bacılarımın mənə güvənmələri hər 
zaman  bol  sevincimə  səbəb  olmuşdur.  Güney 
Afrikada Hind qadınlardan Hindistan Milli Azadlıq 
Hərəkətinə  qatılmalarını  istədiyimdə  mən  özümü 
onlar kimi bir qadın hiss edirdim. O zaman anladım 
ki,  seçdiyim  bu  yöntəmlə  qadınlara  da  böyük 
xidmət  edə  bilərəm.  Bu  anlatdıqlarımı  qısaltmaq 
üçün  bunu  deməliyəm  ki,  Hindistana  döndükdən 
sonra da qadınlardan əsla ayrı olmamışam. Onların 
qəlbinə asanca yol tapmaq mənim ən böyük kəşfim 
idi. 
Hindistanda müsəlman bacılarım heç bir zaman 
mənim yanımda başlarını örtmürdülər. Hətta Güney 
Afrikada  da  müsəlman  qadınlar  mənim  yanımda 
hicab 
örtməyə 
ehtiyac 
duymurdular. 

Əşram”da
*******
 
yatdığımda 
qadınlar 
da 
kənarımda  yatırlar.  Çünkü  onlar  mənimlə 
olduqlarında özlərini daha çox güvəndə hiss edirlər. 
Ayrıca,  bunu  da  söyləməliyəm  ki,  “Siqaun 
əşramı”nda  başqalarından  ayrı  özəl  bir  həyat 
yoxdur. 
Həyatımın bu mərhələsində bir neçə qadına 
sahib  olma  imkanımın  olduğunu  söyləyəcək  qədər 
cəsarətim  vardır.  Ancaq  özümlə  bağladığım 
əhdimdən  dolayı  artıq  heç  tür  cinsi  təmayülüm 
yoxdur. 
İstər  gizlin  və  ya  açıq  şəkildə  olsun  azad 
                                                 
*******
 
Əşram əski Hindistanda bir növ xaniqah imiş. Eyni ülküləri paylaşan 
çevrələr  əşramda  toplaşar,  bəlli  əxlaqi  nizama  uyqun  şəkildə  ortaqca 
yaşarmışlar.  Qandinin  təsis  etdiyi  Funiks  eyitim  mərkəzi  də  əşram 
qurallarına  uyqun  idarə  edilirdi.  Qandinin  ən  ünlü  əşramı  Qoceratda 
“Sabarmati” çayının sahilində Əhmədabad şəhrində yerləşirdi.   


77 
 
sevgiyə  inanmıram.  Açıq  azad  sevgini  köpəklərə 
xas 
bir durum görürəm. Azad gizlin sevgi ondan da 
kötüdür. Çünkü bu, 
həm də qorxu ilə iç-içədir.  

 
Bir qəzetəci mənə xitabən yazmışdı: “Siz oğlunuzu 
bilə, öz yolunuza çəkə bilməmişsiniz. Öz ailənizdə 
bir düzən oluşdurub və sözünüzün ailənizdə keçərli 
olmasını sağlamanız daha yaxşı olmazmı?” 
Bu  yazı  mənim  üçün  bir  ihanət  kimi  görünə  bilər. 
Ancaq  mən  özüm  böylə  düşünmürəm.  Çünkü bu 
soru  başqalarının  ağlına  gəlmədən  öncə  mənim 
ağlımda oluşmuşdu. Mən tənasüxə (insanın yenidən 
dünyaya  gələcəyinə)  və  daha  öncəki  həyata 
inanıram.  Bu  üzdən  də  bizim  başqaları  ilə  olan 
bütün ilişkilərimiz daha öncəki həyatımızdan qalan 
samskar
”lardır.
*******
 
Tanrı  yasaları  sonsuz 
araşdırmalara  qonu  olacaq  dərəcədə  çox qarmaşıq 
və  gizəmlidir.  Kimsə  bu  yasaların  dərinliyinə  vara 
bilməz.  Oğlumun  qonusu  da  mənə  görə  bu 
şəkildədir.  Düşünürəm  ki,  kötü  bir  evladımın 
dünyaya  gəlməsi  mənim  bir  öncəki  və  ya  daha 
öncəki kötü həyatlarımın nəticəsidir. Birinci oğlum 
dünyaya  gəldiyində  mən  özüm  hələ  əqli  baxımdan 
yetişkin deyildim, özümü yaxşı tanımırdım. Oğlum 
böyüdükcə,  mən  özüm  də  olqunlaşma  sürəcini 
yaşayırdım. Bu gün də özümü tam olaraq tanıdığımı 
iddia etmirəm. Ancaq o zamana görə bu an özümü 
daha  artıq  tanımaqdayam.  Oğlum  bir  neçə  il 
məndən uzaq qaldığından onun tərbiyəsi ilə uğraşa 
bilmədim.  Bu  səbəbdən  o,  avara  və  sorumsuz  biri 
oldu. 
Oğlum sürəkli məndən gileylənir ki, onun və 
qardaşlarının həyatlarını ümumi görüşlərim yolunda 
fəda  etmişəm.  Digər  oğullarım  onun  qədər  olmasa 
                                                 
*******
  Samskar
, daha öncəki həyatlardan qalan güclü təsirlər.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə