159
M
ənim şəxsi arzum budur ki, Hindistanın
gücü daha
böyük ərəklər (hədəflər) üçün yönəlmiş olsun.
Anlatmaq istədiklərimin doğru anlaşılmasını
umuram.
Qüdrət cismi və maddi güclülükdən
qaynaqlanmır. Əhliləşməsi zor olan bir iradədən
qaynaqlanır. Orta bir
Zulu, cismi açıdan bir
ingilisdən üstündür və bir ingilisə qarşı çıxıb onu
yenə bilər. Ancaq bir ingilis çocuq qarşısında qaçar.
Çünkü çocuğun topançasından və ya topançanı ona
qarşı qullanandan qorxar. O, ölümdən qorxuduğu
üçün böyük cismi varlığına rəğmən zəif və
gücsüzdür.
Bu qonuda yaxşıca düşünməliyik ki, yüz
min ingilis üç yüz milyon hindlini qorxutmamalıdır.
Bağışlama bilinci ilə birlikdə bizim güclülüyümüz
də ortada olmalıdır. Böylə olursa, General Dair
kimilər Böyük Hind Xalqını aşağılaya bilməzlər.
Sözlərimi uyqun şəkildə anladıb qəbul etdirməm bu
an mənim üçün çox önəmli deyil. Biz öz
aqressivliyimizi bu durumda göstərməzsək,
özümüzü əzilmiş və yox edilmiş kimi görə bilərik.
Ancaq mən başqa bir söz demək istəyirəm. Demək
istəyirəm
ki,
Hindistan
bu
suçluları
cəzalandırmaqdan vaz keçərək, daha çox yararlı
çıxa bilər. Hindistana və dünyaya xidmət etmək
üçün daha önəmli işlər bizi bəkləməkdədir. Mən
xəyalcı biri deyiləm. Gerçəkçi bir idealist olduğumu
düşünürəm. Qeyri—aqressivlik məzhəbi, yalnız
hind din adamları “
rişi”lərə özgü (məxsus) deyildir.
Adi xalq kütləsinin üzvləri üçün də keçərlidir.
Aqressivlik
heyvanlara
özgü bir yasa olduğu kimi,
qeyri—aqressivlik
də insanlaraözgü bir yasadır.
Yırtıcı heyvanlarda ruh yuxuya dalmışdır. Bu
üzdən heyvanlar maddi və cismi gücün ötəsində bir
şey tanımazlar. Ancaq insan heysiyəti onu daha
160
üstün güclərə, ruhi güclərə sövq etməkdədir. Mən
əski bir Hind inancını gündəmə gətirmə cəsarətində
bulunmuşam. Özümü Hindistanın yolunda fəda
etmək istəyirəm. Çünkü “
satyaqraha”
*
insanın acı
çəkərək fədakar olmasını mümkün bilir.
Aqressivliklər
ortamında
qeyri—aqressivlik
yasasını kəşf edən “
rişi”lər
Newtondan
daha üstün
dahilər olmuşlar.
Napeleonu məğlub edən
wlington
dan daha böyük savaşçı olmuşlar. Onlar
silahı çox yaxşı qullanmağı bilsələr də, insanların
qurtuluş yolunun silahla olmadığını hayqırdılar.
Dünyamıza bu dərsi verdilər. Tək qurtuluş yolunun
qeyri—
aqressivlik olduğunu önə sürdülər.
Olumlu və etkili anlamda qeyri—aqressivlik bilincli
olaraq əzablara qatlaşmaqdır. Qeyri—aqressivlik
za
limlərin iradəsinə tabe olmaq anlamında deyildir.
Zalimlərin iradəsinə qarşı ruhi gücü bütünüylə
səfərbər etmək deməkdir.
Vücudumuzun bu yasası doğru bir şəkildə
qullanılırsa, tək bir adam böyük bir imperatorluğun
zülmlərinə qarşı dirənə bilər. Öz şərəfini, məzhəbini
və ruhunu qoruyaraq imperatorluğun düşüş
əsaslarını təməlləndirə bilər.
Hindistanın zəif olduğu üçün qeyri—aqressiv
davranmasını
istəmirəm.
Hindistanın
öz
böyüklüyünü anlayaraq,
öz böyük gücünün
bilincində olaraq qeyri—aqressiv davranmasını
i
stəyirəm. Bu gücü anlamaq üçün silah qullanımını
öyrənməyə gərək yoxdur.
*
Satyaqraha, əslində doğruluğun yanlısı olmaq deməkdir. Ancaq Qandi bu
sözü özünəxas biçimdə qeyri—aqressiv dirəniş və savaş yöntəmi kimi
seçmişdir.