176
yayqın duruma gətirə bilər. Gizlin amacların
məktəblərdə oğlanlar və qızlar üzərindəki
təxribatlarından xəbərdaram. Elm adına gəbəliyi
önləyən aracların gənclər arasında yayqınlaşması və
toplumun ünlü öndərlərinin onu məqbul saymaları,
durumu çox gərginləşdirmişdir. Bu da həyatın
sağlıqlılığı yolunda çabalayan islahatçıların işlərini
çətinləşdirməkdədir. Məktəblərdə çox gənc qızlar
gəbəliyi önləmə haqqında bilgi verən kitab və
dərgiləri geniş miqyasda oxumaqdadırlar. Bu iş
üçün gərəkən aracları rahatca əldə edə bilirlər. Bu
aracları, yalnızca ərli qadınlarla sınırlı saxlamaq
mümkün olmayacaq.
Evliliyin amacı, yalnızca
heyvani
şəhvətlərin
təmin
edilməsi
ilə
özətləndiyində, ailə qutsal tarixi bir qurum kimi
təxrib edilməyə başlayacaq.
•
Məni tərki-dünya biri olaraq tanımaq doğru
deyildir.
Özəl həyatımı biçimləndirən ideallar bütün
bəşər toplumu üçün qəbul edilə bilər. Onları çox
tədrici evrimlə əldə etmişəm. Hər addımımı
atmadan ön
cə bir neçə kərə ölçmüşəm. Seçmiş
olduğum dözüm və qeyri—aqressiv davranış türüm
mənim özəl sınaqlarımdan qaynaqlanmışdır.
Topluma xidmət görəvimdə bunlar mənim yolumu
açmışlar. Güney Afrikada olduğumda təkbaşıma bir
həyatım var idi. Ancaq ailə işlərimlə, vəkillik işimlə
və sosial görəvliliklərimlə bağlı durumlar qarşısında
çox disiplinli bir həyat sürürdüm, özəlliklə cinsi
həyatımı azaltmağa çalışırdım. Öz yurddaşlarımla
və avropalılarla da olan ilişkilərimdə qeyri—
aqressiv davranışımı ən yüksək düzeydə
uy
qulayırdım. Adi bir insandan daha üstün
olduğumu iddia etmirəm. Hətta orta bir adamla
177
müqayisədə ləyaqətimin daha aşağı olduğunu
düşünürəm. Şəxsi təcrübələrimə dayanaraq qeyri—
aqressivlik yolundakı qazanımlarımdan dolayı
özümdə böyük bir istedad da görmürəm.
•
Mənim zehnim və düşüncəm öz biçimini və yolunu
bulmuşdur. Tanrı yolundakı irəliləyişimdə heç bir
yoldaşa ehtiyacım yoxdur. Məni fırıldaqcı
adlandıranlara deyəcək bir sözüm yoxdur. Mənə
“mahatma” ləqəbi verilmişdir. Məni fırıldaqcı
adlandıranlar bu ləqəbin təxrib edilməsinə yardımçı
ola bilərlər. Etiraf etməliyəm ki, haqqımda söylənən
kötü sözlər məni xalqın təsəvvüründən endirərsə,
buna çox sevinərəm. Çünkü mən fövqəladə bir
insan deyiləm, adi bir insanam və “mahatma”
ləqəbinin mənim üçün heç bir önəmi yoxdur. Onu
bir yük olaraq görürəm.
Dünya barışı
•
Bir fərd ruhi açıdan uğur qazandığında
ətrafındakılarının zərərə uğrayıb acı çəkəcəklərinə
inanmıram. Mən mütləq ruh olan “advaita”ya
inanıram. İnsan və yaşayan bütün canlıların
vəhdətinə (birliyinə) inanıram. Bu üzdən ruhi uğur
qazanımına bütün dünya bəlli ölçüdə qatılırkən,
b
irinin uğursuzluğunda da bütün dünya zərər
görmüş olur.
•
Heç bir saqınım (imtina), yalnızca tək bir adamın
mutluluğu ilə sınırlı qalmadığı kimi, əxlaqi çöküş də
178
sadəcə bir fərdə ziyan verməklə sınırlı qalmaz. Bu
üzdən birinin yaxşı, ya da kötü olması, yalnızca
özünü ilgiləndirən qonu deyildir. Həm öz toplumu,
həm də bütün dünya ilə ilişkilidir.
•
Doğada bolca qırılmalar olsa da, yaşam cazibə və
bağlanmalar üzərində qurulur. Qarşılıqlı məhəbbət
doğanın varlığına səbəb olmaqdadır. Insan məhv
etməklə yaşamaz. Özümüzə olan sayqımız
başqalarına da sayqı gərəkdirər. Uluslar onu
oluşduran bireylərin arasındakı qarşılıqlı sayqı
ilə oluşar. Uluslar içindəki uyumluluq və sayqı bir
gün bütün d
ünyada yayqınlaşmalıdır. Oğuş (ailə) içi
yasalar genişləyib ulus adında daha böyük bir oğuş
uluşdurar.
•
Bəşəriyət vahid bir toplumdur. Çünkü hamısı
bənzər əxlaqi yasalara tabedirlər. Tanrı yanında
bütün insanlar eşitdir. İnsanlığın müxtəlif uluslara
bölünd
üyü doğrudur. Ancaq şəxsin pozisionu
yüksəldikcə sorumluluğu da artar.
•
Mənim görəvliliyim, yalnızca Hind toplumunun
qardaşlığını,
Hindistanın
qurtuluşunu
və
özgürlüyünü içərməz. Hindistanın qurtuluşu və
özgürlüyü bütün zamanımı alsa da, düşünürəm ki,
Hind
istanı azad etməklə bütün dünyaya xidmət
etmiş olacağam. Yurdsevərliyim özəl bir şey deyil,
bütün insanları içinə almaqdadır. Başqa millətləri
sevməzlikdən gələn, başqa uluslara zərər vermək
istəyən yurdsevərlik mənim ülkülərimə ayqırıdır
(tərsdir). Yurdsevərliyim bütün insanlığı içinə
almazsa, heç bir önəmi yoxdur. Yurdsevərliyim,
yalnızca bütün insanları deyil, həyatın bütün
görünümlərini içərməkdədir. Qardaşlıq və birlik
duyqularını, yalnızca insanlar arasında deyil, bütün
179
canlılar, sürüngənlər arasında bilə, oluşdurmaq
istəyirəm. Əvət, bəlkə çox şaşırdıcı görünə bilər,
ancaq sürüngən canlıların da haqlarını qorumaq
istərdim. Bütün canlıların yaradıcısının Tanrı
olduğuna inanırıqsa, hansı biçimdə olursa olsun,
yaradılış qaynağımız birdir.
•
Ulusçu olmayan
kimsə, internasionalist ola bilməz.
Nasionalismin üzərində internasionalism qurular.
Hər ölkənin insanları öz ulusunu təşkil edər və hər
açıdan
güvənlik
oluşdura
bilirlərsə,
bu,
kəndiliyindən dünya barışına xidmətdən başqa bir
şey deyildir. Ulusçuluq kötü bir şey deyil. Kötü olan
ulusların düşüncələrinin genişləməsini önləyən
dargörüşlülükdür. Dargörüşlülük üzündən bir ulus
başqa bir ulusun yenilgəsi üzərinə öz mutluluğunu
qurmağı düşlər. Bir ulus başqa ulusun bədbəxtliyi
hesabına uzun sürəli mutlu ola bilməz.
•
Mən Hindistanın kiçik bir xidmətçisiyəm.
Hindistana dayanaraq bütün bəşəriyətə xidmət
edirəm. Əlli illik siyasi-toplumsal həyatıma və
təcrübələrimə dayanaraq, anladım ki, dünyaya
yararlı olmanın tək yolu öz ulusuna yararlı
olmaqdan keçər. Bu, çox yüksək əxlaqa dayanan
işdir. Bu düşüncəni qəbul etmək öz-özünə dünyada
duru
mun yaxşılaşmasına xidmət edər və uluslar
arasında yayqın olan qarşılıqlı qısqanclıq və həsədi
ortadan qaldırar.
•
Başqaları ilə yardımlaşma və başqalarına bağlılıq
duyqusu istiqlal duyq
usu qədər dəyərli olmalıdır.
Insan toplumsal bir varlıqdır. Toplumla qarşılıqlı
bağlar qurmadan vücud aləmi ilə birliyi
gerçəkləşdirmək olmaz. Qarşılıqlı toplumsal
ilişkilər insana öz inancını denəmə olanaqları
Dostları ilə paylaş: |