Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə42/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   38   39   40   41   42   43   44   45   ...   74

138 
 
həyəcanlanmışdılar.  Bir  işlər  görmək  istəyirdilər. 
Çünkü  bir  sürüngən  qurd  bilə,  basqılar  qarşısında 
hərəkət  etmək  zorunda  qalar.  Qarşılıqlı  sərt  təpki 
göstərməkdən  yana  olanlar  var  idi.  Böylə  bir 
durumda ya aqre
ssiv təpki göstərənlərlə razılaşaraq 
onlara 
qatılmalı  idim,  ya  da  başqa  bir  yöntəm 
bulmalı  idim.  İnsanların  üzərinə  uyqulanan  bu 
basqını  azaltmaq  üçün  bir  dirəniş  yolu  bulmam 
lazım  idi.  O  zaman  ağlıma  böylə  bir  düşüncə 
girmişdi  ki,  bizləri  aşağılayan  bu  yasalara  qarşı 
mədəni 
itaətsizliyə 
getməli, 
bu yolda 
tutuqlanmalardan 
da  qorxmamalıyıq.  Böyləcə 
savaşa  eşit  olan  əxlaqi  bir  yöntəm  bulundu.  O 
zaman  mən  İngiltərə  dövlətinə  vəfalı  idim,  çünkü 
İngiltərə  imperatorluğunun  Hindistana  və  bütün 
dünyaya  yararlı  olduğunu  düşünürdüm.  Birinci 
Dünya  Savaşı  başladığında  İngiltərəyə  gedib 
xidmətə  başladım.  Ancaq  köks  ağrılarım  buna  izn 
vermədi, 
Hindistana getdim. Hindistanda 
İngiltərəyə  əsgər  toplamaq  üçün  geniş  fəaliyətə 
başladım  ki,  az  qala  həyatım  bahasına 
sonuclanmaqda  idi. 
İngiltərə çıxarları yolundakı bu 
qədər  fədakarcasına  davranmağım  bir  çox 
dostlarımı  dəhşətə  salmışdı.  1919-cu  ildə  İngiltərə 
ilə ilgili bütün təsəvvürlərim alt—üst oldu. İngiltərə 
Rult 
anlaşması  ilə  hindliləri  açıqca  aşağılayırdı. 
Rult 
anlaşmasına görə, hindlilər bir çox təməl haq 
və  özgürlüklərdən  yoxsun  buraxılırdılar.  İngiltərə 
hökuməti  bizim  ən  ibtidai  reform  istəklərimizi  də 
qəbul  etmədi.  Yanlış  olduğu  saptanmış  (təsbit 
edilmiş)  tutumundan  geri  addım  atmaq  istəmədi. 
Böyləcə  1920-ci  ildə  mən  bir  devrimci oldum. O 
zamandan  bəri  bu  inanc  məndə  gəlişməyə  başladı 
ki, 
toplum  üçün  önəmli  olanlar,  yalnızca  ağıl  və 


139 
 
məntiqlə  əldə  edilməz.  Onları  əldə  etmək  üçün 
özümüzü 
əzab  çəkməyə  hazırlamalıyıq.  Əzab 
çəkmək  insanca  bir  yasadır.  Savaşmaq 
ormanlıqda  yırtıcı  heyvanların  yasasıdır.  Əzab 
çəkmənin  təsiri  orman  yasasından  minlərcə  kərə 
artıqdır.  Çünkü  bu,  qarşı  tərəfin  kar  qulaqlarının 
duymasına,  kor  gözlərinin  görməsinə  səbəb  olur. 
Bəlkə də kimsə, mənim qədər məzlumlar haqqında 
diləkçə  yazıb  onların  haqqını  savunmamışdır. 
Ancaq  bütün  bu  fəaliyətlərimin  sonunda  böylə  bir 
sonuca  vardım  ki,  verimli  və  yararlı  olmaq  üçün, 
yalnızca  ağıla  güvənməmək  gərəkir.  Könüllərə  də 
təsir göstərmək lazımdır. Ussal (əqli) çalışmalar sırf 
beyin işidir, ancaq acı çəkərək könüllərə yol tapmaq 
mümkündür. 
Əzab  çəkmələr  insanın  içində  daxili 
anlaşma  qapılarını  açır.  İnsanın  üstünlüyü  əzab 
çəkməkdir, qılıc çəkmək deyil.  

 
Məhəbbət  Tanrısına  inandıqdan  və  bütün  insanları 
sevdikdən  sonra  yaşlı-gənc,  qadın-kişi  hər  kəs 
qeyri—aqressivlik gücünd
ən  yararlana  bilərlər. 
Qeyri—
aqressivlik  yaşam  yasası  kimi,  qəbul 
edildikdən  sonra,  yalnız  özəl  sahələrə  tətbiq 
edilməməli, bütün həyat sahələrinə uyqulanmalıdır.  

 
Qeyri—
aqressivlik  yasasına  dayanacaq  olursaq,  ən 
aşağı  sinifin  əldə  edə  bilməyəcəyi  şeyləri 
istəməkdən  vaz  keçməyi  başarmalıyıq.  Yoxsulların 
əldə  edə  bilmədikləri  imkanları  bizlər  əldə  edə 
biliriksə, 
əldə 
etdiklərimizi 
paylaşmaqdan 
çəkinməməliyik.   

 
Qeyri—
aqressivlik  ilksi  başqalarını  hər  tür 
istismardan saqınmağı gərəkdirər.  

 
Mənim  savaşa  qarşı  olmağım  savaşa  qatılmaq 
istəyənləri  kötüləmək  deyildir.  Mən  onlarla  dialoq 


140 
 
edərəm.  Önlərində  daha  doğru  bir  yolun  da 
olduğunu  söylərəm  və  seçim  haqqını  kəndilərinə 
buraxaram.  

 
Savaşa  qarşı  olmağımı  ələşdirənlərin  mənim  qədər 
xalqın  acıları  və  müsibətləri  ilə  tanış  olmalarını 
istərdim.  Sadəcə  Hind  xalqının  acılarını  nəzərdə 
tutmuram, bütün d
ünyanın, hətta savaşa qatılmayan 
ölkə  xalqlarının  durumlarına  baxmalarını  istərdim. 
Dünyada davam edən bu qırğınlara, kütləvi qətllərə 
qarşı  umursamaz (laqeyd) olamam. Məncə 
insanların  bir-birinə  qarşı  ölümcül  davranmaları 
insanlığa  yaraşmayan  davranışdır.  Bu  afətdən 
qurtulmanın bir yolu olmalıdır.  

 
Gövdəsəl (cismi) varlığımız durduqca, tam qeyri—
aqressivlik  olanaqsızdır.  Çünkü  biz  ən  azından 
özümüz üçün bir yer işğal etməliyik. Öz gövdənizdə 
var olduğunuz sürəcə, qeyri—aqressivlik olqusu da 
Oqlidosun  gerçək  nöqtəsi  və  ya  həndəsədəki  düz 
xətt  quramına  (teorisinə)  bənzər.  Bunlara  qarşın, 
həyatımız boyunca bu doğrultuda çalışmalıyıq.  

 
Canlı varlıqların canını almaq bəlkə bir görəv kimi 
ola  bilər.  Gövdəmizin  yaşamı  üçün  bir  çox 
canlıların  canına  qıyırıq.  Kimsə  düşünməz  ki,  bu 
əməli ilə məzhəb dışı davranışlarda bulunmaqdadır. 
Faydalı  heyvanları  qorumaq  üçün,  bəzən  yırtıcı 
heyvanları  öldürmək  zorunda  qalırıq.  Hətta  bəzən 
insanı  da  öldürmək  bu  açıdan  doğru  ola  bilər. 
Təsəvvür edəlim ki, birisi qızmış və əlinə bir qılıc 
alaraq  qarşısına  çıxanı  öldürür.  Bu  durumda  bu 
qızqın  adamı  öldürmək  başqalarının  asayişini 
qorumağa  xidmət  edər.  Bu  adamı  öldürmək 
xeyirxah bir işdir.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə