Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə63/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   59   60   61   62   63   64   65   66   ...   74

212 
 
Tanrının  və  başqalarının  mərhəmətinə  ehtiyacım 
var. 
Insanların  davranışları  ilə  ilgili  sərt  yarqıda 
bulunma
qdan 
uzaq 
durmağı 
öyrənmişəm. 
Gördüyüm əksiklikləri çox yavaş və böyük sayqı ilə 
dilə gətirərəm.  

 
Mənim  təslim  olmaz  təbiətimin  olduğunu 
düşünərlər. 
Çoğunluğun 
qərarlarını 
qəbul 
etmədiyimi  və  diktator  olduğumu  söyləyirlər. 
Ancaq öz haqqımda diktatorluq ittihamını kəsinliklə 
qəbul  edə  bilmərəm.  Başqalarının  azadlıq  və 
istiqlalına  sayqı  duyduğumdan  dolayı  fəxr  edirəm. 
Kimsəni  məntiqlə  yoldaşım  edə  bilməzsəm,  onu 
zorla  bu  yola  çəkməyi  ağlımdan  keçirməmişəm. 
Azad  təbiətliliyim  o  dərəcədədir  ki,  əski  Hind 
məzhəblərinin  yasaları  olan  “şastra”lar  bilə,  məni 
ağıl  və  məntiq  planında  razı  salmasalar,  onları  da 
qəbul  etmərəm.  Təcrübələrim  göstərmişdir  ki, 
toplumda yaşayıb öz bağımsızlığımı qoruya bilməm 
üçün  birinci  dərəcəli  önəmli  olan  qonularda 
fikirlərimi  qəti  və  kəsin  biçimdə  söyləməkdən 
imtina etməliyəm. Bu qonularda özümü sınırlamağı 
başarmalıyam.  Şəxsi  məzhəbimin  və  şəxsi  əxlaq 
anlayışımın dışında hər qonuda çoxluğun görüşünə 
təslim olamaqdan yanayam.  

 
“Ən  çox  mənfəət,  ən  çox  insanlar  üçün” 
nəzəriyəsini  qəbul  etmirəm.  Bu  o  deməkdir  ki,  51 
faizın  mənfəəti  üçün  49  faizi  fəda  etmək  olar.  Bu, 
ço
x  qəddarca  bir  nəzəriyədir  və  bəşəriyətə  çox 
zərərlər  vermişdir.  Daha  insancıl  nəzəriyə  odur  ki, 
çoxluğun  mənfəəti  göz  önündə  bulundurulsun, 
ancaq  bu,  çoxluğun  fədakarlığı  və  özünü  fəda 
etməsi ilə gerçəkləşsin.  


213 
 

 
Əhalinin  çoxluğu  yasasının  təsiri  altına  düşmək 
istəmir  və  ölkəmizin  gəlişməsini  istəyiriksə,  xalq 
kütləsinə  öndərlik  iddiasında  bulunanlar  diqqətli 
olmalıdırla  ki,  kütlənin  öndərliyinin  təsiri  altına 
girməsinlər.  Önəmli  həyati  qonularla  ilgili  xalqın 
münasibətini bilmək yaxşıdır, ancaq yetərli deyildir. 
Çoxluğun  görüşü  ağıl  və  məntiqlə  uyqun  deyilsə, 
öndərlər  xalqın  görüşünün  tərsinə  davranmağı 
başarmalıdırlar.  

 
Çevrəsini  dəyikiş  görüşlərin  sardığı  bir  öndər  öz 
vicdanının  səsini  dinləməyib,  çevrəsinin  etkisində 
qalarlsa,  yanlış  yapacaq  və  əməlləri  verimsiz, 
yararsız  olacaq.  Öndər  olan  kişi  onu  möhkəm  və 
sarsılmaz  edəcək  bir  səs  öz  içindən  duymursa, 
yönünü  itirmiş  bir  gəmi  kimi  haraya  gedəcəyini 
bilməz, Onun-bunun təlqinləri altında qalar.  

 
Insanın  alışqanlıqları  ilə  yaşadığını  qəbul  edirəm. 
Ancaq ins
an  öz  iradəsini  qullanaraq  yaşarsa,  daha 
verimli olar. 
Sömürünü  ən  aşağı  düzeyə  endirəcək 
qədər  insan  öz  iradəsini  gücləndirə  bilər.  Dövlətin 
qüdrətinin  artmasını  qorxu  ilə  qarşılayıram.  Çünkü 
bu  qüdrət  sömürünü  ən  aşağı  düzeyə  gətirməsi 
baxımından  verimli  olsa da, ancaq  hər  türlü 
gəlişməyə  qaynaq  olan  bireysəl  özəllikləri  də 
ortadan qaldıra bilər. Bu yolla da bəşər toplumuna 
ən  böyük  zərər  verə  bilər.  Bir çox durumlarda 
insanların  öz  haqlarını  başqalarına  verdiyinə  tanıq 
olmuşuq.  Başqalarının  hesabına  öz  haqqından  vaz 
keç
ənlər  olmuşdur.  Ancaq  sırf  yoxsullar  üçün 
yaradılmış  olan  dövlət  örnəyinə  tarixdə  rast 
gəlməməkdəyik.  

 
Dövlət  mərkəzləşmiş  və  örgütlənmiş  aqressivlik 
örnəyidir.  Fərdin  ruhu  var.  Dövlət  ruhsuz  bir 


214 
 
makina  olduğu  üçün  aqressiv  davranmaq 
zorund
adır.  Çünkü  dövlətin  quruluş  səbəbi 
saldırqanlıqdır.  

 
Mənim  sarsılmaz  inancım  böylədir  ki,  dövlət 
saldırqanlıq  yolu  ilə  sərmayədarlığı  ortadan 
qaldırmaq  istərsə,  özü  öz  saldırqanlığının  əsiri 
olacaq  və  saldırqansızlığı,  qeyri—aqressivliyi 
yayqınlaşdıra bilməyəcək.  

 
Özərklik,  hökumət  kontrolundan  azad  olmaq  üçün 
sürəkli  çabalayışdır.  Bu  hökumət  istər  milli  olsun, 
istər  yabancı.  Xalqın  bağımsız  bir  hökumətdən 
onların  bütün  ehtiyaclarını  gedərmək  kimi, 
bəkləntisi  varsa,  bu  tür  hökumət  çox  cansıxıcı  ola 
bilər.  

 
Azad  kişilər  və  qadınlar  kimi,  yaşamağı 
başarmazsaq, ölümümüzdən məmnun olmalıyıq.  

 
Çoxluğun  hökuməti  əməldə  dargörüşlülüyə 
sürüklənir.  Şəxs  cüzi  işlərdə  də  çoxluğun  nəzərinə 
tabe  olmalıdır.  Çoxluğun  qərarı  necə  olursa  olsun, 
tabeetmə  bir  tür  kölələşdirmədir.  Demokratiya 
insanların  qoyun  sürüsü  kimi  davranmaları 
anlamında  deyildir.  Demokratiyada  bireylərə  inanc 
və davranış özgürlüyü tanınmalıdır.  

 
Vicdan və inac işlərində çoxluğun yasası keçərli ola 
bilməz.  

 
Mənim  inancım  böylədir  ki,  insanlar  öz  zəiflikləri 
üzündən azadlıqlarını itirirlər.  

 
Bizim ingilislərlə əməkdaşlığımız ingilis silahından 
daha çox əsarətdə qalmağımıza yardım edir.  

 
Ən diktaor hökumətlər bilə, xalqın razılığı olmazsa, 
iş  başında  qala  bilməz.  Dikatorlar  genəldə  zorla 
xalqın  oyunu  alırlar.  Ancaq xalq diktator 


215 
 
hök
umətlərdən  qorxmazsa,  diktatorluq  da  ortadan 
qalxmış olur.  

 
Xalqın  çoxu  qarmaşıq  hökumət  makinasından  bir 
şey  anlamazlar.  İnsanlar  öz  laqeydlikləri  və 
səssizlikləri  ilə  dikatorluğun  yaşamasına  yardımçı 
olduqlarının  bilincində  olmazlar.  Bu  üzdən  də 
dövlətin  davranışları  ilə  ilgili  hər  fərd  kəndi 
ölçüsündə  sorumludur.  Hökumətin  işləri  dözümlü 
olduğu müddətcə, fərdlərin himayəsindən bərxurdar 
olması  çox  doğaldır.  Hökumətin  yöntəmi  topluma 
və  fərdə  zərər  verdiyində  hər  kəsin  öz  himayəsini 
dövlətdən əsirgəməsi gərəkir.  

 
Çoxulcu  sistemdə  gündəlik  önəmsiz  qonularda da 
fərdin  yanlış  yasalara  tabe  olması  bir  gerçəklikdir. 
Ancaq bu, 
önəmli həyati qonulara etkili olmadıqca, 
məqbul  sayıla  bilər.  Hər  ulusun  və  hər  bireyin 
haqsızlıq qarşısında başqaldırıda bulunmağa, qiyam 
etməyə haqqı var.  

 
Böyük  güclərin  qarşısında  diz  çökməkdən  vaz 
böyük 
qəhrəmanlıqdır.  Bu  yöntəm  böyük  ruh 
yüksəkliyi gərəkdirər. İnsan, ancaq öz ruhunun və iç 
səssinin  çağrılarına  uyaraq  bu  davranışda  buluna 
bilər.  Əldə  edəcəyimiz  daxili  və  xarici  azadlıq 
içimizdə  gəlişdirdiyimiz  ruhumuzla  uyum  içində 
olacaq.  Ruhumuza  görə  azadlığımızın  daxili  və 
xarici  sınırı  bəlirlənəcək.  Bu  görüş  doğru  isə,  o 
zaman  bizim  əsas  gücümüz  öz  ruhumuzu  islah 
etməyə, eyitməyə adanmalıdır.  

 
Gerçək demokrat o adamdır ki, qeyri—aqressivliklə 
uyum içində olan araclarla öz azadlığını, yurdunun 
azadlığını  və  sonunda  bəşərin  azadlığını  savunma 
düşüncəsini öz nəfsində gəlişdirmişdir.  


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə