Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə68/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   64   65   66   67   68   69   70   71   ...   74

231 
 
(təkamülünün)  ən  sürətli  yolu,  əl  işlərini  elmi 
biçimdə  öyrənməkdir.  Öyrəncilər  özlərini  işçilər 
yerinə  qoyub  çalışmağı  başarsalar,  işsizlik  sorunu 
öz-
özünə çözüləcəkdir.  

 
Məncə,  çocuğa  öyrədilən  bir  çox  bilgilərin  şifahi 
olaraq gerçəkləşməsi daha verimli ola bilər. Ümumi 
bilgiləri  öyrənmədən  öncə,  çocuğu  əlifba 
öyrənməyə  zorlasaq,  onları  həyatlarının  ən  mutlu 
çağında  bilgiləri  şifahi  yolla  öyrənmə  sevincindən 
yoxsun buraxacağıq.  

 
Ədəbiyat  öyrənmək  şəxsi  əxlaq  dəyərlərini  bir 
santım  da  artıra  bilməz.  Şəxsiyət  yetişdirmə, 
şəxsiyətin  olqunlaşması  ədəbi  eyitimlə  ilgili 
deyildir, başqaca bir qonudur.  

 
İlk  oxulun  Hindistanda  parasız  olması  gərəkdiyinə 
inanıram.  Ayrıca,  bu  dönəmdə  çocuğa  bir  peşə  də 
öyrədilməlidir.  Bu  tür  eyitim  çocuğun  ruhi  və 
bədəni  istedadlarının  parlamasına  yardımçı  ola 
bilər.  Eyitim  olayında  iqtisadi  amilə  diqqət  etmək 
lazımdır. İlk gündən çocuğu iqtisadi zehniyətə sahib 
olan  insan  kimi  eyitmək  lazımdır.  Gerçək 
iqtisadiyatın  yüksək  əxlaq  ölçüləri  ilə  heç  bir 
ziddiyəti  yoxdur.  Gerçək  əxlaqi  düzənin  də  doğru 
olan iqtisadiyata ehtiyacı vardır.  

 
Hər  çocuqda  əl,  beyin  və  ruhun  eyni  səviyədə 
gəlişməsindən  yanayam.  Ancaq  indi  əllər  iflic 
durumda və ruhlar baxımsızca, buraxılmışlar.  

 
Çocuqlar həyat gerçəkləri haqda maraqlandıqlarında 
bildiyimiz  nə  varsa,  hamısını  söyləməliyik. 
Bilmədiyimiz  bir  şey  varsa,  öz  bilməzliyimizi 
açıqca etiraf etməliyik. Söylənilməməsi gərəkən bir 
şey  varsa  və  çocuq  o  haqda  soru  sorursa,  çocuq 
üzərində o qədər kontrolumuz olmalıdır ki, o sualı 


232 
 
bir  başqasından  sormaması  yolunda  onu  razı 
salmalıyıq.  Çocuqları  həyatın  gerçəklərindən  uzaq 
tutmamaq  gərəkir.  Çocuqlar  bizim  təsəvvür 
etdiyimizdən  də  daha  çox  bilirlər.  Çocuq  bir  şeyi 
anlamazsa, o qədər sual soruşar ki, onu tam olaraq 
anlamış  olsun.  Çocuqdan  gizlin  saxlamamız 
gərəkən  bir  mövzu  varsa,  bu  qonuda  diqqətli 
olmalıyıq.  Öz  yanlış  işlərimizə  çocuq  tanıq 
olmamalıdır.  Çocuq  bizim  yanlış  işlərimizə  tanıq 
olsa,  onu  bizdən  deyil,  başqa  qaynaqlardan 
öyrənməyə  çalışacaq.  Bu  da  çocuğun  güvənini 
pozan  olaydır.  Bu  üzdən  də  çocuqdan  gizlin 
saxlayacağımız  özəl  işlərimizin  çocuq  tərəfindən 
bilinməməsinə, görülməməsinə çalışmalıyıq.  

 
Ağıllı  ata-ana  çocuqlarının  yanlış  yapmalarına  izn 
verər,  bunu  faciə  kimi  görməzlər.  Çocuq  üçün  ən 
azından bir dəfə barmağını yandırması yararlıdır.  

 
Cinsi  şəhvətimizi  gözümüzü qapamaqla kontrol 
altına ala bilmərik. Mən gənc oğlanların və qızların 
cinsi 
orqanların 
qullanımı 
qonusunda 
eyitilmələrindən  yanayam.  Mən  özüməməxsus 
yöntəmlə eyitimləri mənə tapşırılmış olan çocuqları 
bu  qonuda  bilgiləndirməyə  çalışmışam.  Həm 
qızları, həm də oğlanları. Mənim tərəfdarı olduğum 
cinsi eyitim, cinsi şəhvətə qalib gələrək ona əxlaqi 
özəlliklər  qazandırmaqdır.  Bu eyitim öz-özünə 
heyvan  və  insan  arasındakı  müqayisədə  insanın 
üstün  olduğunu  çocuğa  anlatmalıdır.  Çocuğa 
anlatmaq gərəkir ki, heyvanla insan arasındakı cinsi 
bənzərlik  insanın  heyvan  olduğu  anlamına  gəlməz. 
İnsanda ruh və ürək də var. İnsanın qürur duyacağı 
sahə  heyvanlarla  olan  ortaq  nöqtələr  deyil, 
heyvandan  ayrılan  nöqtələrdir.  Kor  içgüdülərimiz 


233 
 
(instinktlərimiz)  üzərinə  ağlın  və  məntiqin 
hakimiyəti  olmazsa,  insani  özəlliklərimizi  inkar 
edib  heyvan  səviyəsinə  enərik.  Insanda  duyqu  və 
sevgini  hərəkətləndirib  rəhbərlik  edən  ağıldır. 
Ancaq heyvanda ruh hər zaman yatmış durumdadır. 
İnsan  qəlbini  oyatmaq,  əslində  insan  ruhunu 
oyatmaq və insan ağlını oyatmaq da yaxşı-pisi ayırd 
etmək üçün sezgi gücünü oyatmaqdır. Bu gün bütün 
mühitimiz, 
kitablarımız, 
fikirlərimiz, 
davranışlarımız  bütünüylə  sanki  hesablanmış  bir 
biçimdə cinsi fəaliyətləri təhrik etməyə yönəlmişdir. 
Bu  qorxunc  bataqlıqdan  uzaqlaşmaq  asan  iş 
deyildir. 
Ancaq həm özümüzü, həm də gənclərimizi 
bataqlıqdan  qorumağı  başarsaq  da,  başarmasaq  da 
bu, bizim missionumuzdur.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qadınlar 

 
Mən  kəsinliklə  inanıram  ki,  Hindistanın  özgürlüyü 
və qurtuluşu qadınlarının fədakarlığından asılıdır.  


234 
 

 
“Ahimsa”  sonsuz  məhəbbət  deməkdir.  Bu da 
əzablara  qatlaşmaq  üçün  sonsuz  güc  və  dözüm 
deməkdir.  Ancaq  kişinin  də  anası  olan  qadının 
dışında kim bu qədər əzablara dözə bilər? Qadın öz 
balasını  qarnında  doqquz  ay  daşıyıb  onu  öz 
vücudundan  bəsinləməsindən  (qidalandırmasından) 
dolayı  mutludur.  Doğum  ağrıları  ilə  hansı  ağrıları 
qiyaslamaq olar? 
Ancaq qadın yaradıclıqdan aldığı 
ləzzətdən dolayı bütün bu ağrıları unudur. Evladının 
böyüməsi üçün bütün ağrılara köksünü açan, ancaq 
anadır.  Qadın  bütün  bu  məhəbbətini  bəşər 
toplumuna  keçirməyi  başararsa,  qadın,  kişi  üçün, 
yalnızca  şəhvət  qaynağı  olduğunu  unudarsa,  bu 
durumda  qadın  kişinin  anası  və  yaradıcı  səssiz 
öndər kimi toplumsal yaşamda da ləyaqətli məqama 
sahib olacaqdır. Barış ilahəsinə möhtac olan, savaşa 
bələşmiş  bu  dünyaya  barış  sənətini  dərs  vermək 
qadının görəvidir.  

 
Mənim inancıma görə qadın-kişi eşit olduqlarından 
dolayı, onların sorunları da eşitlik anlayışı içində bir 
yerdə ələ alınmalıdır. Qadin və kişidə eyni ruh var. 
Hər  ikisi  də  eyni tür yaşamaq,  eyni  tür  hiss 
etməkdədir.  Biri  digərinin  tamamlayıcısıdır.  Heç 
biri  digərinin  yardımı  olmadan  yaşayamaz.  Ancaq 
nə  olmuşsa,  çox  əski  zamanlardan  kişinin  qadına 
üstünlüyü düşüncəsi ortaya çıxmış. Bu da zamanla 
qadında  aşağılıq  kompleksinin  ortaya  çıxmasına 
nədən  olmuş.  Kişi  öz  yararına  qadına  anlatmış  ki, 
qadın daha aşağı yaradılışdır. Qadın da bunu qəbul 
etmiş.  Ancaq  aydın  dünyagörüşünə  sahib  olan 
kişilər  hər  zaman  qadınlara  eşit  haq  tanımışlar. 
Qadınla kişi arasında bəzi fərqlərin olduğunu kimsə 
dana 
bilməz. Qadın-kişi eşit olsalar da, biçim olaraq 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə