Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə64/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   60   61   62   63   64   65   66   67   ...   74

216 
 

 
Disiplin  və  xoşgörü  ilə  iç-içə  olan  demokratiya 
dünyanın  ən  gözəl  nemətidir.  Ancaq  aymazlıq 
(cəhalət),  xürafat  və  önyarqı  ilə  bir  yerdə  olan 
demokratiya  qarmaşadan  və  qarğaşadan  başqa  bir 
şey  gətirməz. Sonunda  da  demokratiyanın  özünə 
ziyan verər.  

 
Demokratiya  və  aqressivlik  bir-birini  qəbul 
etməzlər. Bu gün demokratik olaraq bilinən ölkələr 
ya  özlərini  diktator  olaraq  duyurmalıdırlar,  ya  da 
gerçəkdən  demokrat  olmaq  istəyirlərsə,  böyük  bir 
cəsarətlə 
qeyri—aqressivlik 
yöntəmini 
seçməlidirlər.  

 
Mənə görə azadlıq və bağımsızlıq üçün lazım olan 
tək  şey  dünya  qarşısında  özümüzü  savunmağı 
b
aşarmaqdır.  Öz  həyatımızı  əksik  yanlarına, 
kötülüklərlə  iç-içə  olmasına  baxmayaraq,  bağımsız 
biçimdə  sürdürməyi  başarmalıyıq.  “Hər  milli  və 
bağımsız hökumət yaxşı olmalıdır” deyə bir qanun 
yoxdur. Milli hök
umətin  yaxşı  olması  uzun  sürəc 
gərəkdirər.  Birdən-birə  olmaz.  Ancaq  sömürgəçi 
hökumət  heç  bir  zaman  yaxşılaşmaz  və  zaman 
keçdikcə də kötüləşər.  

 
Mən  ingilisləri  qınamıram.  Bəlkə  biz  də  say 
baxımından  ingilislər  kimi  az  olsaydıq,  onlar  kimi 
davranardıq.  Terorizm  və  aldatma  güclü  silah 
sayılmazlar.  Çox  zəif  silahdırlar.  Ingilislər  say 
olaraq  zəifdirlər.  Ancaq say olaraq 300 milyon 
olsaq da, ingilislər kimi biz də zəifik. Bu iki zəiflik 
birləşib bir-birini təxrib edir. İngilislərin Hindistana 
yerləşmələrindən  sonra  üstün  əxlaqi  özəlliklərini 
itirdiklərini  təcrübə  və  tarix  göstərməkdədir. 
Hindlilər  də  ingilislərlə  təmasları  nəticəsində  öz 
mərdlik  və  cəsurluq  duyqularını  itirməyə 


217 
 
başlayırlar.  Bu  qarşılıqlı  bir-birini  zəiflətmə  nə  iki 
millətə  yararlıdır,  nə  də  dünyaya.  Biz  hindlilər  öz 
əxlaqi  özəlliklərimizin  təxribini  önlərsək,  ingilislər 
də öz davranışlarına diqqət edərlər. Dünyaya yararlı 
ola  bilməmiz  üçün  öz  evimizi  bir  düzənə 
soxmalıyıq.  

 
Qeyri—
əməkdaşlıq,  əziyətə  qatlaşaraq,  hökümətin 
sevimsiz  işlərinə  qarşı  qeyri—aqressiv  biçimdə 
etiraz  etmək  anlamındadır.  Bu  yöntəmimizdən 
dolayı  uğrayacağımız  hər  türlü  ziyanlara  hazır 
olmalıyıq.  Toru  deyir:  “Zalim  bir  hökümətin 
iqtidarında zəngin olmanın özü də cinayətdir. Böylə 
bir durumda yoxsullu
q özü kəndiliyindən bir ərdəm 
sayılar.”  Əziyətlərə  qatlaşmaq  namussuz  və 
qey
rətsiz yaşamaqdan daha yaxşıdır.  
Pis  adamların  öz  pisliklərini  anlayacaqları  zamanı 
durub  gözləməməliyik.  Çətinliklərdən  qorxaraq 
zalimlərin zülmünə şərik olmamalıyıq. Zalimlərə ən 
azından  dəstək  verməyərək  kötülüklərlə  savaşımızı 
sürdürməliyik. Bir ata öz evində zalimcə davranırsa, 
evladların  görəvi  evi  tərk  etməkdir.  Bir oxulu 
müdür  əxlaqa  zidd  olan  qurallarla  yönətirsə, 
öyrəncilərin  görəvi  oxulu  tərk  etməkdir.  Şəhər 
bələdiyə başqanı dürüst deyilsə, bələdiyə üzvləri öz 
istefaları ilə etirazlarını bildirməlidirlər. Bu biçimdə 
bir  dövlət  də  ədalətsiz  davranır  və  zülmə  arac 
olursa,  hər  kəs  öz  ölçüsündə  onunla  işbirliyi 
yapmaqdan  imtina  etməsi  gərəkir.  Təsəvvür  edilən 
bu  durumların  hər  birində  cismi  əziyətlər  də  söz 
qonusudur. 
Bu  əziyətlərə  qatlaşmadan  özgürlüyə 
ulaşmaq mümkün olmayacaq.  

 
ümumi  və  barışcıl  itaətsizlik  öz  içində  aqressivlik 
barındırmayan qiyamdır. Bu biçim etirazda bulunub 


218 
 
dirənən  adam  böyük  bir  sadəliklə  dövlətin  gücünü 
saymazca davranır. Böylə bir adam dövlətin heç bir 
yasasını  rəsmiyətə  tanımayan devrimcidir.  Örnəyin 
vergi verməkdən imtina edə bilər. Dövlətin gücünü 
gündəlik  həyatında  görməzlikdən  gələ  bilər. 
Yasaqlara  aldırış  etməyərək,  əsgərlərlə  danışmaq 
üçün saxlulara
*
 
girə bilər. Bütün bu işlərində heç bir 
zaman aqressiv davranmaz. Ona q
arşı zor qullanılsa 
da,  o,  yenə  də  aqressiv  davranmaz.  Əslində  o,  bu 
davranışları  ilə  özünə  qarşı  aqressiv  davranışı  və 
tutuqlanmasını  təşviq  etməkdədir.  Şəxsi  və  milli 
azadlığı  sınırlandığında  bu  şəkildə  dirənmək 
zorunda qalacaq. 
Dövlət  sırf  onun  fərdi  azadlığını 
təmin etməklə bu adam qeyri—aqressiv savaşından 
vaz  keçə  bilməz.  Vaz  keçsə  qeyri—aqressiv  savaş 
ilkələrinin  əxlaq  anlayışından  vaz  keçmiş  olur. 
Çünkü  o,  yalnız  özü  üçün  yaşayan  bir  adam 
deyildir. 
Toplumda  baş  alıb  gedən  haqsızlığa  bu 
adam göz yumu
b, yalnız öz fərdi yazqısını düşünə 
bilməz. O, heç bir saldırqan davranışda bulunmadan 
dövləti  onu  tutuqlamağa  zorlayır.  Tutuqlanması  ilə 
ideallarını  topluma  çatdıra  bilər.  Bu  şəkildə 
zorakılığı öz yöntəmi olaraq bəlirləmiş olan dövləti 
heç bir zor qullanm
adan  cəzalandırmaq 
mümkündür.  Kötü 
dövləti  cəzalandırmaq  üçün 
toplumu bu yolla 
səfərbər  etmək  olur.  Çünkü 
qeyri—aqressiv davranaraq öz 
tutuqlanmasını 
sağlamış olan adam toplumdakı qorxu kabusunu da 
ortadan  qaldırar,  toplumu  cəsarətləndirər.  Tarixdə 
böyük ö
yrətmənlər  və  islahatçı  şəxslər  bu  şəkildə 
davranmışlar.  Toplumun  böyük  bir  qismi  o  günə 
qədər tabe olduqları dövlətin yasalarına uymamağa 
                                                 
*
 saxlu—qarnizon 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə