Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə5/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   2   3   4   5   6   7   8   9   ...   74
    Bu səhifədəki naviqasiya:
  • İncil

15 
 
Ancaq  Tanrı  öz  mərhəməti  ilə  məni  bu  günah 
ortamından  uzaqlaşdırmağı  başardı.  Bu günah 
ortamında mən kor və lal kimi davranırdım. Taxtın 
üzərində  çılpaq  oturmuş  fahişənin  yanında  səsizcə 
bir  sürə  oturdum.  Dilim  tutulmuşdu.  Yəqin  ki,  bu 
fahişə  qadın  da  məndən  bezmiş  olacaq  ki,  otağın 
çıxış qapısını göstərib və çıxmamı istədi. O an hiss 
edirdim  ki,  mənim  mərdliyim  və  şərəfim 
aşağılanmışdır.  Utandığımdan  yerə  girmək 
istəyirdim. Daha sonra Tanrıya şükr etdim ki, məni 
o  günah  ortamında  qorudu.  Ən  az  bu  kimi  dörd 
olayı  həyatımda  xatırlaya  bilirəm  ki,  hər  dəfəsində 
günaha  batmamam  üçün  şansım  yardımçım 
olmuşdur.  Nəcabətim  və  şərəfim  zədələnməmişdir. 
Yalnızca  əxlaqı  açıdan  bu  olayları  dəyərləndirəcək 
olursaq, bunl
arın hamısı əxlaqi yenilgə sayıla bilər. 
Çünkü  hər  dəfəsində  cinsi  meyllər  məni  bu 
ortamlara  sürükləmişdi.  Sadə  bir  baxışla  cinsi 
ehtiyacları bərtərəf etmək təbii olaraq dəyərləndirilə 
bilər.  Ancaq  mənim  baxışıma  görə  özünü 
günahlardan  qorumuş  bir  kişi  ruhən  və  əxlaqən 
qurtulmuş  insandır.  Bu  açıdan  mən  özümü 
qurtulmuş insan olaraq sayırdım. 

 
Bildiyimiz  kimi  bir  kişi  nə  qədər  güclü  olsa  da, 
genəldə  nəfsinin  istəkləri  və  təhrikləri  qarşısında 
dözə  bilməz.  Tanrı  iradəsi  bəzən  insanı  düşdüyü 
günah  ortamlarından  uzaqlaşdıra  bilir.  Ancaq bir 
insanın  nə  qədər  özgür  olması,  öz  nəfsi 
meyllərindən  asılı  olması,  mühitdən  nə  dərəcədə 
etkilənməsi, öz yazqısını (talehini) oluşdurmaqda nə 
qədər özgür olması kimi qonular sirli sahələrdir və 
hər zaman da sirli olaraq qalacaqdır. 


16 
 

 
Bu dostumla olan  i
lişkilərim  qadınımla  mənim 
aram
da  ixtilaf  yaradırdı.  Mən  qadınımı  çox 
sevirdim  və  çox  qısqanc  idim.  Bəzən  qadınıma 
şübhələnirdim.  Bu  dostum  da  mənim  şübhələrimi 
körükləyirdi. O zaman dostumun söylədiklərinə əsla 
şübhə  etmirdim.  Ancaq  bu  dostumun  təhrikləri 
üzündən qadınıma verdiyim əziyətlərdən dolayı heç 
vaxt  özümü  bağışlaya  bilmirəm.  Bəlkə  yalnız  bir 
hindli eş ancaq bu qədər əziyətlərə dözə bilərdi. Bu 
üzdən  də  mən  qadını  səbrin  və  dözümün  örnəyi 
kimi anlamışam.  

 
Qadına  olan  şübhə,  yalnız  o  zaman  məndən  tam 
olaraq  ayrıldı  ki,  bütün  çətinliklərə  baxmayaraq 
ahimsa
nı  anladım.  O zaman brahmaçarya
***
´nın 
parlaqlığını  və  ehtişamını  gördüm  və  anladım  ki, 
qadın ərinin kənizi deyildir. Qadın ərinin həyatının, 
acılarının  və  sevinclərinin  ortağıdır.  Qadın  da  ər 
qədər  azadlığa  sahib  olmalıdır.  Hər  dəfə  öz 
şübhələrimi  xatırladığımda  öz  axmaqlığıma  və 
şəhvətdən qaynaqlanan rəhmsizliyimə nifrət edirəm. 
Dostuma olan kor-
koranə inancımdan dolayı da çox 
üzgün oluram. 

 
Al
tı  yaşımdan  on  yeddi  yaşıma  qədər  oxula 
gedirdim. 
Oxulda  məzhəbin  dışında  hər  şey 
öyrədilirdi.  Öyrətmənlərimin  anlatdıqlarını  onları 
özəl  yardımı  olmasaydı  mənimsəyə  bilməzdim. 
Bəzən  çevrədən  də  dəyşik  şeylər  öyrənirdim. 
Burada mən “məzhəb” sözünün çox geniş anlamını 
nəzərdə  tuturam.  Yəni  şəxsi  özümsəmə  və  insanın 
öz nəfsini anlaması anlamında.  
                                                 
***
 
qadınla yalnız çocuq doğurmaq üçün seks yapmaq. 


17 
 

 
Zamanla bir şey  məndə bir ilkə halına gəldi. O da 
bu  idi  ki,  əxlaq  əşyanın  təməlidir  və  doğruluq 
(həqiqət)  bütün  əxlaqi  işlərin  cövhəridir.  Böyləcə 
doğruluq  mənim  tək  amacım  oldu.  Bu  inanc gün 
keçdi
kcə mənim varlığımda gəlişir və daha da geniş 
anlam daşıyırdı.  

 
Nəcis  saymanı  Hind  məzhəbinin  ən  böyük  qüsuru 
sayıram
****
 
Bu  sonuc  mənim  Afrikadakı  acı 
təcrübələrimdən  ortaya çıxmamışdır.  Buna  görə  də 
deyil ki, bir zamanlar məzhəbsiz olmuş və Tanrıya 
inanm
amışam.  Ayrıca,  məndə  oluşan  bu  görüş 
xristianlıq 
kitablarının 
mütaliəsi 
ilə 
də 
şəkillənməmiş.  Bu  görüşün  məndə  meydana 
çıxmasının dərin sabiqəsi var. Hələ İncili oxumadan 
öncə  bu  fikir  məndə  oluşmuşdu.  On  iki  yaşımda 
ikən  bunun  doğru  olmadığı  düşüncəsinə  vardım. 
Nəcislərdən sayılan Uka adında təmizlikçi bir qadın 
bizim  evə  gələrdi.  Evdə  tualeti  təmizlərdi.  Sürəkli 
anamda
n  sorardım  ki,  nədən  ona  toxunmaq 
yasaqdır?  Mənə  öyrətmişdilər  ki,  əgər  təsadüfən 
Ukaya toxunsam məzhəbi qusl almalıyam. Mən bu 
əmrə  itaət  etsəm  də  içimdə  etiraz  duyqusu 
daşıyırdım.  İnsanları  nəcis  saymanın  məzhəbi  bir 
qural olacağını rədd edirdim. Mən öz görəvini yaxşı 
bilən və ata-ana əmrlərinə tabe olan bir çocuq idim. 
Ancaq  bu  mövzu  ilə  ilgili  ata-anamla  ixtilaflı 
dartışmalarım  olurdu.  Anama  deyirdim  ki,  Uka  ilə 
cismi təmassı suç saymaq kəsinliklə doğru deyildir, 
yanlışdır.  

 
Orta oxulu 
bitirmə sınavını 1887-ci ildə verdim.  
                                                 
****
 
Hind inancına görə insanlar müxtəlif təbəqələrə ayrılırlar. Bəzi insanlar 
bu təbəqələrin dışında yer alır və nəcis sayılırlar. Nəcis sayılanlar tualet 
təmizləmə kimi aşağı işlərdə çalışmağa məhkumdurlar.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə