129
Ahimsa və ya qeyri—aqressivlik
•
Qeyri—
aqressivlik bəşərin ixtiyarında olan ən
böyük gücdür. Bu güc i
nsan dühası hesabına
yaradılan ən təxrib edici silahlardan üstün və daha
güclüdür.
Təxribat və dağıdıcılıq insanlıq yasası
deyildir.
İnsan, yalnız o zaman azad yaşaya bilər ki,
yeri gəldiyində öz qardaşı əlində ölmək istər, ancaq
onu öldürmək fikrini ağlından keçirməz. Hansı adla
olursa olsun, adam öldürmək bəşəriyətə qarşı
cinayətdir.
•
Qeyri—
aqressivliyin ilkin şərti həyatın bütün
sahələrində eşitliyi həyata keçirmə çabasıdır. Bəlkə
də bu bəklənti insan doğasının ötəsindədir. Ancaq
mən böylə düşünürəm. İnsan doğasının istedadları
və gücləri qonusunda yayqın daşlaşmış ölçülərlə
yetin
məmək gərəkir.
•
Zor və aqressivliyə tapınmaq üçün başqalarını
öldürmə sənətini öyrənmə gərəkdiyi kimi, qeyri-
aqressiv davranış üçün də ölmə sənətini öyrənmək
gərəkməkdədir. Aqressivlik
qorxudan qurtulmaq
anlamında deyil, qorxunu törədən amillərlə
savaşmaq üçün uyqun araclar axtarma çabasıdır. Bir
halda ki, qeyri—
aqressivlikdə qorxu üçün bir nədən
yoxdur. Ahimsa (qeyri—
aqressivlik) yanlısı olan
adam özündə özveriliyin (fədakarlığın) ən yüksək
düzeyini bulmuş olur. Bu üzdən qeyri—aqressivlik
130
yanlısında qorxu olmaz. Çünkü ahimsa yanlısı
mülkünü, var—
dövlətini itirməkdən də qorxmaz.
Bütün qorxu türləri üzərinə uğur qazanmamış olan
birisi ahimsaya tam anlamı ilə uyqun biçimdə
davrana bilməz. Ahimsa yanlısının tək qorxusu
Tanrıdandır. Tanrıya tapınan kimsə, nəsnəl ( maddi)
varlığın ötəsində dünyanın ruhu olan “
atma”nı dərk
etməli, görməlidir. İnsan yenilməz və sonrasız
(əbədi) olan “
atma”nı anlarsa, artıq yeniləcək və
çürüyəcək olan nəsnəl varlığından qolayca əl çəkə
bilər. Böyləcə qeyri—aqressivlik tam olaraq
aqressivliyin
qarşıtıdır. Aqressivlik bir şeyləri
qorumaq üçün qullanılan yöntəmdir. Ahimsa isə,
“atma”nı və gerçək ərdəmi savunmaq üçündür.
•
Biz, yaln
ızca bizi sevənləri sevərsək, bu, ahimsa
(qeyri—
aqressivlik) qurallarına uymaq anlamında
deyildir. Ahims
a, həm də bizə nifrət edənləri
sevərək gerçəkləşə bilər. Məhəbbətin bu böyük
yasasına uymanın nə qədər çətin olduğunu bilirik.
Ancaq bütün gözəl işlərin arxasında çətinlik
durmaqdadır. Sizə nifrət edən birini sevə bilmək ən
çətin işdir. Böylə bir iş də, yalnız Tanrının lütfü ilə
qolaylaşa bilər.
•
Bütün fəlakətlərə, bədbəxtliklərə baxmayaraq,
yaşamın davam etdiyini anlamışam. Böylə isə, o
zaman fəlakətlərin ötəsində də bir yasa olmalıdır.
Yal
nız bu yasanın aydınlığında sağlıqlı bir toplum
təsis etmək olar. Bu durumda həyat yaşamağa
dəyər. Nə zaman biri ilə qarşı—qarşıya gəlib sərt
müxalifətlə rastlansanız, qarşı tərəf üzərində
məhəbbət yoluyla uğur qazanmağı denəyin! Əksik
yönlərimə baxmayaraq, bütün
ömrüm boyu bu
yöntəmdən yararlanmışam. Bütün sorunlarımın