Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə45/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   41   42   43   44   45   46   47   48   ...   74

147 
 
Mənim görüşümdə “bir insan bir insandır, çünkü bir 
insandır.” 

 
M
ən zəif bir araşdırmaçıyam, həqiqət araşdırmaçısı. 
Sürəkli yenilsəm də araşdırmamdan vaz keçmirəm. 
Yenilgilərim  məni  daha  da  təcrübəli  edib  inancımı 
sarsılmazlaşdırır.  İnancıma  dayanaraq,  ikiz olan 
həqiqət və qeyri—aqressivliyin necə geniş imkanlar 
içərdiyini  görürəm.  Bu  geniş  imkanlardan 
bilgilərimiz xəbərsizdirlər.  

 
Mən çox iyimsərəm (nikbinəm), çünkü hər bireyin 
içində  qeyri—aqressiv  davranması  üçün  mövcud 
olan  geniş  imkanların  bilincindəyəm.  Qeyri—
aqressivliyi  öz  içinizdə  nə  qədər  çox  gəlişdirsəniz, 
onu
n  təsiri  öz  mühitinizi  də  dəyişdirməyə 
başlayacaq.  Böyləcə,  hətta  bütün  dünyanı  da  öz 
etkisi altına ala bilər.  

 
Məncə,  qeyri—aqressivlik  biçim  və  içərik  olaraq 
kəsinliklə olumsuz deyildir. Mənim bildiyim anlamı 
ilə,  qeyri—aqressivlik  dünyanın  ən  etkili  və  təsirli 
gücüdür. 
Ən  yüksək  yasadır.  Yarım  əsərlik 
təcrübəmdə 
bircə 
anda 
qeyri—aqressiv 
denəmələrimdən  peşman  olub  özümü  zəif  hiss 
etməmişəm.  Qeyri—aqressivliklə  çözülməyəcək 
heç bir soruna rast gəlməmişəm.  

 
Qeyri—
aqressivliyin  özəlliyi  budur  ki,  savaş 
zama
nı  savaşçının  içində  nifrət  və  kin  duyquları 
olmaz. 
Savaş sonunda düşmən dost edilər. Bu sınağı 
mən  Güney  Afrikada  olduğumda  bu  ölkənin  çox 
sərt  başbaxanı  olan  General Esmuts  üzərində 
sınadım.  Başlanqıcda  o,  mənim  ən  sərt  müxalifim 
idi. Ancaq indi ən məhəbbətli dostlarımdan biridir.  

 
Özümüzü  qorumaq  üçün  başqalarını  öldürmə 
gücümüzün  olmasına  gərək  yoxdur.  Tam  tərsinə, 


148 
 
ölmə  gücünə  sahib  olmalıyıq.  Tam  olaraq  ölümə 
hazır  olan  bir  adam  artıq  aqressiv  davrana  bilməz. 
Öz  təcrübələrimə  dayanaraq,  başqasını  öldürmə 
təmayülü ilə insanın özünü ölümə hazır görməsi bir-
birinin tam tərsidir. Öz ölümləri ilə ən sərt könülləri 
də  fəth  edən  böyük  insanların  özveriliyinə 
(fədakarlığına) tarixdə çox tanıq olmaqdayıq.  

 
Qeyri—
aqressivlik  bilgisində  sürəkli  yeni  kəşflərə 
nail 
olmağa çalışmışam. Qeyri—aqressivlik məni və 
arxadaşlarımı  sürəkli  heyrətə  düşürən  dərin  sonsuz 
dəniz kimi görünmüşdür.  

 
Bu  günlərdə  toplumun  qeyri—aqressivliklə  uyum 
içində olmayacağı söyləmi çox yayqınlaşmışdır. Bu 
qonuda  sözümü  demişəm.  Bir  oğuşda  (ailədə)  ata 
oğluna  bir  sillə  vurub  cəzalandırdığında,  oğul 
atasından  öc  almaq  üçün  bənzər  davranışda 
bulunmaz. 
O, atasının sözünü dinlər, ancaq atasının 
vurduğu silləyə görə deyil. Oğul hiss edər ki, yanlış 
davranışı  ilə  atasının  atalıq  duyqusunu  incitmiş  və 
o
nu aqressiv davranmağa zorlamış. Məncə hökumət 
və  toplumu  idarə  etmək  də  bu  qurallara 
dayanmalıdır.  Bir  oğuş  üçün  keçərli  olan,  toplum 
üçün də keçərli olmalıdır. Çünkü toplum özü geniş 
bir oğuşdur (ailədir).  

 
Bir  ilanı  bilə,  öldürərək  yaşamımı  sürdürmək 
is
təməm.  Məni  vurub  öldürməsini  mənim  onu 
öldürməmə  tərcih  edərəm.  Tanrı  məni  böylə  bir 
sınaqla sınaya bilər. Yəni bir ilanın mənə saldırması 
qarşısında,  bəlkə  mənim  ölümü  qəbul  etmə 
cəsarətim  olmaya  bilər.  Heyvani  tərəfimin 
özünüsavunma içgüdüsü (instinkti) 
ani  biçimdə 
fəallaşıb və fani vücudum ilanı öldürmək istər. Bu 
inancın  gərəkən  düzeydə  məndə  oturuşmadığını 


149 
 
etiraf  etməliyəm.  İlanlardan  qorxma  duyqusunun 
tam  olaraq  içimdən  silindiyinə  əmin  deyiləm. 
İlanlarla  içdən  dostluq  qurmama  inancım  tam 
deyildir.  

 
Bilim  və  bilginin  gəlişməsi  ilə  müxalif  deyiləm. 
Batının  bilimcilik  tutumunu  da  alqışlamışam. 
Bilimin 
gəlişməsinə  qarşı  etirazlarım  Batı  bilim 
adamlarının  bizdən  daha  aşağı  olan  Tanrı 
yaratıqlarının  yaşamlarına  qıymaları  üzündən 
olmuşdur.  Canlıların  yaşamlarını  təhlükəyə  soxan 
denəmələrə  qarşı  bütün  varlığımla  nifrət  edirəm. 
Bəşəriyət  adına  canlıların  yaşamına  qıyılmasına 
qarşıyam.  Günahsız  qanların  hesabına  gəlişən 
bilimləri  çox  anlamsız  sayıram.  Qanın  devriyə 
nəzəriyəsi heyvanların öldürülməməsi üzündən kəşf 
edilməsə  idi,  bunsuz  da  insanlıq  öz  yaşamını 
sürdürə  bilərdi.  Ancaq  Batının  vicdanlı  bilim 
adamlarının  gələcəkdə  bu  kimi  çalışmalarını 
durduracaqlarına inanmaq mümkündür.  

 
Qeyri—
aqressivlik  anlaşılması  qolay  olan  bir  şey 
deyildir. Bizim kimi yaratıqların ona əməl etməsi də 
çətindir.  Hamımız  Tanrıya  dua  etməliyik  ki,  könül 
gözlərimizi  açıb  içimizə  işıq  dolduraraq  bu  yolda 
yardımçımız  olsun.  Dostluğun  və  barışın 
alqışlayıcısı  olaraq  bu  günkü  görəvim  azadlığımızı 
əldə  etmək  üçün  bütün  varlığımla  qeyri—
aqre
ssivliyə  əməl  etməkdir.  Hindistan bu yolla 
özgürlüyünü qazanmış olursa, dünya barışına böyük 
yardımda bulunmuş olacaqdır.  

 
Olumsuz  dirəniş  iki  tərəfi  də  kəsən  qılıc  kimidir. 
Hər türlü davrana bilər. Həm onu qullanana, həm də 
ona  qarşı  çıxana  yararlı  ola  bilər.  Bir damla qan 


150 
 
axıtmadan  olumlu  sonuclar  doğura  bilər.  Heç bir 
zaman pas basmayan və oğurlanmayan bir silahdır.  

 
Ümumi yasalara uymamaq üçün 
mübarizə içdən və 
sayqılı  biçimdə  olmalıdır.  Bütün  böyük  insanlıq 
öyrətmənləri  fanı  bədənlərini  ruhları  qarşısında 
önəmsiz  saymışlar.  Bu  nəzəriyəni  ən  gözəl  şəkildə 
bəyan  edən  Tolstoy  olmuşdur.  O,  sadəcə  bu 
nəzəriyəni  önə  sürmür,  həm  də  ona  uyqun  olaraq 
yaşayırdı.  Avropada  bilinmədən  daha  öncələr  bu 
nəzəriyə 
Hindistanda 
bir 
türlü 
anlaşılıb 
uyqulanmaqda idi. Ruhi gü
cün  bədən  gücündən 
daha üstün olduğunu rahatca anlamaq mümkündür. 
Yanlışlıqları  ortadan  qaldırmaq  üçün  insanlar  ruhi 
gücə  tapınsaydılar  bir  çox  sorunlar  kəndiliyindən 
çözülmüş olurdu.  

 
Budda 
böyük  qorxmazlıq  duyqusu  ilə  savaşı 
düşmən cəbhəsinə çəkərək, təkəbbürlü bir rahibi diz 
çökdürdü. 
İsa  sələməciləri  Beyt-ül  Müqəddəsdən 
dışladı.  Yalançıları  və  fırıldaqçıları  Tanrı  lənətinə 
tuş  etdi.  Hər  ikisi  böyük  olumlu  iş  gördülər. 
Fitrətlərində  saxlı  olan  yaxşılıqları  sərgilədilər. 
Budda 
və  İsa  kötülükləri  cəzalandırdıqlarında, 
vücudlarının  ötəsində  olan  məhəbbət  və  sevgini 
göstərmiş olurdular. Onlar düşmənlərinə qarşı, hətta 
barmaqlarını  da  qaldırmadılar.  Ancaq  doğruluq 
yolunda  öz  canlarından  keçməyə  hazır  idilər. 
Budda 
öz 
məhəbbətinin  gücünü  rahiblərin 
vəzifələrinə  eşit  görməsə  idi,  hətta  onların 
görəvlərindən  daha üstün olduğunu  sübüt  edə 
bilməsə  idi,  haqlılığını isbatlamaq  üçün  ölməyə  də 
hazır  idi.  İsa  xaçda  dara  çəkilərkən,  başında 
tikandan  bir  çələng  var  idi.  Ancaq  bu  durumu  ilə 
Roma  imperatorluğunun  təməlini  sarsıdırdı. 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə