169
olduğu kimi, tinsəl (ruhi) dallardakı denəmələr üçün
də bir sürü ilkələrə uymaq gərəkməkdədir.
•
İçkilərdən, uyuşduruculardan və özəlliklə də ətdən
qaçınmaq tinsəl (ruhi) evriliş (təkamül) üçün çox
gərəklidir. Ancaq bunların heç biri amaca
dönüşməməlidir. Ət yeyən, ancaq Tanrı yasalarına
uyan bir adamın qurtuluşa daha yaxın olması
mümkündür.
Ancaq ət yeməsə də, davranışları ilə
sürəkli yanlışlıqlar bataqlığında çabalayan adam
tanrıdan daha uzaq ola bilər.
•
Öz şəhvətinə və təmayüllərinə hakim olmaq istəyən
adam üçün ət yemənin yararlı olmadığını təcrübələr
göstərmişdir. Ancaq şəxsiyətin bəlirləyici etməni
(amili)
kimi, yemək türünə bir o qədər də önəm
verməmək gərəkir. Yeməklərdən saqınım (pərhiz)
etkili bir etkən olsa da, Hindistanda görüldüyü kimi,
yalnız yemək saqınımları önəmli deyildir. Çünkü
böylə olduğunda saqınım, yalnız yemək türləri
üzərində odaqlanar. Çox yemək yenə də önlənəməz.
•
D
oğruluq araşdırmacısı üçün səssiz qalmanın və az
danışmanın tinsəl (ruhi) qural olduğunu
təcrübələrim göstərmişdir. Saçma sözlər danışmaq
doğruluğa gedən yolu sapdırar. Bu zəiflikləri
ortadan qaldırmaq üçün səssizqalma və azdanışma
ödəvləri olmalıdır. Az danışan adam çox çətin
ölçülməmiş bir söz söyləyə bilər. Çünkü hər
sözünün dəyərini yaxşı bilər.
•
Səssiz qalmaq mənim üçün cismi və ruhi özəllik
daşımaqdadır. Çox az danışaram və həftənin birinci
günü “qo
nuşmama orucu” tutaram, əsla
qonuşmaram. Qonuşmama orucu tutduğum zaman
ortaya çıxan gərəkli ilişkiləri və sorunları yazaraq
çözərəm. İlk başlanqıcda basqılardan və
170
bitkinlikdən qurtulmaq üçün az danışmağı
denəməyə başladım. Daha sonra az danışmağı çox
yaz
mağa qaydırmağa çalışdım. Ancaq bir sürə bu
səssiz qalmaları denədikdən sonra onun mənəvi və
ruhi dərinliklərini kəşf etdim. Birdən ağlımda böylə
bir düşüncə parladı ki, bu səssizlik Tanrıya
yaxınlaşmaq üçün bir fürsətdir. İndi artıq səssiz
qalmağa alışmışam, sanki Tanrı məni səssiz qalmaq
üçün yaratmışdır.
•
Söz söyləməmək səssiz qalmaq deyildir. İnsan öz
dilini kəsərək də bu sonuca vara bilər. Söz
söyləməmək səssizlik deyil. Səssizlik qonuşma
imkanının olmasına baxmayaraq, heç bir yersiz söz
söyləməməkdir.
•
Kötü düşüncələr üzündən həyat enerjisi hədər olur.
Sözlər
və
davranışlar
düşüncələrdən
qaynaqlandığından, onların şəkli də düşüncə ilə
ilintilidir.
Kontrol
altında
olan
düşüncə
kəndiliyindən olağanüstü güc qaynağı ola bilər. Bu
güc sözdə və davranışda özünü göstərərək etkili
olar.
Adam Tanrı varlığının göstərgəsi olmaq
istərsə, Tanrını özündə və öz dar çevrəsində
aramalıdır. Yalnız bu yolla insan Tanrı göstərgəsi
ola bilər. Ancaq öz gücünü dəyişik yollarla itirən
adam Tanrı göstərgəsi ola bilməz.
•
Cismi l
əzzətlər haqqında düşünməkdənsə, onu
yaşamaq daha yaxşıdır. Cinsi və cismi ləzzət hissi
baş qaldırdığında susdurulması daha yaxşıdır.
Ancaq susdura bilməz və fikrimizi onunla
uğraşdırarsaq, cinsi ehtiyacımızı gedərmək daha
doğru olar. Bunu heç bir şübhəyə qapılmadan öz
təcrübələrimdən yola çıxaraq deyirəm.
171
•
Seks çox
yüksək və nəcib bir qonudur. Burada
utanacaq heç bir saqıncalı şey yoxdur. Ancaq bu
güc və təmayül, yalnız yaradıcılığa adanmalıdır. Bu
sağlıqlı gücdən hər tür yanlış istifadə Tanrı və
insanlıq qarşısında suç sayıla bilər.
•
Dünyanın keçici dəyərlər arxasınca süründüyü
anlaşılmaqdadır. Daha önəmli qonular üzərində
durub düşünməyə sanki zamanı yox. Ancaq bir az
diqqətli davrandığımızda, yalnız sonsuz olanın
dəyərli olduğunu anlayacağıq. Bu əbədi dərinliyi
olan dəyərlərdən biri “brahmaçarya”dır.
•
Brahmaçarya bizi brahma
ya və Tanrıya bağlayan
yöntəmdir. Bu yöntəm çocuqdoğurma qonusunu
tam olaraq kontrol etmək istər. Bu kontrol bizim
düşüncəmizdə, sözümüzdə və davranışımızda
olmalıdır. Düşüncələrimiz kontrol edilə bilməzsə,
sözümüzün və davranışımızın dəyəri olmayacaq. Öz
düşüncələrini kontrol etməyi başaran insan üçün
başqa şeylər çocuq oyuncağı kimi görünəcəkdir.
•
Brahmaçarya
ərmişliyinə varan adam özünü
qorumaq üçün divarlara ehtiyac duymaz. Bu yola
yeni girmiş olan üçün qorunma və ya savunma
divarı lazım ola bilər. Bir məngü ağacı olqunlaşmaq
üçün onu qoruyacaq divara möhtacdır. Artıq
qollu—
budaqlı bir ağac olduqdan sonra divara
ehtiyac qalmaz.
Bir çocuq da ilk günlərində
baxıcıya ehtiyac duyar. Ancaq gəncləşdikdən sonra
artıq öz fərdi bağımsızlığını əldə edər. Ehtiyac
olmayan bir durumda hansısa yardıma arxalanmaq
zərərli ola bilər. Məncə brahmaçaryanın gerçək
istəkçisi olan bir adamın savunma divarlarına
ehtiyacı olmaz. Brahmaçarya zahiri saqınmalarla
əldə edilən bir olay deyildir. Qadınla hər türlü
Dostları ilə paylaş: |