Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə69/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   66   67   68   69   70   71   72   73   74

235 
 
aralarında  fərqlər  var.  Bu  üzdən  onların  işləri  də 
fərqlidir.  Qadınların  analıq  görəvinə  kişilərin 
ehtiyacı yoxdur. Qadın alıcı və kişi vericidir. Qadın 
genəldə  evin  sultanıdır.  Kişi  evin  ehtiyaclarını 
qaza
nan və qadın bu qazancları qoruyub ailə üzvləri 
arasında  eşit  dağılımını  sağlayandır.  Sözün  gerçək 
anlamında yaşamın qoruyucusu qadındır. Çocuqları 
eyitmə  istedadı  qadınlara  özgü  bir  yetənəkdir. 
Qadının diqqəti olmazsa, bəşər irqi tarixdən silinər. 
Məncə qadının əlinə silah alıb haqlarını savunması 
həm  kişi,  həm  də  qadın  üçün  aşağılayıcı  bir 
durumdur. 
Bu  durum  vəhşilik  dönəminə  yenidən 
dönüş  anlamında  alqılanmalıdır.  Kişilərə  xas  olan 
atlara  minib  savaşa  yönəlmək  qadın  üçün 
yaraşmayan  bir  görüntüdür.  Kişi  qadınını  silahlı 
savaşa zorlayırsa, günahları öz boynuna almış olur. 
Evə  baxmaq  və  evi  düzənli  olaraq  qorumaq 
düşmənlə savaşmaq qədər cəsarət və ərginlik istər.  

 
Qadın dünyaya gəlsəydim, qadınları oyuncaq olaraq 
təsəvvür  edən  kişilərə  və  toplumsal  duruma  qarşı 
üsyan  edərdim.  Qadın  qəlbinin  dərinliklərinə  yol 
tapmaq  üçün  mən  fikri  və  zehni  baxımdan  özümü 
qadın  yapdım.  Qadınımla  olan  ilişkilərimi 
dəyişdirmədən  öncə,  onun  qəlbinə  yol  tapa 
bilməzdim. Bu üzdən də qadınımın bütün haqlarını 
anlaya bilməsi üçün bütün ərlik haqlarımdan imtina 
etdim.  

 
Kişilərin  öz  yanlış  davranışlarını  və  kötü  işlərini 
qadınlıq  özəlliyi  olaraq  görməkdən  daha  çirkin  bir 
şey ola bilməz. Mən qarşı cinsi zəif cins deyil, dişi 
cins  adlandırıram.  Əslində  dişi  cins  erkək  cinsdən 
daha  nəcib  və  şərifdir.  Çünkü  dişi  cins  səssizcə, 


236 
 
əzab  çəkmənin,  alçaqkönüllülüyün,  inancın  və 
bilginin 
rəmzidir.  

 
Qadın  özünü  kişilərin  şəhvət  aracı  kimi 
görünməsinin  qarşısını  almalıdır.  Bunun  çarəsi 
kişidən daha çox qadının öz əlindədir.  

 
İffət  hər  yerdə  qolayca  bulunan  bir  şey  deyildir. 
İffət,  onun  çevrəsinə  divar  hörərək  də  qorunmaz. 
İffət  qadının  içində  olmalı  və  gəlişməlidir.  İffətin 
dəyər  qazanması  üçün  qadın  bütün  təhriklər 
qarşısında əxlaqi üstünlük sərgiləməlidir.  

 
Qadınların  iffəti  qonusunda  bu  qədər  dəlicə 
iztirablar nədəndir, əcəba? Qadınlar kişilərin iffətini 
sorqularlar  mı?  Qadınların  kişilərin  iffətini 
sorqulamaları  haqda  bir  şey  duymadıq.  O zaman 
nədən kişilər qadınların iffətlərini sorqulamaq üçün 
özlərinə  böylə  haq  tanımaqdadırlar.  İffət  dışarıdan 
içəriyə  zorla  girdirilən  bir  şey  deyildir.  Bu qonu 
qadının  iç  düşüncə  dəyişimləri  ilə  ilişkidə  olan  bir 
olqudur. 
Bu  üzdən  də  qadının  şəxsi  çabaları  ilə 
əlaqəlidir.  

 
Qadının  fədakarlıq  örnəyi  olduğu  inancındayam. 
Ancaq  nə  yazıq  ki,  qadın  necə  bir  üstünlüyə  sahib 
olduğunun  bilincində  deyil.  Qadın  kişi  ilə  qiyasda 
nə  kimi  üstünlüklərinin  olduğunu  bilməməkdədir. 
Tolstoyun  dediyi  kimi,  “qadınlar  kişilər  tərəfindən 
tilsimlənmişlər və bu tilsimli ortamda qadınlar çox 
əzab  çəkməkdədirlər.”  Qadınlar  qeyri—aqressivlik 
y
öntəminin  sonsuz  gücündən  xəbərdar  olsaydılar, 
zəif cins adlandırılmalarına izn verməzdilər.  

 
Qadının  zəif  cins  adlandırılması  açıq  təhqirdi.  Bu, 
kişilərin  qadınlara  yanaşmasında  ən  böyük 
ədalətsizlik  və  zülmdür.  Güc  söylənildiyində 
aqressiv  və  heyvani  qüvvət  göz  önündə 


237 
 
bulundurulursa,  bu  açıdan  gerçəkdən  də  qadın 
kişidən  zəifdir.  Ancaq  güc  deyildiyində  əxlaqi 
üstünlüklər  göz  önündə  bulundurulursa,  qadının 
kişidən daha güclü olduğu görüləcəkdir. Gerçəkdən 
də  qadının  ruhi  ilhamları  kişidən  daha  üstün 
deyilmi? 
Qadının  dirəniş  gücü  daha  yüksək 
deyilmi? 
Qadınsız kişi həyatı ola bilməzdi. Qeyri—
aqressivlik  yasası  bizim  yazqımız  olursa,  gələcək 
qadınların  əlində  olacaq.  Qadın  qədər  insanın 
qəlbini etkiləyən başqa nə ola bilər ki? 

 
Təmiz  və  məzhəbi  həyat  tərzində  doğru  dəyərlərin 
gerçək  savunucusu  qadındır.  Qadınlar  doğaları 
etibarı  ilə  mühafizəkardırlar.  Qadınlar  öz  xürafi 
inanclarından  qolayca  vaz  keçmirlərsə,  ancaq 
həyatda  yüksək  və  nəcib  dəyərlər  olaraq 
adlandırılan  yaşam  ölçülərindən  də  qolayca  vaz 
keçməzlər.  

 
Q
adınlar  üçün  özəl  eyitimdən  yana  olsam  da, 
onların  kişiləri  öykünmələrinə  (təqlid  etmələrinə) 
qarşıyam.  Qadın  bəlli  işlərdə  kişilərlə  yarışa  bilər, 
ancaq  bunu  kişiləri  öykünərək  etməməlidir.  Qadın 
kişinin, özəlliklə öz həyat yoldaşının tamamlayıcısı 
olmalıdır.  

 
Qadın kişinin eşi və yoldaşıdır. Qadına da kişi qədər 
düşünmə  və  mənəviyat  verilmişdir.  Qadınların  da 
kişilər  qədər  azadlıq  haqqına  sahib  olması  gərəkir. 
Kişinin  toplumda  əldə  edə  biləcəyi  hər  türlü 
irəliləyiş  və  uğuru  qadın  da  əldə  edə  bilər.  Bunun 
üçün  uyqun  toplumsal  ortam  oluşmalıdır.  Çox 
çirkin  və  sayqısızca  bir  gələnək  oluşdurulmuş. 
Böylə  ki,  ən  əxlaqsız  və  iradəsiz  kişi  bilə,  özünü 
qadından  üstün  bilməkdədir.  Gerçəklik  isə,  bunun 
tam tərsinədir.  


238 
 

 
Heç şübhəm yoxdur ki, qadınlar zəif cinsə mənsub 
olma  düşcə  və  duyqularını  unudarlarsa,  kişilərdən 
daha etkili biçimdə savaşa qarşı çıxa bilərlər. Bir an 
öz-
özünüzə  bu  şəkildə  düşünün  lütfən:  əsgərlərin, 
generalların  qadınları,  anaları  və  qızları  onların 
savaşa qatılmalarını əngəllərlərsə, nələr olmaz ki? 

 
Verimli fəaliyətləri olan tərki-dünya etmiş məzhəbi 
bir  bacı  sürəkli  yalnız  qalmaq,  evlənməmək 
istəyirdi.  Bu  yolla  vətənə  yararlı  olacağını 
düşünürdü.  Keçənlərdə  özünə  uyqun  bir  eş  bulub 
evləndi.  Evililikdən  sonra  amaclarını  izləyə 
bilməməkdən 
gileylənirdi. 
Evliliyin onun 
fəaliyətlərini  azaltdığını  və  ülkülərinə  zərər 
verdiyini  düşünməkdədir.  Bu  yanlış  xəyaldan 
uzaqlaşması  üçün  yardımçı  olmağa  çalışdım.  Bir 
qızın  vətəninə  xidmət  etməsi  amacı  ilə  evlilikdən 
vaz  keçməsi  özü-özlüyündə  çox  şərəfli  bir 
davran
ışdır.  Ancaq  gerçəklik  budur  ki,  hər  neçə 
milyondan  bir  qız  bu  davranışda  buluna  bilər. 
Evlilik yaşamın doğal yasasıdır. Heç bir amac üçün 
həyatın  bu  ilkəsindən  vaz  keçilməməli  və  heç  bir 
şəkildə  evlilik  çərçivəsindəki  seksual  ilişkilər 
aşağılanmamalıdır. Çünkü aşağılanmış olan hansısa 
bir  davranış  və  ya  istək  yolunda  dürüstcə  və 
doğruca davranmaq mümkün olmaz. Evliliyə qutsal  
and  kimi  baxmaq  bir  ülküyə  dönüşməlidir.  Bu 
durumda  evlilik  ilişkilərində  dözüm  və  səbr  ön 
planda olur. 
Hind  məzhəbində  evlilik  “əşrama”nın 
dörd  ilkələrindən  biridir.  Digər  üç  ilkə  də  əslində 
evlilik üzərində özünü tanımlar. Bu üzdən yuxarıda 
sözü  gedən  rahibə  bacı  və  digər  bu  kimi  xanımlar 
evlilik  haqqında  aşağılayıcı  düşüncədən  vaz 
keçməlidirlər.  Evlilik  iki  ortaq  arasındakı  bağlılıq 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə