Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə3/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   2   3   4   5   6   7   8   9   ...   74


 
bildiyim 
ruhi  təcrübələrdir.  Siyasi  meydanda  fəal 
olmağımı  bu  ruhi  təcrübələrimdən  əldə  etmişəm. 
Əgər  bu  denəmələr  ruhani  isə,  onlarla  öyünmənin 
bir  anlamı  yoxdur.  Yalnız  mənim  daha  çox 
alçaqkönüllü olmama nədən ola bilər. Özüm haqda 
nə  qədər  çox  düşünür  və  geriyə  dönüb  baxıramsa, 
öz əksikliklərimi daha açıqca görmüş oluram. 

 
Bu  otuz  ildə  etmək  istədiyim  özümü  anlamaq, 
Tanrını  görmək  və  mokşa
**
´ya  çatmaq  olmuşdur. 
Həyatımın  və  bütün  varlığımın  tək  amacı  bu 
olmuşdur. Yazmaq və danışmaqla etdiklərim, bütün 
siyasi çalışmalarım bu ərək (hədəf) üçün olmuşdur. 
Ancaq  bir  fərdə  mümkün  olanın  bütün  insanlara 
mümkün olacağına inandığımdan, mənim öz ruhum 
üzərindəki  sınaqlarım  gizlincə  olmamışdır.  Tam 
açıqca  olmuşdur  və  bunun  açıqca  olması  onun 
mənəvi  dəyərini  azaldacağını  düşünmürəm.  Bəzi 
şeylər  var  ki,  yalnız  kişinin  özünə  və  onun 
yaradıcısına bəllidir. Şübhəsiz ki, bu kimi olmuşları 
başqası  ilə  paylaşmaq  olmaz.  Mənim  anlatmaq 
istədiyim  denəmələrim  bu  türlərdən  deyildir.  Tam 
ruhani ya da daha doğrusu əxlaqi olanlardır. Çünkü 
məzhəbin ruhu əxlaqdır.  

 
Bu  denəmələrimdən  dolayı  özümü  üstinsan  sayma 
düşüncəsi məndən uzaqdır. Bu denəmələrə bir bilim 
adamının  verə  biləcəyi  dəyər  qədər  mən  də  dəyər 
verə  bilərəm.  Öz  denəmələrini  diqqət  və 
                                                 
**
 
Mokşa- dünya bağlarından qopma. Həyatı yeniləmədən, yenidən dünyaya 
gəlmədən qurtulma. Hind inancına görə, hər fərd öldükdən sonra başqa 
biçimdə dünyaya gəlmiş olur. Daha öncəki həyatının nitəliyinə görə yaxşı 
ya da kötü surət qazanmış olur. Bu həyat təkrarlanması ruhun kamala ulaşıb 
Tanrıya varışına qədər davam edər. Ruh öz bütüncü evrimini 
gerçəkləşdirdikdən sonra artıq yer üzündə həyat bulma sona çatar. Buna 
mokşa deyilir.  



 
uzaqgörənliklə  uyqulayan  bir  bilim  adamı  heç  bir 
zaman  vardığı  sonuçları  kəsin  olaraq  qəbul  etməz. 
Sürəkli  açıq  bir  görüşlə  denəmələrini  gözdən 
keçirər.  Mən  çox  dərindən  özümə  dalmışam.  Bir 
çox kərə öz iç dünyamı ölçmüş və ruh durumlarımı 
araşdırmışam. Bütün bunlara baxmayaraq kəsin bir 
sonuca varmaq qonusunda şübhəli olmuşam. Ancaq 
iddia  edə  bilərəm  ki,  öz  görüşümə  görə  sonuclar 
uğurlu  olmuşdur.  Çünkü sonuclar  yanlış  olsaydı, 
heç  bir  işə  və  fəaliyətə  qatlaşmamalı  idim.  Bir 
haldakı  hər  addımda  bir  şeyi  ya  qəbul  ya  da  rədd 
etmişəm.  Bu  rədd  və  qəbul  ölçülərinə  görə 
davranmışam.  

 
Mənim  yaşamım  ayrılmaz  bir  bütündür.  Bütün 
fəaliyətlərimin  bir-biri  ilə  ilişkisi  var.  Hamısı  da 
mənim  bəşəriyətə  olan  sonsuz  sevgimdən 
qaynaqlanmaqdadır.  

 
Qandilər  Banya  oymağındandır.  Böyük  olasılığa 
görə  banyalılar  ətir  satışı  ilə  uğraşırmışlar.  Ancaq 
məndən  üç  nəsl  öncədən  başlayaraq  Katyavadın 
müxtəlif  hökumətlərində  başbakan  olmuşlar.Böyük 
babamın  dürüst  bir  insan  olduğunu  söylərdilər. 
İqtidardakı  dedi-qodular  və  qarşıdurmalar  üzündən 
böyük babam 
Purbəndər  hökumətindən  uzaqlaşıb 
və  Cunaqad  bölgəsinə  sığınıb.  Cunaqada 
vardığında  oranın  elmay
1
ına  sol  əli  ilə  salam 
vermiş.  Elbayın  yaxın  adamları  buna  görə  böyük 
babamı  tənqid  edib  və  bu  davranışını  açıqca 
sayqısızlıq  olaraq  bildirmişlər.  Bu  haqda  böyük 
babamı  sorqulamışlar.  Böyük  babam  da  demiş  ki: 
“sağ əlim Purbəndər əmirinin girovundadır.” 
                                                 
1
 Elbay—vali 


10 
 

 
Atam  yaxınlarını  çox  sevirdi.  Dürüst, ancaq 
aqressiv biri idi. 
Vaxtının çoxunu cismani zövqlərə 
həsr  edirmiş.  Çünkü  40  yaşı  keçdikdən  sonra 
dördüncü 
kərə  evlənmişdi.  Ancaq  dürüstlüyündən 
dolayı  həm  öz  əqrəbalarımız  içində  həm  də 
kənarlarda çox etibara sahib idi. 

 
Anamın  xəyallarımda  buraxdığı  təsirlər  çox qutsal 
olmuşdur.  Anam  çox  mömin  və  məzhəbi  biri  idi. 
Dualarını etmədən yemək yediyini xatırlamıram. Ən 
çətin  nəzirlər  edərdi  və  etdiyi  nəzrlər  nə  idisə, 
mütləq  yerinə  yetirərdi.  Hətta  ən  çətin  xəstəliklər 
bilə, onu dua etməkdən saxlaya bilməzdi. 

 
Bu ata-
anadan  mən  Purbənd  şəhrində  dünyaya 
gəlmişəm.  Çocuqluğumu  Purbənddə  keçirdim. 
Orada məni oxula göndərdilər. Çarpı cədvəlini çox 
çətinliklə  öyrəndim.  O  dönəm  həyatımdan  çox 
şeylər anımsamıram. O dönəmdən daha artıq bir şey 
xatırlaya  bilməməm  göstərir  ki,  küt  hafizəm  var 
imiş. 

 
Çox utanqac biri  idim.  B
aşqaları  ilə  ilişki 
qurmaqdan 
çəkinirdim. 
Kitablarım 
biricik 
arxadaşlarım  idi.  Gündəlik  işim  bu  idi  ki,  hər  gün 
tam vaxtında dərsə gedim və dərs bitər-bitməz evə 
gəlim.  Evə  getməyə  tələsirdim  çünkü  başqaları  ilə 
danışmağa  həvəsim  yox  idi.  Başqalarının  məni 
məsxərə etməsindən qorxurdum. 

 
 
Orta  oxula  girdiyimdə  ilk  sınavda  ilginc  bir  olay 
oldu.  Onu  burda  xatırlamaq  istərdim.  Müfəttiş  Jils 
bizim  oxula  gəlmişdi.  İmla  yoxlaması  etmək  üçün 
bizə  beş  söz  dedi.  Bu  beş  sözü  yazmalı  idiq.  Bu 
sözlərdən  biri  “çaynik”  idi.  Mən  bu  sözü  doğruca 
yaza  bilməmişdim.  Öyrətmənimiz  ayağının  kiçik 
zərbəsi ilə məni yanlışıma yönəltmək istədi. Ancaq 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə