Mənim dünyaya öyrədəcək yeni bir sözüm yoxdur



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə18/74
tarix28.06.2018
ölçüsü1,87 Mb.
#52335
1   ...   14   15   16   17   18   19   20   21   ...   74

57 
 
ölçümdə yardıçmı olurdum. Bu işi görməmək üçün 
bu  hökumətlə  bütün  ilişkilərimi  qırmam  gərəkirdi. 
Bu  şəkildə  davransa  idim,  hökumət  də  mənə 
sağladığı bütün imtiyazlardan imtina edərdi. Qoyun 
bir örnəklə fikrimi açıqlayım. Mən indi ixtiyarında 
çox  əkin  yeri  olan  bir  təşkilatın  üzvüyəm.  Bu 
tarlaların  məhsulu  genəldə  meymunlar  tərəfindən 
təhdid  edilir.  Bütün  canlıların  həyatına  sayqı  ilə 
yanaşdığımdan  meymunlara  qarşı  hər  tür  saldırını 
ahimsa
nın  danılması  kimi  anlayıram.  Ancaq  eyni 
halda  heç  bir  şübhəyə  qapılmadan  dostlarımdan 
meymunlara sal
dırmalarını istəyirəm ki, tarlalardakı 
məhsulları  qoruya  biləlim.  Mən  pislik  və  təcavüzə 
qarşı  olduğumdan  bu  davranışdan  da  imtina 
etməliyəm. Bu əməllərimdən, yalnız o təşkilatı ləğv 
edərək,  ya  da  ondan  ayrılaraq  uzaqlaşa  bilərəm. 
Ancaq bizim toplumumuz ta
rım olmadan ayaq üstə 
dura bilməyəcəyindən bu işdə öz fəaliyətimi davam 
edirəm. Böyləcə istər-istəməz bəzi canlıların həyatı 
öz-
özünə  söndürüləcəkdir.  Bu  üzdən  də  tarlalara 
zərər  verən  meymunların  uzaqlaşdırılması  üçün 
meymunlara saldırılmasını istəyirdim. Ümid edirəm 
ki,  gələcəkdə  daha  uyqun  bir  yöntəm  tapılar. 
Savaşda  da  buna  bənzər  durum  söz  qonusu  idi. 
Mənsubu  olduğum  toplumla  bağlarımı  qırmaq 
doğru  olmazdı.  Boer  və  Zulu  və  Dünya  Savaşı 
zamanı  İngiltrə  hökuməti  ilə  ilişkilərimi  qırmaq 
istəməmişdim.  Bu gün  tutumum  İngiltərə 
hökumətinə  görə  dəyişmişdir.  Bu  üzdən  də 
kəsinliklə  İngiltərənin  çıxarlarına  xidmət  edən 
savaşlara  qatılmaram.  Hətta  məni  savaşmağa 
məcbur  etsələr  də  edamım  bahasına  olsa  da 
savaşdan  imtina  edərəm.  Ancaq bu durum da 
çətinliyi  çözmür.  Bir  milli  hökumətimiz  olursa, 


58 
 
özüm  dirək  olaraq  heç  bir  savaşa  qatılmasam  da, 
ancaq  savaşa  qatılmaq  istəyənlərə  yardımçı 
olacağımı  düşünürəm.  Çünkü  bu  milli  hökumət 
mənsublarının  mənim  qədər  qeyri-aqressivliyə 
inanmadıqlarını bilirəm. Bir fərdi və ya bir toplumu 
zorla qeyri-
aqressivliyə  inandırmaq  olmaz.  Qeyri-
aqressivlik  çox  sirli  biçimdə  davranar.  Bəzən  bir 
fərdin  əməlləri  qeyri-aqressiv  ölçülərə  uyqun 
gəlmir. Qeyri- aqressivliyin ən yüksək məzmununu 
daşımasına  baxmayaraq,  əməlləri  zahirən  aqressiv 
görünə  bilər.  Bunun  nəticələrini  o  andaca  deyil, 
daha sonra görmək mümkündür. Öz davranışlarımla 
bağlı  iddia  edəcəyim  tək  şey  budur  ki,  bütün 
əməllərim  qeyri-aqressiv  düşüncənin  qalib  gəlməsi 
üçün  olmuşdur.  O  zaman  milli  mənafe  adında  bir 
sorunum yox idi. 
Bəzi mənafelərin fəda edilməsi ilə 
milli mənafeyə ulaşılacağına inanmıram. Fikrimi bu 
qonuda bundan daha artıq açıqlamaq istəmirəm. Nə 
yazıq  ki,  dil  ən  üstün  durumunda  bilə,  düşüncəni 
tam  olaraq  açıqlaya  biləcək  durumda  deyil.  Qeyri-
aqressivlik  mənə  görə,  sadəcə  fəlsəfi  bir  tutum 
deyil. 
Mənim  həyatımın  qanunu  və  mayasıdır. 
Bilirəm ki, özüm də bəzən bilərək və ya bilməyərək 
bu  əsasa  qarşı  davranıram.  Qeyri-aqressivlik  ağılla 
deyil, könüllə bağlantılı olan bir olqudur. Bu yolda 
ən doğru bələdçi Tanrıya güvənmək, alçaqkönüllük 
və  insanın  hər  an  özünü  fəda  etməyə  hazır 
olmasıdır.  Qeyri-aqressivliyə  əməl  etmək  böyük 
iradə, qorxmazlıq və əxlaqi disiplin tələb edir. Mən 
isə,  acı  çəkərək  etiraf  etməliyəm  ki,  öz  zəif 
tərəflərimin  nələr  olduğunu  və  nə  dərəcədə 
olduğunu  bilirəm.  Ancaq  içimdə  parlayan  işıq 
boldur.  Qeyri-
aqressiv  davranışın  və  düşüncənin 
dışında kimsəyə qurtuluş yoxdur. Savaşın çirkin bir 


59 
 
iş  olduğunu  bilirəm.  Savaşın  bir  dəfəlik  insanlar 
arası  ilişkilərdən  silinməsinə  də  inanıram.  Qan 
tökməklə,  aldatmaqla  əldə  edilən  azadlığın 
azadlıq  olmadığına  inanıram.  Qanun  doğruluğun 
(həqiqətin)  və  qeyri-aqressivliyin  varlığıdır, 
aqressivliyin və yalanın deyil.  

 
Mən  öz  əksikliklərim  haqda  bilgiliyəm.  Öz 
əksikliklərim haqda bilgili olmam məni gücləndirir. 
Həyatımda  etdiklərim  genəldə  əksikliklərim  haqda 
bilgilərim əsasında olmuşdur.  

 
Başqalarının  mənim  həyatımı  kökündən  yanlış 
anlayıb anlatmaları alışdığım bir olaydır. Buna əsla 
üzülmürəm.  Toplumsal  xidmətə  girişən  hər  kəsin 
yazqısında bu var. Gerçəkdən də toplumsal xidmətə 
gi
rişən  hər  kəs  bir  az  gönüqalın  olmalı  və  hər 
söyləntiyə  aldırış  etməməlidir.  Hər  dedi-qoduya 
adam  aldırış  etsə,  ömür  boşuna  xərclənib  gedər. 
Mən  özüm  üçün  böylə  bir  qural  gəlişdirmişəm 
ki, mənim haqqımda heç bir söyləntilərə və dedi-
qodulara  cavab  verməyəcəyəm.  Bu  şəkildə 
davranışım  əsəblərimi  yaxşı  kontrol  etməyimə 
səbəb olmuşdur.  

 
Ən  yaxşı  başardığım  sənət  doğruluğa  və  qeyri-
aqressivliyə  əməl  etməyimdir.  Doğaüstü,  insanüstü 
bir güc
ə  sahib  olduğumu  iddia  etmirəm.  Böylə  bir 
gücə  sahib  olmaq  da  istəmirəm.  Mən  sadəcə 
insanam. 
Ən  zəif  həmcinslərimin  yarandığı  eyni 
soydanam. 
Mənim də başqaları kimi zəif tərəflərim 
var. 
Xidmətlərimin  əksik  tərəfləri  də  olmuşdur. 
Ancaq 
Tanrı 
öz 
mərhəmətini 
məndən 
əsirgəməmişdi. İnsanın öz yanlışlarını və xətalarını 
etiraf  etməsi  ona  bənzəyir  ki,  çirkli  bir  mühiti 
söpürüb  təmiz  duruma  gətirəsən.  Mən  də  öz 


Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə