Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə2/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   2   3   4   5   6   7   8   9   ...   74


 
 
“Mənim üçün məzhəbdən ayrı olan siyasət öyləsinə bir 
çirkabdır  ki,  ondan  uzaq  durmaq  gərəkir.  Siyasət  ulusların 
yazqısı  ilə  bağlıdır.  Ulusların  rifahı  ilə  bağlı  olan  bir  mövzu 
tanrını  axtarmaqda  olan  bir  fərdin  ilgisini  çəkməlidir.  Mənə 
görə  tanrı  və  doğruluq  (həqiqət)  eşanlamlı  (eyni  mənalı) 
sözlərdir.  Bu  üzdən  də  siyasətdə  Tanrının  etibarı  hiss 
olunmalıdır.” 
 
Hindistanın istiqlalı yolunda mücadilədə israr edirdi ki: 
“Biz  mədəni  aqressivsizlik  yöntəmini  bütün  çətinliklərə 
baxmayaraq  uyqulamalıyıq.”  Qandinin  Hindistanın  istiqlalı 
yolundakı  savaşı  kəsinliklə  ingilislərə  qarşı  nifrət  üzərində 
qurulmamışdır. “Biz günaha nifrət etməliyik, günahkara deyil. 
Mənim üçün vətənsevərlik və insansevərlik eyni anlam daşıyır. 
Mən  insan  olduğum  və  insanlığı  sevdiyim  üçün  vətənimi  də 
sevirəm. Mən Hindistana yararlı olmaq adına İngiltərəyə ya da 
Almaniaya  zərər  vermək  istəməm”  deyirdi.  Qandi  böylə 
düşünürdü ki, Hindistana faydalı iş görmələri üçün ingilislərə 
yardımçı  olmaq  həm  də  Hindistana  yardımçı  olmaq 
anlamındadır.  Böylə  bir  davranış,  yalnızca  Hindistanın 
qurtuluşuna  yardımçı  olmaz,  həm  də  insanlığın  əxlaqı 
dəyərlərinin yüksəlməsinə yardımçı olur. 
 
Atom  əsri  olaraq  bilinən  çağımızda  dünyanı  qurtara 
bilməmiz üçün qeyri-aqressivlik üsuluna tabe olmalıyıq. Qandi 
deyirdi:  “Atom  bombasının  Hiroşimanı  məhv  etdiyini 
duyduğum  zaman  əsla  şaşırmadım.  Öz-özümə  dedim:  Dünya 
qeyri-aqressivlik “ahimsa” 
ilkəsini  qəbul  etməzsə,  bir  türlü 
intihara yönələcəkdir.” 
 
Gələcəkdə  olası  bir  savaşda  qarşı  tərəflərin  atom 
bombası  qullanmayacaqları  güvəncə  altına  alınmamışdır.  İndi 
öylə bir durumdayıq ki, insanlığın min illər boyunca əldə etdiyi 
bütün mədəni nailiyətlər bir anın içində yox edilə bilər. Sürəkli 
təbliğatlarla  insanlar  atom  savaşına  hazırlanır.  Təhrik  edici 
bəyanlar  hər  tərəfdə  eşidilməkdədir.  Hətta  öz  ifadələrimizdə 
təcavüz sözünü qullanırıq. Saldırqan önyarqıların hamısı, kötü 



 
niyyətlilik  kimi  istəklərin  hamısı  təcavüz  və  aqressivliyin 
ürünüdür. 
 
İndiki  sevimsiz  durumda  elmlərin  oluşdurduğu 
ortamlara  özümüzü  uyqunlaşdıra  bilmədiyimizdən  dolayı 
qeyri-aqressivlik üsulunu uyqulamaq asan olmayacaq.  Ancaq 
sırf  buna  görə  də  ümidsizləşib  fəaliyətdən  geri  çəkilmək  də 
doğru  deyildir.  Siyasi  öndərlərin  inadkarlıqları  bizi  qorxuya 
salsa  da,  dünya  toplumlarının  sağduyusu  və  vicdanları  bizə 
ümid bağışlayır.  
 
Dəyişimin bu qədər sürətlə ortaya çıxdığı bir durumda 
yüz il sonrakı dünyanın halının necə olacağını təsəvvür etmək 
mümkün deyildir. 
Biz  davam  edən  fikri  və  hissi  gəlişmələrin 
önünə keçə bilmərik. Ancaq yüz illər keçsə də böyük Satya
2
 
və 
Ahimsa
3
 
üsulları,  doğruluq  və  aqressivsizlik  hər  zaman 
bələdçimiz  olacaqdır.  Bunlar  bizim  yorqun  və  qarışıq 
dünyamızın  qoruyucuları  olan  səsisz  ulduzlar  və  qutsal 
bəkçilərdilər. Biz də Qandi kimi böylə inana bilərik ki, keçici 
olan buludların arxasında günəş vardır.  
 
Öz  əxlaqi  aqressivliyinə,  yenilgələrinə  diqqət  edən  bir 
çağda  yaşamaqdayıq.  Öylə  çağ  ki,  əski  güvən  qaynaqları 
uçurulur  və  qarqaşalı  dəyərlər  ortaya  çıxır.  Uyumsuzluq  və 
dözümsüzlük gündən günə artmaqdadır. İnsanlıq topluluqlarına 
işıq tutan yaradıcı Tanrı məşəlləri söngün görünür. İnsan şüuru 
şaşırdıcı  gücü  ilə  təzadlı  örnəklər  ortaya  çıxarmaqdadır.  Bir 
tərəfdə Budda və ya Qandi və digər tərəfdə Neron və ya Hitler.  
 
Qürur  duymalıyıq  ki,  insanlığın  ən  böyük 
öyrətmənlərindən biri olan Qandi bizim çağımızda yaşamış və 
mədəni  yaşam  yollarını  bizə  göstərmişdir.  Kimsəyə  kötülük 
etməyən  və  kimsədən  əsla  qorxmayan  bir  öyrətmən.  Onun 
kimsədən  gizlin  saxlayacaq  heç  bir  şeyi  olmadığından, 
                                                 
2
. Satya— 
doğruluq və dürüstlük. 
3
. Ahimsa “himsa” sözünün tərsidir. Himsa, yəni şiddət və aqressivlik. 
Ahimsa, yəni aqressivsizlik, mülayimlik və tolerans. 



 
kimsədən  də  qorxusu  olmamışdır.  Rastlandığı  hər  insanın 
üzünə  dik  baxmış.  Addımları  möhkəm  və  sözləri  doğru 
olmuşdur. Yüz illər öncə Platon demişdi: “Hər zaman dünyada 
öylə  ilhamlı  böyük  insanlar  olur  ki,  onlarla  tanış  olmanın 
dəyəri hər şeydən üstündür.” 
S. Rada Krişnan 
15 avqust 1958 
Yeni Dehli 
 
 
 
 
 
Ö
zkeçmişim 
 

 
Amacım  özkeçmişimi  ayrıntılı  biçimdə  açıqlamaq 
deyil. 
Sadə  bir  şəkildə  doğruluqla  ilgili  denəmə 
öykülərimi  anlatmaq  istəyirəm.  Yaşamın  bu 
denəmələrdən  başqa  bir  şey  olmadığından  istər 
istəməz  bu  öykü  özkeçmiş  və  tərcüməyi  hal  kimi 
anlaşılacaqdır.  Ancaq  olsun.  Bu  öyküdən  hər  bir 
yarpaq  mənim  həyat  denəmələrimi  anlada  bilərsə, 
böylə olmasının da önəmi yox. 

 
Mənim  siyasi  sahədəki  denəmələrim,  yalnızca 
Hindistan  üçün  deyil,  “uyqar”  dünya  üçün  də 
tanışdır. Mənim özüm üçün bunların bir o qədər də 
önəmi  yox,  hətta  mənə  verilmiş  olan  Mahatma
0TP4F
*
P0T
 
ləqəbi  də  mənim  üçün  dəyərsizdir.  Bu  ləqəb  məni 
rah
atsız edir. Bir an bilə, bu ləqəbdən dolayı özümü 
mutlu  hiss  etməmişəm.  Ancaq  mənim  anlatmaq 
istədiyim  öz  üzərimdə  denədiyim  və  yalnız  özüm 
                                                 
*
 
Mahatma, yəni böyük ruh. 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə