Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə74/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   66   67   68   69   70   71   72   73   74

255 
 
davranışlarda  şiddət  və  aqressivlikdən  yana  idim. 
Bu  kitab  ruhi  yenilgələrimə  son  qoyub  məni 
ahimsa
nın (qeyri—aqressivliyin) yenilməz tərəfdarı 
etdi.  Tolstoy_un_uğursuzluqları_və_yenilgələri_də_möhtəşəm_idi._Onun_uğursuzluqları_ideallarının_anlamsızlığını_göstərməz._Tolstoy'>Tolstoy
un  həyatında  diqqətimi  çəkən  ən 
önəmli  qonu,  onun  yazdıqları  və  danışdıqları  kimi 
davranması  idi.  Tolstoyun  düşüncəsi  ilə  davranışı 
uyum  içində  idi.  Həqiqəti  aramaq  üçün  hər  türlü 
çətinliklərə  qatlaşmağa  hazır  idi.  Onun  sadə 
həyatına baxın və görün nə qədər gözəl və cazibəli 
olmuş.  Aristokrat  bir  ailədə  dünyaya  gəlmiş  olan 
Tolstoy 
həyatın  bütün  zövq  və  ləzzətlərindən 
yararlana  biləcək  maddi  imkanlara  sahib  idi. 
Həyatın zövqlərini yaxşı və dərindən tanıyan insan. 
Gəncliyində  bütün  bu  zövqlərə  arxa  çevirir.  Bir 
daha  arxasına  baxmadan  zövqlü,  təmtaraqlı 
həyatından  bir  dəfəlik  ayrılır.  Tolstoy  öz devrinin 
ən sadiq, və qətiyətli həqiqət adamı idi. Onun həyatı 
yorulmada
n  və  sürəkli  olaraq  doğruluğu  arayıb, 
həqiqətə  özünəxas  biçimdə  əməl  etməkdən  ibarət 
idi. 
Heç  bir  zaman  və  heç  bir  şəkildə  həqiqəti 
gizlətmədi. Həqiqətə qarşı gəlmədi. Heç bir güzəştə 
getmədən bütün durumlarda həqiqətdən yana tutum 
sərgiləyirdi.  O, qeyri—aqressivliyin  ən  böyük 
öndəri  idi.  Batı  dünyasında  ondan  öncə  və  Onun 
zamanında  kimsə  bu  qədər  dərindən  və 
fədakarcasına 
qeyri—aqressivlik qonusunu 
yazmamış,  buna  görə  davranış  sərgiləməmişdir. 
Bundan  da  irəli  gedib  başqa  söz  söyləmək 
istəyirəm.  Bu  nəzəriyə  haqqında  Tolstoyun  bəyan 
və  əməl  etdikləri,  sözdə  ahimsa  yanlısı  olan 
Hindistanın  dini  öndərlərini  utandırmalıdır. 
Hindistan  bu  həqiqətin  beşiyi  olmaqla  iftixar 
etmi
şdir.  “Ahimsa”  qonusunda  ən  böyük  kəşflər 
əski  Hind  böyükləri  tərəfindən  edilsə  də,  bu  gün 


256 
 
Hindistanda ahimsa adı ilə yayqın olanlar anlamsız 
təqliddən  başqa  bir  şey  deyildir.  Gerçək  ahimsa 
aqressivlikdən,  nifrət  və  kindən  tam  olaraq 
qurtulmaq  və  hər  kəsi  sevmək  anlamındadır.  Bu 
həqiqəti  öyrənmək  və  ahimsanın  yüksək  dəyərini 
anlamaq üçün Tolstoy
un  məhəbbətlə  çağlayıb 
daşan  həyatını  və  yaradıcılığını  yaşamımızın 
mayağı  kimi  görməliyik.  Tolstoyun  həyatından 
əsinlənməliyik,  öyrənməliyik.  Tolstoyu  tənqid 
edənlər  deyirlər  ki,  Onun  həyatı  böyük  bir  yenilgə 
olmuş,  izlədiyi  amacına  vara  bilməmişdir.  Bu 
tənqidçilərlə razı deyiləm. Tolstoy özü də bu şəkildə 
söyləmişdi. 
Ancaq 
Onun 
bu 
söylədiyi 
böyüklüyünün  göstərgəsidir.  Bəlkə  bu  yöndə 
amaclarını  gerçəkləşdirə  bilməmişdir.  Ancaq bu, 
insanın  əsas  özəlliyidir  və  Tolstoya özgü olan bir 
olqu deyildir. 
Torpaq cismində mənzil etdiyi sürəcə, 
kimsə  ərmişliyin  (kamalın)  ən  son  zirvəsinə  vara 
bilməz.  İnsan  kəndi  “öz”ünə  qalib  gəlmədikcə, 
ideala  nail  ola  bilməz.  Insan  bədən  zəncirinə  bağlı 
olduğu  sürəcə,  “öz”ə  qalib  gələ  bilməz.  Tolstoyun 
çox  sevimli  sözlərindən  biri  bu  idi:  “  İnsan  öz 
idealına  vardığını  düşündüyü  andan  etibarən,  onun 
gəlişməsi  durar.  Bundan  sonra  zavala  uğraması, 
düşməsi başlar.” 
İdealın  dəyəri  və  lütfü  ondadır  ki,  biz ona 
yaxınlaşdıqca,  o,  bizdən  uzaqlaşar.  Bu  üzdən 
Tolstoy
un kəndi amacına varmadığını söyləmək, bir 
zərrə  də  Onun  böyüklüyünə  zərər  verməz.  Bu, 
yalnızca Onun alçaqkönüllülüyünü göstərmiş olur.  
Tolstoy
un  həyatını  sübatsız  olaraq  göstərməyə 
çalışmışlar.  Onun  həyatındakı  sübatsızlıqlar 
gerçəkçi  olmaqdan  daha  çox  zahirdir.  Çünkü 
durmadan  sürəkli  evrim,  həyatın  yasasıdır.  Sübatlı 


257 
 

rünmək üçün özünü bu yasaların quru qurallarına 
uymuş  kimi  göstərən  adam  ruhunu  yanlış 
pozisionlar
a soxmuş olur. Emerson bunu çox yaxşı 
açıqlayıb anlatmış: “axmaqca, sübat və dəyişməzlik 
başıboş  adamların  işidir.”  Tolstoy  haqqında 
sübatsızlıq  olaraq  adlandırılan,  əslində  Onun 
evriminin  (təkamülünün)  və  həqiqətə  olan 
sayqısının göstərgəsidir. Sürəkli olaraq nəzəriyəsini 
gəlişdirdiyi  üçün  sübatsız  görünürdü.  Onun 
uğursuzluqları  da  gizlincə  deyil,  açıqca  idi.  Hər 
kəsin gözləri önündə cərəyan edən açıq həyat tərzi 
var idi. 
Ancaq  uğurları  və  mücadilələri  özünə  aid 
idi. 
Dünya  Onun  zəifliklərini  və  uğursuzluqlarını 
görür,  uğurlarını  görmürdü.  Hətta  Tolstoy  özü  də 
bəzən öz uğurlarını görmürdü. Onu tənqid edənlər, 
Onun  xətalarını  “ifşa”  edərək,  özlərinə  etibar 
qazanmaq istəyirdilər. Ancaq kimsə, Tolstoyun özü 
kimi,  öz  tənqidçisi  ola  bilmədi.  Sürəkli  öz 
əksikliklərini  görməyə  çalışırdı.  Tənqidçilərindən 
daha  öncə  öz  əksikliklərini  çox  abartaraq  ortaya 
qoyur,  bu  yolda  özünü  cəzalandırırdı.  Öz 
əksikliklərini açıqca, dünyaya hayqırırdı. O, özüylə 
ilgili olaraq ən aşırı tənqidləri də açıq görüşlülüklə 
qarşılayırdı.  Böyük insanlara xas olan bir üslubla 
dünyanın  onu  öyüb  alqışlamasından  saqınırdı. 
Tolstoyun 
uğursuzluqları  və  yenilgələri  də 
möhtəşəm  idi.  Onun  uğursuzluqları  ideallarının 
anlamsızlığını göstərməz. Tolstoyun uğursuzluqları 
uğurları üçün ölçü birimi (vahidi) olmuşdur.  
Tolstoyun  vurqulad
ığı üçüncü önəmli qonu “çörək 
üçün iş” idi. Tolstoya görə hər kəs çörəyini çıxara 
bilməsi  üçün  fiziki  bir  işə  qatlaşmalıdır.  Dünyanı 
kötü duruma soxan amillərdən biri də insanların iş 
qonusunda  öz  görəvlərini  anlamamalarıdır. 


258 
 
Tolstoy
a  görə  zəngin  adamlar  özləri  fiziki  bir  işə 
qatlaşmadan təşkil etdikləri yoxsullara yardım kimi 
xeyriyə qurumları riyadan başqa bir şey deyildir. Ilk 
öncə  zənginlər  mürəffəh  və  təmtaraqlı  həyat 
tərzindən vaz keçməlidirlər. Tolstoy düşünürdü ki, 
yoxsullar üzərinə yüklənmiş olan basqılar azalarsa, 
sözdə  bəşərsevər  işlərə,  xeyriyə  qurumlarına  
ehtiyac qalmaz.  
Tolstoy
a görə inanmanın meyarı əməldir. Bu üzdən 
də  ömrünün  sonlarında  bu  böyük  insan  bütün 
zənginliklərindən  imtina  edib,  çox  çətin  bir  həyat 
tərzi  seçdi.  Hər  gün  səkkiz  saat  pinəçilik  edib 
ayaqqabı  yağlayıb-yamayırdı.  Tarım  işləri  ilə 
uğraşırdı.  Onun  fiziki  işlərlə  uğraşması  olağanüstü 
(fövqəladə)  zəkasına  zərər  vermirdi.  Tam  tərsinə, 
Onun  zəkasını  daha  da  parlaqlaşdırırdı.  Tam bu 
dönəmdə  ən  güclü  əsəri  olan  “Sənət  nədir?” 
ki
tabını  yazdı.  Şah  əsəri  olaraq  adlandırdığı  bu 
kitabını Tolstoy işə ara verdiyi dinlənmə saatlarında 
yazmışdır.  
Cazibəli görünüşləri ilə diqqətləri cəlb edən kitablar 
və  içəriyi  kötülüklərlə  dolu  olan  ədəbiyat  sel  kimi 
Batıdan ölkəmizə axmaqdadır. Gənclərimiz bu kötü 
ədəbiyatın verə biləcəyi zərərlərdən saqınmalıdırlar. 
Dünyanın  bu  böhranlı  dönəmində  gənclərə, 
özəlliklə  Hind  gənclərinə  lazım  olan  Tolstoyun 
əxlaq  öyrətiləridir.  Çünkü,  yalnız  bu  yolla  gerçək 
azadlıqlarına  qovuşaraq,  ölkələrinə  və  dünyaya 
yar
arlı  ola  bilərlər.  Biz  öz  tənbəlliyimiz, 
həvəssizliyimiz, 
toplumsal 
əxlaqsızlığımızla 
İngiltərədən daha çox öz azadlığımıza və ölkəmizə 
zərər 
verməkdəyik. 
Xətalarımızdan, 
əksikliklərimizdən arınmış olursaq, dünyada heç bir 
güc  bizi  doğru  yoldakı  gəlişmələrimizdən  saxlaya 


259 
 
bilməz.  Dünyanın  bu  böhranlı  dönəmində 
Tolstoy
dan gətirdiyim üç örnək bizlərə çox yararlı 
ola bilər.  

 
Kəsin inancım budur ki, heç bir müəssisə və örgüt, 
tərəfdarları  olmaması  üzündən  çökməz,  ölməz. 
Müəssisə və ya örgütlər toplumun ruhuna xitab edə 
bilmədiklərində  ölürlər.  Ya  da  örgüt  və  ya 
müəssisəni  yönətənlər  inanclarını  itirdiklərində 
təşkilat ölümə doğru sürüklənər. Bu üzdən də mən 
istərdim  ki,  müəssisə  və  örgütlərin  öndərləri 
basqılar  qarşısında  inanclarını  və  özgüvənlərini 
itirməsinlər.  Müəssisələr  özlərini  sərt  sınaqlardan 
keçirməlidirlər.  

 
İşləri və ümumi xidmətləri borc paralarla etməməyi 
öyrəndim. Borc para ilə böyük işlər edilməz. İnsan, 
yalnız  para  dışında  toplumun  bütün  bəkləntilərinə 
cavabdeh ola bilər.  

 
Kimsənin başqalarının inancını dəyişdirməyə haqqı 
yoxdur
,  olmamalıdır.  Heç  bir  zaman  kimsəni 
bağlandığı  inancından  ayırmaq  istəməmişəm.  Hər 
kəsin  öz  inancında  daha  da  möhkəm  olmasına 
çalışmışam.  Bunun  üçün  bütün  dinlərdə  var  olan 
həqiqətlərə  inanmaq,  bütün  dinlərə  sayqı  ilə 
yanaşmaq  gərəkir.  Tanrı  işığının  əksik  olan  maddi 
varlıqlarda  bütün  məzhəblərə  yansıdığını  qəbul 
etməliyik.  Bu  baxımdan  bütün  dinlər  bəlli  ölçüdə 
əksik və qüsurludurlar.  

 
Qandidən sormuşlar: Üzərinizdən zəhərli bir ilanın 
keçdiyini  və  sizin  də  hərəkətsiz  qaldığınızı 
söyləyirlər. Söyləntilər doğrudurmu? 
Qand
i bu suala cavab olaraq yazmış: 
Bu mövzu həm doğrudur, həm də yanlış. Bir ilanın 
mənim üzərimdən keçdiyi doğrudur. İlan üzərimdən 


260 
 
keçərkən  mənim  hərəkətsiz  qaldığım  da  doğrudur. 
Ancaq  o  durumda  hər  kəs  mənim  yerimə  olsaydı, 
öylə edərdi. Hərəkətsiz qalardı. Bu, mənim üçün bir 
imtiyaz  olaraq  görünməməlidir.  O  ilanın  zəhərli 
olub  olmadığını  da  kimsə  bilmir.  Ayrıca,  illər 
öncədən  ölümün  qorxunc  olmadığına  inanmışam. 
Bu üzdən də yaxınlarım öldüklərində qəmlərinə çox 
tez alışıram. 

 
Gözəl olanın verimli olması da gərəkməz görüşünü 
bizə  öyrətmişlər.  Verimli  olan  da  gözəl  olmazmış! 
Gözəl  olanın  da  verimli  ola  biləcəyini  göstərmək 
istəyirəm.  

 
“Sənət  sənət  üçündür”  iddiasında  bulunanlar,  öz 
iddialarını  isbat  edə  bilməzlər.  Sənətin  həyatda 
ayrıca yeri var. “Sənət nədir?” sorusunun ötəsində, 
hər  kəsin  izlədiyi  amaca  ulaşa  bilməsi  üçün  sənət 
arac ola bilər. Sənətin kəndisi amac olursa, insanı öz 
köləsi edər, insanlığı zavala uğradar.  

 
Əşyanın iki fərqli özəlliyi var: Zahiri və mənəvi. Bu 
qonuda  mən,  özəlliklə  çox  israrlıyam.  Məncə, 
əşyanın zahiriliyi onun mənəvi dərinliyinə yardımçı 
olduğu  dərəcədə  anlamlıdır,  yoxsa  heç  bir  anlamı 
yoxdur. 
Bu  anlayışdan  yola  çıxaraq,  gerçək  sənət 
insan  ruhunu  açıqlayan  aracdır.  Zahirilik iç ruhsal 
özəlliyi  açıqlaya  bildiyi  üçün  anlamlı  ola  bilər. 
Böylə  bir  özəlliyi  olan  sənət  mənim  üçün  çox 
çəkicidir. Ancaq bunun da bilincindəyəm ki, əsərləri 
iç dərin duyqusallıqdan yoxsun olan özünü sənətçi 
adlandıran bir sürü adam var.  

 
Ruh  özünü  açıqlayıb  anlada  bilməsi  üçün  gerçək 
sənət ona yardımçı olmalıdır. Öz haqqımda bunları 
söyləyə  bilərəm:  Zahiri  biçimə  ehtiyac  duymadan 
özümü  dərk  edə  bilirəm.  Otağımın  ağ  və  çılpaq 


261 
 
divarları ola bilər. Hətta otağımın tavanından keçib 
ulduzlarla dop-d
olu sonsuz göyləri seyr edə bilirəm. 
U
lduzlarla  dolu  sonsuz  göyləri  seyr  etmək  qədər 
hansı  sənət  etkili  ola  bilər?  Sənət  əsərlərinin 
oluşdurduqları  gözəllikləri  danmaq  üçün  bunları 
söyləmirəm. Bir sənət əsərini çox adam sevə bilər. 
Çoxlarının  sevimlisi  olan  bir  əsər  mənim 
nəzərimdəki  təbiətin  sirli  gözəlliyinə  eşit  olmaya 
bilər. Insan çalışmalarının ürünü olan sənət əsərləri 
insan ruhunun yüksəlişinə və insanın özünü dərkinə 
yardım etdiyi dərəcədə dəyərlidir.  

 
Musiqini  və  digər  sənət  əsərlərini  çox  sevirəm. 
Ancaq  düşünürəm  ki,  bu  tür  sənət  əsərlərinə 
olduğundan  daha  çox  dəyər  verməkdədirlər. 
Örnəyin anlaşılması üçün teknik bilgilər lazım olan 
sənət  fəaliyətlərinin  dəyərini  anlaya  bilmirəm. 
Ulduzlarla dop-
dolu göylərə baxdığımda gözlərimin 
önündə öylə sonsuz gözəllik görünür ki, bu, mənim 
üçün  bütün  sənət  əsərlərindən  üstün  və  dəyərlidir. 
Bu,  sənət  əsərlərini  görməzlikdən  gəlmək 
anlamında  deyildir.  Təbiətdə  var  olan  gözəlliklər 
sənət  əsərini  dəyərləndirmək  üçün  bir  dayanaq 
nöqtəsi, bir ölçü ola bilər. Həyat bütün sənətlərdən 
üstündür. 
Həyatda  gündən  günə  gəlişib  ərişən 
(kamallaşan)  insan  ən  böyük  sənətçidir.  Çünkü 
nəcib və ruhi dərinliyi olmayan həyata dayanan bir 
sənət əsərinin heç bir dəyəri yoxdur.  

 
İlham  zamanı  öz  yaradıcısından  doğru  bir  anlayış 
oluşduran  sənət  əsəri  gözəl  əsərdir.  Böylə  anlar 
həyatda  çox  az  ola  bilər,  ancaq  gerçək  sənət  də 
öylədir. Çox azdır.  

 
Gerçək  sənət,  yalnız  biçimlə  ilişkili  deyildir. 
Biçimin ötəsindəkilərlə ilişkilidir. Sənət var öldürər, 


262 
 
sənət də var həyat bağışlar. Gerçək sənət əsəri onun 
yaradıcısının  sevincini,  kədərini  və  təmizliyini 
yansıtmalıdır.  

 
Özümüzü  böylə  bir  inanca  alışdırmışıq  ki,  həyatın 
dərin  təmizliyi  ilə  sənətin  ilişkisi  yoxmuş  və  sənət 
bu  təmizlikdən  bağımsızmış.  Təcrübələrimə 
dayanaq  bu  inancın  tamamən  yanlış  olduğunu 
söyləyirəm.  Həyatımızın  sonuna  yaxınlaşdıqca, 
həyatın təmizliyinin ən böyük sənət əsəri olduğunu 
anlayırıq.  Gözəl  səsdən  bir  parça  musiqi 
oluşdurmaq çoxlarının edə biləcəyi bir işdir. Ancaq 
təmiz  bir  həyatla  uyum  içində  olan  musiqi  sənəti 
nadir əsərdir.  

 
Heç  bir  təkəbbürə  qapılmadan  və  böyük 
alçaqkönüllülüklə  söyləmək  istəyirəm  ki,  mənim 
məsajım  və  yöntəmlərim  bütün  dünya  üçündür. 
Mənəvi göndərilərimin batılı qadınların və kişilərin 
könüllərində  yer  etdiyini  duyduğumda  çox 
sevindim.  

 
Dostlarımın  mənə  verəcəkləri  ən  böyük  iftixar, 
mənə göstərəcəkləri ən böyük sayqı, öz həyatlarında 
mənim  yöntəmlərimi  qullanmalarıdır.  Mənim 
yöntəmlərimə  inanmırlarsa,  o  zaman  bu  yöntəmlər 
qarşısında  bütün  gücləri  ilə  dirənib,  onunla 
mübarizə aparsınlar. 
 
 
 
 
Sözlük 
Atma
ruh, ağıl. 
 


263 
 
Advaita- 
İkili olmayan. 788—820-ci  illər  arasında  yaşamış 
Hin
distanlı  filosof  Şankaracarya´nın  fəlsəfəsi.  Bu  fəlsəfi 
görüşün  əsası  birliyə,  birləməyə  dayanmaqdadır.  Bu  fəlsəfəyə 
görə, yalnız bir tək  mütləq həqiqət var və bütün görüntülər o 
bir tək mütləq həqiqətin təzahürləridir.  
 
Əşram— Əşram əski Hindistanda bir növ xaniqah imiş. Eyni 
ülküləri paylaşan çevrələr əşramda toplaşar, bəlli əxlaqi nizama 
uyqun şəkildə ortaqca yaşarmışlar. Qandinin təsis etdiyi Funiks 
eyitim  mərkəzi  də  əşram  qurallarına  uyqun  idarə  edilirdi. 
Qandinin  ən  ünlü  əşramı  Qoceratda  “Sabarmati”  çayının 
sahilində Əhmədabad şəhrində yerləşirdi.   
 
Əşrama—  Hind  inancına  görə  hər  kəsin  ruhu  dörd  evrədən 
keçər. Bu dörd evrənin hər biri bir “əşrama” adlanır. Bu dörd 
mərhələ bunlardır: 1. Mütaliə və şəxsi disiplin. 2. Ailə qurma 
və  dünya  işləri  ilə  uğraşma.  3.  Düşünmə,  dalqınlıq  və  dünya 
təmayüllərindən qopma. 4. imtina və dünyadan tam qopuş.  
 
Avatar— 
İnsan biçimində olan Tanrısal (ilahi) varlığın surəti.  
 
Opanişad—Əski  Hind  fəlsəfi  söyləmlərinin  bütünüdür.  Yüzə 
qədər kitabdır. Ancaq on kitabın daha əsil və orijinal olduğuna 
inanılır.  Bu  kitablarda  “veda”ların  qutsal  öyrətiləri 
dartışılmaqdadır.  Görəv,  əxlaq,  ölüm  və  həyat  kimi  müxtəlif 
mövzular dərincə dartışılmaqdadır.  
 
Ahimsa— 
“Himsa”nın  ziddi.  Himsa  aqressivlik  və  ahimsa 
qeyri—
aqressivlik anlamındadır.  
 
Bania—  Hind toplumu dörd böyük 
kast  və  ya  sinifə  ayrılır. 
Hər sinifin də müxtəlif qatmanları, layları var. Banilar üçüncü 
sinif olmuş və dükançılıqla məşğul olmuşlar.  
 


264 
 
Brahmaçarya—  Brahmaçarya insa
nın  öz  nəfsinə  hər  yönlü 
hakim olması və qadınla da, ancaq evlad doğurmaq üçün cinsi 
ilişkiyə girməsidir. 
 
Brəhmən—  Dörd  Hind  sinifindən  birinci  sinif.  Hindistanda 
dini işlərdən sorumlu olmuşlar. Bilim və bilgi onların təkəlində 
olmuşdur.  
 
Boer—Güney Afri
kada  yerləşən  Avropalı  mühacir  qəbilələr. 
Boer savaşından sonra İngiltərənin idarəsinə keçdilər.  
 
Bhaquat—  Bhaquat Qita 
Fəlsəfi  mövzular  içərən  əski  Hind 
kitablarından  biridir.  Tanrının  yer  üzündə  təzahürü  olan 
“Krişna”nın həyatını anlatmaqdadır.  
 
Parsi— 
Hind atəşpərəstləri bu adla tanınmaqdadırlar.  
 
Purdah— 
qadınları kişilərdən ayıran örtük.  
 
Tamil— 
Hind sakinlərindən. Dilləri də tamilcə olaraq keçər.  
 
Telequ— Hind sanin
ləri. Dilləri də telequca olaraq keçər.  
 
Çapati— 
Hindistanda hazırlanan bir tür fətir-çörək.  
 
Çarxa— 
Qandinin  düzəltdiyi  cəhrə,  ipəyirmə  aracı.  Qandi 
işsizliyi önləmək üçün bunu düzəldip hind kəndlilərinə önərdi. 
Qandi özü də bu cəhrə ilə məşğul olurdu.  
 
Xaddar— 
İpliyi əllə əyrilib toxunan bir tür qumaş. Qandinin 
önərisi  üzərinə  bu  tür  qumaşın  qullanımı  Hindistanda 
yayqınlaşdı. Konqrənin də üzvləri bu qumaşdan paltar geydilər. 
Bütünüylə Hind malı sayılırdı.  
 


265 
 
Dharma— 
məzhəb, əxlaq və görəv yasası.  
 
Divan— 
Hindistanda  yarıbağımsız  xanlıqların  başçıları. 
Hindistan  bağımısz  olmadan  öncə,  İngiltərənin  istilasında 
olmanın  dışında  600  böyük-kiçik  xanlıqlardan  ibarət  idi. 
Bunların hər biri özünü digərindən bağımsız olaraq görərdi. Bu 
hökumətlərin başbaxanına “divan” ləqəbi verilmişdi.  
 
Rişi—  bilgə,  dahi.  Əski  Hind  gələnəyində  düşüncə  əhli  olan 
insanlar  ormanlıqlara  gedib  orada  özlərinə  dalar,  yalnızca 
yaşardılar.  Bunlara  “rişi”  deyirdilər.  Insanlar  onlardan  dərs 
almaq  üçün  yanlarına  gedərdilər.  Rişilər  açıq  havada,  böyük 
ağacların altında dərs keçərdilər.  
 
Zulu— 
Güney Afrika qəbilələrindən. 
 
Sattya— 
Həqiqət, doğruluq. 
 
Satyaqraha— 
Satyaqraha,  əslində  doğruluğun  yanlısı  olmaq 
deməkdir.  Ancaq  Qandi  bu  sözü  özünəxas  biçimdə  qeyri—
aqressiv dirəniş və savaş yöntəmi kimi seçmişdir. 
 
Satyaqrahi— 
Satyaqraha savaşçısı.  
 
Sadavrata— 
Yoxsullara yardım etmə kültürü. 
 
Sadavrati— 
yoxsullara yardım edən. 
 
Samskar— 
Əski  zamanların  dərinliklərdən  qaynaqlanıb  hər 
insana təsir göstərən zavala uğramaz özəlliklər.  
 
Swaraj— istiqlal 
 
Şastra— Hind məzhəbinin qanunları və əmrləri.  


266 
 
 
Mənu— Əski Hind bilgəsi. Əski Hind yasalarının qurucusu.  
 
Mokşa—  dünya  bağlarından  qopma.  Həyatı  yeniləmədən, 
yenidən dünyaya gəlmədən qurtulma. Hind inancına görə, hər 
fərd öldükdən sonra başqa biçimdə dünyaya gəlmiş olur. Daha 
öncəki  həyatının  nitəliyinə  görə  yaxşı  ya  da  kötü  surət 
qa
zanmış  olur.  Bu  həyat  təkrarlanması  ruhun  kamala  ulaşıb 
Tanrıya  varışına  qədər  davam  edər.  Ruh  öz  bütüncü  evrimini 
gerçəkləşdirdikdən  sonra  artıq  yer  üzündə  həyat  bulma  sona 
çatar. Buna 
mokşa deyilir. 
 
Muni— 
Ceyn  məzhəbinin  Hindistanda  25000  illik  sabiqəsi 
var.  Ahimsa 
Ceyn  məzhəbinin  əsasını  təşkil  edər.  Ceyn 
məzhəbinin  ruhanilərinə  muni  deyilir.  Ceyn  məzhəbi  Hz. 
Budda  ilə  eyni  zamanda  ortaya  çıxmış.  Heç  bir  canlıya  zərər 
verməmək Ceyn məzhəbinin ana ilkəsidir.  
 
Mahatma— 
Böyük  ruh.  Qandiyə  verilən  ləqəb.  Qandi bütün 
dünyada bu ləqəblə tanındı.  
 
Veda— 
Əski  Hind  məzhəbinin  qutsal  mətnləri.  Vedalar dörd 
bölümdən oluşmaqdadır. Ən əskisi “Riqveda” adlanır.  
 
Həricən—  Tanrının  evladı.  Qandi  bu  sözü  Hindistanda  nəcis 
olaraq tanınan qəbiləyə ləqəb olaraq taxmışdı. Bu qəbilə tarix 
boyu  çox  aşağılandığından  və  çox  əzab  çəkdiyindən  Qandi 
onları bu aşağılıq kompleksindən qurtarmaq üçün tanrı evladı 
ləqəbini onlara vermiş, onlara da eşit haq tanımışıdır. Nəcislərə 
üst düzeydə iş verməzdilər. Tualet təmizləmə kimi aşağı işlərdə 
çalışdırardılar. Nəcislərə toxunmaq da yasaq imiş. Onlarla bir 
yerdə yemək də yeyilməzmiş.  
 
 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə