219
başlayırsa, bu, o deməkdir ki, toplum yeni dövlət
istəyir. Dövlət bu qeyri—aqressiv qiyam qarşısında
nə kimi önləmlər ala bilər? Ya onların hamısını
tutuqlamalı, ya edam etməli, ya da onlarla masa
arxasında oturub istəklərinə təslim olmalıdır. 3000
hind 1914-
cü ildə öz istəklərini İngiltərənin Güney
Afrikadakı hökumətinə çatdırdılar. Hökümət bu
istəklə razılaşmadığında bu üç min kişi sınır
yasalarını çeynəyərək sınırdan keçdilər. Onlar
dövlət tərəfindən tutuqlanmaq istəyirdilər. Dövlət
öz əlaltıları vasitəsi ilə onları zor qullanmağa təhrik
etdi. Onlar zor qullansaydılar, hökümət onları
məhvetmə haqqını əldə edəcəkdi. Ancaq bu
mühacirlər ordusu əsla aqressiv davranmadılar.
Hökümətin basqıları da keçərliliyini itirdi. Böyləcə
İngiltərə höküməti hind mühacirlərin istəkləri
qarşısında yenildi. Onların sərbəst dolaşım haqqını
tanımaq zorunda qaldı. Silahsız bir örgüt disiplinli
bir ordu kimi davranmalıdır. Ancaq daha ciddi
biçimdə, çünkü bunlar üçün əsgərlərə xas olan
əyləncələr də söz qonusu deyildir. Silahsız ordu
intiqam duyqusundan azad olduğundan çox az
əsgərə ehtiyac duyar. əslində ruhi açıdan çox güclü
olan bir tək dirənişçi haqla haqsızlığın savaşında
haqqın uğur qazanması üçün yetərlidir.
•
Qeyri—
aqressiv savaş yöntəmində disiplin çox
önəmlidir. Ancaq başqa önəmli şeylər də lazım.
Satyaqraha
ordusunda hər birey həm əsgərdir, həm
də xidmətçidir. Ancaq həssas dönəmlərdə hər
satyaqraha ordusu mənsubu özünün komutanı
olmağı da başarmalıdır. Bu durumlarda bir öndər
üçün, yalnızca disiplin yetərli olmaz. Aydıngörmə,
iman və inanc da gərəkir.
220
•
Özünəgüvən ümumi bir şüar olursa, kimsə
başqasından bir şey bəkləməzsə, heç bir buyuran və
buyurulan olmazsa, hər kəs həm buyuran və həm də
buyurulan durumda isə, adamlardan birinin ölməsi
(nə qədər önəmli biri olsa da) dirənişçi savaşçıları
ruhdan sala bilməz. Tam tərsinə, savaş daha da
böyük ruh yüksəkliyi ilə davam edər.
•
Hər toplumsal hərəkətə qarşı bu beş mərhələni
basqıcı rejimlər uyqulamağa qalxışarlar: 1.
S
aymazlıq (etinasızlıq). 2. Lağ. Toplumsal
hərəkətin dəyərlərini ələ salıb məsxərəetmə. 3.
Lənətləmə. 4. Basqı uyqulama. 5. Sayqı.
Bizim Hindistan İstiqlal Savaşımız bir neçə ay
sa
yılmazlıqdan gəlindi. Daha sonra İngiltərənin
Hindistandakı höküməti açıqca bizi lağ etdi. Daha
sonra lənətlədirlər. Daha sonra saldırılar və
hərəkətin öncül şəxsiyətlərinə qarşı iftiralar atdılar.
Rejimin qəzetləri ağızlarına gələn ən çirkin sözləri
bizi
m üstümüzə yağdırdılar. Indi onların zor
qullanma mərhələsi gəlmiş. Bütün basqılara,
işkəncələrə baxmayaraq, bu basqılardan sağlıqlı bir
şəkildə özünü qurtarmış olan hərəkət öz sayqınlığını
qazanacaqdır ki, onun başqa adı da uğurdur,
zəfərdir. Biz öz hərəkətimizdə sadiq və dönməz
isək, bu durumda bizə qarşı uyqulanan sərt
zorakılıqlar bizim qələbəyə yaxınlaşdığımıza
işarədir. Biz öz hərəkətimizdə sadiq və dönməz
isək, nə diz çökəcəyik, nə də qarşılıqlı aqressivliyə
yol verəcəyik. Saldırqanlığa əl atmamız bizim üçün
intihardan başqa bir şey olmaz.
•
Mənim inancım və güvənim sarsılmazdır.
Satyaqraha (aqressiv davranmayan ordu) üzvü
221
sonuna qədər öz inanc və yöntəmində sarsılmaz
olaraq qalırsa, onun uğur qazanması kəsindir.
•
C
ismi açıdan zəif və gücsüz olsalar da, hər qadın və
kişinin öz azadlıqlarını qorumaqla görəvli
olduqlarını bəşər ailəsinə inandıra bilsəm, tarixi
görəvim və Tanrısal ödəvim bitmiş sayılır. Bütün
dünya ona
qarşı çıxsa da, böylə bir savunma hər kəs
üçün mümkündür.
Eyitim
•
Gerçək eyitim çocuğun ən yaxşı özəlliklərini üzə
çıxarmalıdır. Bu amac üçün insanlıq kitabından
daha uyqun nə ola bilər?
•
Çocuğun gerçək zehni və fikri gücünü eyitmək
onun əl, ayaq, göz, qulaq, burun kimi bədən
üzvlərinin tərbiyəsi ilə mümkün ola bilər. Başqa bir
d
eyimlə çocuğun bədən üzvlərinin eyitimi dürüst və
ağıllıca ruhi eyitimlə bir yerdə olmalıdır. Bu
durumda ən yaxşı və ən sürətli yol çocuğun zehni
və fikri olanaqlarının genişləməsi üçün ortaya
222
çıxacaqdır. Bədən və zehni gəlişmə bir yerdə və
ruhi oyanışa uyqun biçimdə gerçəkləşməz və yalnız
zehni oyanışa önəm verilərsə, bunun olumlu etkisi
olmayacaqdır. Ruhi eyitimdən amac çocuğun
könlünün tərbiyəsidir. Zehnin hər yönlü gəlişməsi
və tərbiyəsi bədən və ruh yetənəklərinin oyanışı ilə
daha olumlu sonuclar verər. Bunlar hamısı bir yerdə
bir bütünü oluşdurar. Bu nəzəriyəyə görə onları bir-
birindən ayırıb üzərində tək-tək durmaq böyük
yanlışlıq ola bilər.
•
Eyitimdən amacım çocuğun və ya insanın cismi,
fikri və ruhi özəlliklərinin hər tərəfli tərbiyəsindən
ibarətdir. Yazıb-oxuma eyitimin amacı ola bilməz.
Bu eyitimin araclarından sadəcə biridir, yoxsa o,
özü-
özlüyündə eyitim sayılmaz. Bu üzdən də çocuq
eyitimini onu bir əl işinə alışdırmaqla başlamanın
tərəfdarıyam. Bu, çocuğu ilk gündən iqtisadi insan
olmağa alışdırmaqdır. Bu yolla hər oxul iqtisadi
açıdan öz ayaqları üstündə durar və ehtiyaclarını
özü t
əmin edə bilər. Yetər ki, dövlət hər oxulun
ilkin ehtiy
acların təmin etsin.bu eyitim sistemi ilə
ruhi və zehni tərbiyə ən yüksək evrəsinə varacağı
inancındayam. Bunun üçün əl işləri mexanik
biçimdə öyrədilməməli, elmi yöntəmlə bir yerdə
olmalıdır. Yəni çocuq anlamalı və bilməlidir ki,
nədən bu işi görməlidir. Bu qonunu ciddi bir
güvənlə yazıram. Çünkü bu qonuda təcrübələrim
var.
Ipəyirmənin işçilərə öyrədildiyi hər yerdə bu
yöntəmdən yararlanılmışdır. Mənim özümün bu
qonuda yaxşı təcrübələrim var. Bu yöntəm, tarix və
coğrafiya bilgilərindən də dışlanmış deyildir.
Təcrübələrim göstərmişdir ki, bu elmi və digər
ümumi bilgiləri şifahi yolla daha asan anlatmaq
Dostları ilə paylaş: |