Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə10/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   6   7   8   9   10   11   12   13   ...   74

31 
 
göstərməmiş  və  yalançı  vəfadarlığa  təzahür 
etməmişəm.  Natalda  qatıldığım  hər  ümumi 
toplantıda  İngiltərənin  milli  marşı  oxunurdu.  Mən 
də  bu  marşın  oxunmasını  istəyirdim.  Bunlara 
baxmayaraq  İngiltərə  dövlətinin  fəsadlarından  və 
zülmündən xəbərsiz deyildim. Üst-üstə düşünürdüm 
ki, bu hökuməti qəbul etmək olar. O zaman İngiltərə 
hökumətinin  təbəələri  üçün  yararlı  olduğunu 
düşünürdüm. Afrikada yayqın olan irqçiliyin ingilis 
kültür və gələnəkləri ilə örtüşmədiyini sanırdım. Bu 
üzdən  bu  irqçilik  saldırılarının  keçici  olduğunu 
sanırdım. Mən də tam bir ingilis kimi Britaniyanın 
tac-
taxtına  vəfadar  idim.  Böyük  bir  önəmlə 
ingiltərənin milli marşını öyrənib və səmim qəlbdən 
oxuyurdum. 
Ha
rda  və  hansı  durumda  bu 
vəfadarlığımı göstərmək üçün imkan olsaydı, böyük 
sədaqətlə  bunu  edərdim.  Ancaq  bütün  ömrüm  və 
görəvim  boyunca  bu  vəfadarlıqdan  öz  şəxsi 
mənafeyim  üçün  yararlanmağı  düşünmədim.  Bu 
vəfadarlıq mənim  işimin  icabı  idi.  Heç  bir  qarşılıq 
bəkləmədən edirdim. 

 
Artıq  üç  il  idi  Güney  Afrikada  yaşayırdım.  Mən 
toplumu və toplum da məni tanımışdı. 1896-cı ildə 
Hindistanda  ailəmə  uğramaq  üçün  altı  aylıq  izn 
aldım.  İşlərim  yaxşı  getdiyindən  Hindistana  dönüb 
xanımımı və çocuqlarımı da gətirmək istəyirdim.  

 
İlk  dəfə  idi  xanımım  və  çocuqlarımla  səfərə 
çıxırdım.  O  zaman  fikirləşirdim  ki,  mədəni 
görünməmiz  üçün  paltarlarımızı  avropalılarınkına 
bənzətməliyik.  Çünkü,  yalnız  bu  yolla  vəzifə 
qazanmaq  mümkün  idi  və  vəzifələrdə  irəliləmədən 
xalqa  xidmət  etmək  olmazdı.  Bunlar  mənim  o 
zamankı  görüşlərim.  Bu  üzdən  xanımımın  və 


32 
 
çocuqlarımın paltarları haqda qərara gəldim. Çox da 
istəkli  olmadan  qaşıq-çəngəl  qullanmağı  da 
düşündüm.  Daha  sonra  mənim  bu  axmaqlıqlarım 
son  bulduğunda  evdə  qaşıq-çəngəldən  istifadə 
etmək də kənara qoyuldu. Uzun zaman yeni həyatın 
gərəklilikləri ilə yaşayıb və yeniliklərə alışmış olan 
xanımım və uşaqlarım üçün bunları tərk etmək çox 
da asan deyildi. 
Ancaq bu gün açıqca söyləməliyəm 
ki, “mədəniyət”in parlaq görüntülərini tərk etdikdən 
sonra daha çox azad olduq.  

 
Bizim gəmimiz dekabrın 19-da Durbana çatdı.  

 
Durban limanının yetkililəri əmr göndərmişdilər ki, 
gəmi  23  gün  qarantinədə  qalmalı,  sağlıq  açısından 
gəmidəkilər  yoxlanılmalıdır.  Ancaq  bu  əmrin 
səbəbi,  yalnızca  sağlıq  qonusu  deyildi.    Ağdərili 
Durban  əhalisi  bizim  geri  qaytarılmamızla  ilgili 
şəhərdə göstəri düzənləmişdilər. Bu göstəri üzündən 
yetkililər gəmidəkilərin sağlığını bəhanə etmişdilər. 
Böyləcə  bu  qarantinənin  əsas  amacı  hindliləri 
Hindistana ger
i  göndərmək  idi.  Sonunda bizim 
özümüzü dirək olaraq təhdid edib dedilər:  
“Geri  dönməzsəniz  sizləri  dənizə  atacaqlar.  Ancaq 
öz istəyinizlə geri dönsəniz, geri dönüş xərcinizi də 
ödəyə bilərlər.” 
Mən  sürəkli  yolçuların  içində  dolaşır,  onlara  ürək-
dirək verirdim.  

 
Sonunda  ultimatom  ciddi  şəkildə  mənə  və 
müsafirlərə  duyuruldu.  Dedilər  ki,  canımızı 
qurtarmaq  istəyiriksə,  geriyə  dönüşü  qəbul 
etməliyik.  Mən  və  müsafirlər  bu  uyarıya  aldırış 
etmədik.  Bütün  təhdidlərə  baxmayaraq,  Natala 
girmə  haqqımızı  qullanacağımızı  israrla  söylədik. 
23-
cü  günün  sonunda  gəminin  Natal  limanında 


33 
 
durmasına və müsafirlərin də Natala girmələrinə izn 
verildi.  

 
Gəmidən  enər-enməz  bir  gənc  adam  məni  tanıyıb 
“Qandi- 
Qandi” deyə bağırdı. Bir neçə kişi də ona 
qatılıb  “Qandi-qandi”  deyə  səsləndilər.  İrəlilədikcə 
qalabalıq artırdı. Cəmiyətin sayı o qədər artmışdı ki, 
artıq  yerimək  mümkün  deyildi.  Bu  zaman  mənə 
daş-kəsək,  lax  yumurta  atmağa  başladılar.  “Bu an 
biri  başımdan  papağımı  qapdı.  Bir  başqası  məni 
yumuruqlamağa  başladı.  Az  qala  bayılmaq  üzrə 
idim. Əlimlə bir nərdəni tutub dayandım. Dərindən 
bir nəfəs almaq istəyirdim,  ancaq mümkün deyildi. 
Onlar bir yerdə məni təpikləyir, yumuruqlayırdılar. 
Məni tanıyan polis rəisinin xanımı da o an təsadüfən 
ordan keçirdi. 
Bu  cəsur  qadın  mənim  yardımıma 
gəldi.  O  gün  hava  günəşli  olmasa  da  əlində  bir 
k
ölgəlik var idi. Çətrini başımın üstünə tutub məni 
qorumağa çalışdı. Xanım cəmiyətlə mənim aramda 
dayanıb mənə saldıranları uzaqlaşdırmağa çalışırdı. 
Bu  xanım  olmasaydı  orda  məni  öldürəcəkdilər. 
Polis  rəisinin  xanımına  saldıracaq  cəsarətləri  yox 
idi.  

 
O  zaman  İngiltərə  müstəmləkəsinin  bakanı  olan 
mərhum  Çemberlen  bir  teleqraf  göndərərək  Natal 
hökumətindən  istədi  ki,  mənə  saldıranları 
cəzalandırsınlar.  Mənim  yanıma  bir  nimayəndəsini 
göndərərək  başıma  gələnlərdən  dolayı  üzgün 
olduğunu  bildirdi.  Nimayəndə  dedi:  “Sizə  qarşı 
edilən  saldırılara  əsla  dözümümüz  yoxdur.  Sizə 
saldıranları tanıyırsınızsa, söyləyin ki, onları dərhal 
yaxalayalım. Cənab Çemberlen də böylə düşünür.” 
Mən cavabında dedim: “Kimsənin təqib edilməsini 
istəmirəm.  Bəlkə  mənə  saldıranların  bir  neçəsini 


34 
 
tanıya  bilərəm,  ancaq  onları  cəzalandırmanın  nə 
anlamı  var?  Ayrıca,  mən  saldırqanlardan  şikayətçi 
deyiləm.  Onlara  anlatmışlar  ki, Hindistanda 
bulunduğum  müddətcə  Natalın  ağdəriləri  ilə  ilgili 
kötü  sözlər söyləmişəm.  Onlar  da  buna  inandıqları 
üçün 
böylə  davranmışlar.  Əslində  onların 
öndərlərindən  və  izn  versəniz,  sizin  özünüzdən 
şikayətçiyəm.  Siz  toplumu  daha  uyqun  şəkildə 
yönləndirə  bilərdiniz.  Ancaq  siz  özünüz  də  Ruiter 
qəzetinin  yaydığı  xəbərlərə  inanmışsınız.  Mənim 
Hindistanda  N
atal  ağdəriləri  haqda  kötü  sözlər 
söylədiyimə  inanırsınız.  Mən  kimsədən  şikayət 
etmək  istəmirəm.  İnanıram  ki,  gerçəklər  üzə 
çıxdığında  bütün  mənə  saldıranlar  öz  əməllərindən 
peşman olacaqlar.” 

 
Gəmi sağlıq yoxlamasında olduğunda üzərində sarı 
bir  bayraq  asılırdı.  Sarı  bayraq  endirilib  biz  sahilə 
ayaq 
basdığımızda  “Natal  Adurtaizer”  qəzetinin 
müxbiri  mənimlə  müsahibə  aparmaq  üçün  mənə 
yaxınlaşıb  bəzi  sorular  sordu.  Bu  sorulara  cavab 
olaraq  mənə  atılan  bütün  ittihamları  təkzib  etdim. 
Mənim  bu  sorulara  gerçəkçi  cavabım  və 
saldırqanlardan  da  şikayətçi  olmamağım  Durbanda 
yaşayan  avropalılara  elə  təsir  etdi  ki,  öz 
əməllərindən  peşman  oldular.  Qəzetlər  mənim 
suçsuz  olduğumu  duyurub  mənə  saldıranları 
qınadılar. Böyləcə mənə qarşı olan saldırı mənim və 
amacımın  yararına  tamamlandı.  Bu olay Güney 
Afrikada  yaşayan  hindlilərin  etibarını  artırdı. 
Mənim işlərimi asanlaşdırdı.  
İşlərim  çox  yaxşı  irəliləyirdi.  Ancaq  içimdə  bir 
narazılıq var idi. İnsani amaclara daha artıq xidmət 
edən  işlərlə  uğraşmaq  istəyirdim.  Bu  üzdən 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə