198
qaçırmaq, öldürmək kimi işlər sonuc etibarı ilə
ölkənin ümumi yazqısına zərər verəcəkdir. Ölkə
daha da yoxsullaşacaqdır. Ölkədə sərmayəni
qazana
n təcrübəli insanlar olmayacaqdır. Bu üzdən
də qeyri—aqressiv yöntəmin üstünlükləri açıqca
görünməkdədir. Bu yöntəmə görə zəngin adam
zənginliyinə və mülkünə özü sahib olur. Bu
zənginlikdən, yalnız ehtiyacı olduğu qədər istifadə
edir.
Qalan hissəsini isə, ona əmanət kimi buraxılan
toplumun varı kimi görür. Bu əmanət, yalnız
toplumun ümumi çıxarları yolunda xərclənməlidir.
Bu yöntəmdə əsas iş şəxsin dürüstlüyündən və
şərafətindən asılıdır.
Bü
tün israrlı çalışmalara qarşın, zənginlər özlərini
əmanətdar bilmək yerinə gündən günə daha da
zənginləşib və yoxsulları sömürərlərsə, o zaman nə
etmək gərəkir? Bu sorunu çözmək üçün mən çox
düşündüm. Məncə bu sorunu, ancaq qeyri—
əməkdaşlıq və ümumi mədəni itaətsizliklə çözmək
olar.
Zənginlər yoxsulların qatqısı olmazsa, sərmayə
qazana bilməzlər. Yoxsullar bu gerçəyi dərk etsələr
güclənərlər. Bu gerçəyi də anlarlar ki, qeyri—
aqressiv yöntəmlə onları aclıq sınırına qədər
sürükləyən sərmayədarları təslim edə bilərlər.
•
Hər gün bir saat hər insan ən yoxsul adamların işini
gö
rməlidir. Bundan daha nəcib, daha milli bir iş
təsəvvür edə bilmirəm. Bu yolla özümüzü
yoxsulların içində görüb və bəşərin nə kimi ağrılar
çəkdiyini hiss edə bilərik. Bundan daha yaxşı bir iş
ola bilməz ki, Tanrı və yoxsullar adına özümüzü
həyatımızın bəlli saatlarında yoxsullar kimi çalışıb
yaşamağa alışdıraq.
199
•
İncil “çörəyini alnının təri ilə qazan” deyir.
Fədakarlığın çox çeşidli türləri var. Onlardan biri də
halalca çörək qazanmaqdır. Hər kəs çox deyil,
yalnızca öz çörəyini qazanmaq üçün çalışarsa, hər
kəs üçün həm yetəri qida, həm də yetəri rahatlıq
sağlanmış olur. Artıq cəmiyətin artımı ilə ilgili hay-
küy
də qopmaz. Bu, fədakarlığın ən yüksək
düzeyidir.
Şübhəsiz ki, insanlar bədənləri və ya
beyinləri ilə başqa işlər də görəcəklər. Ancaq bütün
görülən işlər məhəbbət uğruna və toplumun genəl
rahatlığı üçün ediləcəkdir. Bu durumda artıq varsıl-
yoxsul, yüksək-alçaq, təmiz-nəcis anlayışları
olmayacaqdır.
•
Kimsə söyləyə bilər ki, mənim cəhrə (ipəyirmə
makinası) ilə çalışmağa ehtiyacım yox, çünkü
həyatımı təmin edə bilirəm. Bunun dəlili odur ki,
adam özü
ürətməmiş və özünün olmayan qidalarla
yaşamaqdadır. Adam öz yurddaşlarını talan
edənlərin şərikidir, ya da onlardan qidalanır.
Cebinizdə olan paranın hardan qaynaqlandığını,
necə qazanıldığını araşdırsanız, mənim söyləmək
istədiyimi yaxşıca anlayacaqsınız.
Yoxs
ullara geyim və yeyəcək bağışlayaraq onları
aşağılamamalıyam. Onların böylə xeyriyəçiliyə
ehtiyacları yoxdur. Onların, həyatlarını sürdürə
bilmələri üçün işə ehtiyacları var. Özümü
yoxsulların ərbabı və hamisi kimi göstərmə
suçluluğuna girməməliyəm. Onların yoxsul
olmalarında mənim də suçumun olduğunu
anladığımdan bəri, nə artıq tikəmi, nə də əskimiş
paltarımı onlara verirəm. Ən yaxşı yeməyimi və ən
təzə paltarımı onlara hədiyə edirəm. Yeri gəldiyində
on
larla bir yerdə çalışıram.
200
Tanrı insanları yaratmış ki, öz yeməyini özü təmin
etsin.
Tanrı söyləmiş ki, çalışmadan yeyənlər
başqalarının işlərinin nəticəsini oğurlayanlardır.
•
Xəstə olmayan bir qadın və ya kişi işsiz və
yeməksiz isə, biz öz istirahətimizdən və yaxşı
yemək yeməyimizdən dolayı utanmalıyıq.
•
İmtiyazlar və inhisarlara nifrət edirəm. Toplumla
paylaşılması mümkün olmayan hər şey mənim üçün
haramdır.
•
Mənım hər şeydən imtina etməyimə dünya gülə
bilər. Gülsün, azaddır, gülə bilər. Mənim üçün hər
şeydən imtinaetmə böyük zənginlikdir. Çox
istərdim dünyada mənim qədər mutlu olan ikinci bir
şəxs olsun. Nədən hər şeydən imtina etmək məni bu
qədər mutlu etmişdir? Bu, sahib olduğum ən
qiymətli xəzinədir. Bu üzdən yoxsulluğun dəyəri
haqqında mənim moizəmi dinlərkən, dünyanın ən
zəngin insanı olduğumu söylərsəm, tam yerində
olar.
Dünyanın ən böyük sərmayədarı mənim qədər
mutlu ola bilərmi, əcəba?
•
Dünyanın bütün müqəddəs kitabları haqqında
“
sabahının fikrində ol” söylənilmişdir. Sağlıqlı bir
toplumda uyqun işlə para qazanmaq dünyanın ən
asan işi olmalıdır. Bir ölkənin yaxşılıq durumunu
onun milyonerlərinin sayına görə deyil, yoxsulların
olmamasına görə dəyərləndirmək lazımdır.
•
Sağlığı yerində olan adama şərəfli yaşaya bilməsi
üçün işsizlik parası ödənməsini mənim “ahimsa”
anlayışım qəbul etməz. İmkanım olsaydı, pulsuz
yemək verilən bütün xeyriyə mərkəzlərini
qapatardım.
Bu
kimi
mərkəzlər
milləti
tənbəlləşdirər, tənbəlliyi, işsizliyi, riyanı və hətta
cinayəti təşviq edər.
201
•
Ac və işsiz kütlə üçün Tanrı, ancaq ona yemək və´d
edən bir varlıq kimi görüntülənər.
•
Yo
xsul bir adam üçün mənəviyat, yəni iqtisadiyat.
Başqa heç bir yolla milyonlarca ac insanı etkiləmək
olmaz.
Aclığını ortadan qaldıracaq ehtiyacın dışında
hər şey onun üçün önəmsizdir. Ac adam üçün
yemək verən onun Tanrısı kimi görünər. Onların
başqa şeyləri düşünmə yetisini aclıq əllərindən
almışdır.
•
Qeyri—
aqressiv yöntəmlə sərmayədarları deyil,
sərmayədarlığı məhv etmək istəyirik. Biz
sərmayədarları dəvət edirik ki, sərmayələrinin
qaynağı olan yoxsullara fərqli yanaşsınlar. Özlərini
sərmayələrinin əmanətdarları kimi anlasınlar.
Sərmayənin gücü varsa, işin də gücü vardır.
•
Bu qüdrətlərdən hər biri məhv etməyə və ya abad
etməyə də yönələ bilər. Hər biri digərindən asılıdır.
Öz gücünü anlamış olan işçi üçün durum kökündən
dəyişə bilər. O, sərmayədarın köləsi olmaq yerinə,
onun ortağı olar. Sərmayədar sərmayənin tək sahibi
kimi qalmağa çalışsa, ona qızıl yumurta yumurtayan
toyuğu öz əli ilə öldürəcək.
•
Hər insanın öz həyati ehtiyaclarını təmin etməyə
haqqı var. Hətta quşlar və heyvanların da böylə bir
haqqı var. Hər bir haq da savunulmaya ehtiyac
duyar.
Bu haqqa saldırıldığında onu savunmaq üçün
uyqun yollar da ortaya çıxar. İndiki durumda gerçək
sorun ibtidai bərabərliyi bərqərar etmək üçün uyqun
görəv və çarələr ürətməkdir.
Uyqun görəv bədənimizlə çalışmaq və uyqun çarə
isə, saldırılar qarşısında bizi haqqımızdan yoxsun
buraxanlarla
əməkdaşlıq etməməkdir. Sərmayədar
və işçinin bərabərliyinə inanırıqsa, sərmayədara
Dostları ilə paylaş: |