Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə39/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   35   36   37   38   39   40   41   42   ...   74

128 
 
sürətli bir cərəyan kimidir. Görünürdə çox yavaşça 
hərəkət  edən  çaya  bənzəməkdədir.  Azadlığa 
ulaşmaq üçün bu yöntəmlər ən uyqun, ən sürətli və 
ən  əlverişli  yöntəmlərdir.  Bu  yolda  edilən  heç  bir 
çabalama yanlış sonuc verməz. Bunun üçün gərəkən 
biricik şey dağlar kimi dayanaqlı olan sarsılmaz bir 
inancdır.  Mən  vətəndaşlarımın  əzab  çəkməsini 
önləməkdən daha ziyadə, insan təbiətindəki dağıdıcı 
vəhşi  aqressivliyi  önləməyə  çalışmaqdayam. 
Düşünürəm  ki,  könüllü  olaraq  əzab  çəkməyi  qəbul 
edənlər  özlərini  bəşər  toplumunun  ötəsinə 
yüksəltmiş  olurlar.  Öz  müxaliflərini ortadan 
qaldırmaq  üçün  əlindən  gələni  əsirgəməyən,  başqa 
millətlərin  haqlarını  yemək  üçün  aqressiv 
davrananlar,  yalnızca  özlərini  deyil,  bütün  bəşər 
toplumunu  zərərə  və  rəzalətə  uğradırlar.  İnsan 
təbiətinin  kötülüyə  düşməsini  gözləmləmək 
(müşahidə  etmək)  mənim  üçün  çox  qorxunc  bir 
durum. 
Hamımız Tanrının evladlarıyıq və bir ruhda 
ortağıqsa, istər öz soyumuzdan istər digər soylardan 
olsun 
başqalarının  günahlarını  üzərimizə  almağı 
başarmalıyıq.  İnsan  vücudunda  heyvani  duyquların 
fəal olmasının nə qədər kötü olduğunu açıqca görə 
bilərsiniz. Aralarında bir çox dostlarımın da olduğu 
ingilislərdə  heyvani  duyquların  bu  qədər  qabarıq 
olduğu çox çirkin bir tablovdur.  

 
Qeyri—
aqressiv  dirəniş    yolu  ən  sağlıqlı  və  aydın 
yoldur. 
Çünkü ortaya qoyulan hədəf doğru olmazsa, 
yalnız dirənənlər əziyət çəkəcəklər, başqaları deyil.  
 
 
 
 


129 
 
 
 
 
 
 
 
Ahimsa və ya qeyri—aqressivlik 
 

 
Qeyri—
aqressivlik  bəşərin  ixtiyarında  olan  ən 
böyük gücdür.  Bu güc i
nsan  dühası  hesabına 
yaradılan  ən  təxrib  edici  silahlardan  üstün  və  daha 
güclüdür. 
Təxribat  və  dağıdıcılıq  insanlıq  yasası 
deyildir. 
İnsan, yalnız o zaman azad yaşaya bilər ki, 
yeri gəldiyində öz qardaşı əlində ölmək istər, ancaq 
onu öldürmək fikrini ağlından keçirməz. Hansı adla 
olursa  olsun,  adam  öldürmək  bəşəriyətə  qarşı 
cinayətdir.  

 
Qeyri—
aqressivliyin  ilkin  şərti  həyatın  bütün 
sahələrində eşitliyi həyata keçirmə çabasıdır. Bəlkə 
də  bu  bəklənti  insan  doğasının  ötəsindədir.  Ancaq 
mən  böylə  düşünürəm.  İnsan  doğasının  istedadları 
və  gücləri  qonusunda  yayqın  daşlaşmış  ölçülərlə 
yetin
məmək gərəkir.  

 
Zor  və  aqressivliyə  tapınmaq  üçün  başqalarını 
öldürmə  sənətini  öyrənmə  gərəkdiyi  kimi, qeyri-
aqressiv  davranış  üçün  də  ölmə  sənətini  öyrənmək 
gərəkməkdədir.  Aqressivlik qorxudan qurtulmaq 
anlamında  deyil,  qorxunu  törədən  amillərlə 
savaşmaq üçün uyqun araclar axtarma çabasıdır. Bir 
halda ki, qeyri—
aqressivlikdə qorxu üçün bir nədən 
yoxdur.  Ahimsa (qeyri—
aqressivlik)  yanlısı  olan 
adam  özündə  özveriliyin  (fədakarlığın)  ən  yüksək 
düzeyini bulmuş olur. Bu üzdən qeyri—aqressivlik 


130 
 
yanlısında  qorxu  olmaz.  Çünkü  ahimsa  yanlısı 
mülkünü, var—
dövlətini  itirməkdən  də  qorxmaz. 
Bütün  qorxu  türləri  üzərinə  uğur  qazanmamış  olan 
birisi  ahimsaya  tam  anlamı  ilə  uyqun  biçimdə 
davrana  bilməz.  Ahimsa  yanlısının  tək  qorxusu 
Tanrıdandır. Tanrıya tapınan kimsə, nəsnəl ( maddi) 
varlığın ötəsində dünyanın ruhu olan “atma”nı dərk 
etməli,  görməlidir.  İnsan  yenilməz  və  sonrasız 
(əbədi)  olan  “atma”nı  anlarsa,  artıq  yeniləcək  və 
çürüyəcək  olan  nəsnəl  varlığından  qolayca  əl  çəkə 
bilər.  Böyləcə  qeyri—aqressivlik tam olaraq 
aqressivliyin 
qarşıtıdır.  Aqressivlik  bir  şeyləri 
qorumaq  üçün  qullanılan  yöntəmdir.  Ahimsa  isə, 
“atma”nı və gerçək ərdəmi savunmaq üçündür.  

 
Biz, yaln
ızca  bizi  sevənləri  sevərsək,  bu,  ahimsa 
(qeyri—
aqressivlik)  qurallarına  uymaq  anlamında 
deyildir.  Ahims
a,  həm  də  bizə  nifrət  edənləri 
sevərək  gerçəkləşə  bilər.  Məhəbbətin  bu  böyük 
yasasına  uymanın  nə  qədər  çətin  olduğunu  bilirik. 
Ancaq  bütün  gözəl  işlərin  arxasında  çətinlik 
durmaqdadır. Sizə nifrət edən birini sevə bilmək ən 
çətin işdir. Böylə bir iş də, yalnız Tanrının lütfü ilə 
qolaylaşa bilər.  

 
Bütün  fəlakətlərə,  bədbəxtliklərə  baxmayaraq, 
yaşamın  davam  etdiyini  anlamışam.  Böylə  isə,  o 
zaman  fəlakətlərin  ötəsində  də  bir  yasa  olmalıdır. 
Yal
nız  bu  yasanın  aydınlığında  sağlıqlı  bir  toplum 
təsis  etmək  olar.  Bu  durumda  həyat  yaşamağa 
dəyər.  Nə  zaman  biri  ilə  qarşı—qarşıya  gəlib  sərt 
müxalifətlə  rastlansanız,  qarşı  tərəf  üzərində 
məhəbbət  yoluyla  uğur  qazanmağı  denəyin!  Əksik 
yönlərimə  baxmayaraq,  bütün ömrüm boyu bu 
yöntəmdən  yararlanmışam.  Bütün  sorunlarımın 


131 
 
çözüldüyünü iddi
a  etmirəm.  Ancaq məhəbbət 
yasalarının  bütün  çətinlikləri  çözə  biləcəyini  kəşf 
etmişəm. Saldırmaq və məhv etməklə heç bir sorun 
çözülməmişdir.  “Mən  sinirlənmərəm”  kimi,  yanlış 
bir  iddiada  bulunmaq  istəmirəm.  Mənim  də 
sinirləndiyim  durumlar  olmuş, ancaq bütün 
durumlarda  sinirli  duyqularımı  kontrol  etməyi 
başarmışam.  Bu  yöntəmin  nə  kimi  sonuclar 
doğuracağına aldırış etmədən, sürəkli olaraq içimdə 
qeyri—
aqressiv  davranma  düşüncəsini  daşımışam. 
Bu  yöntəm  insanı  böyük  savaşlar  üçün  güclü  edir. 
Bu  yasanı  yaşamımda  uyquladıqca,  o  ölçüdə  də 
mutlu ol
muşam, varlıq mənim üçün daha çəkici və 
sevimli  görünməyə  başlamış.  Bu yasalara uymaq 
məndə  içgüvən  oluşdurur.  Açıqlaya  bilməyəcəyim 
doğa gizəmlərini (sirlərini) önümə sərir. 

 
Ulusların  da  bireylər  kimi  acı  çəkərək  və 
işkəncələrə uğrayaraq ərdiklərini görmüşəm. Başqa 
yolla  ərmişliyə  ulaşılmamışdır.    Başqalarına  acı 
çəkdirərək mutluluq əldə edilməz. Mutluluq acılara, 
ağrılara könüllü qatlaşmaqla sağlanır.  

 
Bizim  zamanımızadək  sürüb  gələn  tarix 
yarpaqlarına  baxdığımızda,  insanın  yavaş-yavaş  və 
sürəkli  olaraq  ahimsaya  (qeyri—aqressivliyə) 
doğru devindiyini (hərəkət etdiyini) görürük. Bizim 
əski  dədələrimiz  adamyeyən  olmuşlar.  Uzun 
sürədən  sonra  bir—birlərinin  ətini  yeməkdən  əl 
çəkib  ovçuluğa  başlamışlar.  Daha  sonra  insanoğlu 
ovç
uluq yaşam biçimindən ayrılmağa başlamış. Bu 
üzdən  də  tarım  işləri  ilə  uğraşmışdır.  Öz  bəsinini 
(qidasını)  sağlaya  bilmək  üçün  ana  torpaqdan 
yardım  istəmişdir.  Böyləcə  dədələrimiz  köçəri 
yaşam  biçimindən  oturaq  yaşam  biçiminə  keçərək, 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə