Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə67/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   63   64   65   66   67   68   69   70   ...   74

227 
 
ayrıntılı biçimdə öyrənəcək olsaydım, vətənimə 
xidmət  etmə  olanaqlarım  bir  o  qədər  də 
artacaqdı.  Yazdıqlarımdan  ingilis  dilində 
mövcud olan zəngin ədəbiyatı aşağılamaq kimi, 
bir  sonuc  çıxarılmamalıdır.  “Nəcis”ləri 
savunmaq 
üçün  yayımladığım  “Həricən” 
qəzetinin  sütunları  mənim  ingilizcəyə  olan 
sayqımın  göstərgəsidir.  Ancaq  Hindistanı 
qurtarmaq üçün ingili
s  dilindəki  zəngin 
ədəbiyatın  necə  təsiri  ola  bilər?  İngiltərənin 
ılımlı havasının Hindistana təsiri olmadığı kimi. 
İqlim  özəlliyi  açısından  İngiltərənin  gerisində 
qalsa da, 
Hindistan öz iqlimində öz ədəbiyatı ilə 
parlamalıdır. Biz və evladlarımız öz mirasımızı 
dirildib  qurmalıyıq.  Başqa  bir  mədəniyəti 
öykünsək  (təqlid  etsək),  öz  mədəni  mirasımızı 
daha da yoxsu
l  duruma  soxacağıq.  Biz idxal 
edilən bəsin (qida) malları ilə böyüyə bilmərik. 
Mən  istəyirəm  ki,  Hindistan  öz  ana  dilləri
*
 
aracılığı illə ingilis və digər dillərdə olan zəngin 
ədəbiyatla ilişkiyə girsin. Taqorun əsərlərindəki 
gözəllikləri görmək üçün bənqalcanı öyrənməm 
şərt deyil. Mən yaxşıca tərcümə yolu ilə onları 
oxuyuram.  Tolstoyu oxumaq üçün qocerat 
gənclərinin  rus  dilini  öyrənmələri  gərəkməz. 
Rus  ədəbiyatını  trcümə  yoluyla  oxuya  bilərlər. 
İngilislərin dünyada böyük bir üstünlükləri var. 
Dünyanın  ən  yaxşı  ədəbiyatını  harda olursa 
olsun,  yayımından  bir  həftə  sonra  sadə  ingilis 
dilinə  tərcümə  edirlər.  Şekspirin  və  Miltonun 
əsərlərini  oxuya  bilməm  üçün  ingilis  dilini 
öyrənməm  nəyə  lazımdır?  Öyrəncilərdən  bir 
                                                 
*
 
Hindistan 17 rəsmi dil var. G.G 


228 
 
qismini  bu  amac  üçün  eyitmək  çox  yaxşı  olar. 
Onlar  dünyanın  müxtəlif  yerlərində  dəyişik 
dillərdə  yayımlanmış  ədəbi  və  fəlsəfi  əsərləri 
Hind  dillərinə  tərcümə  edə  bilərlər.  İngiltərə 
önümüzə yanlış bir yol qoymuş və biz də yanlışı 
doğru təsəvvür etməyə alışmışıq.  
Universitetlər  öz  xərclərini  özləri  təmin 
etməlidir.  Dövlət,  yalnız  özünə  lazım  olan 
kadrların eyitiminə dəstək olmalıdır. Digər bilim 
sahələrinin  gəlişməsi  üçün  dövlət  özəl 
müəssisələri  təşviq  etməlidir.  Eyitim dilini 
zaman  itirmədən  dəyişdirmək  gərəkir.  İngilis 
dilinin  yerinə  yerəl  dilləri  canlandırmaq 
lazımdır.  Mən  orta  oxul  və  universitetdə  təhsil 
almağa  qarşı  deyiləm.  Ancaq  ölkəmizdə  olan 
eyitim sistemi
nə  qarşıyam,  qəbul  etmirəm. 
Eyi
tim  sistemi  Hind  dillərini  tarixdən  silməyə, 
ingilis  dilini  onların  yerinə  oturtmağa 
çalışmaqdadır. 
Mənim 
planlarıma 
görə 
ölk
əmizdə 
daha 
yaxşı 
kitabxanalar, 
laboratuvarlar 
və 
araşdırma 
mərkəzləri 
olmalıdır.  Hindistana  xidmət  etmək  üçün 
dəyişik  bilim  dallarında  uzmanlara  ehtiyacımız 
var. 
Bu  uzmanlar  kəsinliklə  yabancı  dildə 
danışmamalıdırlar.  Xalqın  dilində  danışmalı  və 
qazandıqları  bilim  sərmayəsini  bu  yolla  öz 
xalqları  ilə  paylaşmalıdırlar.  Böylə  olduğunda 
başqalarını  təqlid  etmək  yerinə  gerçək 
yaradıcılıq  ölkəmizdə  başlar.  Sonuc  gəlirin  də 
eşitcə dağıtımı yapıla bilər.  

 
Hind  kültürü  bizim  dönəmimizdə  oluşum  sürəci 
içindədir. Hindistanın yeni aydınları bu gün yayqın 
olan  dəyişik  mədəniyətlər  türündən  uyqun  və  yeni 


229 
 
bir  tərkib  oluşdurmağa  çalışırlar.  Dünyadan  təcrid 
olmuş, qapısını başqa mədəniyətlərə qapamış qapalı 
mədəniyətlər uzun zaman ayaqda qala bilməzlər. Bu 
gün Hindistanda 
arınmış  Hind  mədəniyətinin 
varlığından danışmaq doğru olmaz. Gələcək, bizim 
çalışmalarımızı 
dəyərləndirəcək. 
Gələcək 
göstərəcək  ki,  biz  Hindistan  və  bəşəriyət  üçün 
yararlı olmuşuq, yoxsa yox.  

 
 
Evimin  ətrafına  bir  divar  hörüb  pəncərələrini 
görünməz  etmək  istəmirəm.  Bütün  ölkələrin 
kültürlərindən evimin içinə küləklər əssin istəyirəm. 
Ancaq ən sərt küləyin bilə, məni yerimdən tərpədə 
bilməsini istəməzəm. Yurdumun ədəbi zövqə sahib 
olan  qadınlarının  və  kişilərinin  ingiliscəni  və  ya 
başqa  dilləri  yaxşıca  bilmələrini  arzu  edirəm. 
Onlardan bəkləntim budur ki, öz bilgi birikimlərini 
ölkəmizlə  və  dünyayla  paylaşsınlar.  Ancaq  bir  tək 
hindistanlının  bilə,  öz  ana  dilini  unutmasını 
istəmirəm. Heç bir hind öz ana dili ilə ilgili aşağılıq 
kompleksi için
ə  girməməli  və  ana  dilinin  bilgi  və 
bilim dili ol
a bilməyəcəyini sanmamalıdır. Məzhəb, 
qapıları sərtcə qapanmış zindan deyildir.  

 
Musiqi  vəzn  və  nəzm  anlamındadır.  Musiqinin 
etkisi  elektrik  təsirinə  bənzər,  dərhal  etkilər  və 
içgüvən oluşdurar. Ancaq nə yazıq ki, musiqi də bir 
qrup brəhmənlərin kontrolunda olan Şastraha
*
 kimi 
imtiyazlı  bir  qrupun  nəzarəti  altındadır.  Sözün 
modern 
anlamında 
Hind 
musiqisi 
ulusallaşmamışdır.  Musiqi  oxullarında  nüfuzum 
olsaydı, ulusal mahnıların xor şəklində oxunmasını 
zorunlu  edərdim.  Bu amac doğrultusunda  böyük 
                                                 
*
 
Brəhmənlərin kontrolunda olan Hind məzhəbinin qanunları.  


230 
 
musiqiçilərdən  hər  konqrə  və  konfransda  musiqi 
eyitimi vermələrini istərdim.  

 
Bəzi  pedaqoqlar  geniş  tarixi  təcrübələrdən  yola 
çıxaraq, musiqinin ilk oxullarda dərslik kimi tədris 
edilməsindən yanadırlar. Bu görüşə bütün qəlbimlə 
qatılıram. Əlimizin işə yatqınlaşması üçün eyitimin 
qaçınılmaz  olduğu  kimi,  səsimiz  də  bu biçim 
eyitilməli  və  yatqınlaşmalıdır.  Bədən  eyitimi,  əl 
işləri,  rəssamlıq  və  musiqi  oxullarda  dərslik  halına 
gəlməlidirlər. 
Çocuqların 
bu 
doğrultuda 
yetənəklərinin üzə çıxmasına yardım edilməlidir.  

 
Gözlər,  qulaqlar  və  dil  əldən  də  önəmlidirlər. 
Oxuma, 
yazmadan  öncə  və  rəsim  çizmə  hərflərin 
yazılışından  daha  öncə  öyrədilməlidir.  Bu  doğal 
yöntəm  izlənirsə,  çocuğun  gəlimşə  sürəti 
yüksələcəkdir. Çocuğun həm hərfləri və həm başqa 
şeyləri öyrənməsi güclənəcəkdir.  

 
Ç
evrəmə  bir  divar  hörüb  başqalarından  ayrılmaq 
istədiyim 
sanılmamalıdır. 
Ancaq böyük 
alçaqkönüllülüklə 
bu 
görüşümü 
açıqlamaq 
istəyirəm.  Öz  kimliyimizi  və  kültürümüzü  yaxşı 
tanıyıb  və  gəlişməsində  fəal  olduğumuz  zaman 
başqalarının kültürü alqışlana bilər. Başqa kültürləri 
heç  bir  biçimdə  ulusal  kültürdən  üstün  bilməmək 
gərəkir. Başqa kültürləri danmağı və ya aşağılamağı 
mənim məzhəbim yasaqlamaqdadır. Ayrıca, mənim 
inancım öz kimliyimi və kültürümü yaxşıca tanıyıb 
özəl  və  toplumsal  yaşamımda  onu  uyqulamamı 
istəməkdədir.  Bunun  tərsi  olursa,  öz  milli 
kimliyimin  ehtiyacları  açısından  mən  bir  türlü 
intihar etmiş olurum.  

 
Bilim  və  bilginin,  yalnızca  kitab  oxumaqla  əldə 
ediləcəyi yanlış bir təsəvvürdür. Düşüncə evrilişinin 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə