Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə41/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   37   38   39   40   41   42   43   44   ...   74

135 
 
soydanıq,  insan  soyundanıq  və  yaradıcı  Tanrının 
evladlarıyıq.  Bu  baxımdan  bizim  içimizdəki 
Tanrısal güc sonsuzdur. Bir bireyi dəyərsiz görmək, 
onun  içindəki  Tanrını  görməmək  deməkdir.  Bu da 
yalnızca  o  fərdi  dəyərsizləndirməklə  yetinən  bir 
durum  deyil.  Bir  fərdin  örnəyində  bütün  insanlığı 
dəyərsiz görmək deməkdir.  

 
Qeyri—aqressivlik 
genəl  və  evrənsəl  bir  ilkədir. 
Buna əməl etmək, yalnız aqressiv bir ortamla sınırlı 
qalmaz. 
Onun  qarşıt  (müxalif)  durumların 
qarşılaşdığı ortamlarda etkili olması doğaldır. Bizim 
qeyri—
aqressivliyimizin  uğur  qazanması  qarşı 
tərəfin  yaxşı  niyyətindən  asılı  olursa,  onun  heç  bir 
anlamı yoxdur.  

 
Bu  gücü  uğurlu  biçimdə  qullanmanın  tək  yolu 
gövdəmizdən  ayrı  və  bağımsız  olan  əbədi  ruhun 
varlığını qəbul etməkdən ibarətdir. Bunu qəbuletmə 
zehni  bir  təsəvvürlə  sınırlı  olmamalı,  sarsılmaz  bir 
inanca dönüşməlidir.  

 
Bəzi arxadaşlar doğruluğun və qeyri—aqressivliyin 
siyasətlə  uzlaşmadığını  söyləməkdədirlər.  Bu iddia 
ilə  razı  deyiləm.  Mən  qeyri—aqressivliyi  və 
həqiqəti  bireysəl  qurtuluş  üçün  bir  arac  kimi 
qullanmıram.  Bütün  denəmələrim  onu  gündəlik 
yaşamda qullanmağa adanmışdır (həsr edilmişdir). 

 
Toplumdakı eşitsizliyə, zülmə göz yumaraq, kimsə 
etkili  biçimdə  qeyri—aqressivliyin  yanlısı  ola 
bilməz.  

 
Qeyri—aqres
siv  dirəniş  şəxsi  əzablara  qatlaşaraq 
haqqı  qazanma  yöntəmidir.  Bu  tam  olaraq  silahlı 
dirənişə  qarşıdır.  Vicdanımın  qəbul  etmədiyi bir 
işdən  vaz  keçdiyimdə  ruhi  gücümü  qullanmış 
oluram. 
Örnəyin  indiki  hökumət  məni  də 


136 
 
ilgiləndirən  bir  yasa  çıxarmışdır.  Ancaq  mən  bu 
yasanı  sevmirəm.  Aqressiv  yöntəmlərə  əl  ataraq 
hökuməti  bu  yasanın  ləğvinə  zorlarsam, 
qullandığım  şey maddi güc olaraq tanımlana bilər. 
Ancaq mənə uyqulanacaq olan cəzanı qəbul edərək, 
bu yasaya uymazsam, o zaman mən öz ruhi gücümü 
qullanmış  oluram.  Hər  kəs  bunu  qəbul  edər  ki, 
insanın  özünü  fəda  etməsi  başqasını  fəda  etmə 
məqamından  daha  yüksəkdir.  Ayrıca,  əzablara 
qatlaşma  gücü  yanlış  amaclar  üçün  olursa,  burada 
yalnız  onu  qullanan  şəxs  əzab  çəkəcək. Öz 
yanlışlıqları  üzündən  başqalarının  əzab  çəkməsinə 
zəmin  oluşdurmayacaq.  Bildiyimiz kimi bir çox 
işlərin yanlış olduğu daha sonra ortaya çıxar. Kimsə 
doğru olaraq bildiyini başqalarının da doğrusu kimi 
görməməlidir. Ya da tam tərsinə. Bu üzdən də ruhi 
savaşa  qalxışan  kimsə,  yanlış  olaraq  gördüyünü 
e
tməməlidir. Bu, ruhi gücü qullanmanın sirridir.  

 
Bir  ahimsa  yanlısı  “daha  çox  yarar  daha  çox  əhali 
üçün”  kimi,  bir  məntiqlə  davrana  bilməz.  Onun 
çalışmaları  “daha  çox  yarar  bütün  insanlar  üçün” 
təməli  üzərində  olmalı,  bu  amacın  gerçəkləşməsi 
üçün davranmal
ıdır.  Böylə  bir  insan  öz  ölümü  ilə 
özünə  və  başqalarına  yararlı  olar.  “daha çox yarar 
bütün insanlar üçün” anlayışı “daha çox yarar daha 
çox  əhali  üçün”  anlayışını  içərdiyindən  ahimsa 
yanlısı  yolun  böyük  bir  qismində  yararcı  məntiqlə 
davrananlarla yol yold
aşı  olacaqdır.  Ancaq bir 
yerdə  bunlar  bir—birlərindən  ayrılmalıdırlar. Hətta 
tərs  yönlərə  də  ayrılıb  gedə  bilərlər.  Yalnız 
yararcılıq məntiqi ilə davranan insan heç bir zaman 
həyatını təhlükəyə soxmaz. Ancaq mütləq yarar və 
ahimsa yanlısı, hətta özünü də fəda edə bilər.  


137 
 

 
Qeyri—
aqressiv  yöntəmlə  qiyamın  olmayacağını 
iddia  edərək,  tarixdə  bunun  örnəyinin  olmadığını 
söyləyə bilərsiniz. Ancaq mənim istəyim bu örnəyi 
tarixdə var etməkdir. Mənim inanışıma görə, vətən 
öz  bağımsızlığını  və  azadlığını  qeyri—aqressiv 
yolla  əldə  edə  bilər.  Bütün dünyaya duyurmaq 
istəyirəm  ki,  ölkəmin  istiqlalını  qeyri-aqressiv 
yöntəmdən  əl  çəkərək  qazanmaq  istəmirəm. 
Qeyri—
aqressivliklə  mənim  ilişkilərim  öyləsinə 
sarsılmazdır ki, intihar etməyi tərcih edərəm, ancaq 
ondan  vaz  keçmərəm.  Bu  qonuda  həqiqətdən  söz 
etmirəm.  Çünkü  həqiqətin  qeyri—aqressivlikdən 
ayrı olduğunu düşünmürəm.  

 
İlk səkkiz ili Afrikada keçən otuz illik bol təcrübəm 
məndə Hindistanın və dünyanın gələcəyinin qeyri—
aqressivlikdə  olacağı  inancını  oluşdurmuşdu. 
Yoxsul sini
flər  üzərinə  basqı  kimi  uyqulanan 
dünyanın siyasi və iqtisadi xətalarını çözməkdə bu, 
ən  zərərsiz  və  etkili  yöntəmdir.  Gəncliyimin  ilk 
başlarından anlamışam ki, qeyri—aqressivlik yalnız 
öz  fərdi  qurtuluşlarını  düşünən  tərki-dünyalıların 
fətvası deyildir. Bu, sürəkli olaraq insani heysiyətə 
uyqun  biçimdə  yaşamaq  istəyən  bir  toplumun 
gerçək  yasasıdır.  Yüz  illər  boyunca  arzu  edilən, 
ancaq ortada olmayan dünya barışının gətiricisidir.  

 
1906-
cı  ilədək,  ancaq  öz  ağlıma  güvənərdim.  Çox 
çalışqan  bir  reformist  idim.  Sürəkli  olaraq 
gerçəkləri yaxından izləyib ölçürdüm. Bu, diqqətlə 
həqiqət  ilkələrinə  uyum  sağlaya  bilməm  üçün  idi. 
Üst-
üstə  yaxşı  bir  planlayıcı  idim.  Afrikada  həssas 
anlar  gəldiyində,  ağıl  və  məntiqin  uyqunca  etkili 
olmayacağını  sezdim.  Mənimlə  bir  yerdə  olan  və 
onlar 
üçün 
çalışdığım 
insanlar 
çox 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə