Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə6/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   2   3   4   5   6   7   8   9   ...   74

18 
 

 
Ailə  böyüklərim  böylə  hesab  edirdilər  ki, 
öyrənimimi  davam  etmək  üçün  bir  kalecə 
girməliyəm. Bəmbəidə daha ucuz bir kalec var idi. 
Oraya girməyə qərar verdim və Samaldas kalecinə 
girdim. 
Kalecə girdiyimdə sanki dənizə girmiş kimi 
hiss etdim özümü. 
Hər  şey  mənim  üçün  çox  çətin 
idi. 
Öyrətmənlərin  dərslərini  təkbaşıma  anlaya 
bilmirdim. 
Anlaya bilmədiyim üçün də onlara qarşı 
içdən  sayqım  ortaya  çıxmırdı.  Əlbəttə  bu,  onların 
suçu  deyildi.  Mən  çox  zəif  biri  idim.  İlin  ilk 
yarısının bitimində evimizə döndüm. 

 
Ailəmizin dostu olan alim bir brəhmən var idi. Mən 
tətildə  evimizə  döndüyümdə  o  da  bizə  gəlmişdi. 
Anam və böyük qardaşımla söhbət edərkən, mənim 
də  öyrənimim  haqda  sorular  sordu. 
*****
 
Mənim 
Samaldas  kalecdə  olduğumu  öyrəndiyində  dedi: 
“İndi zaman dəyişmiş. Sizə tövsiyə edərdim ki, onu 
da  öyrənim  üçün  İngiltərəyə  göndərəsiniz.  Oğlum 
Kualram 
deyir  ki,  çox  asan  hüquq  oxuyub  vəkil 
olmaq 
mümkündür. Üç il sonra geri dönəcək. Üç il 
uzun zaman deyil.
Xərci də 4-5 min rupiyədən artıq 
olmaz. 
İngiltərədən  geri  dönən  vəkilləri 
görürsünüzmü?  Hamısının  işləri  yolunda.  Hətta 
gələcəkdə  daha  böyük  vəzifələrə  də  yüksələ  bilər. 
Mən tklif edirəm ki, Mohndası
******
 
öyrənim üçün 
ingiltərəyə göndərəsiniz.” 

 
Anam çox dərdli biçimdə heyrətdə idi.Kimsə anama 
demişdi ki, İngiltərədə ət yeməmək mümkün deyil. 
Hər  kəs  ət  yeyirmiş.  Bir  başqası  da  demişdi  ki, 
İngiltərədə  şarab  içmədən  yaşamaq  olmaz.  Anam 
                                                 
*****
 
Bu zaman Qandinin atası ölmüşdü. 
******
 
Qandinin kiçik adı. “Qandi” onun soyadı “Mohndas” isə, adı 
olmuşdur. Mahatma da daha sonra ona verilən ləqəbdir.  


19 
 
məndən  sordu:  “Bu  söylənənlər  haqda  nələr 
düşünürsən?”  Mən  də  anama  dedim:  “Mənə 
inanmırsınızmı?  Mən  heç  bir  biçimdə  sizə  yalan 
söyləmərəm. 
Bunların 
heç 
birisinə 
bula
şmayacağıma and içirəm. Nə ət yeyəcəyəm, nə 
də  içki  içəcəyəm.  Böylə  bir  təhlükə  olsaydı 
brəhmən  Cuşuci  mənim  getməmi  istərdimi?” 
Anama  söz  verdim  ki,  İngiltərədə  qadınlara 
yanaşmayacam, ət yeməyəcəm və içki içməyəcəm. 
Bu sözü verdikdən sonra anam İngiltərəyə getməmə 
izn verdi. 

 
Londona getmədən öncə ağlımda bəzi planlarım və 
sorularım var idi. Londonun necə bir yer olduğunu 
düşünür  və  oranı  yaxından  görüb  kültürü  ilə  tanış 
olmaq istəyirdim.  

 
Onsəkkiz    yaşımda  İngiltərəyə  getdim.  Onların 
məramı,  hətta  evləri  də  mənim  üçün  qəribə  idi. 
İngilis kültürü haqqında heç bir bilgim yox idi. Bu 
üzdən də sürəkli öz əxlaqıma diqqət etməli idim. Ən 
önəmlisi  isə,  mənim  ətyeməzliyim  idi.  Ətsiz 
yeməklər  də  çox  dadsız  və  sevimsiz  idi.  İngiltərə 
artıq mənim üçün sevimsiz bir ölkə olmuşdu, ancaq 
geri  də  dönə  bilməzdim.  İçimdən  bir  səs  deyirdi: 
“Madam  ki,  gəlmişsən  bu  üç  il  müddəti 
dözməlisən.” 

 
Kirayə  qaldığım  ev  sahibəsi  xanım  mənə  necə 
yemək  hazırlayacağını  bilmirdi.  Mənimlə  bir  evdə 
qalan  arxadaşım  hər  gün  mənə  ət  yeməyi  təlqin 
edirdi. 
Ancaq  mən  anama  verdiyim  sözümü 
xatırlayır  və  onun  dedikləri  qarşısında  susurdum. 
Bir 
gün  bu  arxadaşım  Benthamın  “Ağ  olma 
nəzəriyəsi”  adlı  kitabını  yüksək  səslə  mənə 
oxumağa  başladı.  Sanki  yazıq  olmuşdum  və  ağlım 


20 
 
heç  bir  şey  anlamırdı.  Kitabın  dili  mənim 
anlayacağım  səviyədən  daha  çətin  idi.  Bu  üzdən 
arxadaşım anlaya bilmədiyim mövzuları açıqlayırdı. 
Sonunda  dedim  “Lütfən  məni  bağışlayın!  Bu 
mövzular  mənim  səviyəmin  ötəsindədir.  Ət 
yemənin  gərəkli  olduğunu  qəbul  edirəm,  ancaq 
anama  söz  vermişəm.  Bu  sözümdən  vaz  keçə 
bilmərəm.  Bu  üzdən  də  bu  haqda  danışmaq 
istəmirəm.” 

 
Hər gün 15-20 kilometr yol getməliyəm ki, özümü 
ucuz  bir  yeməkxanaya  çatdırım  və  orada  ətsiz 
yemək  yeyim.  Ancaq  yediyim  yeməklərdən  əsla 
razı qalmırdım. Bu uzun yolu gedib gəlmə zamanı 
bir  gün  yol  üstündə  Farinqdon  küçəsində  sırf 
bitkisəl  yeməklər  satan  bir  yeməkxanaya  rast 
gəldim.  Bu  yeməkxananı  tapdığıma  çox 
sevinmişdim.  Yeməkxanaya  girmədən  öncə  onun 
vitrinin  önündə  bəzi  kitabların  satışa  buraxıldığını 
da gördüm. 
Bu  kitabların  içində  Saltın  yazdığı 
“Bitkisəl  yeməklərin  yararları”  əsərini  gördüm.  Bu 
kitabı  alıb  yeməkxanaya  girdim.  İngiltərəyə 
gəldiyim  gündən  ilk  kəz  idi  böylə  rahat  və  dadlı 
yemək yeyirdim. Tanrı mənə yardım etmişdi. Saltın 
kitabını  başından  sona  qədər  diqqətlə  oxudum  və 
çox ciddi biçimdə onun təsirinə qapıldım. Bu kitabı 
oxuduqdan sonra artıq anama verdiyim sözlərə görə 
deyil, öz özgür istəyimlə bitkisəl yeməklər yeməyə 
başladım.  Ancaq  anama  söz  verdiyim  günə  də 
salamlarımı  göndərdim.  O  zamana  qədər  verdiyim 
sözə sahib çıxmaq üçün ətyeməz olmuşdum. Ancaq 
bu  kitabı  oxuduqdan  sonra  bilincli  biçimdə  ət 
yeməkdən çəkinirdim. Daha öncə bütün hindlilərin 
ət  yemələrini  dilərdim.  O  gündən  sonra  artıq  bu 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə