68
davranışda ahimsaya əməl etməyə çalışıram. Bu
yolda başarılar da əldə edirəm. Ancaq
bütün bu
çalışmalarıma baxmayaraq bu yolun çox uzun
olduğuna inanıram.
•
Mən çox yoxsul biriyəm. Dünyadakı varlığım
bunlardan ibarətdir: altı cəhrə (ip əyirmə aracı), bir
neçə kasa, keçi sütünü saxlamaq üçün bir qutu, altı
parça qumaş və bir əldəsmalı. Bir də heç bir dəyəri
olmayan dünyadakı şöhrətim.
*
•
Özümü siyasətin ortasında bulduğumda öz-
özümdən sordum ki, əxlaq dışı əməllərə necə
bulaşmamaq olar? Yalanlar və yanlışlıqlarla
qazanılan “uğur”un təxribatından necə uzaq qalmaq
olar?
Bu kəsin sonuca vardım ki, içində yaşayıb,
dərdləri ilə tanış olduğum bu millətə yararlı olmam
üçün
bütün mal
varlığım olaraq
nə varsa,
hamısından imtina etməliyəm. Bu düşüncə məndə
ortaya çıxdığında dərhal hər şeydən imtina
etmədim. Etiraf etməliyəm ki, ilk başda illər boyu
zəhmət çəkib qazandıqlarımdan imtina etmək çox
çətin idi. İndi o günləri xatırlarkən, bu imtinanın
mənim üçün nə qədər ağrılı olduğunu göz önümdə
bulundururam.
Ancaq zaman keçdikcə görürdüm ki,
dürüst bir siyasi mücadiləyə qatıla bilməm üçün
daha çox şeylərdən imtina etməliyəm. Bir zaman
gəldi ki, bütün mal varlıqlarımdan imtina etmək
mənə sevinc və mutluluq gətirdi. O gündən sonra
hər şeyimi bir-birinin ardı ilə özümdən
uzaqlaşdırdım.
Bu
an
öz
üzərimdə
gerçəkləşdirdiyim bu testləri bir xatirə kimi
yazarkən, düşünürəm ki, maddi zənginliklərimdən
imtina etməklə üzərimdən böyük və ağır yükləri
*
Qandi bu sözləri 11 sentyabr 1931-ci ildə gömrük məmuruna demişdi.