Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə43/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   39   40   41   42   43   44   45   46   ...   74

141 
 

 
Gözləmlədiyim  (müşahidə  etdiyim)  üzərə  bütün 
durumlarda  öldürməyə  qarşı  içgüdüsəl  bir  türlü 
qarşıçıxma  olmuşdur.  Böylə  bir  önərilər  edilir  ki, 
quduz  itləri  öldürmək  yerinə  özəl  bir  yerə 
kilidləmək gərəkir ki, özləri ölsünlər. Ancaq mənim 
yazığmın  gəlməsi  buna  izn  verməz.  Yalnızca  bir 
itin  deyil,  heç  bir  canlının  zəifləyib  və  ölümün 
qarşında  yenilərək  ölməsini  görmək  istəmərəm. 
Bu durumlarda mən insanı öldürməm, çünkü insan 
qonusunda sürəkli bir yardım ümidi ola bilər. Ancaq 
bir  iti,  ya  da  hər  hansı  bir  canlını  bu  durumda 
öldürərəm.  Çünkü  köpək  üçün  bir  yaşam  ümidinin 
tapılacağını  sanmıram.  Öz  evladım  quduzluq 
xəstəliyinə yaxalansa, onun sağalacağına ümidim 
kəsilərsə,  kəsinliklə  onu  öldürrəm.  Yazqıya 
dözmək və onu qəbul etmənin bir ölçüsü var. Bütün 
dərmanlar və çözgələr (çarələr) yararsız olduğunda 
biz  işləri  yazqıya  bağlamış  oluruq.  Böyləsinə 
xəstələnmiş  bir  çocuq  üçün  ən  son  yardım  onu 
öldürməkdir.  

 
Olumlu  anlamında  ahimsa  ən  çox  məhəbbət  və 
yaxşılıq  deməkdir.  Mən  gerçək  bir  ahimsa  yanlısı 
olsam,  düşmənimə  də  sayqın  davranmalıyam. 
Atamın  və  ya  evladımın  yanlışlıqlarına  görə 
edəcəyim  kobudluq  və  ya  yumşaqlığı  öz 
düşmənimin  xətalarına  görə  də  sərgiləməliyəm. 
Olumlu  ahimsa  həqiqət  və  qorxmazlığı  da  içərər. 
Bir  insan  sevdiyinə  ihanət  edə  bilməyəcəyindən 
ondan qorxmaz. 
İnsanın öz yaşamını hədiyə etməsi 
hədiyələrin ən  yüksəyidir.  Aqressivliyə  əl  atmadan 
həyatını fəda etməyi başaran şəxs düşmənin hər tür 
silahını əlindən alaraq heysiyətli anlaşmaya olanaq 
sağlaya  bilər.  İçində  qorxu  daşıyan  adam  böylə 


142 
 
ərgincə  (cəsurca)  davrana  bilməz.  Bu  üzdən 
qorxmaz
lıq çox önəmli bir durum. Qorxaq və ödlək 
adam  ahimsaya  əməl  edə  bilməz.  Ahimsanın 
istəklərinə  uyqunca  davranmaq  yüksək  düzeydə 
qorxmazlıq gərəkdirər.  

 
Qılıcı  bir  kənara  qoyduğumdan  mənə  qarşı 
çıxanlara  məhəbbətdən  başqa  heç  bir  şey suna 
bilmərəm.  Bu  məhəbbət  camını  sunaraq  onları 
özümə cəlb edə bilərəm. İki adamın arasında əbədi 
düşmənliyin olacağını təsəvvür edə bilmirəm. Mən 
təkrar  dünyaya  gəlməyə  inandığımdan  dolayı  bu 
dəfəki həyatımda olmasa da, bir sonrakı yaşamımda 
bütün insa
nları sevə biləcəyimi diləyirəm. 

 
Dünyada ən güclü və ən sadə varlıq sevgidir. 

 
Ən  sərt  ürəklər  və  ən  sərt  aymazlıqlar  (cəhalətlər) 
qeyri—
aqressiv əzab qarşısında yox olarlar.  

 
Qeyri—aqressivlik 
kötülüklərə  və  rüşvətə  qarşı 
gerçək savaşımdan qaçınmaq deyildir. Tam tərsinə, 
qeyri—aqressivlik öcalma kimi duyqulardan daha 
verimli  biçimdə  kötülüklərə  və  rüşvətə  qarşı 
savaşar. Çünkü öcalma edimi (əməli) doğası gərəyi 
düşmənlik  və  kötülüyü  daha  da  artırar.  Əxlaq  dışı 
davranışlara  qarşı  mən  sürəkli  olaraq  ruhani  və 
əxlaqi  dirənişi  üstün  bilmişəm.  Zalimin  qılıcının 
kəsərliliyini bu yolla ortadan qaldırmaq istəmişəm. 
Ona  qarşı  özü  kimi,  qılıc  qullanmaq  istəməmişəm. 
O,  qılıcımla  gələcəyimi  bəkləsə  də,  mən  ruhani 
dirənişlə  onun  qarşısına  çıxacağam.  Bu tür 
savaşımın  onu  meydandan  qaçıracağına  əminəm. 
Bu tür dirəniş öncə onu şaşırdacaq, daha sonra onu 
mənim  haqlarımı  tanımağa  zorlayacaq.  Ayrıca, 


143 
 
mənim bu tutumum
*
 
onu aşağılamayacaq. Onu daha 
da  yüksəkliyə  qaldıracaq.  Bu durumun çox ideal 
olduğunu söyləyənlər, əslində çox da haqlıdırlar.  

 
Ahimsa  (qeyri—aqressivlik) 
anlaşılan  bir  ilkədir. 
Biz  himsa
nın  (aqressivliyin)  əsarətində  olan  zəif 
yaradılışlarıq.  “Həyat  həyatla  diri  qalıb  yaşar” 
söyləmi  çox  dərin  bir  söyləmdir.  Yaşam 
kəndiliyindən  bir  türlü  ahimsaya  qarşıdır.  Çünkü 
yaşadığımız  müddətcə,  bir  sürü  canlıların  həyatına 
qıymaq  zorunda  qalırıq.  Çünkü  yemək—içmək 
zorundayıq.  Bu  üzdən  də  bu  sorunları  da  aşa 
bilməmizin  tək  yolu  ahimsanı  davranışlarımızda 
alışqanlıq  halına  gətirməkdir.  Bütün  canlı 
varlıqların  birliyi  himsanın  əsasını  oluşdurar.  Bir 
adamın  xətası  başqalarını  etkiləməyə  bilməz.  Bu 
üzdən  adam  himsanın  caynağından  tam  olaraq 
qurtula  bilməz.  İnsan  toplumsal  varlıq  olduğu 
sürəcə,  himsa  onun  bir  özəlliyi  olacaq.  Çünkü 
toplumda var olmanın özü bir tür himsadır. İki ulus 
bir-
biri  ilə  savaşdığında  ahimsa  yanlısı  olanın 
görəvi  savaşı  durdurmağa  yönəlməlidir.  Böylə  bir 
görəvi  üstlənib  savaşa  qarşı  çıxa  bilməyən,  bəlkə 
hansısa bir savaşa qatılmaq zorunda buraxıla bilər. 
Ancaq  yenə  də  bütün  gücü  ilə  öz  millətini  və 
dünyanı savaş fəlakətindən qurtarmağa çalışmalıdır.  

 
Mənə görə və ahimsa açısından savaşa qatılanlarla 
qatılmayanlar  arasında  çox  da  fərq  yoxdur.  Kimsə 
könüllü  olaraq  quldurlara  xidmət  edərsə;  örnəyin 
onların  yüklərinin  daşınmasına  yardımçı  olar  və 
onlar  öz  işləri  ilə  məşğulkən  gözətçilik  yaparsa, 
onlar yaralandığında yaralarını sararsa, doğal olaraq 
                                                 
*
 Tutum— 
duyqu, düşüncə və davranış birliyini içərən bir qavramdır. 
Tutum deyildiyində bu üç qavram bir yerdə nəzərdə tutulur.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə