245
•
Gələcək haqqında bir şey söyləyə bilmərəm. Günün
sorunları ilə uğraşmağı tərcih edirəm. Bir an sonranı
öz kontrolumda tutma gücünü Tanrı mənə
verməmişdir.
•
Məni sadəlövh, boş işlərlə uğraşan və axmaq
adlandırmışlar. Yəqin ki, bu ləqəblərə uyqunam.
Çünkü hara getsəm, yalnız özüm kimi adamları
cəzb edə bilirəm.
•
Mənim böyüklüyümün ətrafımdakı səssiz və inanclı
kişilərdən və qadınlardan asılı olduğunu dünya
bilməməkdədir.
•
Özümü xəstəhal adam kimi tanıyıram. Ən sadə
mövzuları anlaya bilmək üçün başqalarından daha
çox zaman sərf edirəm. Ancaq
bunu özüm üçün
sorun olaraq görmürəm. İnsanın zehni gəlişməsinin
bi
r həddi var. Yalnız insan könlünün nəcib
xasiyətlərinin gəlişməsinə sınır qoyula bilməz.
•
Həyatımda düşüncə gücünün ikinci dərəcədə etkisi
olduğu doğrudur. Mən etkiləyici biri deyiləm.
“Tanrı iman əhlinə ehtiyacları qədər zehni imkan
verər” deyimi mənim üçün keçərlidir. Hər zaman
yaşlı, ağıllı—imanlı kişilərə inanmışam. Ən gerçək
və dərin inancım isə, həqiqətə olmuşdur. Mənim
yolum nə qədər zahirən çətin görünsə də, özüm
üçün asan olmuşdur.
•
Bəzən mənə xitabən edilən nitqlərdə uyqunsuz
sifətlərlə məni anımsayırlar. Bu, məni üzür. Bu kimi
sifətlərlə məni tanımlamaq nə söyləyənlər üçün
uyqundur, nə də mənim üçün. Onlar gərəksiz yerə
və bilməyərəkdən məni aşağılayırlar. Mən də bu
sifətlərə layiq olmadığımı etiraf etmək zorunda
qalıram. Ayrıca, bəzi sahələrdə bu sifətlər doğru
olsa bilə, onları dilə gətirmənin bir anlamı yox.