Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə4/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   2   3   4   5   6   7   8   9   ...   74

11 
 
mən  öyrətmənimin  işarəsini  anlaya  bilməmişdim. 
Mən  təsəvvür  edə  bilmirdim  ki,  öyrətmənim 
ya
nlışımı  düzəltməm  üçün  yanımdakı  sinif 
arxadaşımın  kağızına  baxmamı  istəyə  bilər.  Mən 
öylə  sanmışdım  ki,  çocuqların  bir-birinin 
kağızlarına  baxmalarını  önləmək  üçün  öyrətmən 
ordadır. Sonuc böylə oldu ki, məndən başqa bütün 
çocuqlar sözlərin imlasını doğru yazmışdılar. Yalnız 
axmağın  biri  mənmişəm.  Öyrətmənim  daha  sonra 
mənim  bu  axmaqlığıma  diqqət  etməmi  istədi. 
Ancaq  onun  da  təlaşı  bir  yarar  sağlamadı. 
Başqasının kağızı üzündən yazma hünərini heç vaxt 
öyrənə bilmədim. 

 
On  üç  yaşımda  evlənmənin  acı  xatirələrini burda 
anlatmam  mənim  üçün  çox  çətindir.  İndi  mənim 
gözətimimdə 
olan 
eyni 
yaşda 
gənclərin 
evlənmədiklərini  görüdüyümdə  sevinirəm.  Böylə 
qeyri-
təbii evlənmələr üçün heç tür əxlaqi bəraətləri 
qəbul edə bilmirəm.   

 
O zaman, o yaşda evlənmək mənim üçün yeni paltar 
geymə,  rəqs  etmə,  yaxşı  yeməklər  yemə,  bir  qızla 
bir  yerdə  oynamadan  ötəyə  bir  anlam  daşımırdı. 
Cinsi içgüdülər (instinktlər) daha sonra ortaya çıxdı.  

 
Ilk  evlilik  gecəsini  xatırlayıram.  İki  çocuq  özləri 
bilmədən həyatın dənizinə atılmışdılar. Qardaşımın 
xanımı  mənə  nə  edəcəyimi  diqqətlə  öyrətmişdi. 
Qadınıma kimin öyrətdiklərini bilmirəm. Bunu heç 
zaman ondan sormadım da. İndi də ondan  böylə bir 
soru  sormaq  fikrində  deyiləm.  Oxucu  diqqət 
etməlidir  ki,  ilk  gecədə  biz  çox  sinirli  idik  və  bir-
birimizlə  qarşılaşacaq  istəyimizi  bu  sinirlilik 
söndürürdü. 
Hər ikimizdə çox utanqac idik. Onunla 
necə və nə danışacaqdım? Bu qonuda mənə verilən 


12 
 
təlimlər  yardımçım  olmurdu.  Böylə  durumlar  üçün 
əslində heç bir təlim də lazım deyilmiş. Biz yavaş—
yavaş  bir-birimizlə  tanış  olur  və  nə danışacağımızı 
öyrənirdik. Biz ikimiz də həmyaş idik. Ancaq ərlik 
məqamına yüksəlmək üçün mənə çox zaman lazım 
olmadı.  

 
Onu  daha  çox  sevdiyimi  etiraf  etməliyəm.  Hətta 
oxulda  sürəkli  onu  düşünürdüm.  Düşünürdüm  ki, 
gecə tez gəlsə idi, yenə də bir yerdə olardıq. Ondan 
ayrı  qalmaq  mənim  üçün  dözülməz  idi.  Genəldə 
anlamsız  sözlərimlə  onun  gecələr  oyaq  qalmasına 
səbəb olurdum. Sosial işlərə meyllənməsə idim, ona 
olan bu qədər aşırı bağlılığım böyük ehtimala görə 
məni  xəstələndirəcək  ya  da  erkən  ölümə 
sürükləyəcəkdi.  Ancaq  hər  gün  səhər  erkəndən 
etməm  gərəkən  bir  sürü  işlər  olurdu.  Bu  işləri 
başqasına  buraxmaq  istəmirdim.  Bu  amil  məni  bir 
çox  təhlükələrdən  qoruya  bildi.  İnsanın  özünü  işə 
həsr etməsi əxlaqi baxımdan çox öyrəticidir.  

 
Öz  bacarığımı  göstərmək  üçün  heç  bir  özəl  çaba 
içinə  girmirdim.  Bir  ödül  aldığımda  ya  da  mənə 
burslu  təhsil  verildiyində  heyrət  edirdim.  Ancaq 
mənə  verilən  ödülləri  çox  dəyərləndirir,  onu 
şəxsiyətimin  əxlaqi  parçası  etməyə  çalışırdım.  Bir 
xəta  etdiyim  zaman  gözlərim  yaşla dolurdu.  Bir 
dəfə müəllim tərəfindən döyüldüyümü xatırlayıram. 
Kötəyin  ağrıları  məni  bir  o  qədər  incitmirdi.  Məni 
incidən o idi ki, nədən mən öz ödəvimi etməmişəm. 

 
Orta  oxulda  oxuduğumda  iki  dostum  var  idi.  Bu 
dostluqlardan  biri  həyatımın  müsibətlərindən  biri 
oldu. Bu dostumun islahı üçün çox çabaladım. Daha 
sonra  anladım  ki,  mən  yanlış  bir  yöntəm 
qullanmışam.  Gerçək  bir  eyitici,  eyitmək  istədiyi 


13 
 
adamla  çox  yaxın  ilişkidə  bulunmamalıdır.  Gerçək 
dostluq bir tür ruhi birlikdir ki, bu dünyada ona rast 
gəlmək çətindir. Yalnız ortaq karakterləri olanlarda 
dostluq  uzun  sürə  davam  edə  bilir.  Dostlar bir-
birlərini  etkilərlər.  Bu  üzdən  də  dostluqda  eyitimə 
imkan olmur. 
Mən öz təcrübələrimdən böylə qərara 
gəldim ki, özəl və çox yaxın ilişkilərdən çəkinmək 
lazımdır.  Çünkü  insan  kötülükləri  dürüstlüklərdən 
daha tez öyrənir. Tanrı ilə dost olmaq istəyən adam 
ya  yalnız  qalmalıdır  ya  da  bütün  insanları 
sevməlidir.  Bəlkə  mən  yanılıram  ancaq  çox  yaxın 
dostluq  bağları  qurma  çabalarımın  hamısı  uğursuz 
olmuşdur.  

 
Bu dostumun d
avranışları  məni  sehirli  biçimdə 
etkiləyirdi.  O,  uzaq  məsafələri  sürətlə  qaça  bilirdi. 
Uzunluq və yüksəklik atılımında özəl məharəti var 
idi. 
Hər  tür  bədən  tənbihinə  dözürdü.  O, bir çox 
hallarda bütün bu hünərlərini mənim üzümə çəkirdi. 
İnsan  özündə  olmayan  üstünlükləri  başqasında 
görəndə genəldə şaşırıb qalar. Mən də bu dostumun 
göstəriləri  qarşısında  heyrətimi  gizlədə  bilmirdim. 
Bu  heyrət  məndə  güclü  şəkildə  onun  kimi  olma 
duyqusunu  oluşdururdu.  Mən  nə  qaça  nə  də  atıla 
bilirdim. 
Sürəkli  öz-özümə  düşünürdüm  ki,  nədən 
mən də onun kimi güclü olmamalıyam? 

 
Mən  çox  qorxaq  idim.  Sürəkli  oğrulardan, 
ilanlardan və ruhlardan qorxardım. Gecə olduğunda 
qapanmış  qapını  açıb  dışarıya  çıxmağa  cürət  edə 
bilməzdim.  Qaranlıqdan  çox  qorxurdum.  Demək 
olar  ki,  qaranlıqda  qorxumdan  yata  bilməzdim. 
Düşünürdüm ki, hava qaranlıqlaşdığında oğrular bir 
yandan,  ilanlar  və  ruhlar  başqa  yandan  mənə 


14 
 
saldıracaqlar.  Bu  üzdən  otaqda  bir  çıraq  olmadan 
yata bilməzdim. 

 
Dostum  mənim  bütün  bu  zəif  yönlərimi  bilirdi. 
Özəlliklə  o  mənə  deyirdi  ki,  ilanları  diri-diri 
əllərində  tuta  bilər.  Oğrularla  savaşa  biləcəyini 
deyirdi.  Ruhlara  da  əsla  inanmırdı.  Sonra  böylə 
sonuc alırdı ki, onda olan bütün bu üstün özəlliklər 
ət  yediyindəndir.  Bizim  ailəmiz  ətyeməzlərə 
mənsub idi.  

 
Bütün bunlar məndə xoş təəssürat oyadırdı. Yavaş-
yavaş  məndə  ətyemə  fikri  baş  qaldırdı.  Çünkü  ət 
yesə idim, mən də qorxmaz və güclü ola bilərdim. 
Mən də böylə bir fikir də oluşurdu ki, bütün Hind 
əhalisi ət yesə, ingilislərə qalib gələ bilərlər.  

 
Gizlin düzənlənən törənlərdə artıq evimizdə yemək 
yemirdim.  Anam  nə  qədər  israr  etsə  idi  də,  bir 
bəhanə  gətirib  yemək  yemirdim.  Ancaq bu 
bəhanələr  mənim  vicdanımı  ağrıdırdı.  Bilirdim ki, 
anama yalan söyləyirəm. Bunu da bilirdim ki, atam-
anam  mənim  ət  yediyimi  bilsəydilər  çox 
üzüləcəkdilər.  Bu  da  məni  çox  rahatsız  edirdi.  Bu 
üzdən  də  düşündüm  ki,  insanın  ata-anasına  yalan 
danışması ət yeməkdən daha ağır suçdur. Ata-anam 
yaşadıqları  sürəcə  ət  yeməyi  özüm  üçün 
yasaqladım.  Onlar  həyatda  olmadıqlarında  mən 
yalnız  özüm  üçün  yaşayacaq,  azad  olacaqdım  və 
onlara da yalan danışmaq zorunda qalmayacaqdım. 
Bu  qərarımı  dostuma  açıqladım.  O  gündən  də  əsla 
ət yemədim. 

 
Dostum  bir  dəfə  məni  fahişəxanaya  apardı  və  bəzi 
təlimləri  ilə  məni  içəri  göndərdi.  Hər  şey  öncədən 
hazırlanmışdı,  hətta  dostum  fahişənin  parasını  da 
öncədən ödəmişdi. Mən günah ortamına girmişdim. 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə