Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə44/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   40   41   42   43   44   45   46   47   ...   74

144 
 
öz  ölçüsündə  quldurluq  etməkdədir.  Öyləcə  də 
savaş  zamanı  yaralılara  baxan  biri  də  savaş 
suçundan arınmış deyildir.  

 
Haqqında  müxtəlif  görüşlər  ortaya  çıxan  bu  incə 
qonunu b
ir  az  daha  aydınlığa  qovuşdurmaq 
istəyirəm.  Başardığım  qədəriylə  bilgilərimə  və 
təcrübələrimə  dayanaraq,  ahimsaya  inanıb  onun 
ilkələri  əsasında  yaşamaq  istəyənləri  aydınlatmağa 
çalışmışam. Həqiqət yanlısı olan bir adam öz əhdinə 
tərs  düşən  heç  bir  işi  etməməlidir.  Sürəkli  öz 
yanlışlıqlarını 
düzəltməyə 
hazır 
olmalıdır. 
Yanlışlıqlarını  sezdiyində  həmən  ona  etiraf  edib 
cəzasını özü bəlli etməlidir.  

 
Qeyri—
aqressivliyin  etkili  güc  olması  üçün  öncə 
zehndə  başlamalı.  Düşüncə  ilə  özdeşləşməyən 
cismani qeyri—aqressivlik gücsüzl
ərin 
və 
qorxaqların  yöntəmidir  və  bunun  olumlu  etkisi 
olmaz. 
İçimizdə  nifrət  daşıyaraq  intiqam 
duyqusundan uzaq olduğumuzu iddia edə bilmərik. 
İntiqam  almasaq  da,  bu  nifrət  duyqusu  bizi 
içimizdən məhv edər. Ahimsa yandaşı içini nifrət və 
kin d
uyqularından boşaltmalıdır.  

 
Öz çıxarları üçün insanları aldadan, ancaq aqressiv 
davranmayan, silah gücünə inəklərin öldürülməsini 
önləyən, ahimsa yanlısı ola bilməz. Bütün bunların 
hamısı nifrət və qorxaqlığın göstəgəsidir.  

 
Mən  zora  qarşıyam,  çünkü  zahirən  yararlı  görünsə 
də,  bu  yararlılıq  keçicidir.  Ancaq  zərəri  isə, 
davamlıdır.  Bütün  ingilislərin  öldürülməsinin 
Hindistana  bir  yarar  gətirəcəyinə  inanmıram. 
İngilisləri  öldürmək  üçün  milyonlarca  hindli 
lazımdır,  yəni  milyonlarca  hindlinin  ingilislərin 
özləri  kimi  olması  gərəkir.  İngilislər  kimi,  adam 


145 
 
öldürən.  İndiki  durumun  gerçək  suçlusu 
ingilislərdən daha öncə özümüzük. Biz yaxşılıqdan 
başqa  heç  bir  şey  etməzsək,  ingilislər  kötü  işlər 
yapmaqda  gücsüzləşəcəklər.  Bu  üzdən  də  mən 
sürəkli  olaraq  öz  içimizdən  islah  olmanı  israrla 
dəstəkləmişəm.  

 
Tarix  bizə  anlatmaqdadır  ki,  yaxşı  niyyətlər  üçün 
zor  qullanaraq  düşməni  məğlub  edənlər  öz 
növbələrində  də  məğlub  olanların  durumuna 
düşmüşlər.  

 
Xarici  güclərə  qarşı  aqressiv  davransaq,  öz 
toplumumuz  da  ölkəmizin  gəlişməsini  önləyən 
aqressivlik  xəstəliyinə  yaxalana  bilər.  Dünyanın 
digər 
ölkələrində 
aqressivliyin 
olmasına 
baxmayaraq, 
ölkəmizdəki  sorunları  çözmək  üçün 
aqressivliyə əl atsaq, öz qurtuluş günümüzü daha da 
gecikdirəcəyik.  İslahatın  zəruriliyinə  inanmayan, 
isla
hata  qapalı  olan  topluma  zorla  və  silah  gücünə 
islahatı dayatırsaq, toplum aqressivləşəcək və hətta 
intiqam  almaq  üçün  xarici  güclərlə  işbirliyinə  də 
girə bilər. Bu olay keçənlərdə gözlərimizin önündə 
baş  vermədimi?  Onun  acı  xatirələrini  unutmaq 
mümkünmü? 

 
Hökumətin örgütlənmiş aqressivliyi qarşısında bir iş 
görə  bilməz  və  toplumun  örgütlənməmiş 
aqressivliyi  qarşısında  çarəsiz  qalarsam,  bu 
ortalıqda özümün məhv olmağımı tərcih edərəm.  

 
Əlli  ildən  daha  uzun  sürən  bir  zaman  sürəsində 
durmadan qeyri—aqressivliyi 
və  onun  imkanlarını 
elmi  diqqətlə  uyqulamağa  çalışmışam.  Ahimsanı 
oğuş (ailə), örgüt, iqtisadiyat və siyasət sahələrində 
uyqulamışam. Bu qədər zaman içində bir tək örnək 
olsa  da,  məğlubiyətə  uğramamışam.  Bəzən  bir 


146 
 
uğursuzluq  olmuşsa,  onu  öz  yetərsizliyimdən 
görmüşəm.  Heç  bir  biçimdə  özümü  kamil  olaraq 
görmürəm.  Ancaq  bir  adı  da  Tanrı  olan  həqiqəti 
aramaqda  iddialı  olduğumu  söyləyə  bilərəm.  Bu 
arama  sürəcində  qeyri—aqressivliyi  kəşf  etmişəm. 
İndi  isə,  onun  yayqınlaşmasını  həyatımın  görəvi 
olaraq  düşünürəm.  Bu  görəvi  gerçəkləşdirmək 
həyatımın əsas amacıdır. Bu görəvin dışında həyatın 
mənim üçün heç bir anlamı yoxdur.  

 
Sevincimə  səbəb  olan  olaylardan  biri  də  mənə 
müxalif  olan  qarşı  tərəflərin  ilgilərini  özümə  cəlb 
edə  bilmək  olmuşdur.  Güney  Afrika  insanları 
s
ürəkli  mənə  güvənir,  məni  öz  dostları  kimi 
görürdülər.  İngiltərə  hökumətinin  siyasətinə  qarşı 
çıxmağıma  baxmayaraq,  minlərcə  ingilis  qadın  və 
kişi dostum vardır. Yeni maddi mədəniyəti məhkum 
etsəm  də,  avropalı  və  amerikalı  dostlarımın  sayı 
gündən  günə  artmaqdadır.  Bütün  bunların  hamısı 
qeyri—
aqressivlik fəlsəfəsinin qazanımlarıdır.  

 
Gündən  günə  artıb  varsıllaşan  (zənginləşən) 
təcrübələrim  mənə  deyir:  həqiqəti  və  qeyri—
aqressivliyi  qullanmadan  millətlər  arası  barışın 
bərqərar olacağı mümkün deyildir. Intiqamalma və 
qarşılıqvermə  siyasəti  heç  bir  zaman  uğurlu 
olmamışdır.  

 
Qeyri—
aqressivliyə  olan  bağlılığım  bütün  dünyəvi 
və qeyri—dünyəvi ilgilərdən üstündür. Bu bağlılıq, 
yalnız həqiqətə vurğunluğumla ölçülə bilər ki, bu da 
qeyri—
aqressivliklə  eşanlamlıdır.  Çünkü qeyri—
aqressiv  yolla  və  yalnız  bu  yolla  həqiqətə  qovuşa 
bilərəm.  Öz  yaşamımda  Hindistandakı  dəyişik 
məzhəblərə  fərqli  yanaşmadığım  kimi,  dəyişik 
budunlar  (xalqlar)  arasında  da  fərq  görmərəm. 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə