Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə40/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   36   37   38   39   40   41   42   43   ...   74

132 
 
kəndlər,  şəhərlər  salmışlar.  Bununla  da  bir  oğuşa 
(ailəyə) mənsubiyət durumundan bir topluma və bir 
ulusa mənsubiyət evrəsinə keçmişlər. Bütün bunlar 
ahimsanın  (qeyri—aqressivliyin)  gəlişməsi  və 
himsanın  (aqressivliyin)  azalması  ilə  mümkün 
olmuşdur.  Bunun  tərsinə  olsaydı,  bəşər soyu 
tarixdən silinməli idi. Necə ki, insandan daha aşağı 
səviyədə  olan  bir  çox  yırtıcı  heyvanların  varlıqları 
tarixdən  silinmişdir.  Tanrı  elçiləri  və  başqa  böyük 
ruhlu insanlar aşağı—yuxarı ahimsanı yaşam biçimi 
kimi önərmişlər. Bunun tərsinə ola bilməzdi, çünkü 
himsanın  öyrənimə  gərəksinimi  (ehtiyacı)  yoxdur. 
İnsan  bir  heyvan  olaraq  doğası  gərəyi  aqressivdir, 
ancaq insan ruhu qeyri—
aqressivliyi  özündə 
barındırmaqdadır.  İnsan  öz  ruhunun  dərinliklərinə 
vardığında  artıq  aqressiv  davrana  bilməz.  İnsan  ya 
ah
imsa  yolunu  tutmalı,  ya  da  çox  acı  yazqılara 
qatlaşmalıdır.  Bu  üzdən  də  tanrı  elçiləri  və  böyük 
ruhlu  insanlar  eşitliyi  və  qardaşlığı  öyrətmişlər. 
Bütün bunlar ahimsanın görüntüləridir.  

 
Məncə, bu gün bilə, toplumsal toxunun (şəbəkənin) 
uyqarlıq  üzərində  yapılanmamasına  qarşın  bütün 
dünyada  bəşər  toplumları  bir—birlərinə  dözərək 
yaşamağa  çalışır,  öz  mallarını  qoruyurlar.  Bunun 
tərsinə  olsaydı  hər  kəsdən  daha  saldırqan  və 
aqressiv  olan  azınlıq  bir  kəsim  yaşamda  qalmalı 
idilər. Ancaq xoşbəxtlikdən böylə deyildir. Oğuşlar 
(ailələr)  sevgi  bağları  ilə  bir—birinə  bağlanmışlar. 
Öyləcə də ulus adlanan uyqar öbəklər (dəstələr) də 
buna  bənzər  bağlarla  bir—birlərinə  bağlanmışlar. 
Tək  sorun  toplumun ahimsa  yasasına  diqqət 
et
məməsidir.  Bu  diqqətsizlik  üzündən  toplum 
ahim
sanın  olanaqlarından  yararlana  bilməmişdir. 


133 
 
Bir tür içgüdüsəl (instinktiv) əyilim (meyl) üzündən 
tam qeyri—
aqressivliyin  seçkinlərə  mümkün 
olduğunu söyləyə bilərik. Bu azlıqda olan seçkinlər 
hər tür mülkiyət və bu kimi mal varlıqlarından vaz 
keçməyi  başarırlar.  Yalnız  ahimsaya  uyanların  bu 
qonuda  araşdırma  yapıb,  ahimsanın  olanaqlarından 
daha  da  genişcə  yararlanma  haqqına  sahib 
olduqlarını söyləyə bilərik. Ancaq bu yasa gerçəkçi 
isə,  bütün  insanlar  üçün  keçərli  olmalıdır.  Bu 
yoldakı 
yenilgələrimiz 
ahimsa 
yasasından 
qaynaqlanmaz. 
Bu  yoldakı  yenilgələr  genəldə 
insanların öz yanlışlıqlarından ortaya çıxar. Bir ana 
öz  evladı  yolunda  ölürsə,  özündən  xəbərsiz  olaraq 
böyük 
ahimsa  yasasının  etkisi  altındadır.  Əlli illik 
çalışmalarımda  bu  yasanın  bilincli  anlaşılmasına 
çalışmışam.  Yenilgə  və  uğursuzluqlarla  sonuclansa 
da, 
ciddiyətlə  uyqulanmasını  istəmişəm.  Bu  əlli  il 
mənim  üçün  inanılmaz  sonuclar  qazandırmış, 
inancımı  daha  da  möhkəmləndirmişdir.  Sürəkli 
qeyri—aqressiv davranaraq, yasal 
və  haqlı 
mülkiyətə sayqı duyma aşmasına çata biləcəyimizə 
inanmaqdayam. 
Bu  sayqı  da  toplum  ölçüsündə 
yayqınlaşacaqdır.  Kəsinliklə  bu  mülkiyət  dünyanı 
başına  almış  olan  haqsızlıqlara  bulaşmayacaqdır. 
Ayrıca,  ahimsa  yanlısı  olan,  eşitsiz  və  yasa  dışı 
mülkiyətlərin  ortada  oluşundan  qorxmamalıdır. 
Çünkü o, qeyri—
aqressivlik 
çağrışdıran 
satyaqraha
1
 
kimi bir silaha sahibdir. 
Satyaqrahanın  harda  olursa  olsun,  yerində  və 
doğruca qullanışı aqressivliyin yerini ala bilər. Heç 
                                                 
1
 
Satyaqraha, əslində doğruluğun yanlısı olmaq deməkdir. Ancaq Qandi bu 
sözü özünəxas biçimdə qeyri—aqressiv dirəniş və savaş yöntəmi kimi 
seçmişdir.  


134 
 
bir zaman qeyri—aqressivlik bilimini tam olaraq 
ortaya qoyma iddiasında olmamışam. Bu bilim tam 
olaraq ortaya qoyula bilməz. Bildiyim qədəriylə heç 
bir bilim, hətta riyaziyat da kamala ərmişliyini iddia 
edə  bilməz.  Mən  də  öz  növbəmdə  araşdırmacıdan 
başqa bir şey deyiləm.  

 
Satyaqrahanı  uyqulamağa  başladığım  andan  bəri 
anladım  ki,  doğruluğu  aramaq  üçün  qarşı  tərəfə 
saldırqan  davranmaq  gərək  deyildir.  Tam bir 
dözümlə  və  dərddaşlıq  duyqularımızı  sərgiləyərək, 
qarşı  tərəfin  yanlış  yapmasını  önləməliyik.  Çünkü 
kiminə  görə  doğru  görünən  bir  başqasına  görə 
yanlışlıq  olaraq  görünə  bilər.  Dözüm,  insanın 
əzablara  və  acılara  qatlaşmasıdır.  Böyləcə 
satyaqraha 
doğruluğu 
savunma 
qavramına 
dönüşürdü,  ancaq  başqalarına  acı  çəkdirərək  deyil, 
insanın özünün acı çəkməsi aracılığı ilə.  

 
Şaşırtıcı  gəlişmələr  çağı  olan  əsrimizdə  kimsə  bir 
şeyi ya da bir düşüncəni yeni olduğu üçün dəyərəsiz 
saya bilməz. Öyləcə də bir şeyi ya da bir düşüncəni 
araşdırmaq  çətin  olduğundan  dolayı,  onun 
çağımızın  ruhuyla  təzad  oluşdurduğunu  söyləyə 
bilmərik.  Bir  zamanlar  düş  kimi  görünən  bir  çox 
şeylər  indi  çağımızın  gerçəkləridir.  Əsrimizdə 
aqressivliyi  gücləndirən  yeni  buluntular  qarşısında 
adam  şaşırıb  qalır.  Ancaq  bu  gün  bir  düş  kimi 
görünsə  də,  qeyri—aqressivlik yolunda da böyük 
kəşflərin olacağına inanıram.  

 
İnsan və onun əməlləri iki ayrı və somut (konkret) 
şeylərdir.  Bir  sistemin  qarşısında  dirənib  onunla 
savaşmamız  çox  doğaldır.  Ancaq sistemin 
amillərinə qarşı saldırı, bizim özümüzə qarşı saldırı 
kimi  alqılanmalıdır.  Çünkü  biz  hamımız  bir 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə