172
təmasdan çəkinən adam, brahmaçaryanın anlamını
bilməməkdədir. Qadın nə qədər çəkici olsa da,
qadına doğal ehtiyacı olmayan kişi üçün təsirsiz
olacaqdır. Gerçək brahmaçarya yanlış və saxta
sınırlamalardan çəkinər. Böylə bir şəxs özünü
qoruma aracları gəlişdirməlidir. Bu araclara ehtiyac
qalmadığında onları buraxa bilər. İlk öncə gerçək
brahmaçaryanı anlayıb onun dəyərini bilmək lazım.
Daha sonra bu dərin və dəyrli həyat ölçüsünü insan
özündə gəlişdirməlidir. Hindistana gerçək anlamda
xidmət etmək üçün bu yöntəmə ehtiyacın olduğuna
inanıram.
•
Q
adınıma sırf cinsi bucaqdan baxdığım sürəcə, bir-
birimizlə gerçək anlaşmamızın olmadığını şəxsi
təcrübələrim göstərmişdir. Bizim sevgimiz öz
yüksək doruğuna (zirvəsinə) çatmırdı. Bizim
aramızda hər zaman məhəbbət olmuşdur. Cinsi
ilişkilərdən çəkindikcə, daha doğrusu mən bu
qonuda özümü sınırladıqca, bir-birimizə daha da
yaxınlaşır, bir-birimizi daha da dərindən sevirdik.
Qadınım özünü sınırlamağa ehtiyac hiss etməzdi.
Genəldə seksual ilişkidən həyalı biçimdə çəkinmək
istərdi. Qadınım istəkli olmasaydı da, mənim
istəklərimə qarşı gəlməzdi. Mənim aşırı seksual
ehtiyacımı sayqı ilə qarşılardı. Çox istisna hallarda
dirənib istəkli olmadığını söylərdi. Qadınıma sırf
seksual
bucaqdan baxdığım sürəcə, ona gerçək
anlamda xidmət edə bilmirdim. Cinsi ilişkilərdən
çəkinmə ərmişliyinə (kamalına) vardığımda
qadınımı yenidən kəşf etdim. İlişkilərimiz tam
olaraq ruhani və mənəvi dərinlik daşıdı. O gündən
etibarən, şəhvət öldü, sevgi səltənəti başladı. Mən
173
ölkəmi qurtarmaq üçün, Hindistanın bağımsızlığı
adına bütün cismi ləzzətlərdən vaz keçdim.
•
Brahmaçaryaya yardımcı olmaq üçün oruc tutmaq,
uyqun yeməklər yemək və yeməyi sınırlandırmaq
çox etkilidir.
Müxtəlif hisslərimiz o qədər
güclü
dürlər ki, onu hər yöndən kontrol altında
tutmalıyıq. Az yemək yeməklə bir çox hisslərimizin
fəallığının azalacağını hər kəs bilir. Bu üzdən
sürəkli oructutma, hisslərin kontrolu üçün çox
yararlıdır. Kimiləri üçün oructutmanın heç bir
önəmi yoxdur. Çünkü oruc tutarkən ağıllarında
sürəkli dadlı yeməkləri düşünərlər. Oruc sürəsi
dolduqdan sonra sürəkli nə yeyəcəklərini düşünüb
durarlar.
Bu tür oructutmalar nə iştaha hakim
olmağa yardımçı olar, nə də nəfs və şəhvəti kontrol
edə bilər. Çünkü oructutma əməlində zehn qatqıda
bulunmur.
Yararlı oructutma bədənin aclıq çəkdiyi
sürəcə, zehnin də aclıq duyqusunu yaşaya bilməsi
ilə gerçəkləşər. Bədənin məhrum olduğu şeylərə
zehndə də istəksizlik ortaya çıxmalıdır. Bütün
meyllər zehndən dışlanmalıdır. Yoxsa şəhvət
xəyallarından zehnini boşaltmamış bir adamın oruc
tutmasının heç bir anlamı yoxdur.
•
Bütün ortamlarda öz nəfsinə hakim olan adam
gerçək bir brahmaçaryadır. Çox gözəl bir qadın
mərmər bir kişi heykəlinə yaxınlaşarsa, heykəl
ondan heç bir şəkildə etkilənməz. Gerçək bir
b
rhmaçaryanın bu durumlardakı təpkisi bir heykəl
kimi olmalıdır. Deyə bilərsiniz ki, qadınla ilişki
qurmaq cinsi dözümlə mümkün deyildir. Məncə bu,
anlamsız məntiqdir. Qadınlarla ilişkiləri qıraraq
brahmaçarya olmaq mümkün deyil. Çünkü bu,
yalnızca qadınlarla cismi ilişkiləri qırmaq
174
anlamında olacaqdır. Burada ruhi qatqılar söz
qonusu deyildir.
Həssas durumlarda bunun
təhlükəyə girəcəyini söyləmək çətin deyildir.
•
Güney Afrikada ikən 20 il müddətində Batı ilə
yaxından təmasda idim. Bertrand Rasel kimi
dəyərli yazarların cinsi ilişkilərlə bağlı yazdıqları
nəzəriyələrlə tanış olmuşdum. Onlar öz inanclarını
bəyan etdiklərindən dolayı çox acı çəkmişlər. Onlar
evlənmə və əxlaq məsələlərini qəbul etmirlər. Bu
qonuda onlarla razı deyiləm. Ancaq bunların
ötəsində yayqın törələrin dışında da təmiz insan ola
bilmə nəzəriyəsini də savunmaqdadırlar. Qərbdə
ikən, yayqın törələr əxlaqını qəbul etməsələr də, çox
təmiz həyat sürən bir sürü qadın-kişi dostlarım var
idi.
Mənim araşdırmalarım da demək olar ki, bu
kimi h
əqiqətlər və sağlıqlı həyat üçündür. Əski
dəyərlərin reformuna inanır və çağın istəklərinə
cavab verə biləcək əxlaq sisteminin oluşmasını
istərsəniz, bu durumda başqalarından izn almağa və
ya onları inandırmağa ehtiyac yoxdur. Bir yenilikçi
reformist başqalarının onun görüşlərini qəbul
edəcəyini bəkləyə bilməz. O, yalnız qalıb ümumi
etirazlarla qarşılaşsa da, irəliləməkdən vaz
keçməməlidir. Öz araşdırmalarıma və təcrübələrimə
dayanaraq,
brahmaçaryanın
anlamını
təkmilləşdirmək istəyirəm. Bu üzdən imkan
olduğunda ondan qaçmıram. Onunla dürüst bir
şəkildə qarşılaşmağı məzhəbi görəvim kimi qəbul
edirəm. Denəmələrimin sonuclarına tanıq olmaq
istəyirəm. Bu yolda nələr qazana biləcəyimi maraq
edirəm. Bir qadınla təmassa girməkdən qorxub
çəkinmə, brahmaçarya istəklisi üçün uyqun özəllik
deyildir.
Öz cismi zövqlərimi təmin etmək üçün
175
cinsi təmaslara girmək arzusunda olmamışam.
Ayrıca, cinsi təmayülləri bütünüylə içimdən
sildiyimi də iddia etmirəm. Ancaq bu təmayülümü
kontrol altında tutduğumu iddia edə bilərəm.
•
Dünya m
iqyasında əhalinin nüfus artışını önləmək
üçün ortaya atılan bütün yöntəmlər yanlış və
təhlükəlidir. Bu nəzəriyənin yandaşları düşünürlər
ki, insan öz heyvani istəklərini təmin etmək
zorundadır. Bu işi görməzsə, evrim sürəci dura
bilər. Məncə, bu iddia yanlışdır. Saxta yöntəmlərə əl
atanların öz nəfslərini kontrol etməsi mümkün
deyildir.
Dözüm və nəfsi cilovlama bütün
məzhəblərin əsas ortaq amacıdır.
•
G
əbəliyi (hamiləliyi) durduraraq nüfus artışını
önləmə yöntəmi üzərinə qonuşmaq istəyirəm. Cinsi
meylləri təmin etməni zəruri bir ödəv kimi görənlər
var.
Borclu olduğumuz insanlara borclarını
ödədiyimiz kimi, nəfsimizin də borclarını ödəməli
imişik! Bu borcu ödəməzsək, onun sonucu olaraq
fikri və mənəvi təxribə uğrayacaqmışıq. Bu şəkildə
düşünənlər var. Bu görüş cinsi zərurəti evlad
olqusundan ayrı görməkdədir. Gəbəliyi əngəlləmək
istəyən görüş deyir ki, gəbəlik təsadüfi bir olaydır
və iki tərəf çocuq doğurma qonusunda
anlaşmırlarsa, onu önləmək gərəkir. Məncə bu,
dünyanın harasında olursa olsun, ən təhlükəli
teoridir.
Özəlliklə Hindistan üçün çox qorxunc bir
həyat tərzi ola bilər. Cinsi təmayülləri təmin etmək
bir görəv isə, o zaman bütün fəsadlar və cinsi
həvəsləri təmin edən doğal olmayan araclar da
məqbul sayılmalıdır. Oxucu diqqət etməlidir ki,
dünyada çox ü
nlü adamlar bilə, cinsi sapıqlığı
məqbul saymaqdadırlar. Bu durum eşcinsəlliyi də
Dostları ilə paylaş: |