210
hansı biçimdə olursa olsun, zorakılıq və aqressivliyi
bir yana burax
ıb
mücadiləmizdən
uzaqlaşdırmalıyıq. Biz qeyri—əməkdaşlıq mübarizə
biçiminə inan bireylər azlıqda ola bilərik. Bu azlıq
başqalarını bu biçim mücadiləyə inandırmaq üçün
ölə və ya öldürülə də bilərlər. Böylə olursa, yüksək
düzeydə öz inancımızı savunmuş və inancımız
yolunda doğru örnək göstərmiş oluruq. Kimsəni
zorla öz bayrağımızın altına gətirirsək, öz
inancımızı və Tanrını danmış oluruq. Zahirən qısa
sürəliyinə uğur qazanmış kimi görünsək də, bu
zahiri zəfər qorxu və basqının ən kötü variantından
başqa bir şey olmayacaq.
•
Demokrat olaraq dünyaya gəldiyini savunan adam
şəxsi disiplinlə doğulmalıdır. Özünü
demokrasinin
bu sınağı ilə denəməsi daha yaxşı olar. Ayrıca, bir
demokrat özünü bəyənmişlikdən və məncillikdən
uzaq olmalıdır. Demokrat bir kişi şəxsi və qrup
mənafeyini üstün tutmamalıdır. Yalnız toplumsal
məsləhətlərə və demokrasinin amaclarına önəm
verməlidir. Bu durumda ümumi barışcıl itaətsizlik
mücadiləsinə qatıla bilər. Kimsənin öz inancından
vaz keçməsini heç bir zaman istəmərəm. Görüş
ayrılığı şərəfli olursa, bizim amacımıza zərər
verməz. Ancaq gizlin anlaşmalar və fürsəttələblik
bizim amacımıza kəsinliklə ziyan verər. Müxalifət
yapmaq istəyirsinizsə, diqqət etməlisiniz ki,
görüşləriniz partiyanızın və ya şəxsi iddialarınızı
deyil,
sizin gerçək iç təmayüllərinizi yansıtsın. Mən
fərdi azadlığa çox sayqılıyam. Ancaq insanın
toplumsal bir varlıq olduğu unudulmamalıdır. Fərdi
təmayüllərini toplumsal istəklərlə uyumlu biçimdə
gəlişdirə bilmək insana özgü bir durumdur. Sonsuz