Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə7/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   2   3   4   5   6   7   8   9   10   ...   74
    Bu səhifədəki naviqasiya:
  • Arnold

21 
 
istəkdən  vaz  keçirdim.  Artıq  ət  yeməmək  mənim 
üçün bir vicdan görəvi kimi ortaya çıxırdı. 

 
Bir  məzhəbi  yeni  qəbul  edən  insanın  həyəcanı  o 
məzhəbin  kültürü  içində  doğmuş  olan  insanların 
həyəcanından  daha  artıq  olur.  Bitkisəl  yeməklərə 
inanmaq  o  zaman  İngiltərədə  yeni  bir  hərəkət  idi. 
Bu,  mənim  üçün  yeni  idi.  Çünkü  söylədiyim  kimi 
İngiltərəyə getdikdən sonra ət yeməyə inanırdım və 
sadəcə anama verdiyim sözə görə ət yemirdim. Bu 
kitabı  oxuduqdan  və  iradəmin  güclənməsindən 
sonra məhəlləmizdə bitkisəl yeməklər klubu açmaq 
istədim.  O  məhəllədə  yaşayan  Arnolddan  istədim 
ki,  klubun  başqan  yardımçısı  olsun.  “Vigiterian” 
kitabının  yazarı  Doktor  Uldfild  də  klubun  başqanı 
oldu.
Mən özüm də klubun müdürü oldum.  

 
Bitkisəl  Yeməklər  Klubunun  yönətim  quruluna 
seçildikdən  sonra  söz  verdim  ki,  qurulun  bütün 
toplantılarına qatılacağam. Ancaq sürəkli özümü bu 
toplantılarda  lal  kimi  hiss  edirdim.  Bu,  danışmaq 
istəmədiyimdən  deyildi.  Necə  və  nə  danışacağımı 
bilmirdim. 
Bu  utanqaclıq  duyqusu  İngiltərə 
həyatımda  heç  bir  zaman  məni  tərk  etmədi.  Hətta 
ictimai bir müla
qata getdiyim zaman, orada bir neçə 
kişinin olması mənim susqunluğuma səbəb olurdu. 

 
Mənim  utanqaclığım  bəziləri  tərəfindən  məsxərə 
edilsə  də,  bunun  mənim  üçün  yararlı  olduğunu  da 
deməliyəm. İngiltərə həyatımdakı utanqaclığım indi 
mənim  sevincimə  səbəb  olur.  Bu  utanqaclığın  ən 
böyük  faydası  mənim  üçün  az  və  öz  danışmağı 
öyrənmək  idi.  Sözlərdə  qənaət  etmə  düşüncəsini 
mənə öyrətdi.  

 
1890-
cı ildə Parisdə böyük bir sərgi düzənlənmişdi. 
Oraya getmək üçün bəzi hazırlaqlar haqqında bilgi 


22 
 
əldə  etmişdim. Çünkü  Parisi  görmək  arzularımdan 
biri idi. 
Parisə getməyi  qafama taxmışdım. Parisdə 
diqqətimi  çəkən  300  metr  yüksəkliyində  olan 
bütünüylə  poladdan  yapılmış  İfel  bürcü idi. Başqa 
ilginç  şeylər  də  var  idi,  ancaq  İfel  bürcü  mənim 
diqqətimi daha çox çəkmişdi.  

 
O  sərgidən  xatirimdə  İfel  bürcündən  başqa  bir  şey 
qalmadı.  Çünkü 2-3  kərə  ifelin  zirvəsinə  çıxdım. 
İfel bürcünün birinci qatında bir yeməkxana var idi. 
O
rada  yemək  yediyimi  isbat  etmək  üçün  yeddi 
şəling paramı boşuna xərclədim. Bir də Parisin əski 
kisələri  xatirimdədir, unudulmur. Notrdam 
kilsəsinin  möhtəşəm  memarlığı  diqqətimi  çox 
çəkmişdi.  O an hiss etdim ki, milyonlarca insanın 
qəlbində Tanrı sevgisi olmasaydı bu kilsənin yapımı 
üçün paralarından vaz keçməzdilər.  

 
Bir  neçə  söz  də  İfel  bürcü  haqda  deməliyəm. 
Bilmirəm  indi  bu  bürcün  nə  faydası  var.  Ancaq o 
zaman  müxaliflər  və  müvafiqlər  tərəfindən  İfel 
haqqında  bəzi  fikirlər  söylənirdi.  Tolstoyun  bürclə 
ba
ğlı  olumsuz  şeylər  söylədiyini  xatırlayıram. 
Tolstoy  deyirdi  ki,  İfel  bürcü  bəşərin  ağlının 
məhsulu  deyildir,  dəliliyinin  ürünüdür.  Ayrıca, 
Tolstoy  deyirdi  ki,  tütün  ən  pis  zəhərdir.  Çünkü 
tütünə  alışan  bir  şəxs  elə  bir  cinayət  edir  ki,  bir 
sərxoş  heç  vaxt  o  cinayəti  edə  bilməz.  Alkolik 
içkilər  adamı  axmaqlaşdırır,  ancaq  tütün  adamın 
zehnini qaranlıqlaşdırır və xətalı saraylar yapımına 
olanaq  sağlayır.  İfel  bürcünü  quranlar  da  bu  kimi 
təsirlər  altında  olmuşlar.  İfel  bürcünün  yapımında 
heç  bir  estetik  sənət  dərinliyi  yoxdur.  Bu bürcün 
memarlıq sənəti baxımından heç bir dəyəri yoxdur. 
İnsanların  ona  olan  meyli  onun  yeni  və  bu  qədər 


23 
 
yüksək  olmasından  dolayıdır.  Bu  bürc  sərginin 
oyuncağı  idi.  Biz  insanlar  içimizdə  çocuqluq 
duyqusunu  daşıdığımız  müddətcə  oyuncaqlara 
meylli oluruq. 
Bürc bu gerçəyi gözlər önünə sərirdi 
ki,  bizlər  hamımız  hələ  də  birər  oyuncaqlarla 
məşğul olan çocuqlarıq. Bəlkə də İfel bürcünün bu 
baxımdan faydalı olduğunu söyləmək mümkündür. 

 
1891-
ci  ildə  son  sınavlarımı  verib  vəkillər 
mərkəzinə  dəvət  aldım  və  gəmi  ilə  vətənə  doğru 
hərəkət etdim.  

 
Böyük  qardaşım  mənə  çox  ümidlər  bağlamışdı. 
Zəngin  olma  duyqusu  onda  çox  güclü  idi.  Çox 
mərhəmətli idi və yanlışlıqları bağışlaya bilirdi. Bu 
özəlliyin  onun  sadə  təbiəti  ilə  birləşməsi  bir  çox 
dürüst dostlar
ının  ətrafında  olmasına  səbəb 
olmuşdu.  Qardaşım  dostlarının  yardımı  ilə  mənə 
yaxşı  vəkillik  işi  tapacağını  düşünürdü.  Mənim 
işlərimin  yaxşı  yürüyəcəyinə  və  daha  çox  para 
qazanacağıma  inandığından  dolayı  əlindən  gələni 
əsirgəmirdi.  

 
Ancaq  mənim  Bəmbəidə  4-5  aydan  artıq  qalmam 
mümkün deyildi.  Çünkü orada qalmam üçün 
yetərincə  gəlirim  yox  idi.  Mən  həyata  böylə 
başladım. Çox tez bir zamanda vəkilliyin yaxşı bir 
iş olmadığını anladım. Çünkü mənə görə vəkillikdə 
elm  və  bilgi  az,  ancaq  nimayişkaranəlik  çoxdur. 
Mən öz işimdə ağır sorumluluq hiss edirdim. 

 
Ümidsiz bir durumda Bəmbəini tərk edib Rackut
getdim.  Orada özü
m  üçün  bir  iş  yeri  tərtib  etdib 
normal  bir  həyata  başladım.  Vəkillik  işimdən 
ortalama ayda 300 rupiyə qazanırdım. 

 
Bu  zaman  ticari  bir  mərkəz  Purbəndərdən 
qardaşıma  bir  məktub  yazaraq  böylə  bir  önəridə 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə