136
ilgiləndirən bir yasa çıxarmışdır. Ancaq mən bu
yasanı sevmirəm. Aqressiv yöntəmlərə əl ataraq
hökuməti bu yasanın ləğvinə zorlarsam,
qullandığım şey maddi güc olaraq tanımlana bilər.
Ancaq mənə uyqulanacaq olan cəzanı qəbul edərək,
bu yasaya uymazsam, o zaman mən öz ruhi gücümü
qullanmış oluram. Hər kəs bunu qəbul edər ki,
insanın özünü fəda etməsi başqasını fəda etmə
məqamından daha yüksəkdir. Ayrıca, əzablara
qatlaşma gücü yanlış amaclar üçün olursa, burada
yalnız onu qullanan şəxs əzab çəkəcək. Öz
yanlışlıqları üzündən başqalarının əzab çəkməsinə
zəmin oluşdurmayacaq. Bildiyimiz kimi
bir çox
işlərin yanlış olduğu daha sonra ortaya çıxar. Kimsə
doğru olaraq bildiyini başqalarının da doğrusu kimi
görməməlidir. Ya da tam tərsinə. Bu üzdən də ruhi
savaşa qalxışan kimsə, yanlış olaraq gördüyünü
e
tməməlidir. Bu, ruhi gücü qullanmanın sirridir.
•
Bir ahimsa yanlısı “daha çox yarar daha çox əhali
üçün” kimi, bir məntiqlə davrana bilməz. Onun
çalışmaları “daha çox yarar bütün insanlar üçün”
təməli üzərində olmalı, bu amacın gerçəkləşməsi
üçün davranmal
ıdır. Böylə bir insan öz ölümü ilə
özünə və başqalarına yararlı olar. “daha çox yarar
bütün insanlar üçün” anlayışı “daha çox yarar daha
çox əhali üçün” anlayışını içərdiyindən ahimsa
yanlısı yolun böyük bir qismində yararcı məntiqlə
davrananlarla yol yold
aşı olacaqdır. Ancaq bir
yerdə bunlar bir—birlərindən ayrılmalıdırlar. Hətta
tərs yönlərə də ayrılıb gedə bilərlər. Yalnız
yararcılıq məntiqi ilə davranan insan heç bir zaman
həyatını təhlükəyə soxmaz. Ancaq mütləq yarar və
ahimsa yanlısı, hətta özünü də fəda edə bilər.
137
•
Qeyri—
aqressiv yöntəmlə qiyamın olmayacağını
iddia edərək, tarixdə bunun örnəyinin olmadığını
söyləyə bilərsiniz. Ancaq mənim istəyim bu örnəyi
tarixdə var etməkdir. Mənim inanışıma görə, vətən
öz bağımsızlığını və azadlığını qeyri—aqressiv
yolla əldə edə bilər. Bütün
dünyaya duyurmaq
istəyirəm ki, ölkəmin istiqlalını qeyri-aqressiv
yöntəmdən əl çəkərək qazanmaq istəmirəm.
Qeyri—
aqressivliklə mənim ilişkilərim öyləsinə
sarsılmazdır ki, intihar etməyi tərcih edərəm, ancaq
ondan vaz keçmərəm. Bu qonuda həqiqətdən söz
etmirəm. Çünkü həqiqətin qeyri—aqressivlikdən
ayrı olduğunu düşünmürəm.
•
İlk səkkiz ili Afrikada keçən otuz illik bol təcrübəm
məndə Hindistanın və dünyanın gələcəyinin qeyri—
aqressivlikdə olacağı inancını oluşdurmuşdu.
Yoxsul sini
flər üzərinə basqı kimi uyqulanan
dünyanın siyasi və iqtisadi xətalarını çözməkdə bu,
ən zərərsiz və etkili yöntəmdir. Gəncliyimin ilk
başlarından anlamışam ki, qeyri—aqressivlik yalnız
öz fərdi qurtuluşlarını düşünən tərki-dünyalıların
fətvası deyildir. Bu, sürəkli olaraq insani heysiyətə
uyqun biçimdə yaşamaq istəyən bir toplumun
gerçək yasasıdır. Yüz illər boyunca arzu edilən,
ancaq ortada olmayan dünya barışının gətiricisidir.
•
1906-
cı ilədək, ancaq öz ağlıma güvənərdim. Çox
çalışqan bir reformist idim. Sürəkli olaraq
gerçəkləri yaxından izləyib ölçürdüm. Bu, diqqətlə
həqiqət ilkələrinə uyum sağlaya bilməm üçün idi.
Üst-
üstə yaxşı bir planlayıcı idim. Afrikada həssas
anlar gəldiyində, ağıl və məntiqin uyqunca etkili
olmayacağını sezdim. Mənimlə bir yerdə olan və
onlar
üçün
çalışdığım
insanlar
çox