75
•
Mənim bu dünyada heç bir gizlin sirrim yoxdur.
Özəl həyatımda zəif tərəflərim olmuşdur. Aşırı cinsi
təmayüllərim varsa, bunu etiraf edəcək cəsarətim də
var.
Hətta çox sevdiyim öz qadınımla bilə, cinsi
ilişkiyə girməkdən bezdikdən sonra bu haqda
yaxşıca düşünüb və cinsi ilişkilərdən imtina etmə
qonusunda bəzi denəmələr yapdım. 1906-cı ildə öz-
özümlə brahmaçarya
******
əhdi bağladım. Bu əhdi
vətənimə daha da yaxşı xidmət etmək amacı ilə
bağladım. O gündən sonra mənim geniş və dərin
həyat tərzim başladı... Mən özümlə brahmaçarya
əhdi bağladığım andan etibarən bizim azadlığımız
da başladı. Qadınım tam azad oldu. Başının üstündə
heç bir
kişinin, heç bir ağanın iradəsi yox idi artıq.
Mən də azad oldum. Qadınımın mənim seksual
ehtiyaclarımı təmin etmə vasitəçiliyindən azad
oldum.
Heç bir qadını həyatım boyunca öz qadınım
qədər sevməmişəm. Heç bir qadın öz qadınım qədər
mənə cazibəli görünməmişdir. Mən öz qadınıma
çox dürüst və vəfalı bir ər olmuşam. Anamla
bağladığım əhdə də ömrüm boyu vəfalı qaldım.
Anama söz vermişdim ki, həyatım boyunca öz
qadınımdan başqa kimsəyə meyllənməyəcəyəm.
Ancaq
brahmaçarya
qadınla bağlı bütün
görüşlərimi dəyişdi. O gündən bəri qadın mənim
gözümdə bəşərin anasıdır... Mənim brahmaçaryam
bu haqda mövcud olan məzhəbi inancla ilişkidə
deyildir.
Zərurət ortaya çıxdı və mən vətənimə
bütün varlığımla xidmət etmək amacı ilə özüm üçün
bir yasa oluşdurdum. Ancaq brahmaçaryaya
uymaq üçün qadınla hər tür ilişkilərin
******
Brahmaçarya insanın öz nəfsinə hər yönlü hakim olması və qadınla da,
ancaq evlad doğurmaq üçün cinsi ilişkiyə girməsidir.
76
kəsilməsindən yana deyildim. Qadınla hər tür
təmassın yasaqlanmasının doğru olmadığına
inanıram. Bu üzdən sosial xidmətlərdə qadınlarla
əməkdaşlıq etməkdən əsla çəkinməmişəm. İngilis,
afrikalı və hindli bacılarımın mənə güvənmələri hər
zaman bol sevincimə səbəb olmuşdur. Güney
Afrikada Hind qadınlardan Hindistan Milli Azadlıq
Hərəkətinə qatılmalarını istədiyimdə mən özümü
onlar kimi bir qadın hiss edirdim. O zaman anladım
ki, seçdiyim bu yöntəmlə qadınlara da böyük
xidmət edə bilərəm. Bu anlatdıqlarımı qısaltmaq
üçün bunu deməliyəm ki, Hindistana döndükdən
sonra da qadınlardan əsla ayrı olmamışam. Onların
qəlbinə asanca yol tapmaq mənim ən böyük kəşfim
idi.
Hindistanda müsəlman bacılarım heç bir zaman
mənim yanımda başlarını örtmürdülər. Hətta Güney
Afrikada da müsəlman qadınlar mənim yanımda
hicab
örtməyə
ehtiyac
duymurdular.
“
Əşram”da
*******
yatdığımda
qadınlar
da
kənarımda yatırlar. Çünkü onlar mənimlə
olduqlarında özlərini daha çox güvəndə hiss edirlər.
Ayrıca, bunu da söyləməliyəm ki, “Siqaun
əşramı”nda başqalarından ayrı özəl bir həyat
yoxdur.
Həyatımın bu mərhələsində bir neçə qadına
sahib olma imkanımın olduğunu söyləyəcək qədər
cəsarətim vardır. Ancaq özümlə bağladığım
əhdimdən dolayı artıq heç tür cinsi təmayülüm
yoxdur.
İstər gizlin və ya açıq şəkildə olsun azad
*******
Əşram əski Hindistanda bir növ xaniqah imiş. Eyni ülküləri paylaşan
çevrələr əşramda toplaşar, bəlli əxlaqi nizama uyqun şəkildə ortaqca
yaşarmışlar. Qandinin təsis etdiyi Funiks eyitim mərkəzi də əşram
qurallarına uyqun idarə edilirdi. Qandinin ən ünlü əşramı Qoceratda
“Sabarmati” çayının sahilində Əhmədabad şəhrində yerləşirdi.
77
sevgiyə inanmıram. Açıq azad sevgini köpəklərə
xas
bir durum görürəm. Azad gizlin sevgi ondan da
kötüdür. Çünkü bu,
həm də qorxu ilə iç-içədir.
•
Bir qəzetəci mənə xitabən yazmışdı: “Siz oğlunuzu
bilə, öz yolunuza çəkə bilməmişsiniz. Öz ailənizdə
bir düzən oluşdurub və sözünüzün ailənizdə keçərli
olmasını sağlamanız daha yaxşı olmazmı?”
Bu yazı mənim üçün bir ihanət kimi görünə bilər.
Ancaq mən özüm böylə düşünmürəm. Çünkü bu
soru başqalarının ağlına gəlmədən öncə mənim
ağlımda oluşmuşdu. Mən tənasüxə (insanın yenidən
dünyaya gələcəyinə) və daha öncəki həyata
inanıram. Bu üzdən də bizim başqaları ilə olan
bütün ilişkilərimiz daha öncəki həyatımızdan qalan
“samskar
”lardır.
*******
Tanrı yasaları sonsuz
araşdırmalara qonu olacaq dərəcədə çox qarmaşıq
və gizəmlidir. Kimsə bu yasaların dərinliyinə vara
bilməz. Oğlumun qonusu da mənə görə bu
şəkildədir. Düşünürəm ki, kötü bir evladımın
dünyaya gəlməsi mənim bir öncəki və ya daha
öncəki kötü həyatlarımın nəticəsidir. Birinci oğlum
dünyaya gəldiyində mən özüm hələ əqli baxımdan
yetişkin deyildim, özümü yaxşı tanımırdım. Oğlum
böyüdükcə, mən özüm də olqunlaşma sürəcini
yaşayırdım. Bu gün də özümü tam olaraq tanıdığımı
iddia etmirəm. Ancaq o zamana görə bu an özümü
daha artıq tanımaqdayam. Oğlum bir neçə il
məndən uzaq qaldığından onun tərbiyəsi ilə uğraşa
bilmədim. Bu səbəbdən o, avara və sorumsuz biri
oldu.
Oğlum sürəkli məndən gileylənir ki, onun və
qardaşlarının həyatlarını ümumi görüşlərim yolunda
fəda etmişəm. Digər oğullarım onun qədər olmasa
*******
Samskar
, daha öncəki həyatlardan qalan güclü təsirlər.
Dostları ilə paylaş: |