155
arasında heç şübhəsiz ki, mən aqressivliyi tərcih
edərəm. Doğuşdan kor olan bir adama bir
mənzərənin gözəlliyini anlada bilməyəcəyim kimi,
qorxaq və ödlək birinə də qeyri—aqressivliyi anlada
bilmərəm.
Qeyri—
aqressivlik
qəhrəmanlığın
zirvəsidir. Təcrübələrimə dayanaraq, zorakılıq və
aqressivlik məktəbində yetişmiş insanlara qeyri—
aqressivliyin üstünlüyünü isbatlamaq çətin
olmamışdır. Mən bir zamanlar qorxaq idim.
Qorxuduğumdan dolayı da aqressiv davranardım.
Yalnız qorxu duyqusunu içimdən sildikdən sonra
qeyri—
aqressivliyin dəyərini anladım.
•
Qeyri—
aqressivliyi ölümdən qorxana öyrətmək
olmaz.
Pişiyin yediyi zəif bir sıçana qeyri—
aqressivliyi öyrətmək olmaz. Bu sıçanda güc
olsaydı kəsinliklə öz qatilini param-parça edərdi.
Ancaq öz zəifliyində başardığı tək iş pişiyin
önündən
qaçmasıdır.
B
iz
sıçanı
qorxaq
adlandırmırıq, çünkü onun doğası böylə
yaradılmışdır. Təhlükə ilə qarşılaşdığında sıçan
kimi davranan adam isə, qorxaqdır. Böylə bir adam
öz içində aqressivliyə və nifrətə sığınacaqdır. Əlinə
fürsət düşdüyündə düşməninə aman vermədən
öldürər. Şübhəsiz ki, böylə bir adam qeyri—
aqressivliyə biganədir. Bütün yönləndirmələr və
moizələr bu adamı tərbiyə etmək üçün sonucsuz
qalar.
Onun doğası cəsarət duyqusundan yoxsundur.
Qeyri—
aqressivlikdən öncə, onun haqlarına
saldıranlar qarşısında savaşa bilməsi üçün ona
dirəniş əxlaqı öyrədilməlidir. Bunun dışında ona bir
şeylər söylərsək, onun ödləkliyini onaylamış oluruq.
Böyləcə də onu qeyri—aqressivlikdən bir az daha
uzaqlaşdırarıq. Mən kimsəyə intiqam duyqusunu
156
əsla önərmərəm. Ancaq qorxaqların da qeyri—
aqr
essivlik pərdəsi arxasında gizlənmələrinə izn
vermərəm. Bir çox adam qeyri—aqressivliyin nə
olduğunu doğruca bilmədiklərindən dolayı səmimi
bir şəkildə təhlükə önündən qaçmağı qeyri—
aqressivlik kimi anlayırlar. Özəlliklə ortalıqda can
sevdası olduğunda bu durum daha da qabarıq
şəkildə görünər. Mən qeyri—aqressivlik öyrətməni
kimi, mümkün olduqca bu namərdcə duruşa qarşı
çıxmalıyam.
•
Kimsə cismi açıdan zəif ola bilər. Təcavüz
qarşısında qaçmaq yerinə dirənişi tərcih edərsə,
düşmənə bir zərər verə bilməsə də, bu dirənişdə
qəhrəmanca ölə bilər. Dirənişin bu dürüst anlamı
qeyri—
aqressivlik və qəhrəmanlıqla özdeşdir.
Ancaq zəif bir şəxs dirənişdə düşmənə zərbə endirib
ölə də bilər. Onun bu əməli qəhrəmanlıq sayılsa da,
qeyri—aqressivlik deyildir.
Eyni durumda zəif bir
şəxs dirənmək yerinə qaçarsa, onun bu işi
qorxaqlıqdan başqa bir şey deyildir. Birinci
durumda məhəbbət və qorxmazlığı sərgiləmiş olur.
İkinci və üçüncü durumlarda bədgümanlıq və qorxu
onun ruhuna hakimdir.
•
Tutalım ki, mən bir qaradəriliyəm və bacım bir
ağdərili tərəfindən uğurlanıb təcavüz edildikdən
sonra öldürülmüşdür. Böylə bir durumda mənim
görəvim nədir? Bu sorunu özümdən sorduğumda
böy
lə cavablayıram: Ağdərili saldəırqanlara nifrət
etməməliyəm. Eyni halda onlarla əməkdaşlıq da
etməməliyəm. Ağdərilərin zülmünə dözən qaradərili
soydaşlarımla da əməkdaşlıq etməməliyəm. Mənim
amacladığım fədakarlıq türü budur. Öz yaşamımda
bir neçə kərə bu şəkildə davranmışam. Mənim oruc
157
tutmalarım bu dirəniş türlərindən olmuşdur. Bu oruc
tutmalar və ac qalmalar bilincli şəkildə əzablara
qatlaşaraq bir amaca yönəlik olmazsa, heç bir
anlamı olmayacaqdır.
İnsanın canı bədənindən an-an çıxsa da, onun
inancı, aydınlığını və möhkəmliyini qorumalıdır.
Qeyri—
aqressivlik üçün dəyərsiz bir örnək
olduğumun bilincindəyəm. Mənim cavablarım sizi
razı salmaya bilər. Ancaq böyük bir iradə ilə bu
yolda çalışıram. Hətta bu tür yaşamağım uğurlu
olmasa da, qeyri—aqressivlik il
kəsinə olan inancım
sarsılmazlığını qoruyacaqdır.
•
A
qressivliyin və zorun hakim olduğu çağımızda
kimsə, zorun və aqressivliyin üstünlüyünü qəbul
etməyən insanların var olduğuna inanmaya bilər. Bu
üzdən də mənə imzasız məktublar göndərilir. Bu
məktublarda toplum tərəfindən aqressiv davranışlar
olsa da, Qeyri—
Əməkdaşlıq Hərəkətinə mənim
müdaxilə etməməm istənilirdi.
*
Bəzi adamlar
mənim gizlincə aqressiv bir planımın olduğunu
sanırlar. Bu üzdən yanıma gəlib və bu mutlu anın nə
zaman gələcəyi haqda sorular sorurlar. Onlar məni
inandırmağa çalışırlar ki, ingilislər ancaq gizlin, ya
da açıq zorun qarşısında təslim ola bilərlər. Həm də
mənə söyləmişlər ki, bir qism insanlar məni
Hindistanın ən alçaq adamı kimi anlamışlar. Çünkü
heç bir zaman niyyətimi açıqlamırmışam. Bir halda
ki, hər kəs mənim gizlincə, aqressiv planımın
olduğuna inanırmış. Bu sözlər ordan qaynaqlanır ki,
bəşər toplumunun çoğunluğu qılıc və zor
nəzəriyyəsinin tərəfdarıdır. Mənim yöntəmim
*
Qandinin öndərliyində Hindistanın istiqlalı üçün başladılan hərəkət idi.
Dostları ilə paylaş: |