Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə66/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   62   63   64   65   66   67   68   69   ...   74

223 
 
olur. 
Kətbi  yolla  müqayisədə  şifahi  yol  daha  az 
enerji  və  zaman  itkisi  gərəkdirir.  Çocuq  əl  işlərini 
öyrəndiyi  sürə  içində  hesablamanı  da  öyrənəcəyi 
təbiidir.  

 
Mən  öz  zəifliklərimi  qəbul  edirəm.  Mənim  bu 
qonuda universitet düzeyində eyitimim yoxdur. Orta 
oxulu  oxuduğumda  orta  səviyəli  bir  öyrənci 
olmuşam. Sınavlarımdan keçərkən çox sevinərdim. 
Oxulun  seçkin  öyrəncilərindən  olma  arzusunu  heç 
ağlımdan  da  keçirməzdim.  Ancaq  yenə  də  eyitim 
qonusunda  yeni  nəzəriyələrim  var.  Nəzəriyələrimi 
ölkəmə  sunmağı  öz  ulusal  görəvim  olaraq 
anlayıram. Az qala məni boğmaqda olan utanqaclıq 
duyqusunu bir yana burxmalıyam. Mənə gülə bilər, 
məni 
məsxərə 
edə 
bilərlər. 
Bunlardan 
çəkinməməliyəm.  Düşüncələrimi  gizlin  saxlasam 
yanlışlıqlarımı  görə  bilmərəm.  Yarqılarımda 
yanlışlıqlarımı  görüb  onları  düzəltməyə  çox 
həvəsliyəm. 
Neçə 
il 
içində 
qazandığım 
təcrübələrimin  sonucunu  açıqlamaq  istəyirəm. 
Çünkü hər yerdə başardığım qədər bu qurallara görə 
davranmışam. 
1.
 
Mən  yüksək  eyitim,  hətta  dünyada  var  olan  ən 
yüksək eyitim imkanlarına qarşı deyiləm.  
2.
 
Dövlət somut (konkret)  məsrəflər  qarşılığında 
yüksək eyitim xərcini ödəməlidir.  
3.
 
Orta  oxul  və  yüksək  eyitim  məsrəflərinin 
ümumi budcədən ödənməsinə qarşıyam.  
4.
 
Kəsin  inancım  odur  ki,  bizim koleclərdə 
öyrədilən  sözdə  ədəbi  bilgilər,  yalnız  vaxt  və 
ömür itirməyə yarayır, başqa bir yararı yoxdur. 
Bunun  sonucu  olaraq  ölkədə  bir  sürü  oxumuş 
işsiz  ortaya  çıxmaqdadır.  Ayrıca,  bu  koleclər 


224 
 
gənc oğlanların və qızların ruhsal sağlığına zərər 
verməkdədir.  
5.
 
Hindistanda  orta oxulda 
və  universitetdə 
yabancı  dildə  oxuma  yayqınlaşmışdır.  Bu, 
əxlaqi  və  ruhi  baxımdan  millətimizə  və 
ölkəmizə  çox  zərər  verməkdədir.  Hindistanın 
istiqlal  savaşı  həm  də  öz  dilinə  sahib  çıxması 
üçündür. 
Ö
z  dilimizə  hələ  çox  yaxın 
olduğumuzdan yabancı dildə oxumanın bizə nə 
qədər  zərər  verdiyinin  bilincində  deyilik. 
Özümüz yabanc
ı dildə eyitildiyimiz üçün bunun 
zərərlərini anlayıb önləmlər almalıyıq. Ancaq nə 
yazıq  ki,  artıq  bu  iş  qeyri-mümkündür.  Bu 
sonuca  varmağımın  səbəblərini  anlatmam 
gərəkir.  12  yaşıma  qədər  öyrəndiyim  bütün 
bilgilər ana dilimdə idi. İlətişim dilimiz evdə və 
çevrədə  Qocerati dili idi. O  zamana  qədər 
matematik,  tarix  və  coğrafiya  haqqında  bəzi 
bilgilər əldə etmişdim. Orta oxula girdim. İlk üç 
ildə yenə də eyitim dilimiz Qoceratca idi. Ancaq 
oxulun müdürü ingiliscəni öyrəncilərin beyninə 
s
oxmaqda  qərarlı  idi.  Böyləcə  bizim 
zamanımızın  yarısından  çoxu  bu  dili  və  onun 
imlasını,  tələffüzünü  öyrənməyə  həsr  olurdu. 
Tələffüzü ilə yazılışı arasında çox fərq olan bir 
dili  öyrənmək  mənim  üçün  qorxunc  idi. 
Qorxurdum  ingilis  dilindən.  Hər  bir  sözün 
do
ğruca  yazılış  şəklini  yadda saxlamaq çox 
çətin  iş  idi.  Bu  söylədiyimi  bir  mötərizə  içi 
cümlə  hesab  edin,  çünkü  əsas  söyləmək 
istədiyim qonu başqa şeydir. Hər halda ilk üç il 
çox  da  çətin  deyildi.  Gerçək  işkəncə  dördüncü 
sinifdən  sonra  başladı.  Həndəsə,  cəbr, kimya, 
göybilim,  tarix  və  coğrafiya  kimi  bütün 


225 
 
dərslikləri ingilis dilində öyrənməli idim. Ingilis 
dilinin zülmü o dərəcədə idi ki, sanskritcəni və 
öz ana dilimi də bu dilin aracılığı ilə öyrənməli 
idim.  Ana dilimiz olan qocerat
ca  danışan 
çocuqlar cəzalanırdılar. İngiliscəni yanlış yazıb, 
yanlış danışmaq öyrətmən üçün önəmli deyildi. 
Önəmli  olan  o  idi  ki,  öyrəncilər  ana  dillərində 
danışmayıb ingilizcə danışsınlar. Öyrətmənin bu 
açıdan rahatsızlığı yox idi, çünkü öz ingiliscəsi 
də qüsursuz və əksiksiz deyildi. Böylə də olmalı 
idi. 
Çünkü ingilis dili həm öyrətmən üçün, həm 
də  öyrəncilər  üçün  yabancı  dil  idi.  Durum 
gərgin  psixoloji  ortamın  oluşması  ilə 
sonuclanırdı.  Öyrənci  olaraq  bir  çox  şeyləri 
əzbərləyib yadımızda saxlamalı idiq. Bir haldakı 
əzbərlədiklərimizi  yaxşıca  anlamır  və  ya  əsla 
anlamırdıq.  Öyrətmən  ingilis  dilində  həndəsə 
dərsi  keçdiyində  başım  dönüb  gicəllənirdi. 
H
əndəsədən heç bir şey anlamadan irəliləyirdik. 
Etiraf  etməliyəm  ki,  ana  dilimə  olan  dərin 
bağlılığıma baxmayaraq, bu gün bilə, həndəsi və 
riyazi  qavramların  qarşılığını  qocerat  dilində 
bilmirəm.  Indi  düşünürəm  ki,  elmi  dərslikləri 
dörd il içində oxuyub anlamamaq yerinə, öz ana 
dilimdə  oxusaydım  dörd  ilə  deyil  bir  tək  ilə 
hamısını  qolayca  özümsərdim.  Eyitim ana 
dilimdə olsaydı, mövzuları çox qolayca qavraya 
bilərdim.  Qoceratca  söz  dağarcığım  daha  da 
zənginləşərdi. 
Öyrəndiyim 
bilgilərimin 
evimizdə  də  keçərliliyi  olardı.  Ancaq  mən 
ingilis  dilində  eyitim  aldıqca,  gündən  günə 
ailəmlə mənim aramda dərin uçurum yaranırdı. 
Çünkü onlar ingilis dil
ini  bilmirdilər.  Mən 
istəsəydim də, bildiklərimi atama, anama öyrədə 


226 
 
bilməzdim.  Çünkü atam  oxumuş  biri  olsa da
hətta  tək  kəlmə  ingiliscə  bilməzdi.  Mən  böyük 
bir  sürətlə  öz  evimdə  ailəmə  yabancılaşırdım. 
Özümü  evimizdə  daha  üstün  görmə  kimi  xəstə 
fikirlər  ağlıma  girirdi.  Hətta  getdikcə  paltar 
geymə  tərzim  də  dəyişdi.  Bu,  yalnız  mənə  aid 
olan  bir  durum  deyildi.  Hindistanda  bir  neçə 
nəsl  bu  şəkildə  yabancılaşırdı.  Oxumaq  istəyən 
xalqın bütün çocuqlarını qorxunc yabancılaşma 
qapsayıb  qavurmaqda idi. Orta oxulda 
keçirdiyim ilk üç il,  ümumi 
bilgilərimdə  artış 
sağlamadı. Bu illər öyrəncinin dərslərini ingilis 
dilində  oxuya  bilməsi  üçün  hazırlıq  dönəmi 
sayılırdı.  Orta  oxullar  İngiltərənin  Hindistan 
üzərindəki  kültür  imperializmi  politikasının 
oyqulanma  məkanları  idi.  Mən  oxudğum  300 
kişilik  oxulda  əldə  edilən  bilgilər  öyrəncilərin 
özəl  bilgi  mülkləri  sayılırdı.  Öyrəncilər  bu 
bilgilərini öz ulusları ilə paylaşa bilmirdilər.  
Bir  neçə  söz  də  ədəbiyat  haqqında  danışmaq 
istəyirəm: 
İngilis ədəbiyatından bir neçə düzyazı (nəsr) və 
şeir  örnəkləri  oxumaq  zorunda  idiq.  Bu, özü-
özlüyündə  yaxşı  idi.  Ancaq  bu  bilgilərin  öz 
xalqımla  ilişkilərimi  dərinləşdirmək  üçün  həç 
bir etkisi yox idi. 
Düşünürəm ki, ingilis dilində 
öyrəndiyim ədəbi örnəkləri öyrənməsə idim, heç 
də  dəyərli  bir  xəzinə  itirməzdim.  Çünkü bu 
bilgilər  məni  öz  toplumumdan  daha  da 
uzaqlaşdırırdı.  Ancaq  bu  yeddi  il  sürəsincə, 
qocerat 
dilində  riyaziyat,  kimya,  bioloji, 
sanskritcə  və  digər  bilgiləri  öyrənsə  idim,  öz 
bilgilərimi  toplumumla  paylaşma  imkanlarım 
daha  geniş  olardı.  Ana dilim olan qoceratcanı 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə