183
Başqalarını qurtara bilmək üçün öncə özümüzü
qurtarmalıyıq. Hind nasionalismi özəl, saldırqan və
uçurucu deyildir. Bu nasionalis
m sağaldıcı və
məzhəbidir. Bu üzdən də insansevərdi. Bəşər
toplumunun
azadlığı yolunda ölməyi başara bilməsi
üçün
Hind azad yaşamağı öyrənməlidir.
•
İngiltərənin yenilgəsini və ya aşağılanmasını
istəmirəm. Londondakı böyük
Sentpol kilsəsi
uçurularsa, çox üzgün olaram.
Bu xəbər məni
hindlilərin
kaşdeşuanat məbədinin, ya da Dehlidə
müsəlmanların camisinin uçurulma xəbərini
duyacağım qədər rahatsız edər. Mən
kaşdeşuanat
məbədi, Dehli camisi və hətta
Sentpol kilsəsi
yolunda özümü fəda etməyi tərcih edirəm. Ancaq
onları savunan kimsənin canını almaq istəmirəm.
Mənim ingilis xalqı ilə əsas fərqim də budur. Bu
üzdən də özümü ingilis xalqı ilə dərddaş hiss
edirəm. Umarım ki, ingilislər, konqrə üzvləri və ya
mənim səsimi duyan hər kəs yanlış anlamamışdır və
mənim nəyi savunduğumu bilmişlər. Kimsə mənim
ingilislərlə dərddaşlığımı bu şəkildə anlamamalıdır
ki, ingilisləri sevirəm və örnəyin almanlara nifrət
edirəm. Alman və ya italiyan millətinin ingilis
millətindən daha kötü olduqlarına inanmıram. Biz
hamımız bir soydanıq. Böyük
bəşər toplumuna
mənsubuq. Mən heç bir üstünlüyü qəbul etmirəm.
Hindli
lərin də üstün millət olduqlarına inanmıram.
Hamımızın bənzər kötülüklər və yaxşılıqlarımız var.
Bəşər toplumu ayrı hovuzçalar kimi, bir-birindən
ayrı deyildir. Bəşər bir bütün olaraq bir-birinə
bağlıdır. Mən demirəm “Hind diri qalsın, ancaq
Hindin dışında bütün dünya batırsa, batsın.” Mənim
böylə görüşüm ola bilməz. Başqa millətlərin və