Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə70/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   66   67   68   69   70   71   72   73   74

239 
 
və birlikdəliyi onaylar (təsdiqlər). Bu haqqı iki kişi 
arasında təkəlləşdirər. Hər iki tərəf böylə bağlılıq və 
birlikdəliyə  istəkli  olduğunda  evlilik  gerçəkləşər. 
Evlilik  bir  tərəfin  qarşı  tərəfə  tabe  olmasını 
gərəkdirməz.  Bəzən  tərəflərdən  biri  əxlaqi 
b
axımdan  bu  bağlılıq  yasalarına  bağlı  qalmaya 
bilər.  Böylə  bir  durumda  boşanma  bir  çözüm  isə, 
mən  boşanmadan  yana  tutum  sərgilərəm.  əxlaqi 
yasaları  pozmaqdansa,  boşanmaq  daha  əxlaqi  və 
şərəflidir.  Çünkü  evlilik  ilişkilərində  mən  əxlaqi 
ilkələri hər şeydən üstün bilirəm.  

 
Nə  yazıq  ki,  analıq  görəvləri  qızlarımıza 
öyrədilməməkdədir. Evlilik məzhəbi görəv isə, ana 
olmaq da öylə bir görəv olmalı. Ideal bir ana olmaq 
asan deyildir. Çocuq eyitimi böyük sorumluluq 
duyqusu  gərəkdirməkdədir.  Qadın  gəbə  qaldığı 
andan 
doğum  anına  qədər  analıq  sorumluluğu  və 
görəvləri  haqda  bilgilənməlidir.  Ölkəyə  sağlıqlı  və 
əxlaqlı çocuqlar vermiş olan anlar ən böyük xidmət 
etməkdədirlər.  Bu  çocuqlar  böyüdüklərində 
ölkələrinə  xidmətdə  bulunacaqlar.  Gerçək  olan 
budur ki, 
xidmət etmə ruhunu daşıyan adam bütün 
durumlarda  yararlı  biri  olma  olanaqlarını  kəşf 
edəcək. Yanlış və zərərli yöntəmlərə yönəlməməyə 
çalışar.  

 
Əski  Hind  yasalarında  qadınların  mülkiyət  haqları 
yox idi. 
Qadın,  yalnız  üzərində  daşıya  biləcək 
əşyalara  sahib  olurdu.  “Bəzi  kişilər  yeni  Hind 
yasalarına  görə  evlənmişlər.  Ancaq  qadının 
mülkiyət  sahibi  olmasına  qarşıdırlar.  Deyirlər  ki, 
qadının iqtisadi istiqlalı onun əxlaqının pozulmasına 
gətirib  çıxaracaq,  ailə  həyatını  pərişan  edəcək.  Siz 
bu haqda nə düşünürsünüz?” deyə məndən sorurlar. 


240 
 
Bu  soruya  cavab  vermək  üçün  öncə  bu  sualı 
sormalıyam:  kişilərin  iqtisadi  istiqlalı  onların 
əxlaqlarının  pozulmasına,  ailə  yaşamının  pərişan 
olmasına  səbəb  olurmu?  Bu  sualın  cavabı  olumlu 
isə,  o  zaman  buraxın  qadınlar  da  öylə  olsun. 
Qadınların  eşit  haqları  olursa,  onların  özgürlük  və 
sorumluluq    anlayışları  da  dəyişəcək.  Bu 
sorumlu
luq 
duyqusu 
onların 
əxlaqsızlığa 
sürüklənməsinə  əngəl  olur.  Qadın  və  ya  kişi 
yoxsulluq  üzündən  əxlaqsızlıq  etmirsə,  bu  əxlaqın 
heç  bir  dəyəri  yoxdur.    Gerçək  əxlaq  insanın 
könlünün təmizliyindən qaynaqlanmalıdır.  

 
Gənc bir adam mənə məktub göndərmiş. Məktubun 
ö
zəti böylədir: 
“Evli  biriyəm.  Bir  sürə  öncə  yabancı  bir  ölkəyə 
səfər  etdim.  Həm  özüm,  həm  də  ata-anamın 
güvəndiyi bir dostum var idi. Mən olmadığım sürə 
içində  bu  dostum  qadınımı  aldadıb  onunla  cinsi 
ilişkiyə  girmişdir.  İndi  qadınım  bu  adamdan  gəbə 
qalmış.  Atam  israrla  çocuğu  düşürməmizi  istəyir. 
Atam  deyir  ki,  böylə  etməzsəniz,  bütün  ailə  Tanrı 
qəzəbinə  tuş  olacaq.  Ancaq  düşünürəm  ki,  bəlkə 
böylə  davranmaq  doğru  olmaya  bilər.  Yazıq  qadın 
indi  çox  pərişan  və  peşman  durumda.  Heç  bir  şey 
yeyib-
içməməkdə. Sürəkli ağlamaqdadır. Lütfən bu 
qonuda  mənə  yardımçı  olun.  Sizcə,  mən  nə 
etməliyəm?” 
Mən  bu  məktubu  ciddi  tərəddüdlə  anlatdım.  Hər 
kəsin bildiyi kimi, bu tür olaylar toplum içində ola 
bilər.  Bu  üzdən  bu  haqda  genəl  fikir  alış-verişində 
bulunmaq kötü olmaz deyə düşünürəm.  
Məncə,  çocuğu  düşürmək  cinayətdir.  Bir  çox  ərlər 
bu kimi xətalara sürüklənə bilərlər. Bu yazıq qadın 


241 
 
da böylə xətaya yol vermişdir. Ancaq kimsə, kişiləri 
bu  xətaları  üzündən  sorqulamaz.  Yalnız  qadınlar 
sorqulanırlar.    Toplum  törələri  kişiləri  bu  xətaları 
üzündən ələşdirməz, həm də savunar. Ayrıca, qadın 
bu  xətasını  ört-bas  da  edə  bilmir.  Çünkü  qadın 
hamilə  qalır.  Ancaq  kişi  öz  suçunu  gizlin  saxlaya 
bilir. 
Burada  sözügedən  qadın  bağışlanmağa 
layiqdir. 
Bu  ərin  qutsal  görəvi  atasını 
dinləməməkdir.  Qadının  doğum  yapmasını 
bəkləməlidir.  Çocuq  dünyaya  gəldikdən  sonra  onu 
öz  evladı  kimi,  tərbiyə  etməlidir.  Ancaq  qadını  ilə 
ortaq  yaşamına  davam  edib-etməməsi  qonusunda 
bir söz söyləyə bilmərəm. Bu, çox həssas qonudur. 
Durum  və  bulunduqları  kollektiv  ortam 
ayrılmalarını  icab  edə  bilər.  Böylə  olursa,  adam 
qadınının  yaşamını  həyat  quracağı  anadək  təmin 
etməlidir.  Təmin  etməlidir  ki,  ehtiyac  qadını  kötü 
yollara  sürükləməsin.  Qadının  şərəfli  yaşaya 
bilməsinə  yardımçı  olmalıdır.  Ayrıca,  bu  qadının 
peşmanlığı  və  tövbəsi  içdən  isə,  onu  bağışlayıb 
ortaq  yaşamlarını  sürdürə  də  bilərlər.  Qadının 
peşmanlığı  səmimi  isə,  ortaq  yaşamlarını  sürdürə 
bilmələrində  heç  bir  saqınca  görmürəm.  Hətta 
düşünürəm  ki,  şərəfli  bir  kişinin  qutsal  görəvi 
günahlarının  cəzasını  çəkmiş  zavallı  bir  qadına 
sahib çıxıb, onu evinə geri gətirməkdir.  

 
Olumsuz  dirənişi  zəiflərin  silahı  kimi  sanırlar. 
Mənim  yeni  adlandırdığım  dirəniş  türü  ən  güclü 
adamlara x
as  olan  silahdır.  Anlatmaq  istədiklərimi 
anlada  bilməm  üçün  yeni  bir  qavram  gəlişdirməli 
idim.  Bu yeni qavram “satyaqraha
”dır.  Yəni 
həqiqətdən  əsla  ayrılmayan  savaş  türü.  Bu yeni 
qavramın  gözəlliyi  ondadır  ki,  bu  silah  ən  güclü 


242 
 
adamlara  özgü  olmaqla  yanaşı  cismən  zəif  olanlar 
və  yaşlılar  üçün  də  keçərlidir.  Yetər  ki,  böyük 
ürəkləri olsun. Satyaqraha həm də ağrıları içə almaq 
anlamı  daşıdığı  üçün,  özəlliklə  qadınların  qullana 
biləcəyi  silahdır.  Hindistanın  istiqlalı  yolunda  hind 
qadınlarının  kişilərdən  daha  çox  ağrılara 
qatlandıqlarına tanıq oldum. Qadınlarımız da kişilər 
qədər  ulusal  savaş  yolunda  ağrılara,  acılara  sinə 
gərdilər.  Fədakarlıq  ülküsü  bəlli  tarixi  dönəmlərdə 
toplumun  içində  çağlayıb  durar.  Bulaşıcı  olur  və 
cəsur  ürəkliləri  cəlb  edər.  Hindistanın  qurtuluşu 
yolundakı savaşda da böylə oldu. Qadınlar və kişilər 
bir  yerdə,  bir  cəbhədə  inanılmaz  fədakarlıq 
göstərdilər.  

 
Tutalım  ki,  Avropa  qadınları  və  çocuqları  bəşər 
sevgisindən  dolub-daşsınlar.  Bu  durumda  hərbçi 
savaşçıları  ələşdirməyə  başlarlar.  Savaşçılıq  qısa 
sürədə anlamsızlaşar. Bu qonuda əsas fikir odur ki, 
qadınlar, çocuqlar və başqaları eyni ruha sahibdilər. 
Söz  qonusu  həqiqətin  sonsuz  gücünün  açığa 
çıxması, özünü göstərməsidir.  

 
Bir  qadın  saldırıya  uğradığında  yəqin  öz-özünə 
düşünür  ki,  “himsa”ya  (aqressivliyə), yoxsa 
“ahimsa”ya  (qeyri—
aqressivliyə)  mı  əl  atmalıdır? 
Bu  durumda  qadının  ilk  görəvi  kəndini 
savunmasıdır. Bu baxımdan ağlına gələn hər şeydən 
yararlanıb  kəndini  savunmalıdır.  Tanrı  ona  dırnaq 
və  diş  vermiş.  Bütün  gücü  ilə  özünü  savunmağı 
başarmalıdır.  Kəndini  savunurkən,  ölsə  də, 
savunmadan  vaz  keçməməlidir.  Ölümdən  qorxusu 
olmayan  qadın  və  ya  kişi,  yalnızca  özlərini 
savunmaqla  yetinməzlər,  özlərini  fəda  etməklə 
başqalarına  da  xidmət  edə  bilərlər.  Gerçək  olan 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə