Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə33/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   29   30   31   32   33   34   35   36   ...   74

106 
 
Başqalarının məzhəbləri qarşısında dözümlü olmaq 
öz  məzhəbini  gözdən  salmaq  anlaməında  deyildir. 
Öz  məzhəbinə  çox  sağlıqlı  biçimdə  bağlı  olanlar 
başqa  məzhəblər  qarşısında  dözümlü  olurlar. 
Dözüm, 
açıq  sezgi  olanaqlarını  genişlədər.  Quzey 
qütbün  Güney  qütbdən  uzaq  olduğu  qədər  aydın 
sezgi də önyarqıdan (təəssübdən) uzaqdır. Məzhəblə 
gerçək  anlamda  tanışlıq  dinlər  arasındakı  sınırların 
və divarların uçurulmasına səbəb olur.  

 
Adamlardan qorxma duyqusun
dan uzaqlaşıb, yalnız 
doğrunu aramağa özümüzü həsr etdiyimizdə hər bir 
bireyin  Tanrının  elçisi  olma  olanağı  mümkün ola 
bilər.  Mən  öz  yaşamımda  yalnız  doğrunun 
doğruluğunu aradığıma inanıram və adamlardan da 
qorxmuram.  

 
Tanrı  iradəsi  ilə  ilgili  heç  bir  özəl  kəşfim  söz 
qonusu deyildir. 
Tanrının  hər  gün  insanlara 
göründüyünə  inanıram.  Ancaq  biz  qulaqlarımızı 
içimizdəki  “sükunətli  incə  səs”ə  qapadır  və 
gözlərimizi “alov dirəkləri”nə yumuruq.  

 
Mənim gerçək ağam və yönləndiricim olan Tanrı ilə 
həmsəfər  olmağa  qərar  verdim.  O  çox  qısqanc  bir 
ağadır  və  kimsəni  öz  mülkünə  şərik  etməz.  Bu 
üzdən də hər kəs boş əllərlə, təslim ruhla və arınmış 
niyətlə  Onun  hüzuruna  getməlidir.  O zaman 
dünyanın  qarşısında  güclü  olmanız  üçün  O,  sizə 
yardımçı  olacaq.  Bu durumda O, sizi bütün 
bəlalərdən qoruyacaqdır.  

 
Tanrının varlığını içimdə hiss etməsəydim, hər gün 
qarşılaşdığım  minlərcə  müsibətlərin  qarşısında  dəli 
olardım. Sonunda özümü Huqli çayına atıb intihar 
edərdim.  


107 
 

 
Bil
im  açısından  yaxşılığın  və  kötülüyün 
dərinliyində  tanrı  vardır.  Tanrının  yönləndiriciliyi 
doktorların  bıçağında  olduğu  qədər  adam 
öldürənlərin  qılıcında  da  vardır.  Ancaq bu 
yaxşılıqlar  və  kötülüklər  insanlıq  ölçüləri ilə 
dəyərləndirildiyindən  bir-biri  ilə  anlaşa  bilmədən 
ayrılaraq,  Tanrı—  şeytan,  aydınlıq—  qaranlıq 
şəklində alqılanırlar.  

 
Bir  otaqda  mənim  yanımda  oturan  adamı 
gördüyümdən daha çox Tanrının varlığına inanıram. 
Havasız  və  susuz  yaşaya  biləcəyimi  qəbul  edə 
bilərəm,  ancaq  tanrısız  yaşaya  bilmərəm.  Kimsə 
mənim  gözlərimi  söküb  yerindən  çıxara  bilər. 
Gözlərimin  sökülməsi  məni  öldürməz.  Ancaq 
mənim  Tanrıya  olan  inancım  əlimdən  alınsa,  mən 
ölü  kimi  bir  şey  olaram.  Kimsə  mənim  bu 
söylədiyimi  xürafat  kimi  qəbul  edə  bilər.  Bu 
xürafatın  məni  canlı  və  həyəcanlı  tutduğunu 
söyləməliyəm.  Çocuqluq  çağlarımdan  təhlükə  ilə 
qarşılaşdığımda  Tanrının  adlarından  biri  olan 
Ram
” sözünü dilimə gətirərdim. Bunu mənə yaşlı 
bir dayə (baxıcı qadın)  öyrətmişdi.  

 
Özümüzü heç səviyəsinə endirmədiyimiz müddətcə, 
içimizdə olan kötülükləri boğa bilmərik. Tanrı bizə 
bağışladığı  böyük  azadlıq  nemətinin  qarşısında 
mütləq  bir  təslim  tələb  etməkdədir.  İnsan  özünü 
heçlik  düzeyinə  endirdiyində  dərhal  özünü  bütün 
canlı varlıqların xidmətində görər. Bu özündən yox 
olub  heçləşmə  insana  içgüvən  və  yeni  həyat 
duyqusu gətirər. Bu aşamadan sonra insan yeniləşir 
və  Tanrının  yaratdıqlarına  xidmət  etməkdən 
yorulmur.  


108 
 

 
Həyatda elə mərhələlər ortaya çıxır ki, ən güvənilir 
dostların  bilə,  səninlə  gəlməz  olsalar  da,  təkbaşına 
hərəkətə keçib irəliyə doğru yürüməlisən. Bir neçə 
görəv  eyni  anda  qarşımıza  çıxdığında  “içimizdəki 
sakinləşdirici incə səs”in söylədiklərinə uymalıyıq.  

 
Bir  saniyə  bilə,  məzhəbsiz  yaşaya  bilmərəm.  Bir 
çox  siyasi  dostlarım  mənim  durumumdan  dolayı 
rahatsız  olub  ümidsizliyə  qapılırlar.  Çünkü onlar 
deyirlər  ki,  mənim  siyasi  davranışlarım  məzhəb 
kökənlidir.  Doğru  söyləyirlər.  Mənim  siyasətim  və 
digər 
bütün 
davranışlarım 
inancımdan 
qaynaqlanmaqdadır.  Çünkü  mənə  görə  məzhəb, 
yəni sürəklilik, yəni Tanrının hər nəfəsimizə hakim 
olması.  

 
Məncə məzhəbdən ayrılmış siyasət uzaq durmamız 
gərəkən  bataqlıqdır.  Siyasət  millətlər  üçündür. 
Millətlərin rifah və asayişi ilə ilişkidə olan siyasət, 
doğrunu  məzhəb  yolu  ilə  arayan  insanların  da 
bəyənisini  qazanmalıdır.  Mənə  görə  tanrı  və 
doğruluq  (həqiqət)  eşanlamlı  (sinonim)  sözdür. 
Kimsə  isbat  edərsə,  Tanrı  əyriliyin,  işkəncənin  də 
Tanrısıdır,  mən  Tanrıya  tapınmaqdan  çəkinərəm. 
Bu  nədənlə  də  siyasətin  dürüst  olması  üçün 
Tanrının orda hiss olunması gərəkməkdədir.  

 
Mən  özümü  bütün  bəşər  toplumu  ilə 
özdeşləşdirmədən  məzhəbi  bir  yaşama  sahib  ola 
bilməzdim.  Bunun  üçün  də  siyasətlə  uğraşmam 
gərəkirdi.  Bu  gün  insan  oğlunun  fəaliyətləri  bir-
birinə bağlı birim (vahid) kimi bölünməz bir bütün 
oluşdurmaqdadır.  Toplumsal,  iqtisadi,  siyasi  və 
məzhəbi  işləri  bir-birindən  ayrı  parçalara  bölmək 
mümkün deyildir. 
Mən  bəşər  fəaliyətinin  dışında 
heç  bir  məzhəb  tanımıram.  Digər  fəaliyət  sahələri 


109 
 
üçün  məzhəb  əxlaqi  zəmin  oluşdurmaqdadır.  Bu 
zəmin  olmazsa,  həyat  heç  bir  anlamı  olmayan 
qarma-
qarışıq boğuntu ortamına dönüşər.  

 
Bizi 
həyatın  fırtınalı  dənizlərində  yönləndirən 
gücün  adı  inancdır.  Bu  inanc  iç  Tanrıya  yönəlmiş 
olan  oyaq  vicdandan  başqa  bir  şey  deyildir.  Bu 
inanca varmış olan insan heç bir istəkdə bulunmaz. 
Onun bədəni xəstələnsə də ruhu sağlam olur. Maddi 
açıdan yoxsul olsa da, ruhi zənginliyin içində özünü 
hiss edər.  

 
Zahiri görünüm müxtəlifdir. Ancaq bu müxtəlifliyə 
ilham ver
ən ruh birdir. Bu birlik hər şeyin əsasını və 
xarici müxtəlifliyin hamısını içərdiyindən yüksəklik 
və aşağılıq kimi anlayışlar orda anlam daşımaz. Bu 
birlik gündəlik yaşamımızda hər gün rastlandığımız 
gerçəklikdir.  Bütün  məzhəblərin  amacı  bu  birliyi 
sağlaya bilməkdir.  

 
Gəncliyimdə mənə Tanrının min adını əzbərləməmi 
öyrətmişdilər.  Ancaq  bu  min  ad  Tanrının  bütün 
sifətlərini  içərmirdi.  Məncə,  Tanrının  bütün 
yaradılmışlar  qədər  adı  var.  Bu  bir  gerçək 
olduğundan “tanrının adı yoxdur” deyirik. Tanrının 
müxtəlif surəti olduğundan onu şəkilsiz və surətsiz 
olaraq bilirik. 
Dəyişik  dillərdə  danışdığından  onu 
danışmaz  olaraq  bilirik.  İslam  üzərinə  araşdırma 
yapd
ığımda gördüm ki, İslamda da bu şəkildədir və 
İslamda da tanrının bir çox adları var.  
Mən  “Tanrı  sevgidir”  deyənlərə  qatılıram.  Öz 
içimdə  bunu  da  deməyə  alışmışam  ki,  “Tanrı 
məhəbbətdir,  ancaq  həm  də  məhəbbətin  ötəsidir, 
həqiqətdir.”  Mən  böylə  bir  sonuca  varmışam  ki, 
sözlərlə  Tanrını  anladacaq  olursaq,  “Tanrı 
həqiqətdir”  demək  gərəkir.  İki  il  öncə  bundan  da 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə